Məhkəmə qərarları › İş №1(050)-105/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-105/2025

18.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-105/2025 18.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Masallı rayonu Şərəfə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində iki azyaşlı uşağı olan, "xxxx" MMC-də fəhlə işləyən, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığından icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmış, məhkumluğu ödənilməmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada götürülməmiş, Masallı rayonu, Səmidxan kəndində qeydiyyatda olmaqla Masallı şəhəri “Azərbaycan” küçəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Masallı şəhəri, “Azərbaycan” küçəsində tanışı Masallı şəhər sakini Şahid3 100 manat pulun müqabilində istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan bir ədəd bükümdə xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 13:31-də Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan Masallı şəhəri H.Əliyev prospektində saxlanılmış, həmin yerdə üstü yoxlanılan zamanı əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən 01 ədəd göy rəngli sellofan bükümdə təmiz çəkisi 14,289 qram təşkil edən xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Masallı şəhəri “Təzə bazar” adlanan ərazidə əvvəllər tanıdığı, onunla idman arenasında birlikdə məşq edən Masallı şəhəri Qarabağ küçəsində yaşayan Şahid3 ilə qarşılaşmışdır. Şahid3 əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsinə görə həbs edildiyini bildiyindən söhbət əsnasında ona çəkmək üçün narkotik vasitə qurudulmuş marixuana “təşkil” etməsini xahiş etmişdir. Tanışı Şahid3la razılaşıb ondan bir ədəd bükümdə təxminən 14-15 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı 100 manat pulun müqabilində almışdır. Həmin narkotik vasitəni yaşadığı evin həyətindəki hində gizlətmiş, bir-iki dəfə az miqdarda həmin narkotik vasitədən istifadə etmişdir. Sonradan Şahid3 bir nəfər qadınla polis əməkdaşları tərəfindən saxlanıldığını eşitmiş, lakin İsmayılın dəqiq hansı tarixdə polis əməkdaşları tərəfindən saxlanıldığını xatırlamır. 16 mart 2025-ci il tarixdə işə gəldiyi vaxt özlərini Masallı RPŞ-nin əməkdaşları kimi təqdim edən iki nəfər şəxs ona yaxınlaşaraq, Masallı RPŞ-yə getməli olduğunu bildirmişlər. Polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Masallı RPŞ-yə getmişdir. Bundan sonra həmin polis əməkdaşları onu Masallı RPŞ-nin CAB-nin rəisi Nəsimi Cəfərovun xidməti otağına aparmışlar. Orada polis əməkdaşları ona şöbəyə gətirilmə səbəbini bildirməklə Masalı şəhər sakini Şahid3 narkotik vasitə aldığını bildirmişlər, o da İsmayılın həqiqətən də ona narkotik vasitə satmasını etiraf edərək Şahid3 100 manat pulun müqabilində 09 mart 2025-ci il tarixdə təxminən 14-15 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aldığını, həmin narkotik vasitədən az miqdarını istifadə etdiyini, qalan bükümdəki narkotik vasitəni isə yaşadığı evdə gizlətdiyini polis əməkdaşlarına etiraf etmişdir. Bundan sonra Masallı RPŞnin NMQ-nin əməliyat müvəkkilləri ilə birlikdə yaşadığı evə avtomobillə aparılmış, evində gizlətdiyi bükümdəki narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına könüllü orada təqdim etmişdir. Bundan sonra yenidən polis əməkdaşları onu təqdim etdiyi narkotik vasitə olan bükümlə birlikdə maşınla Masallı RPŞ-yə gətirmişlər. 19 mart 2025-ci il tarixədək polis şöbəsində saxlanıldıqdan sonra əməliyyatçılar ona əvvəlcədən dediyi qaydaya uyğun olaraq, Masallı şəhəri ərazisində saxlanılmaqla videoçəkiliş vasitəsilə üzərinə baxış keçiriləcəyini və könüllü olaraq üzərində olan narkotik vasitəni təqdim edəcəyini, həmin narkotik vasitəni Masallı şəhər sakini Şahid3 100 manat pulun müqabilində almasını deməsi barədə bildirilmişdir. Artıq Şahid3 ona narkotik vasitə satdığını etiraf etdiyinə görə o da polis əməkdaşları ilə razılaşmışdır. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə avtomaşınla Masallı şəhəri H.Əliyev prospektində yerləşən “Dəfinə liseyinin” yaxınlığına gətirilmişdir. Əvvəlcədən ona deyildiyi qaydada həmin yerdə səki ilə piyada hərəkət etməyə başlamış, polis əməkdaşları videokamera ilə ona yaxınlaşmış, o, üzərində olan narkotik vasitəni çıxararaq və 1 ədəd “Redmi” markalı mobil telefonu çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparıldığı müddətdə mobil telefonu üzərində olmuş, həmin mobil telefonda isə ***-***-**-** saylı mobil nömrəni istifadə etmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamla özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2 ildir narkotik maddə istifadəçisidir və son zamanlar əsasən narkotik vasitə qurudulmuş marixuana çəkir. xx.xx.2025-ci il tarixdə saat təxminən 19 radələrində yaşadığı Masallı şəhəri “Azərbayca” küçəsi ilə tək piyada “Təzə bazar” istiqamətində hərəkətdə olduğu zaman əvvəllər tanıdığı, onunla idman arenasında birlikdə məşq edən Masallı şəhəri Qarabağ küçəsində yaşayan Şahid3 ilə qarşılaşmışdır. Şahid3 əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsinə görə həbs edildiyini bildiyindən söhbət əsnasında ona çəkmək üçün narkotik vasitə qurudulmuş marixuana “təşkil” etməsini demişdir. İsmayıl ona hazırda üzərində təxminən 15-16 qram çəkidə qurudulmuş marixuana olduğunu və həmin qurudulmuş marixuananı 100 manat pulun müqabilində sata biləcəyini bildirmişdir. Bundan sonra o, tanışı Şahid3la razılaşıb ondan bir ədəd göy rəngli sellofan bükümdə və həmin çəkidə narkotik vasitə qurudulmuş marixuananı 100 manat pulun müqabilində almışdır. Daha sonra yaşadığı evə getmişdir və həbs olunduğu günədək İsmayıldan aldığı həmin qurudulmuş marixuanadan az-az götürüb 3-4-dəfə Masallı şəhəri ərazisində heç kimin görmədiyi şəraitdə istifadə etmişdir. Həmçinin evdə ailə üzvlərinin bilməməsi üçün əldə etdiyi qurudulmuş marixuananı daim üzərində gəzdirmişdir. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Masallı şəhəri H.Əliyev prospektinin “Dəfinə liseyinin” yaxınlığından keçən hissəsində piyada səkisi ilə tək yaşadığı evə gedərkən üç nəfər şəxsin videokamera ilə ona yaxınlaşdığını görmüşdür. Həmin şəxslər ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin Şahid1, Şahid2 və Ramal Şükürov adlı polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğu üçün yaxınlaşdıqlarını demişdir. Sonra polis əməkdaşları hüquq və vəzifələrini izah edib ondan şifahi formada üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını soruşmuşdur. O, üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu polis əməkdaşlarının artıq hardansa bildiklərini başa düşdüyündəm və yalan danışmağın heç bir mənasının olmadığını dərk etdiyindən onlara üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu demişdir. Sonra həmin yerdə özü əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd göy rəngli sellofan bükümü və şalvarının sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb üzərinə yoxlama keçirilərkən və polis şöbəsinə gətirilərkən ona qarşı heç bir fiziki güc və ya psixi təsir olunmamış, üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana özünə məxsus olmuş, həmin qurudulmuş marixuananı Şahid3 almış, Şahid3 əvvəllər tanımış, ona qarşı heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə ona Masallı rayonu Səmidxan kəndində qeydiyyatda olmaqla Masallı şəhəri “Azərbaycan” küçəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla RPŞ-nin rəisinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası tədbirlərinin davam etdirilməsi üçün rəis tərəfindən ona həvalə olunmuş və həmin günü tərəfindən qərar qəbul edilərək təsdiqlənmişdir. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat qrupunun yaradılması barədə əmr hazırlanmış və o, həmin qrupun rəhbəri, üzvləri isə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 və KTQ-nun baş inspektor kriminalisti Ramal Şükürov təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri H.Əliyev prospektində olması barədə məlumat əldə etdikdən sonra Şahid2 və R.Şükürovla birlikdə oraya getmişdir. Saat 13:31-də Təqsirləndirilən şəxs həmin prospektin “Dəfinə liseyinin” yaxınlığından keçən hissəsində piyada səkisi ilə tək hərəkətdə olduğunu görmüşdür və həmin vaxtı videoçəkilişlə yaxınlaşıb orada Natiqi saxlamışdır. Sonra ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını və qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib ondan üzərində narkotik maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs bir qədər düşündükdən sonra üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra həmin yerdə özü əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd göy rəngli sellofan bükümü və şalvarının sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu çıxardıb təqdim edərək təqdim etdiyi sellofanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin marixuananı təxminən 10 gün əvvəl Masallı şəhərində əvvəllər tanıdığı İsmayıl adlı şəxsdən 100 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. O, təqdim olunmuş həmin bir ədəd göy rəngli sellofan bükümü açıb yaxından baxmışdır və onun narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olduğunu görmüşdür. Sonra həmin qurudulmuş marixuanaya bənzər maddəni sellofanla birlikdə elektron tərəzidə çəkmiş və ümumi çəkisinin 15,74 qram olduğunu müəyyən etmişdir. Daha sonra həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddəni və “Redmi” markalı mobil telefonu orada ayrıayrılıqda qablaşdırıb üzərini polis şöbəsinin möhürü ilə möhürləyərək imzalatdırmışdır. Sonra Təqsirləndirilən şəxs üzərini yoxlamışdır və üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya aşkar etməmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında hər hansı ədavəti və düşmənçiliyi olmamış, xx.xx.2025-ci il tarixdə saxlanılıb üzəri yoxlanılarkən və polis şöbəsinə gətirildikdə ona qarşı heç bir fiziki güc və ya psixi təsir göstərilməmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tutulmamışdan əvvəl polis şöbəsinə aparıldığı, ondan narkotik vasitənin alınması, daha sonra isə öyrədilərək videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilməsi ilə bağlı bildirdiklərinin yalan olduğunu, xx.xx.2025-ci il tarixədək onu tanımadığını, ilk dəfə həmin tarixdə ona yaxınlaşaraq baxış keçirildiyi zaman marixuananın aşkar edildiyini qeyd etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verərək göstərmişdir ki, Masallı şəhər sakini Təqsirləndirilən şəxs tanıyır, onunla əvvəllər idman arenasında birlikdə məşq etmiş, arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Əvvəllər narkotikdən qanunsuz istifadə etdiyi üçün məhkum edilmişdir. Əvvəllər Təqsirləndirilən şəxslə birlikdə narkotik vasitə istifadə etsələr də, lakin ona heç bir narkotik vasitə verməmiş və satmamışdır. Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsində ondan 09 mart 2025-ci il tarixdə 100 manat pulun müqabilində bir büküm narkotik vasitə qurudulmuş marixuana alması barədə verdiyi ifadəsi tamamilə yalandır. Belə ki, bacısının doğum günü münasibətilə 07 mart 2025-ci il tarixdə Bakı şəhərində getmiş, 07,08 və 09 mart 2025-ci il tarixdə Bakı şəhərində olmuşdur. Yalnız xx.xx.2025-ci il tarixdə gecə saat 23-24 radələrində Bakı şəhərindən Masallı rayonuna qayıtmışdır. 10 mart 2025-ci il tarixdə isə polis əməkdaşları tərəfindən saxlanılmışdır. xx.xx.2025-ci il tarixdə gecə saat 23 radələrinədək Bakı şəhərində olduğu müddətdə mobil telefonu üzərində olmuşdur. Həmin müddətdə isə Təqsirləndirilən şəxs narkotik vasitə ümumiyyətlə sata bilməzdi. Mobil telefonun üzərində isə ***-***-**-** saylı mobil nömrə olmuşdur. Üzərindəki mobil telefonun anten məlumatları barədə sorğu edilərsə, onun 09 mart 2025-ci tarixdə gecə saatlarınadək Bakı şəhərində olduğu bir daha təsdiqini tapacaqdır. İstintaq zamanı verdiyi ifadəsinə münasibətdə isə Şahid3 bildirmişdir ki, o, məcburiyyət qarşısında qalaraq Təqsirləndirilən şəxs narkotik vasitə satmasını bildirmişdir. Təqsirləndirilən şəxslə uzun müddət bir yerdə narkotik vasitə istifadə etsələr də, lakin ona heç vaxt narkotik vasitə satmamış, nə də çəkməsi üçün verməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, Masallı şəhər sakini Təqsirləndirilən şəxs tanıyır, onunla əvvəllər idman arenasında birlikdə məşq etmiş, arasında heç bir ədavət və düşmənçilik olamışdır. Əvvəllər narkotikdən qanunsuz istifadə etdiyi üçün məhkum edilmişdir. xx.xx.2025-ci il tarixdə saat 16 radələrində o, narkotik maddələr əldə etmək üçün Masallıdan Lənkəran rayonu Qumbaşı kəndində getmişdir və orada tanımadığı şəxsdən 200 manat pulun müqabilində təxminən 20 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 03 ədəd bükümdə təxminən 01 qram çəkidə psixotrop maddə olan metamfetamin almışdır. Daha sonra yaşadığı evə gəlmişdir və həmin günü evdə Lənkəran rayonu Qumbaşı kəndindən aldığı narkotik vasitə olan qurudulmuş marixuananı 07 ədəd bükümlərə qazanc əldə etmək məqsədilə bölmüşdür. Sonra həmin bükümlərdən 06 ədədini evində saxlayıb digər 01 ədəd bükümü, təxminən çəkisi 16-17 qram narkotik vasitə olan qurudulmuş marixuananı göy rəngli sellofana qoymuşdur. Bundan sonra həmin günü yəni, xx.xx.2025-ci il tarixdə saat 19 radələrində yaşadığı evdən çıxmazdan əvvəl göy rəngli sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı əynindəki qara rəngli gödəkçənin cibinə qoyub küçəyə çıxmışdır. Daha sonra isə tək olaraq Masallı şəhəri “Azərbaycan” küçəsi ilə “Təzə bazar” deyilən yer istiqamətinə piyada hərəkət etməyə başlamışdır. Həmin küçədə Təqsirləndirilən şəxslə qarşılaşmışdır və küçədə dayanıb bir neçə dəqiqə onunla söhbət etmişdir. Söhbət əsnasında Natiq ona çəkmək üçün narkotik vasitə olan qurudulmuş marixuana tapmaqda köməklik etməyini bildirmişdir. O, Natiqi tanıdığı və güvəndiyi üçün ona üzərində saxladığı narkotik vasitə olan qurudulmuş marixuananı çıxarıb göstərmişdir və həmin qurudulmuş marixuananı 100 manat pulun qarşılığında sata biləcəyini demişdir. Təqsirləndirilən şəxs onunla razılaşdığından sonra üzərində göy rəngli sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı 100 manat pulun qarşılığında Natiqə satmışdır və ondan bir ədəd 100 manatlıq pul əskinazını alıb yaşadığı evinə qayıtmışdır. Bundan bir gün sonra polis əməkdaşları onu üzərində narkotik maddələr gəzdirdiyi üçün həbs etmişdir, daha sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs də ondan aldığı qurudulmuş marixuananı üzərində gəzdirdiyinə görə tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Təqsirləndirilən şəxsin yerində saxlanılaraq üzərinə baxış keçirilməsinin video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, Masallı RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti X5 tərəfindən Masallı RPŞ-yə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 13:31 Masallı şəhəri H.Əliyev prospektində “Dəfinə liseyinin” yaxınlığından keçən hissəsində saxlanılaraq üzəri yoxlanılan zaman özü əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd göy rəngli sellofan bükümü və şalvarının sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu çıxardıb təqdim etmiş, təqdim etdiyi bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin marixuananı təxminən 10 gün əvvəl Masallı şəhərində əvvəllər tanıdığı İsmayıl adlı şəxsdən 100 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. Əməliyyat müvəkkili tərəfindən təqdim olunmuş həmin bir ədəd bükümə baxış keçirərkən onun narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olduğunu görmüş, sonra həmin marixuanaya bənzər maddəni sellofanla birlikdə elektron tərəzidə çəkmiş və ümumi çəkisinin 15,74 (on beş tam yüzdə yetmiş dörd) qram olduğunu müəyyən etmişdir. Daha sonra həmin narkotik vasitə marixuanaya bənzər maddəni və Redmi markalı mobil telefonu ayrı-ayrılıqda içi boş olan kağız zərflərə qoyaraq qablaşdırmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyd olunandan başqa qanunla qadağan olunmuş hər hansı maddə və predmet aşkar olunmamışdır. Masallı RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı Samir Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərindən əməliyyat-axtarış tədbiri zamanı aşkar edilmiş əşyalara baxış keçirilən baxışın video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, Masallı RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti X5 tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış maddə olan zərf və mobil telefon olan zərf və baxış keçirilməsi barədə video görüntünü əks etdirən CD disk təhqiqatçıya təqdim edilmişdir. Təqdim edilmiş zərfdəki bükümə təhqiqatçı baxış keçirən zaman 01 bükümdə marixuanaya bənzər narkotik vasitə olmuş və həmin büküm elektron tərzidə çəkilərkən 15,98 qram olmuş, digər zərf açılaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş Redmi markalı mobil telefona baxış keçirilmiş, daha sonra təhqiqatçı tərəfindən iştirakçılarla bərabər Təqsirləndirilən şəxs yerində saxlanılmaqla üzərinə baxış keçirilməsini əks etdirən CD diskə baxış keçirilmişdir. Masallı RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru X6 tərəfindən müdafiəçisi X3 iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona verilən sualları tam şəkildə cavablandıraraq törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən təqdim edilmiş məhkəmə bioloji ekspertizasının 20 mart 2025-ci il tarixli, 19/124 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir büküm narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 14,289 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 14,289 qram, tədqiqata sərf edildi -0,1 qram, qalıq -14,189 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X7 Yoxlamanın nəticələrinə dair xx.xx.2025-ci il tarixli 164 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan KANNABİNOİDLƏRİN istifadəsi halları olub. Lakin, Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. “Maddi sübutun tanınması və təhvil verilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 14,189 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş narkotik vasitəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi barədə videogörüntüləri özündə əks etdirən 03 ədəd “CD” disk sübut növü kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(050)-4/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığından İcra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Masallı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 2- 549/25-62-16 saylı məlumatından görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasını tam şəkildə çəkdiyi üçün barəsində olan şəxsi iş xx.xx.2024-cü il tarixdə Masallı Rayon İcra və Probasiya Şöbəsinin probasiya qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs hazırki cinayəti törətdiyi zaman məhkumluğu ödənilmədiyindən hazırda məhkumluğu olan şəxsdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı rayon Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Ağayev X4 rayonu, Ətcələr kəndində qeydiyyatda olmaqla, Masallı şəhəri, Azərbaycan küçəsində yaşayır, üç nəfərdən ibarət ailə üzvü vardır, onlardan ikisi azyaşlı uşaqdır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmədə dindirilən təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsindən fərqli ifadə verərək göstərmişdir ki, barəsində videoçəkiliş vasitəsi ilə əməliyyat tədbiri keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən tutularaq polis şöbəsinə aparılmış, orada şifahi dindirildikdən sonra evində saxladığı narkotik vasitəni onlara təqdim etmiş, yalnız bundan sonra təlimatlandırılaraq küçədə üzərinə baxış keçirilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs məhkəmə iclasında fərqli ifadə versə də, onun üzərindən aşkar edilmiş narkotik vasitənin özünə aid olduğunu, həmin narkotik vasitəni Samir İsmayılovdan aldığını etiraf etmişdir. Lakin, keçirilən əməliyyat axtarış tədbirinin reallığı əks etdirmədiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, əməliyyat tədbirini həyata keçirmiş polis əməkdaşlarının təqsirləndirilən şəxslə əvvəlcədən hər hansı əlaqəsinin olub-olmadığının öyrənilməsi məqsədi ilə əməliyyat qrupunun üzvləri və təqsirləndirilən şəxsə məxsus mobil nömrələrlə aparılan danışıqlar və anten dairəsi ilə bağlı məlumatlar alınmış, lakin həmin şəxslərin bir-birləri ümumiyyətlə hər hansı formada danışığı ortaya çıxmamış, eyni zamanda anten dairələrinə dair məlumatlarda təqsirləndirilən şəxsin xx.xx.2025-ci il tarixdə saxlanılmazdan əvvəl polis şöbəsinə aparılması, daha sonra orada bir neçə gün saxlanılması halları aşkar edilməmişdir. Buradan da görünür ki, təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq öçün özünü müdafiə xarakterli ifadə vermişdir. Eyni zamanda məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsindən fərqli ifadə verərək, Təqsirləndirilən şəxs narkotik vasitə satmadığını, Təqsirləndirilən şəxs ifadəsində guya narkotik vasitəni xx.xx.2025-ci il tarixdə saat 19 radələrində ondan aldığını bildirmiş, halbuki həmin tarixdə Bakı şəhərində olmuş, həmin gün gecə 23 radələrində Masallı rayonuna qayıtmışdır. Buna görə də Təqsirləndirilən şəxs yalan danışdığını qeyd etmişdir. Məhkəmə şahidin ifadəsinə qiymət verərək göstərir ki, Şahid3 göstərdiyi halın araşdırılması üçün ona məxsus mobil nömrə ilə bağlı telefon danışıqları götürülmüş, həmin məlumatlar öyrənilərkən müəyyən edilmişdir ki, Şahid3 xx.xx.2025-ci il tarixədək Təqsirləndirilən şəxslə bir neçə dəfə telefon danışıqları olmuş, eyni zamanda anten dairəsi ilə bağlı məlumatlarla Şahid3 həmin tarixdə saat 20 radələrində Masallı şəhərində olduğu aşkar edilmişdir. Görünür, Şahid3 məhkəmə iclasında o cür ifadə verməklə, məhkəmədə başqa hakimin icraatında olan CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirlməsinə dair cinayət işi üzrə məsuliyyətən yaxa qurtarmağa cəhd etmişdir. Onun özünü ümumiyyətlə təqsirli bilməməsi ilə bağlı qeyd etdikləri hazırda barəsində CM-nin 234.2-ci maddəsi ilə başqa hakimin icraatında istintaq edilən cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edən hallar hesab edildiyindən həmin iş üzrə ətraflı araşdırma aparılmaq yolu ilə müəyyən edilə bilər. Onun məhkəmə istintaqda Təqsirləndirilən şəxs münasibətdə göstərdikləri inandırıcı deyildir, ittihamda göstərilən vaxtda deyil, başqa vaxtda satması halı belə Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın mahiyyətini dəyişmir. Çünki Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitənin özünə aid olduğunu, istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini etiraf etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən şahidlərin ifadələri, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş narkotik vasitəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi barədə video çəkilişin aparılmasına dair CD disklər, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 5 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmədə müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Masallı şəhəri, “Azərbaycan” küçəsində tanışı Masallı şəhər sakini Şahid3 100 manat pulun müqabilində istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan bir ədəd bükümdə xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 1(050)-4/2022 saylı hökmü ilə Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri üzrə təqsirli bilinərək ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına görə ödənilməmiş məhkumluğunun olmasına baxmayaraq, həmin cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğundan onun məhkumluğu hazırki iş üzrə Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə uyğun olaraq cinayətin residivini yaratmamışdır. Lakin, məhkəmə Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşını, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etməklə ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə həmçinin Cinayət Məcəlləsinin 52-1.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ədaalət oğlunun kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuni və məqsədə müvafiq hesab edir. Cəzaçəkmə müddətinin əvvəli Masallı rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsinə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 13:31-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2025-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Masallı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın şübhəli şəxs qismində tutularaq saxlandığı müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla ondan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə alınmış müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, o, Ərazi Narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından qeyd edir ki, hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan -14,189 qram narkotik vasitə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş narkotik vasitəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi barədə videogörüntüləri özündə əks etdirən 03 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi 12 saat üçün nəzərdə tutulan 132 manat pul ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə 19 mart 2025-ci il tarixdən 21 mart 2025-ci il tarixədək tutularaq saxlanıldığı 2 (iki) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Ərazi Narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspert tədqiqatından sonra qalıq çəkisi-14,189 qram olan çətənə (kannabis) bikisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş narkotik vasiytəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi barədə videogörüntüləri özündə əks etdirən 03 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş müvafiq olaraq Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi 12 saat üçün nəzərdə tutulan 132 (bir yüz otuz iki) manat pul dövlət büdcəsinin vəsaiti hesabından tutulub Masallı rayon «Kapital Bank»dakı hesabına köçürülsün. (kod-990003611, VÖEN **********1, hesablaşma hesabı ********************).ödənilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar