Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-105/2023 17.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxx 1976-cı ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, "xxxx" MMC-də təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi işləmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 05 mart 2023-cü il tarixdə, saat 18 radələrində əvvəllər tanıdığı, Masallı şəhər sakini Şahid1 Masallı şəhəri ərazisində yerləşən “Olimp” restoranının arxa hissəsində olan meşəlik ərazidə satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə narkotik vasitə tiryəki və bir ədəd bükümdə qurudulmuş marixuananı 30 manat pulun müqabilində alıb ünvan 2 ünvanında yerləşən yaşadığı evə gətirərək orada bir bükümdə qurudulmuş narixuananı 10 hissəyə bölüb 2 hissəsini kağızda olmaqla 8 hisəsini siqaret borucuqlarının içinə yığaraq istifadə üçün hazır vəziyyətə gətirib satış məqsədilə üzərində saxlamaqla daşımış, narkotik vasitələri qəbul etməkdə, üzərində saxlamaqda və satışında şübhəli olduğundan 06 mart 2023-cü il tarixdə, saat 18 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri, H.Əliyev prospektində saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,652 qram və 0,146 qram, 8 ədəd istifadə üçün hazırlanmış kazbekin içərisində 2,279 qram, ümumilikdə təmiz çəkiləri 3,077 qram təşkil edən bir-biriləri ilə bioloji tərkiblərinə görə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd bükümdə təmiz çəkisi 1,822 qram təşkil edən xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 15 ildir narkotik vasitələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrindən bədənində ağrılar olduğundan narkotik vasitə qurudulmuş marixuana və tiryəki həm şəxsi istifadəsi, həm də pula ehtiyacı olanda satıb qazanc əldə etmək məqsədilə narkotik vasitələrin satışı ilə məşğul olduğunu əvvəlcədən bildiyi tanışı, Masallı şəhər sakini Şahid1 işlədiyi Masallı şəhəri H.Əliyev prospektində yerləşən “Olimp” restoranına getmiş və restoranın yaxınlığında olan meşəlik ərazidə sonuncu ilə görüşmüşdür. Orada Təhmasiblə bir az söhbət etdikdən sonra ona narkotik vasitə qurudulmuş marixuana və tiryək almaq istədiyini, əgər qurudulmuş marixuana və tiryəki varsa satmasını demişdir. Həmin vaxt tanışı Şahid1 ona hazırda üzərində bir büküm təxminən 5 qram ağırlığında narkotik vasitə olan qurdulmuş marixuana və təxminən 2 qram ağırlığında tiryək olduğunu, həmin bükümləri ümumilikdə 30 manat pulun qarşılığında sata biləcəyini bildirmişdir. O, Təhmasibdən həmin vaxt bir büküm təxminən 5 qram ağırlığında qurudulmuş marixuana və bir büküm 2 qram ağırlığında tiryəki 30 manat pulun qarşılığında alıb əynində olan qara rəngli gödəkcənin sağ iç cibinə qoyaraq oradan ünvan 3 ünvanında yerləşən özünə məxsus evə gəlmişdir. Yaşadığı evdə özünə məxsus otaqda heç kimin xəbəri olmadan aldığı bir bükümdə təxminən 5 qram ağırlığında qurudulmuş marixuananı həm şəxsi istifadəsi, həm də alıcı olduğu təqdirdə satmaq məqsədilə əvvəlcə 10 yerə bölmüş, sonra həmin 10 ədədin 8 ədədini götürüb ağ rəngli siqaret borucuqlarının içinə doldurub kazbek düzəldərək çəkmək üçün hazır vəziyyətə gətirmişdir. Qalan iki ədəd qurudulmuş marixuananı isə gümüşü rəngli siqaret kağızına bükmüşdür. Bundan sonra içərisində qurudulmuş marixuana olan düzəltdiyi 8 ədəd kazbeki, 2 büküm qurudulmuş marixuananı və bir büküm tiryəki “West” markalı siqaret qutusunun içinə yığıb otaqda gizlətmişdir. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində “West” markalı siqaret qutusunu gizlətdiyi yerdən götürüb əynində olan qara rəngli gödəkçənin sağ iç cibinə qoymuş və Masallı şəhəri, H.Əliyev prospektində yerləşən iş yerinə getmişdir. Həmin günü saat 18 radələrində işdən çıxıb H.Əliyev prospekti ilə piyada hərəkətdə olduğu vaxt mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə, üzərində gəzdirməkdə və satışında şübhəli olduğunu bildirmişlər. Sonra polis əməkdaşları ondan şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşduqda, o, həmin vaxt qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Sonra polis əməkdaşları ona üzərinə baxış keçirilməsindən ötrü birlikdə polis şöbəsinə getməli olduğunu dedikdə, o, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Masallı RPŞ-nə gəlmişdir. Polis şöbəsində baş təhqiqatçısı Xalid Qurbanov ona qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda və satışında şübhəli olduğundan saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək, şübhəli şəxs kimi hüquq və vəzifələrini elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirdikdə, Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Sonra təhqiqatçısı X.Qurbanov ona üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını deyərək, üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməsini təklif etdikdə, o, əynində olan qara rəngli gödəkçənin sağ iç cibindən bir ədəd üzərində “West” sözləri yazılmış içərəsində qurudulmuş marixuana və tiryək olan siqaret qutusunu çıxardıb təqdim etmişdir. Təhqiqatçı X.Qurbanov təqdim etdiyi siqaret qutusunu açıb içinə baxdıqda, orada içərisində qurudulmuş marixuana olan 8 ədəd kazbek, 2 büküm yenə qurudulmuş marixana və bir büküm tiryək olduğunu görmüşdür. Daha sonra təhqiqatçı X.Qurbanov üzərindən aşkar edilərək götürülmüş içərisinə qurudulmuş marixuana doldurduğu 8 ədəd kazbeki, yenə 2 büküm içərisində qurudulmuş marixuana olan gümüşü rəngli kağızı və bir büküm tiryəki elektron tərəzidə çəkmiş, qurudulmuş marixuananın ümumilikdə çəkisinin 3,077 qram, tiryəkin isə çəkisinin 1,822 qram olduğu müəyyən olunmuşdur. Sonra üzərindən aşkar edilmiş içərisində qurudulmuş marixuana və tiryək kağız zərfə qoyularaq qablaşdırılmışdır. Təhqiqatçı tərəfindən üzərinə şəxsi-axtarış keçirilməsi davam etdirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bütün bunlar barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən ailə olmaqla himayəsində bir nəfər azyaşlı uşağının olmasını və narkomaniya xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq, barəsində mümkün qədər cəza təyin edilməsini xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə edib üzərində gəzdirməkdə, istifadəsində və satışında şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla RPŞ-nin rəisinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası tədbirlərin davam etdirilməsi üçün rəis tərəfindən ona həvalə olunmuş və həmin günü tərəfindən qərar qəbul edilərək təsdiqlənmişdir. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat-təhqiqat qrupunun yaradılması barədə şöbə rəisi tərəfindən əmr imzalanmış və o, qrupun rəhbəri, RPŞ-nin TBnin baş təhqiqatçısı Xalid Qurbanov, CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid4 qrupun üzvləri təyin edilmişlər. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri H.Əliyev prospektində olması barədə məlumat əldə edib Şahid2 və Şahid4 ilə birlikdə həmin prospektə getmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edib Masallı RPŞ-nin əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik maddələri əldə edib üzərində gəzdirməsində və satışında şübhəli olduğunu bildirmişlər. Sonra ondan şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşduqda, Təqsirləndirilən şəxs heç bir cavab vermədiyi üçün ona üzərinə baxış keçirilməsindən ötrü birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Masallı RPŞ-nə gəlmişdir. Polis şöbəsində TB-nin baş təhqiqatçısı X12 Şəkərova qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda və satışında şübhəli olduğunu və buna görə də saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini elan edib bu barədə ona bildiriş vermişdir. Bu zaman Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirdikdə, Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Sonra təhqiqatçısı X.Qurbanov Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi-axtarış keçiriləcəyini deyərək, üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməsini təklif etdikdə, sonuncu əynində olan qara rəngli gödəkcəsinin sağ iç cibindən bir ədəd üzərində “West” sözləri yazılmış siqaret qutusunu çıxardıb təqdim etmişdir. Daha sonra edilən sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içində narkotik vasitə qurudulmuş marixuana və tiryək olduğunu, həmin qurudulmuş marixuana və tiryəki xx.xx.2023-cü il tarixdə tanışı, Masallı şəhər sakini Təhmasib adlı şəxsdən bir qismini şəxsi istifadəsi, digər bir qismini isə satmaq məqsədilə 30 manat pulun müqabilində alıb üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra baş təhqiqatçı X.Qurbanov tərəfindən siqaret qutusunun içinə baxıldıqda orada çəkmək üçün hazır vəziyyətə gətirilmiş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər 8 ədəd ağ rəngli boruşəkilli kağızın (kazbekin), 2 ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində yenə qurudulmuş marixuanaya bənzər maddənin və bir ədəd bükümdə tiryəkə oxşar kütəlinin olduğunu müəyyən olunmuşdur. Sonra baş təhqiqatçı X.Qurbanov tərəfindən içərisində qurudulmuş marixuana olan 8 ədəd kazbek, 2 büküm yenə içərisində qurudulmuş marixuana olan gümüşü rəngli kağız və bir büküm tiryəkə oxşar kütlə elektron tərəzidə ayrıayrılıqda çəkilmiş, çəkilərinin 0,97; 1,37; 0,87; 1,23;, 1,25; 1,32; 1,30; 0,83; 0,94; 0,39 və 2,05 qram olması müəyyən edilmiş, kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Daha sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi-axtarış keçirilməsi davam etdirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bütün bunlar barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Fariz oğlu Şahid3 ilə eyni məzmunlu ifadə verdi. Şahid1 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, uzun müddətdir narkotik vasitələr qəbul etmiş, əsasən də heroindən istifadə etmişdir. Narkotik vasitələr qəbul etməyəndə bədənində kəskin ağrılar olduğu üçün üzərində çox vaxt narkotik maddələr gəzdirmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində işlədiyi Masallı şəhəri H.Əliyev prospektində yerləşən “Olimp” restoranında olduğu vaxt tanışı Təqsirləndirilən şəxs restorana gəlib onu çağırdığını görmüşdür. Vüqarla salamlaşıb nə istədiyini soruşduqda, Vüqar ona bədənində ağrılar olduğundan narkotik vasitə qurudulmuş marixuana və tiryək almaq istədiyini, əgər qurudulmuş marixuana və tiryəki varsa ona satmasını xahiş etmişdir. Həmin vaxt o, tanışı Təqsirləndirilən şəxs hazırda üzərində bir büküm təxminən 5 qram ağırlığında narkotik vasitə olan qurdulmuş marixuana və təxminən 2 qram ağırlığında tiryək olduğunu, həmin bükümləri ümumilikdə 30 manat pulun qarşılığında ona sata biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ondan 30 manat pulun qarşılığında bir büküm narkotik vasitə qurudulmuş marixuana və tiryəki almağa razılaşdıqdan sonra onlar restoranın yaxınlığında olan meşalik əraziyə getmişlər. Orada üzərində olan təxminən 5 qram ağırlığında bir büküm qurudulmuş marixuananı və bir büküm təxminən 2 qram ağırlığında tiryəki 30 manat pul müqabilində Vüqara satmışdır. Vüqar ondan narkotik vasitələri alıb əynində olan qara rəngli gödəkçəsinin cibinə qoyaraq sağollaşıb getmişdir. Bundan bir gün sonra, yəni xx.xx.2023-cü il tarixdə polis əməkdaşları əvvəlcə tanışı Təqsirləndirilən şəxs, daha sonra isə onu üzərlərində narkotik vasitə gzərdirməyə görə tutmuşlar. İş materiallarında olan video diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, Şahid3, Şahid2 Fariz oğlu, Şahid4 və Masallı RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti, polis leytenantı X4 iştirakları ilə Masallı RPŞ-nin təhqiqatçısı X5 tərəfindən Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçılara təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ iç cibindən bir ədəd üzərində “West” sözləri yazılmış siqaret qutusunu çıxardıb təqdim edərək, təqdim etdiyi siqaret qutusunun içində narkotik vasitə qurudulmuş marixuana və tiryək olduğunu, həmin qurudulmuş marixuana və tiryəki xx.xx.2023-cü il tarixdə tanışı, Masallı şəhər sakini Təhmasib adlı şəxsdən bir qismini şəxsi istifadəsi, digər bir qismini isə satmaq məqsədilə 30 manat pulun müqabilində alıb üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra içərisində qurudulmuş marixuana olan 8 ədəd kazbek, 2 büküm yenə içərisində qurudulmuş marixuana olan gümüşü rəngli kağız və bir büküm tiryəkə oxşar kütlə elektron tərəzidə ayrıayrılıqda çəkilmiş, çəkilərinin 0,97; 1,37; 0,87; 1,23;, 1,25; 1,32; 1,30; 0,83; 0,94; 0,39 və 2,05 qram olması müəyyən edilmiş, kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar olunmamışdır. İş materiallarında olan digər video diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin İB-nin müsətəntiqi, polis kapitanı X8 tərəfindən Təqsirləndirilən şəxs ilə Şahid1 üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı və tiryəki Şahid1 30 manata aldığını, Şahid1 da narkotik vasitə qurudulmuş marixuananı və tiryəki Təqsirləndirilən şəxs 30 manata satdığını biri-birinin üzünə söyləmişlər. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı müddət ərzində heç bir yazılı və şifahi ərizə daxil olmamışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 725 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ilə X2 birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X6 adlı uşaqları vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin 07 mart 2023-cü il tarixli 19/262 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tiryək və qurudulmuş marixuanaya bənzər kütlələr...” sözlər və imzalar olan bir ədəd zəfdəki, 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,652 qr; -0,146 qram: ümumi təmiz çəkisi: -0,798 qram bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar; 1 ədəd bükümdə təmiz çəkisi: -1,822 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; 8 ədəd istifadə üçün hazırlanmış kazbekin içərisində ümumi təmiz çəkisi: -2,279 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş mariuanadırlar. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 2 ədəd bükümdə və 8 ədəd kazbek içərisində ümumilikdə 10 ədəd olmaqla ümumi təmiz çəkisi:-3,077 qram olan marixuanalar, bioloji tərkiblərinə görə bir-biriləri ilə eynidirlər (Marixuananın ümumi təmiz çəkisi-3,077 qram, tədqiqata sərf edildi-0,2 (hər ob.- 0,02qr) qram, qalıq-2,877 qram; tiryəkin təmiz çəkisi-1,822 qram, tədqiqata sərf edildi-0,05 qalıq-1,772 qram). İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər narkoloji xəstəxanasının ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 09 mart 2023-cü il tarixli, 267 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2023-cü il tarixdə cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 08 mart 2023-cü il tarixli 4(050)-33/2023 saylı qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, təqsirləndirilən şəxs Şəkərov X7 Rayon Məhkəməsinin 17 may 2012-ci il tarixli, 1(050)-68/2012 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu yoxdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, əməlindən peşman olmasını və təqsirini səmimi etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə narkotik vasitələrin aludəçisi olduğunu, narkomaniya xəstəliyindən əzab çəkdiyini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Eyni zamanda Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 1,772 qram olan narkotik vasitə tiryək və 2,877 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 06 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 1,772 qram olan narkotik vasitə tiryək və 2,877 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-105/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-105/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver