Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-108/2025 24.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü üzrə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 5800 manat cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya qanunvericiliklə müəyyən edilmiş qaydada götürülməmiş, Bakı şəhəri Xətai rayonu Qvardiya küçəsi ev 51-də qeydiyyatda olmaqla Qusar rayonu İmamqulukənd kəndinə yaşayan, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanımadığı Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs həbsdə olan oğlu X7 16500,0 manat pulun müqabilində cəzasını yüngülləşdirib həbsdən azad etdirəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadıb özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə sonuncunun qızı Şəbnəm Ağacanovanın Bakı şəhəri, ünvan 1-də yerləşən yaşadığı evdə 7000,0 manat, xx.xx.2024-cü il tarixdə saat 12:40-da Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən “Şahin market”-dəki “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə istifadəsində olan 5239 1517 6851 6844 saylı “Kapitalbank” kart hesabına köçürmə üsulu ilə ard-arda 1500, 300 və 200 manat olmaqla ümumilikdə 2000,0 manat, xx.xx.2024-cü il tarixdə ünvan 3-də yerləşən binanın qarşısında 5000,0 manat və xx.xx.2024-cü il tarixdə saat 13:09-da “BirBank” mobil tətbiqi vasisətilə yenə istifadəsində olan 5239 1517 6851 6844 saylı “Kapitalbank” kart hesabına köçürmə üsuli ilə 1500 manat pulu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni ümumilikdə 15500,0 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2024-cü ilin yanvar ayının sonlarında yol-nəqliyyat hadisəsi törətdiyindən Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilmişdir və Polis İdarəsinin MSY-də saxlanılan vaxtı orada Zərərçəkmiş şəxs oğlu X10 ilə tanış olmuşdur və həmin şəxsin külli miqdarda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək həbs edildiyini bilmişdir. Orxanla söhbət əsnasında ona dostlarının, tanışlarının olduğunu və onların köməkliyi ilə qısa müddətdə həbsdən çıxacağını bildirmişdir. Orxan Məmmədov ona həbsdən çıxdıqdan sonra atası Zərərçəkmiş şəxsla əlaqə saxlamasını və onunla bu barədə danışmasını xahiş etmişdir. Orxanın xahişini nəzərə alıb həbsdən çıxdıqdan sonra Orxanın valideynlərinə zəng edib oğlu Orxanın işi ilə əlaqədar danışmış və Elxanı görüş üçün Bakı şəhərinə dəvət etmişdir. Bundan bir gün sonra Elxan arvadı Şahid ilə birlikdə Bakı şəhəri Nərimanov rayonuna gəlib orada onunla görüşmüşdür. Həmin zaman o, Elxana oğlu Orxan Məmmədovun işinin yüngülləşməsi və həbsdən çıxması üçün özünün tanışları olduğunu və onların vasitəsilə 16500,0 manat pulun müqabilində Orxanın cəzasını yüngülləşdirib həbsdən azad etdirəcəyini demişdir. Elxan hazırda həmin məbləğdə pulu olmadığını bildirdikdə, ona həmin məbləğdə pullu istintaq və məhkəmə prosesində hissə-hissə verməyini demişdir və beləliklə onlar razılaşmışlar. Bundan sonra xx.xx.2024-cü il tarixdə Elxan arvadı Mətanətlə birlikdə Bakı şəhərinə gəlib qızı Şəbnəmin yaşadığı ünvan 1 ünvanında onunla görüşüb orada ilkin olaraq ona 7000 manat pul vermişdir. O, Elxana narahat olmamağını, işin yekununda oğlu Orxanın həbsdən azad etdirəcəyini və qalan 9500 manat pulu da tez müddətdə düzəldib verməyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhərində olduğu zaman o, Zərərçəkmiş şəxs zəng edib qalan 9500 manat puldan 2000 manatını da göndərməsini demişdir və həmin pulu göndərmək üçün özünə məxsus "xxxx" tərəfindən verilmiş 5239 1517 6851 6844 saylı plastik kart nömrəsini ona vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs həmin günü hesab nömrəsinə üç dəfəyə ardıcılı olaraq 1500, 300 və 200 manat olmaqla ümumilikdə 2000 manat pul göndərmişdir. Bundan 3-4 gün sonra o, yenidən Elxanla telefon əlaqəsi saxlayıb ona oğlu Orxanın cəzasının yüngülləşdirilməsi və həbsdən azad edilməsi işi ilə ciddi məşğul olduğunu və qalan 7500 manat puldan 5000 manatını da düzəldib qısa müddətdə ona çatdırmağını bildirmişdir. Elxan ona pulu olmadığını, bankdan kredit götürüb gətirib verəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə Elxan onunla telefon əlaqəsi saxlayıb Bakı şəhərində olduğunu və 5000 manat pul kreditə gütürüb gətirdiyini demişdir. O, həmin günü ünvan 2 ünvanında yerləşən binanın qarşısında Elxanla görüşüb orada üzbəüz ondan 5000 manat pulu almışdır və həmin vaxtı da Elxana yenə narahat olmamağını, oğlu Orxanın işin sonunda həbsdən azad etdirəcəyini bildirmişdir. Orxana kömək etmək istədiyi üçün onun məhkəməsinin hansı tarixlərdə keçiriləcəyini əvvəlcədən maraqlanıb öyrənmişdir. xx.xx.2024-cü il tarixdə o, Qusar rayonunda olduğu vaxtı Zərərçəkmiş şəxs yenidən zəng edib ona 3 gündən sonra oğlu Orxan Məmmədovun Bakı Ağır Cinayətlər məhkəməsində sonuncu məhkəməsi olacağını, Orxanın işinin danışıb həll etdiyini, həmin vaxtı məhkəmədən azad olunacağını və buna görə də, qalan 2500 manat pulu da ona göndərməsini demişdir. Elxan ona 1500 manat pulu olduğunu və həmin pulu göndərə biləcəyini dedikdə, o Elxana 1500 manat pulu kart hesabıma göndərməsini, qalan 1000 manat pulu isə məhkəmə günü üzbəüz verməyini bildirmişdir. Elxan onunla razılaşmışdır və 1500 manat pulu onun hesab nömrəsinə göndərmişdir. 3 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə o, Bakı şəhərinə gedə bilməmişdir və Bakı Ağır Cinayətlər Məhkəməsi Orxan Məmmədovu 11 il azadlıqdan məhrumetmə cəzası vermişdir. Həmin günü Elxan ona zəng edib verdiyi vədə əməl etmədiyini və ondan aldığı ümumilikdə 15500,0 manat pulunu geri qaytarmağını demişdir. Lakin o, özüdə aldanmışdır. Belə ki, Zərərçəkmiş şəxs oğlu Orxan Məmmədovun işinin yüngülləşdirilməsi və onun həbsdən azad edilməsi ilə bağlı aldığı pulları Bakı şəhərində tanış olduğu və dost bildili şəxsə vermişdir. Həmin şəxsdə onu aldadaraq pulları ondan aldıqdan sonra ölkədən qaçaraq Gürcüstana getmişdir. Dost bildiyi şəxs adını ona X2 təqdim etmiş olsa da, lakin sonradan bilmişdir ki, həmin şəxs adını belə ona səhv demişdir. Sonda Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlində özünü təqsirli bilərək əməlindən peşman olduğunu, dəymiş ziyanı tam şəkildə ödədiyini, eyni zamanda dövlət büdcəsinə dəymiş ziyanın iyirmi beş faizini ödəyərək zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alınıb iş üzrə icraata xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2024-cü ilin yanvar ayının sonlarında oğlu X3 miqdarda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək Bakı şəhər Nizami RPİ-nin əməkdaşları tərəfindən həbs edilmişdir. Qusar rayonu İmamqulukənd kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında heç bir ədavəti olmamışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edib özünü təqdim edərək oğlu Orxanla birlikdə Nizami RPİ-nin MSY-də saxlanılarkən tanış olduğunu, Orxanın işinin yüngülləşdirilməsi və azadlığa buraxılması üçün görüşmək istədiyini demişdir. Bundan bir gün sonra o, arvadı Şahid ilə birlikdə Bakı şəhəri Nərimanov rayonuna gedib orada Təqsirləndirilən şəxsla görüşmüşdür. Həmin zaman Niyazbəy ona oğlu Orxan Məmmədovun işinin yüngülləşməsi və həbsdən çıxması üçün özünün yüksək vəzifəli tanışı olduğunu onun vasitəsi ilə 16500 manat pulun müqabilində Orxanın işinin yüngülləşdirib həbsdən azad etdirəcəyini demişdir. Niyazbəyə hazırda həmin məbləğdə pulu olmadığını bildirdikdə, ona həmin məbləğdə pullu istintaq və məhkəmə prosesində hissə-hissə verməyini demişdir. O, Təqsirləndirilən şəxs inanıb etibar etdiyi üçün pulları hissə-hissə verməyə razılaşmışdır. Bundan bir neçə gün sonra o, 7000 manat pul düzəldib xx.xx.2024-cü il tarixdə arvadı Mətanətlə birlikdə Bakı şəhərinə gedib Niyazbəyi qızı X5 yaşadığı ünvan 1 ünvanına çağırıb orada görüşüb həmin 7000 manat pulu ona vermişdir. Təqsirləndirilən şəxs pulu sayıb ondan alaraq narahat olmamağını, işin yekununda oğlu Orxanın həbsdən azad etdirəcəyini və qalan 9500 manat pulu da tez müddətdə düzəldib ona verməyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən yaşadığı evdə olduğu zaman Təqsirləndirilən şəxs ona zəng edib qalan 9500 manat puldan 2000 manatını tez göndərməyini demişdir və həmin pulu ona göndərməsi üçün öz adına olan plastik kartın hesab nömrəsini vermişdirdi. Bundan sonra o, həmin günü Ərkivan qəsəbəsində yerləşən “Şahin market”-ə gedib oradakı “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə Niyazbəyin hesab nömrəsinə üç dəfə ard-arda 1500, 300 və 200 manat olmaqla ümumilikdə 2000 manat pul göndərmişdir. Bundan 3-4 gün sonra Təqsirləndirilən şəxs yenidən onunla əlaqə saxlayıb oğlu Orxanın cəzasının yüngülləşdirilməsi və həbsdən azad edilməsi işi ilə ciddi məşğul olduğunu və qalan 7500 manat puldan 5000 manatını da düzəldib qısa müddətdə ona çatdırmağını bildirmişdir. Həmin vaxtı pulu olmadığından arvadı Şahid xx.xx.2024-cü il tarixdə Cəlilabad rayonuna gedib oradakı "xxxx" MMC-dən öz adına 5000 manat kredit götürüb ona vermişdir və o da xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən binanın qarşısında Niyazbəylə görüşüb orada əlbəəl ona vermişdir. Həmin vaxtı da Niyazbəy bir daha ona narahat olmamağını, verdiyi vədi yerinə yeirəcəyini və oğlu Orxanın işin sonunda həbsdən azad edəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Masallı rayonu Ərkivan qəsəbəsində olan evində olduğu zaman Təqsirləndirilən şəxs yenidən onunla telefon əlaqəsi yaradıb 3 gündən sonra oğlu Orxan Məmmədovun Bakı Ağır Cinayətlər məhkəməsində sonuncu məhkəməsi olacağını, Orxanın işinin danışıb həll etdiyini və həmin vaxtı məhkəmədən azad olunacağını, buna görə də, qalan 2500 manat pulu da ona göndərməyini demişdir. O, Niyazbəyə hazırda 1500 manat pulu olduğunu və həmin pulu ona göndərə biləcəyini dedikdə, Niyazbəy ona 1500 manat pulu kart hesabına göndərməyini, qalan 1000 manat pulu isə məhkəmə günü üzbəüz verməyini bildirmişdir. Buna görə də o, həmin vaxtı yaşadığı evdə telefonunun mobil “BirBank” tətbiqi vasisətilə hesabında olan 1500 manat pulu hesabına göndərmişdir. 3 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində oğlu Orxan Məmmədovun sonuncu məhkəməsi keçirilmişdir və məhkəmə Orxana 11 il azadlıqdan məhrum etmə cəzası vermişdir. Təqsirləndirilən şəxs məhkəməyə gəlmədiyi üçün o, həmin vaxtı Niyazbəylə telefon əlaqəsi saxlayıb ona verdiyi vədə əməl etmədiyini, məhkəmə oğlu Orxana 11 il həbs cəzası verdiyini və etibarından sui-istifadə edib aldığı ümumilikdə 15500 manat pulunu geri qaytarmasını demişdir. Təqsirləndirilən şəxs həmin pulları Roman adlı şəxsə verdiyini və həmin şəxsdən pulları alıb geri qaytaracağını bildirmişdir. Lakin bir müddət sonra Niyazbəy ona Roman adlı şəxsi tapa bilmədiyini demişdir. O, X4 işini yüngülləşdirməsi və həbsdən azad etdirməsi ilə bağlı verdiyi vədlərin yalan olduğunu başa düşdüyündən və verdiyi pulları geri ala bilmədiyini gördüyündən məcbur olub əvvəlcə DİN-nin 102 zəng xidmətinə, daha sonra isə Masallı RPŞ-yə gedib barəsində şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirərək qanun çərçivəsində işə xitam verilməsini və Niyazbəyin azad edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 6000 (altı min) manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu müddət nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək, üzərində 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5800 (beş min səkkiz yüz) manat cərimə cəzası saxlanılmışdır. İş materiallarında olan Bakı şəhər probasiya idarəsi tərəfindən verilmiş məktubdan görünür ki, məhkum olunmuş Təqsirləndirilən şəxs Nizami rayon Məhkəməsinin 1(007)- 337/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən 5800 (beş min səkkiz yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ona təyin olunan cəriməni tam ödədiyi üşün, xx.xx.2024-cü il tarixində Bakı şəhər probasiya idarəsinin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan Qusar RİHB-nın İmamqulukənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qusar rayonu, İmamqulukənd kəndində qeydiyyatsız yaşayır, xx.xx.1990-ci il təvəllüdlü X1 ailə tərkibi vardır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, bir ədəd kağız listin üzərinə köçürülmüş ********** və **********2 nömrəli 2 ədəd pul ödəmə qəbzi iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınması və cinayət işinin istintaq materiallarında saxlanılması qərara alınmışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ərizələrdən görünür ki, törədilmiş cinayət əməli nəticəsində ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbləri yoxdur. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 3880 manat ödəməklə, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi dövlət büdcəsinə ödənilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı axtarış elan olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində saxlanılaraq Masallı RPŞ-yə gətirilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 01 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçimişdir. Məhkəmə baxışı zamanı Dövlət ittihamçısı çıxışında bildirdi ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, zərərçəkmiş şəxslə barışdığından (şikayət və tələbləri olmadığından), zərərçəkmiş şəxsə vurulmuş ziyan tamamilə ödənildiyindən, habelə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə proses iştirakçılarının ifadələrini və dövlət ittihamçısının təklifini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməl az ağır cinayətdir. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf edərək əməlindən peşman olmuş, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməklə barışaraq bu barədə məhkəməyə yazılı müraciət etmiş, müraciətində cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edildiyini qeyd edərək cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətmişdir. Buna görə də təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə vurulmuş ziyanın iyirmi beş faizini təşkil edən 3880 manat ödənişin edilməsi qanuna müvafiqdir və onun cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməsi mümkündür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini, habelə cinayət təqibinə xitam verilməsi haqqında xahişini nəzərə alıb belə qərara gəlir ki, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında azad edilməlidir. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə 1500 manat və xx.xx.2024-cü il tarixdə 1500 manat məbləğində pulları Təqsirləndirilən şəxs 5239 1517 6851 6844 saylı plastik kart hesabına göndərməsini təsdiq edən bir ədəd kağız listin üzərinə köçürülmüş ********** və **********2 nömrəli 2 ədəd pul ödəmə qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə müsadirə edilməli əmlak, mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2, 73-1.2, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında azad edilsin. İş üzrə maddi sübut olan bir ədəd kağız listin üzərinə köçürülmüş ********** və **********2 nömrəli 2 ədəd pul ödəmə qəbzi cinayət işinin materiallarında saxlanılsın. Qərar elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-108/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-108/2025
24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver