Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-104/2024 05.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1992-ci ildə Masallı rayonu, Qasımlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(050)-142/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(106)- 55/2022 saylı qərarına ilə CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası 9 ay 15 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, xx.xx.2023cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Masallı rayonu, Qasımlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda qanunsuz əldə etdiyi narkotik vasitə heroini üzərində qanunsuz saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan 09 mart 2024-cü il tarixdə, saat 19 radələrində Masallı şəhəri, H.Əliyev prospekti ərazisində saxlanılaraq Masallı RPŞ-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,347 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 2014-cü ildən etibarən narkotik vasitə qəbul edir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında yaşadığı evdən çıxıb Masallı rayonu, Qasımlı kəndi ərazisində piyada hərəkət edən zaman yerdən şəffaf sellofanda 1 ədəd bükülü tapmış və həmin bükülünü əynində olan qara rəngli gödəkçənin sağ cibində gizlədərək Masallı şəhərinə gəlmişdir. Saat 19 radələrində Masallı şəhəri, H.Əliyev prospektində piyada hərəkət etdiyi zaman əvvəllər tanımadığı 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək Masallı RPŞ-yə dəvət etmişlər. Masallı RPŞ-də baş təhqiqatçı Samir Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquqları izah olunaraq dövlət hesabına Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət olunmuşdur. Sonra baş təhqiqatçı Samir Məmmədov ona video çəkiliş aparılmaqla üzərinə baxış keçiriləcəyini bildirərək, üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olarsa təqdim etməsini təklif etdikdə, o, əynində olan qara rəngli gödəkçənin sağ cibində gizlətdiyi, içərisində narkotik vasitə heroin olan bükümü çıxararaq təqdim etmişdir. Daha sonra əynində olan paltarlara şəxsi axtarış keçirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş, çəkisinin 0,41 qram olduğu müəyyən olunmuş və zərfə qoyularaq qablaşdırılmışdır. Bütün bunlar barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən barəsində mümkün qədər yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Masallı Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 mart 2024-cü il tarixdə Masallı rayonu, Qasımlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddələri üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş və əməliyyattəhqiqat qrupu yaradılmışdır. Həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri, H.Əliyev prospekti ərazisində olması barədə məlumat əldə edib Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2la birlikdə həmin əraziyə getmişdir. Həmin ərazidə Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərində narkotik maddə olması və qəbulunda şübhəli olduğunu bildirərək Masallı RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində baş təhqiqatçı Samir Məmmədov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunaraq dövlət hesabına Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət edilmişdir. Sonra baş təhqiqatçı X10 Balayevə üzərində şəxsi axtarış keçiriləcəyini bildirərək, üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə varsa iştirakçılara təqdim etməsi təklif etdikdə, sonuncu əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd büküm çıxarıb təqdim etmişdir. Daha sonra edilən sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin heroini xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Qasımlı kəndi ərazisində tapdığını və istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs əynində olan paltarlara şəxsi axtarış keçirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş, çəkisinin 0,41 qram olduğu müəyyən olunmuş, zərfə qoyularaq DİN-in 90 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan video diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, Masallı RPŞ-nin Baş İnspektor X1 iştirakları ilə Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı X9 tərəfindən Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçılara təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd büküm çıxarıb təqdim edərək, bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin heroini xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Qasımlı kəndi ərazisində tapdığını və istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqdim olunan büküm açıldıqda içərisindən narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs əynində olan paltarlara şəxsi axtarış keçirilərkən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş, ümumi təmiz çəkisinin 0,41 qram olduğu müəyyən olunmuşdur. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Yeddioymaq kəd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 11 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 Bölməsinin 10 mart 2024-cü il tarixli 19/228 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə olan heroinə bənzər kütlə......” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi:-0,347 qram olan maddə tiryəkdən kutar üsulla hazırlanmış narkotik vasitə heroindir (Heroinin təmiz çəkisi-0,347 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,297 qram). İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 X3 dair 11 mart 2024-cü il tarixli 247 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilməsi üçün vəsatət və təqdimatla məhkəməyə müraciət olunmuş və Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(050)-16/2024 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilməsindən imtina edilərək barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 2 ay 28 gün müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan, hökmdən və qərarlardan görünür ki, təqsirləndirilən şəxs Balayev X5 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(050)-142/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(050)-197/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsinin azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi barədə Masallı rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(106)-55/2022 saylı qərarı ilə Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(050)-197/2022 saylı qərarı ləğv edilərək, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzası 9 ay 15 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə narkotik vasitələrin aludəçisi olduğunu, narkomaniya xəstəliyindən əzab çəkdiyini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, əvvəllər eyni xarakterli cinayət əməli törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını və cəzasını çəkib qurtarmasına baxmayaraq, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən hazırki cinayət əməlini törətməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 09 mart 2024-cü il tarixdən 05 iyun 2024-cü il tarixdək həbsdə və ev dustaqlığında olması Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Eyni zamanda Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə polinarkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,297 qram narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 mart 2024-cü il tarixdən 05 iyun 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı müddətin bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesabı ilə hesablanmaqla, üzərində qəti olaraq 3 (üç) ay 3 (üç) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 05 iyun 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə polinarkomaniyadan məcburi müalicə edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,297 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-104/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-104/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver