Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-106/2023 08.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. xx.xx.1968-ci il tarixdə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Masallı Rayon məhkəməsinin 03 avqust 2011-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1,. 177.2.3 və 177.2.4-cü maddələri ilə 2500 manat cərimə cəzasına məhkum edilmiş, cərimə cəzası icra olunmamış, Masallı Rayon Məhkəməsinin 12 avqust 2013-cü il tarixli hökmü ilə AR CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1.-ci maddəsinə əsasən 02 il 06 ay müddətə azadlıqdan məhumetmə və 2500 manat cərimə cəzasına məhkum edilmiş, cərimə cəzası icra olunmamış, Masallı Rayon Məhkəməsinin 11 may 2018-ci il hökmü ilə AR CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1.-ci maddəsinə əsasən 03 il müddətə azadlıqdan məhumetmə və 2500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, 2500 manat cərimə cəzası icra edilməmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, ünvan 2 2023-cü il tarixli qərarına əsasən barəsində “həbs" qətimkan tədbiri seçilmiş, 08 mart 2023-cü il tarixdən həbsdə saxlanılan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 39,215 qram olan narkotik vasitə həşiş qətranını əldə edərək üzərində saxlamaqla daşımış, 12 iyul 2021-ci il tarixdə saat 17 radələrində Masallı RPŞ-in əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri ərazisində saxlanılaraq RPŞ-nə gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən qeyd edilən çəkidə narkotik vasitə həşiş qətranı aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2003-cü ildən etibarən narkotik vasitə qəbul edir. Əvvəllər şəxsi istehlak miqdarından artıq narkotik vasitəni saxlamaq və daşımaq cinyətinə görə məhkum olunmuşdur. Əvvvəllər Lənkəran rayonu Qumbaşı kəndindən narkotik vasitə aldığına görə, xx.xx.2023-cü il tarixdə yenə də Lənkəran rayonu Qumbaşı kəndinə getmiş və orada əvvəllər tanımadığı şəxsə yaxınlaşmış və həmin şəxsdən 20 manat müqabilində 3 ədəd metadon həb almışdır. Həmin həblərin 1 ədədini hissə-hissə istifadə etmiş və qalan 2 ədədini isə sonradan istifadə etmək üçün üzərində gəzdirmişdir. xx.xx.2023-cü il tarixdə Masallı şəhəri, N.Nərimanov küçəsində piyada hərəkət etdiyi zaman polis əməkdaşları ona yaxınlaşaraq, Masallı RPŞ-də dəvət edilmiş və müdafiəçinin iştirakı ilə, videokameranın müşahidəsi altında üzərinə baxış keçirilmişdir. Baxış zamanı könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibində gizlətdiyi Lənkəran rayon Qumbaşı kəndinə tanımadığı şəxsdən aldığı 2 ədəd, narkotik vasitə metadon həbi təqdim etmişdir. Polis əməkdaşları ona yaxınlaşan vaxt, RPŞ-nə dəvət etdikləri zaman və üzərində şəxsi axtarış aparılan zaman heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər. Əməlindən səmimi peşman olduğunu, bir daha narkotik vasitə istifadə etməyəcəyini, ona həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Masallı RPŞ-nin NMQnin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 08 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində gəzdirilməsində şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri Nəriman Nərimanov küçəsi ərazisində olması barədə məlumat əldə edib Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə həmin əraziyə getmiş, həmin ərazidə piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərində narkotik maddə olması, qəbulunda şübhəli olmasını bildirib polis şöbəsinə dəvət etmiş və birlikdə Masallı RPŞ-nə gəlmişdir. O, bu barədə raportla şöbə rəisinə məruzə etmiş və raportun icrası TBnin təhqiqatçısı Elşad Məmmədova həvalə olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı Elşad Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuş və sonra isə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Masallı rayon Vəkil Bürosunun müdafiəçisi Müdafiəçi dəvət edilmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə varsa iştirakçılara təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd narkotik vasitə metadon həbi iştirakçılara təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiklərinin narkotik vasitə metadon həb olduğunu və həmin narkotik vasitəni 3-4 gün əvvəl Lənkəran rayonu Qumbaşı kəndi ərazisində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının, həmçinin qara rəngi gödəkçənin ciblərinə və digər paltarlara şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş əlavə hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd narkotik vasitə metadon həb elektron tərəzidə çəkilərək ümümi çəkisi 1,07 qram olmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 2 ədəd metadon həb zərfə qoyularaq DİN-in 90 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Şəxsi axtarış zamanı iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmamış, şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir əməliyyat məlumatı daxil olmamış, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Məhkəmə istintaqında ibtidai istintaq zamanı vediyi ifadəsi elan edilməklə tədqiq edilmiş Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları göstərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin dərman vasitələrinin tədqiqi eskpertizasının xx.xx.2022-ci il tarixli 19/279 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində : “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metadona bənzər həb......” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər metadon dərmanlarıdır və həblərin təsiredici maddəsinin ümumi miqdarı -0,08 qramdır.(bir həb -0,04qr) Metadon 2 ədəd tədqiqata sərf edildi-1 ədəd, qalıq 1 ədəd. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizanın 10 mart 2023-cü il tarixli 277 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi)” aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Maddi sübutun tanınması və təhvil verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd olan, ekspertiza tədqiqatından sonra qalan 1 ədəd narkotik vasitə olan metadon həb maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc yerinə verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsi barədə maddi sübut CD diskinə “HP” markalı komputerdə məhkəmə baxışı iclasında baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilərkən əynində əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan 2 ədəd narkotik vasitə metadon həb aşkar edilib götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2.-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən şahidlərin ifadələri, maddi sübut, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-ə əsasən Təqsirləndirilən şəxs narkotik vasitəyə oxşar maddələri polis əməkdaşlarına təqdim etməsinin müəyyən edilməsi, habelə məhkəmə bioloji və məhkəmə narkoloji ekspertizaların rəyləri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində göstərilən cinayət üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onların təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 234.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında 08 mart 2023cü il tarixli protokoldan və həbs qətimkan tədbirinin seçilməsi haqqında 10 mart 2023-cü il tarixli məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 10 mart 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Masallı RİHB-nın Masallı şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən və ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs Heybət yaşadığı yer üzrə mənfi xarakterizə edilir, himayəsində nikahdan kənar xx.xx.2010-cu ildə anadan olmuş X5 adlı bir azyaşlı uşağı, o cümlədən X2 adlı arvadı vardır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və işə əlavə edilmiş hökmün surətindən görünür ki, Həbibov X3 Rayon məhkəməsinin 03 avqust 2011ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1,. 177.2.3 və 177.2.4-cü maddələri ilə 2500 manat cərimə cəzasına məhkum edilmiş, cərimə cəzası icra olunmamış, Masallı Rayon Məhkəməsinin 12 avqust 2013-cü il tarixli hökmü ilə AR CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1.-ci maddəsinə əsasən 02 il 06 ay müddətə azadlıqdan məhumetmə və 2500 manat cərimə cəzasına məhkum edilmiş, cərimə cəzası icra olunmamış, Masallı Rayon Məhkəməsinin 11 may 2018-ci il hökmü ilə AR CM-nin 234.1.ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1.-ci maddəsinə əsasən 03 il müddətə azadlıqdan məhumetmə və 2500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Masallı rayon İcra və Probasiya şöbəsinin 10 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2500 manat cərimə cəzasına məhkum edilməsinə dair Masallı rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli qərarı Masallı rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsinin 13 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə əlaqədar azad edilmişdir. Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli hökmünə əsasən təyin edilmiş 2500 manat məbləğində cərimə cəzasının icra vərəqəsi müəssisədə aşkar olunmamışdır. Müəssisədə cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs Heybət oğluna aid hər hansı bir tutma və könüllü ödəniş olmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1.-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.2.-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə həmin Məcəllənin 59.2.-ci maddəsini əsas götürərək onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını da cəzasını yüngülləşdirən hal kimi nəzərə alır Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1.-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1. və 83.3.3.-cü maddələrinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində, onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 dekabr 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 68.2.-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplanıldıqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu ilə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.1.-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1. və 65.2.-ci maddələrinin tələbinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1. və 56.1.3.-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş şəxsdir, əvvəllki iki məhkumluğu ödənilməmişdir, islah olunmur. Bu səbəblə də o, azadlıqdan məhrumetmə ilə əlaqədar cəza çəkməklə islah oluna, həmçinin həmin növdə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Əməlində cinayətin təhlükəli residivinin olması nəzərə alınmalı və ittiham olunduğu maddənin sanksiyasında göstərilən azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin ücdə ikisindən az ona cəza təyin edilməməlidir. Məhkəmə onun əməlində yüngülləşdirən halların məcmusunu, təyin olunacaq cəzanın ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təhlükəli residiv nəzərə alınmaqla orta həddə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməli, icra edilməmiş 2500 manat cərimə cəzası üzrə ona hökmlərin məcmusu üzrə cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1.-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2.-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6.-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2., 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi və həbsdə saxlanıldığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1. və 93.1.2.-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X1 X7 Yoxlamanın nəticələrinə dair rəyini tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunması zərurəti vardır, məcburi müalicəyə qarşı əks göstərişi yoxdur, ona görə də Cinayət Məcəlləsinin 93.1.2.-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri-60 manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi subut olan-Masallı RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd metadon həbi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, videogörüntü olan disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, Azərbaycan Respublikasının CM-nin 99-1.-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Masallı Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrumetmə və 2500 manat cərimə cəzası üzrə icra olunmamış 2500 manat cərimə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1.-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına tam birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 02 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzası və 2500 manat cərimə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 2500 manat cərimə cəzası müstəqil icra olunsun. Cəzaçəkmə müddətinin əvvəli 08 mart 2023-cü il tarixdən hesablansın və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut olan tədqiqata sərf edildikdən sonra qalan 1 ədəd metadon həbi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 1 ədəd CD diski cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut 1 ədəd metadon həbinin məhv edilməsi hissədə hökmün icrası Masallı rayon icra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduqdan və həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(050)-106/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-106/2023
08.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver