Məhkəmə qərarları › İş №1(050)-106/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-106/2024

05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-106/2024 05.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçilər-Masallı rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2000-ci ildə Masallı rayonu, Ərkivan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Kosakül kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə, xx xxxxxxx 1999-cu ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 09 mart 2024-cü il tarixdə, saat 02 radələrində özgənin əmlakını gizli olaraq talamaqla ələ keçimək məqsədilə, tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlməklə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs məxsus olan, Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən həyətyanı sahədəki tövləyə qapısının açılması üsulu ilə qanunsuz daxil olub sonuncuya məxsus 5 aylıq, sarı-ala rəngli, 60 kiloqram çəkidə, 1000 manat dəyərində, erkək cinsli bir baş damazlıq dananı gizli yolla talayıb oğurlayaraq Zərərçəkmiş şəxs 1000 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 09 mart 2024-cü il tarixdə, saat 02 radələrində özgənin əmlakını gizli olaraq talamaqla ələ keçimək məqsədilə, tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlməklə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs məxsus olan, Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən həyətyanı sahədəki tövləyə qapısının açılması üsulu ilə qanunsuz daxil olub sonuncuya məxsus 5 aylıq, sarı-ala rəngli, 60 kiloqram çəkidə, 1000 manat dəyərində, erkək cinsli bir baş damazlıq dananı gizli yolla talayıb oğurlayaraq Zərərçəkmiş şəxs 1000 manat məbləğində maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 09 mart 2024-cü il tarixdə, saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə Masallı rayonu, Kosakül kəndindən Ərkivan qəsəbəsi istiqamətində piyada gedərkən adını sonradan bildiyi Zərərçəkmiş şəxs yaşadığı evin yanından keçən zaman tövlədən inək səsinin gəldiyini eşitmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona tövləyə girərək inəyi oğurlamağı təklif etmişdir. O da, Təqsirləndirilən şəxs2 təklifi ilə razılaşmış və birlikdə əllərində olan mobil telefonun işığını söndürərək həmin həyətə metal toru açaraq daxil olmuşlar. Sonra həyətdə olan tövlənin mismarla bağlanmış qapısını açaraq orada olan 4 baş iribuynuzlu heyvanların arasından 1 baş dananı Təqsirləndirilən şəxs2 ilə köməkləşib sürüyərək həyətdən çıxarmışlar. Daha sonra həmin dananı Kosakül kəndinin qəbrisatanlığına aparıb orada dəmir boruya bağlamışlar. Sonra birlikdə Masallı rayonu, Kosakül kəndi ərazisində yerləşən heyvan bazarına getmişlər. Orada tanımadığı şəxsin idarə etdiyi "VAZ-21011” markali avtomobillə oğurladıqları dananı Kosakül kənd qəbrisatanlığında avtomobilin qoşqusuna qoyaraq saat 06 radələrində bazara gətirmişlər. Orada bir neçə şəxs həmin dananı almaq üçün yaxınlaşmış, həmin şəxslərdən biri Təqsirləndirilən şəxs2lə razılaşaraq həmin dananı 710 manata almışdır. Təqsirləndirilən şəxs2 aldığı puldan 10 manatı taksiyə vermiş və 700 manatı aralarında barabər bölmüşlər. Sonra tanımadığı şəxsin idarə etdiyi avtomobillə Bakı şəhərinə gedərək həmin pulu şəxsi ehtiyacları üçün xərcləmiş və 09 mart 2024-cü il tarixdə Masallı şəhərinə qayıtmışlar. xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq 1 baş dananı oğurlamaqda şübhəli olduğunu bildirərək onu Masallı RPŞyə dəvət etmişlər. Polis şöbəsində etdiyi əməli səmimi etiraf etmişdir. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəyərək barışıq əldə etməsini, zərərçəkmiş şəxsin onlara qarşı şikayəti, tələbi və iddiası olmamasını, ailəli olmaqla himayəsində bir nəfər azyaşlı uşağının olmasını, fəhləlik etməklə ailəsinin yeganə təminatçısı olmasını və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 09 mart 2024-cü il tarixdə, saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə Masallı rayonu, Kosakül kəndindən Ərkivan qəsəbəsi istiqamətində piyada gedərkən adını sonradan bildiyi Zərərçəkmiş şəxs yaşadığı evin yanından keçən zaman tövlədən inək səsinin gəldiyini eşitmişlər. Həmin vaxt Müslümə tövləyə girərək inəyi oğurlamağı təklif etmişdir. Müslüm onun təklifi ilə razılaşmış və birlikdə həmin həyətə metal toru açaraq daxil olmuşlar. Sonra həyətdə olan tövlənin mismarla bağlanmış qapısını açaraq orada olan 4 baş iribuynuzlu heyvanların arasından 1 baş dananı köməkləşib sürüyərək həyətdən çıxarmışlar. Daha sonra həmin dananı Kosakül kəndinin qəbrisatanlığına aparıb orada dəmir boruya bağlamışlar. Sonra birlikdə Masallı rayonu, Kosakül kəndi ərazisində yerləşən heyvan bazarına getmişlər. Orada tanımadığı şəxsin idarə etdiyi "VAZ-21011” markali avtomobillə oğurladıqları dananı Kosakül kənd qəbrisatanlığında avtomobilin qoşqusuna qoyaraq saat 06 radələrində bazara gətirmişlər. Orada bir neçə şəxs həmin dananı almaq üçün yaxınlaşmış, həmin şəxslərdən biri onunla razılaşaraq dananı 710 manata almışdır. O, aldığı puldan 10 manatı taksiyə vermiş və 700 manatı aralarında barabər bölmüşlər. Sonra tanımadığı şəxsin idarə etdiyi avtomobillə Bakı şəhərinə gedərək həmin pulu şəxsi ehtiyacları üçün xərcləmiş və 09 mart 2024-cü il tarixdə Masallı şəhərinə qayıtmışlar. xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq 1 baş dananı oğurlamaqda şübhəli olduğunu bildirərək onu Masallı RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində etdiyi əməli səmimi etiraf etmişdir. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəyərək barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayəti, tələbi və iddiası olmamasını, ailəli olmaqla himayəsində bir nəfər azyaşlı uşağının olmasını (uşağın anasının şəxsiyyət vəsiqəsi olmadığı üçün uşağa doğum haqqında şəhadətnamə ala bilməmişdir), fəhləlik etməklə ailəsinin yeganə təminatçısı olmasını və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli özlərinin ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla onlara aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onun yaşadığı ev Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində yerləşir. 09 mart 2024-cü il tarixdə şəxsi təsərrüfatında 4 baş iri buynuzlu, yəni 2 baş inək və 2 baş dana olmuşdur. Həmin heyvanları özünə məxsus paybəlli torpaq sahəsində otarmış, axşamlar isə yaşadığı evin həyətindəki tövlədə saxlamışdır. 08 mart 2024-cü il tarixdə gecə vaxtı tövləyə daxil olmuş və heyvanları yemləyərkən 4 baş iri buynuzlu heyvanları tövlədə olmuşdur. 09 mart 2024-cü il tarixdə, saat 09 radələrində tövəyə daxil olduqda 1 baş dananın tövlədə olmadığını görmüşdür. Ətraf ərazilərdə həmin dananı axtarsa da, tapa bilməmişdir. Daha sonra Masallı RPŞ-yə ərizə ilə müraciət edərək 1 baş danasının oğurlandığını bildirmişdir. Sonra polis əməkdaşları onun danasını oğurlayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlamışlar. Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə barışdığını, onlara qarşı iddia, tələb və şikayəti olmadığını qeyd edərək, barələrində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, 2008-ci ildən etibarən mal-qara alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onlarla hər hansı münasibəti və ya düşmənçiliyi olmamışdır. 09 mart 2024-cü il tarixdə, saat 05 radələrində o, mal-qara alıb satmaqdan ötrü Masallı rayonu, Kosakül kəndi ərazisində yerləşən heyvan bazarına getmişdir. Orada saat 06 radələrində Təqsirləndirilən şəxs2 ona yaxınlaşaraq özünə məxsus 1 baş dananı satdığını bildirmişdir. O, Təqsirləndirilən şəxs2 ilə 710 manata razılaşaraq pulu Elşənə verib həmin dananı almışdır. Bir neçə saat sonra aldığı 1 baş dananı 870 manata həmkəndlisi Şahid2 satmışdır. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin dananı oğurlamışlar. Məhkəmə iclası zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, 2023-cü ildən etibarən mal-qara alqı-satqısı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onlarla hər hansı münasibəti və ya düşmənçiliyi olmamışdır. 09 mart 2024-cü il tarixdə, saat 04 radələrində o, mal-qara almaqdan ötrü Masallı rayonu, Kosakül kəndi ərazisində yerləşən heyvan bazarına getmişdir. Orada saat 06 radələrində mal-qara alqı-satqısı ilə məşğul olan, əvvəllər tanıdığı Şahid1 bir baş dana satdığını görüb ona yaxınlaşmış və 870 manata Şahid1 həmin dananı almışdır. Bir neçə dəqiqə sonra aldığı 1 baş dananı 910 manata tanımadığı şəxsə satmışdır. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin dananı oğurlamışlar. Məhkəmə iclası zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, o, özünə məxsus “VAZ 21011” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə yük daşımaqla məşğuldur. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onlarla hər hansı münasibəti və ya düşmənçiliyi olmamışdır. 09 mart 2024-cü il tarixdə, saat 05 radələrində özünə məxsus “VAZ 21011” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı rayonu, Kosakül kəndi ərazisində yerləşən heyvan bazarına getmiş və bir neçə dəqiqə sonra bir nəfər şəxs özünə məxsus 1 baş dananı satmaq üçün Kosakül kəndi ərazisindən bazara gətirmək istədiyini bildirmişdir. O da dananı bazara 10 manat qarşılığında gətirə biləcəyini bildirdikdə, həmin şəxs bir nəfər şəxslə avtomobilinə əyləşmiş və onlar Kosakül kəndinə gedərək orada dananı avtomobilin arxa hissəsinə quraşdırdığı qoşquya yükləmiş və heyvan bazarına gəlmişlər. Orada həmin şəxslər 10 manat pulu ona vermiş və dananı qoşqudan düşürüb bazara daxil olmuşlar. O isə orada dayanıb müştəri gözləmişdir. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin dananı oğurlamışlar. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən (arayış) görünür ki, qeyd olunmuş çəkisi 60 kq olan, sarı-ala rəngli, 5 aylıq, erkək cinsli 1 baş damazlıq dananın qiyməti 1000 manatdır. Qeyd olunan qiyməti orta bazarda tələb və təklifə uyğun olaraq orta bazarda müəyyənləşdiyindən qeyd olunan qiymət dəyişə bilər. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları ərazidə müsbət xarakterizə olunurlar. İş materiallarında olan AZ-İV№ 730869 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 X2 ilə birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X5 adlı uşaqları vardır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 1(050)-190/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən və X3 Mərkəzinin doğum şöbəsinin doğan qadın haqqında məlumatdan görünür ki, Təqsirləndirilən şəxs2 on altı yaşına çatmayan Rəhimova (Əliyeva) Aysu Faiq qızı ilə cinsi əlaqədə olduğuna görə Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş, onların 13 mart 2022-ci il tarixdə bir oğlan uşağı doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnamələrə verilmiş cavabdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də, onlar həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə, sonuncunun ondan tələb və şikayətinin olmamasını, əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə, sonuncunun ondan tələb və şikayətinin olmamasını, əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2024cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən buraxılmışlar. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 20 (iyirmi) manat məbləğində pul Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq Cənub Qiymətləndirici MMC-nin hesabına köçürülməli, iş üzrə maddi sübutun və mülki iddianın olmaması nəzərə alınmalı,. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 10 mart 2024-cü il tarixdən 12 mart 2024-cü il tarixədək həbsdə saxlandığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 10 mart 2024-cü il tarixdən 12 mart 2024-cü il tarixədək həbsdə saxlandığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasının icrası yaşadıqları yer üzrə Masallə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Ekspertiza tədqiqatının dəyəri olan 20 (iyirmi) manat məbləğində pul Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq Cənub Qiymətləndirici MMC-nin hesabına köçürülsün. Hökmdən, elan olunduğu 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Hakim Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar