Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-108/2024 30.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1967-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 1 ay 16 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməyən və qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülməyən, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda 01 ədəd sellofan bağlamada narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, 11 mart 2024-cü il tarixdə saat 14 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Masallı rayonu, köhnə bazar adlanan ərazisində saxlanılaraq Masallı rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol iç tərəfindən 01 ədəd sellofan bağlamada təmiz çəkisi 465,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, o, Masallı rayon Polis Şöbəsinin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etmiş və polis leytenantı rütbəsindədir. 11 mart 2024-cü il tarixdə Masallı şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və üzərində gəzdirməsi barədə onun icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun tərəfindən həmin məlumat aidiyyatı üzrə rəhbərliyə məruzə edilmiş və həmin tarixdə müvafiq qərar və əmr əsasında Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat təhqiqat qrupu yaradılmışdır. Əməliyyat-təhqiqat qrupunun rəhbəri o, olmaqla, üzvləri əməliyyat müvvəkili, Şahid2 və X5 təyin edilmişdir. Əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyataxtarış tədəbirləri nəticəsində Təqsirləndirilən şəxs 11 mart 2024-cü il tarixdə Masallı şəhərində yerləşən Köhnə Bazar adlanan ərazidə saxlanılmışdır. Onlar əvvəlcə Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Bundan sonra isə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə və daşımasında şübhəli olmasını deyib bununla bağlı Masallı RPŞ-yə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən onlarla birlikdə Masallı RPŞ-yə gəlmişdir. Şöbənin inzibati binasında xidməti otaqların birində X5 Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah etmiş və hüquq və vəzifələrinə dair bildirişi Bəybalaya təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs öz vəkili olmadığına görə ərizə ilə müraciət edib Masallı rayonunda fəaliyyət göstərən vəkillərdən Müdafiəçi qismində təyin edilməsini xahiş etmişdir. Təhqiqatçı tərəfindən Müdafiəçi qismində təyin edilib dəvət edilmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlamışdır. Əvvəlcə təhqiqatçı Bəybaladan üzərində hər hansı qanunla qadağa edilən əşya və ya predmet olub-olmadığını soruşmuş və əgər varsa iştirakçıların önündə təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol içəri tərəfindən bir ədəd yapışqan lentlə bağlanmış qara rəngli bağlama çıxardıb təqdim etmişdir. Təhqiqatçı həmin bağlamanın nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs isə cavabında “otdur, nəşədir” deyə cavab vermişdir. Həmin sellofan bağlamanın içərisinə baxış keçirilmiş və içərisində qəhvəyi rəngdə qurudulmuş marixuanaya bənzər kütlələr olması məlum olmuşdur. Bundan sonra X5 bağlama ilə bağlı bəzi suallar vermişdir. Təqsirləndirilən şəxs isə suallara cavab olaraq həmin bağlamada olan narkotik vasitə qurudulmuş marixuananı Lənkəran rayonunun Qumbaşı kəndindən 150 manat pula aldığını, narkotik vasitəni aldığı şəxsi tanımadığını və üzərində şəxsi istifadəsi üçün gəzdirdiyini demişdir. X5 Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlələri bir ədəd sellofan bağlama ilə birlikdə elektron tərəzidə çəkmiş və çəkisinin 500 qram olmasını görmüşdür. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş və üzərində hər hansı başqa bir qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana kağız zərfdə qablaşdırılmış, üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış keçirilməsi ilə bağlı sonda təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və bütün iştirakçılar protokola imza etmişlər. O, daha sonra təyin edilmiş məhkəmə-bioloji ekspertizası ilə tanış olmuş və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələrin narkotik vasitə olan qurudulmuş marixuana olmasını və çəkisinin 465,0 qram olmasını bilmişdir. O, rəylə razı olmuşdur. Onun Təqsirləndirilən şəxs ilə əvvəllər tanışlığı və aralarında heç bir ədavət, düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanıldıqda, RPŞnə gətirildikdə, onun üzərində şəxsi axtarış aparıldıqda heç bir zor və ya güc tətbiq olunmamışdır. Müdafiəçinin və digər proses iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən bir ədəd sellofan bağalamada narkotik vasitə olan qurudulmuş marixuana sellofan bağlama ilə birlikdə çəkildiyi üçün çəkisi 500 qram olması müəyyən edilmişdir. Lakin ekspertiza tədqiqatı zamanı həmin narkotik vasitə olan qurudulmuş marixuana təmiz halda çəkilmiş və təmiz çəkisi 465,0 qram müəyyən edilmişdir. Ekspertin tərəzisi dəqiq və düzgün çəkdiyi üçün rəydə göstərilən çəki əsas götürülməlidir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması barədə hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edildi. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xəstə olduğui üçün xəstəxanada müalicə olunur. Bazara çörək almaq üçün getmişdir. Orada cəzaçəkmə müəssisəsində tanış olduğu məhkum yoldaşı Xıl kəndindən olan Şəmsəddinlə rastlaşmışdır. Şəmsəddinlə söhbət edən zaman Şəmsəddinin mobil telefonuna zəng gəlmişdir. Şəmsəddin telefona cavab verərək “burdayıq” demişdir. Təxminən 5 dəqiqə sonra polis əməkdaşları gəlib onları tutaraq polis şöbəsinə aparmışlar. O, tək tutulmamışdır. Bundan sonra şöbədə polis əməkdaşları onu vurmağa başlamışlar. O, yazı yaza bilmir, polis şöbəsində də hər hansı bir yazı yazmamışdır. Polis əməkdaşları qarşısına narkotik vasitə qoyaraq “səni bununla tuturuq” demişlər. O, isə polis əməkdaşlarına onu tutduqları zaman üzərində hər hansı bir şey olmamışdır, xeyrola narkotik vasitə?. Polis əməkdaşları yenidən onu vurmuşlar. Daha sonra yazıb-pozub gətirib qarşısına torba qoymuşlar və Cəlilabad rayonundan aldığını bildirmişlər. O, isə Cəlilabad rayonunda olmamışdır. Narkotik vasitə onun üzərində olmamışdır, polis əməkdaşları onun üzərinə qoymuşlar. Lakin bütün bu olanlarla bağlı bu günədək heç bir hüquq-mühafizə orqanına və müalicə aldığı xəstəxananın rəhbərliyinə bildirməmişdir. Küçədə maşınlardan 10 dəpik pul yığmaqla çörək alıb evinə aparır, həyat yoldaşı xəstədir. Özü isə vərəm və spid xəstəliyindən əziyyət çəkir, əməliyyat olunmuşdur. İki uşağı vardır onlarda xəstədilər. Məhkəmədən xəstəliyinin nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs ona qarşı ittiham elan edilmiş cinayət əməlini törətməkdə özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilən mötəbər sübut növləri ilə tam sübuta yetirilmişdir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin ifadəsini səmimi qəbul etməməklə özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik maddələrdən istifadə etmişdir. O, əvvəllər də narkotik maddələrdən istifadə etdiyinə görə məhkum olunmuşdur. Belə ki, o, sonuncu dəfə Masallı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 11 dekabr 2023-cü il tarixdə 01 ay 16 gün müddətə şərti olaraq vaxtından əvvəl cəzadan azad edilərək azadlığa buraxılmışdır. Hazırda cəzasını çəkib qurtarmış, lakin məhkumluğu ödənilməmiş və götürülməmişdir. O, 11 mart 2024-cü il tarixdə səhər saatlarında Lənkəran rayonun, Qumbaşı kəndinə getmişdir. O, əvvəllər də həmin yerdən özü üçün qurudulmuş marixuana almışdır. Onun həmin kənddə əsasən yol kənarında gəzən bir nəfər üzdən tanıdığı şəxs olmuşdur. O, həmin şəxsi bir qədər gözləmiş və həmin şəxs gəlmişdir. O, həmin şəxsə yaxınlaşıb özü üçün narkotik vasitə olan qurudulmuş marixuana istəmişdir. O, həmin şəxsə üzərində 150 manat pul olduğunu deyib və bu məbləğə nə qədər düşürsə o qədər satmasını istəmişdir. Həmin şəxs də ondan pulu alıb, bir qədər gözləməyini istəmişdir. Təxminən yarım saat sonra həmin şəxs yenidən gəlmiş və bu dəfə əynindəki gödəkçənin içərisindən bir ədəd sellofan bağlama çıxarıb ona vermişdir. O, həmin vaxt yol kənarında bir qədər aralıda durmuş və ətrafda kimsə olmamışdır. O, aldığı bir ədəd qara rəngli bağlamanı əynində olan qara rəngli gödəkçənin sol iç cibinə qoymuş və geri qayıtmışdır. O, havanın qaralmasını gözləyib daha sonra həmin bağlamanı evə aparmaq qərarına gəlmişdir. O, Masallı rayon ərazisinə çatdıqdan sonra Köhnə bazar adlanan yerdə bir qədər vaxt keçirmişdir. O, Köhnə bazarda olan zaman bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış və özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları ona yaxınlaşan zaman həmin gün aldığı bir ədəd qara rəngli sellofan bağlama onun gödəkçəsinin cibində olmuşdur. Polis əməkdaşları ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirmiş və bununla bağlı Masallı RPŞ-yə getməli olduğunu demişlər. O, polis əməkdaşlarının suallarına cavab olaraq üzərində narkotik vasitə olduğunu etiraf etmiş və onlarla birlikdə etiraz etmədən Masallı RPŞ-in inzibati binasına gəlmişdir. Polis şöbəsində xidməti otaqların birində olarkən polis geyimində olan bir nəfər özünü X5 kimi təqdim etmişdir. Təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutularaq üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi bildirilmişdir. Daha sonra o, öz vəkili olmadığına görə ərizə ilə müraciət etmişdir. Ona öz istəyi ilə Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Bundan sonra təhqiqatçı proses iştirakçılarının iştirakı ilə üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirməyə başlamışdır. Təhqiqatçı əvvəlcə ona üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyini təklif etmişdir. O da əynində olan qəhvəyi rəngli gödəkçənin sol iç cibindən bir ədəd qara rəngli sellofan bağlama çıxardıb təqdim etmişdir. O, həmin sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuana olmasını, Qumbaşı kəndindən 150 manat pula aldığını və öz istifadəsi üçün üzərində daşıyaraq saxladığını bildirmişdir onun təqdim etdiyi 01 ədəd qara rəngli bağlamanın içərisinə baxış keçirilmiş və içində qurudulmuş marixuana olması məlum olmuşdur. Həmin marixuana qara rəngli bağlama ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 500 qram olması onlara məlum olmuşdur. Daha sonra təhqiqatçı onun üzərinə şəxsi axtarış keçirmiş və hər hansı başqa bir qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Onun üzərindən aşkar edilmiş qurudulmuş marixuana qara rəngli sellofan bağlama ilə birlikdə ağ rəngli kağız zərfə qoyulmaqla üzəri möhürlənmiş və imzalarla təsdiqlənmişdir. Daha sonra isə təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və protokolu imzaları ilə təsdiq etmişdir. O, daha sonra ekspertiza rəyində üzərindən aşkar edilmiş olan qurudulmuş marixuananın təmiz çəkisinin 465,0 qram olmasını bilmiş və həmin ekspertiza rəyi ilə razı olmuşdur. Polis əməkdaşları ona heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər. O, narkotik vasitə əldə etməyi barədə heç kimə bir söz deməmişdir. Buna görə də üzərində narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməyindən və üzərində saxlamağından heç kimin məlumatı olmamışdır. O, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş olan narkotik vasitə olan qurudulmuş marixuanadan öz şəxsi istifadəsi üçün üzərində daşıyaraq saxlamışdır. O, üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümdəki narkotik vasitə olan qurudulmuş marixuananı 11 mart 2024-cü il tarixdə Lənkəran rayonu, Qumbaşı kəndindən 150 manat pul qarşılığında tanımadığı şəxsdən almışdır. O, narkotik vasitə aldığı şəxsin adının dəqiq nə olmasını və dəqiq olaraq hansı ünvanda yaşamasını bilməmişdir, həmin qurudulmuş marixuanadan heç kimə pay verməmiş və də satmamışdır. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş video çəkilişin aparılmasına dair CD diskə baxış keçirilərək, Təqsirləndirilən şəxs narkotik vasitəni könüllü olaraq əynindəki qara rəngli gödəkçənin sol iç tərəfindən çıxararaq təhqiqatçıya təqdim etdiyi müəyyən edildi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin Materialların məhkəmə ekspertizası, məhkəmə bioloji eskpertizasının 11 mart 2024-cü il tarixli, 19/237 saylı rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə...” sözləri və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bükülüdə təmiz çəkisi- 465,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən ksutar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (marixuananın təmiz çəkisi 465.0 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 464.9 qram). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X6 Yoxlamanın nəticələrinə dair 12 mart 2024-cü il tarixli 254 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN, qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-in təqdim etdiyi tələbnamədən və işə əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 1 ay 16 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü ildə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Masallı RİHB-in Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı şəhəri, M.ünvan 2 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı yer üzrə mənfi xarakterizə edilir. İş materiallarında olan vərəmli pasiyentin xəstəlik tarixindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ağ ciyərlərin infiltrafik vərəmi xəstəliyindən əziyyət çəkir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, şəxsin özünün ibtidai istintaqda verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, videoçəkilişdən istifadə edilməklə keçirilmiş şəxsi axtarış və götürmə aparılmasına dair protokol və ona əlavə edilmiş təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə CD disk, həmçinin işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır. Yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndində qeyd edilir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar yoxdur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs ağ ciyər vərəmi xəstəliyindən əziyyət çəkməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Onun əməlində cinayətin residivi vardır. Cinayətin residivi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə CM-in 58-ci maddəsinə əsasən cəza təyin edərkən Təqsirləndirilən şəxs şəxsiyyətini pis səciyyələndirməklə təyin olunacaq cəzanın şəxsin islah olunması yönümündə yetərli olmasını nəzərə alaraq daha sərt cəza yolu ilə azadlıqdan məhrumetmə cəzası təyin etməyi məqsədə müvafiq hesab edir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsində xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 12 mart 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Onun şübhəli şəxs qismində tutularaq saxlanıldığı müddət iki gün kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi nəzərə alınmaqla cəza təyin etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsində göstərilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 346.1.22-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 30 may 2024-cü il tarixdən hesablanmalıdır. Həmin Məcəllənin 346.1.16-cı maddəsinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə isə müvafiq ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və o, “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Həmin Məcəllənin 346.1.19-cu maddəsinin tələbi baxımından Masallı Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 464.9 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs narkotik vasitəni könüllü təqdim etməsi barədə görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Habelə, həmin Məcəllənin 346.1.21-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkoloji ekspertizanın dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 mart 2024-cü il tarixdən 12 mart 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli 30 may 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 464.9 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi görüntülərini özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-108/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-108/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver