Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-109/2023 12.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxx 1992-ci il tarixdə Masallı rayonu, Şərəfə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Şərəfə kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Masallı RPŞnin əməkdaşları tərəfindən keçirilən əməliyyat–axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Masallı şəhəri, H.Əliyev prospekti ərazisində saxlanılaraq Masallı RPŞ-yə gətirilmiş, orada üzərinə keçirilən şəxsi-axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə ümumi təmiz çəkisi 0,261 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitə və psixotrop maddələrdən ümumiyyətlə istifadə etməmiş, həkim müayinəsindən keçərkən də narkomaniya xəstəliyi aşkar olunmamışdır. O, yaşadığı kənddə yerləşən göldən balıq tutur və həmin balıqları idarə etdiyi “VAZ-2106” markalı, **-BG-*** dövlət qeydiyyat nömrəli avtomobillə sataraq səyyar alver edir. 27 yanvar 2023-cü il tarixdə, saat 19 radələrində idarə etdiyi “VAZ-2106” markalı, **-BG-*** dövlət qeydiyyat nömrəli avtomobili Masallı şəhəri, H.Əliyev prospektində yolun kənarında olarkən Röyal Əliyev ona zəng vuraraq Şahid3 taksiyə ehtiyacı olduğunu bildirmişdir. Həmin vaxt Şahid3 onun idarə etdiyi avtomobilə əyləşərək onu Masallı rayonu, Qızılavar kəndinə aparmasını və bunun müqabilində 2 manat verəcəyini, başqa pulu olmadığını bildirdikdə, o, Şahid3lə razılaşmadığl üçün sonuncu onun üzərinə bükülü tullayaraq avtomobildən düşüb getmişdir. Bu zaman iki nəfər, sonradan adlarını bildiyi Şahid1 və Şahid2 adlı polis əməkdaşları avtomobilinə yaxınlaşaraq onu Masallı RPŞ-nə aparmışlar. Polis şəbəsində Amidin onun üzərinə atdığı bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bilmişdir. Bundan sonra psixotrop maddə metamfetaminin ona məxsus olmadığını bildirsə də, polis əməkdaşlarının təziq və təsirindən qorxaraq videoçəkiliş zamanı cibindən içərisində metamfetamin olan bükümü çıxarıb təqdim etmişdir. Daha sonra ibtidai istintaq zamanı metamfetaminin ona məxsus olmadığını bildirsə də, müstəntiq tərəfindən aldadılaraq elektron varianta yazılan ifadələri imzalamışdır. Sonra bununla bağlı prokurorluğa şikayət etsə də, heç bir nəticəsi olmamışdır. Bundan başqa idarə etdiyi “VAZ-2106” markalı, **-BG-*** dövlət qeydiyyat nömrəli avtomobilə baxış keçirilmiş, avtomobilin saxlanc yerindən balıqlar aşkar olunmuşdur. Buna görə də, özünü tam təqsirsiz hesab edir və barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilməməsi barədə vermiş olduğu ifadəsini inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa yönəlmiş ifadə kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, iş üzrə dindirilmiş şahid ifadələri, üzərinə şəxsi axtarış keçirilməsi barədə videoçəkiliş, məhkəmə-kimyəvi ekspertizasının rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, bir müddətdir narkotik vasitələr və psixotrop maddələr qəbul edir, heç bir yerdə işləmir. Yaşadığı kənddə yerləşən göldən balıq tutur, daha sonra tutduğu balıqları atasına məxsus etibarnamə əsasında idarə etdiyi VAZ2106 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə səyyar şəkildə sataraq dolanışğını təmin edir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında yaşadığı kənddə olan göldə bir qədər balıq tutduqdan sonra balıqları yığdığı kisəni və səbəti idarə etdiyi avtomobilin yük yerinə qoymuşdur. Həmin gün tutduğu balıqları satmaq fikrində olsa da, bədənində ağrılar yaranmağa başladığından əvvəlcə narkotik vasitə almaq məqsədilə Lənkəran rayonu, Qumbaşı kəndinə getmiş və orada xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı bir nəfər şəxs görüb ona yaxınlaşaraq bədənində ağrılar olduğunu deyib, ona narkotik vasitə və ya psixotrop maddə tapmaqda köməklik etməsini xahiş etmişdir. Həmin tanımadığı şəxs, təxminən 0,3 qram psixotrop maddə olan metamfetamin olduğunu, istəsə ona 15 manata verə biləcəyini bildirmişdir. O, cibində olan 10 manat pulunu çıxarıb həmin tanımadığı şəxsə üzərində ancaq bu qədər pulunun olduğunu, başqa pulunun olmadığını demiş, tanımadığı şəxs də, bir qədər fikirləşdikdən sonra metamfetamini 10 manata satmağa razılaşmış və həmin bir ədəd bükümü ona vermişdir. O, bir büküm psixotrop maddə olan metamfetamini aldıqdan sonra əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibinə qoymuş və Masallı rayonu istiqamətində hərəkət etməyə başlamışdır. Masallı şəhəri H.Əliyev prospektinə gəlib saat 19 radələrində yolun kənarında avtomobilini saxlamışdır. Həmin vaxt məqsədi aldığı psixotrop maddə olan metamfetamini istifadə etmək olmuş, lakin o, avtomobilinin hərəkətini təzəcə dayandırdığı vaxtda iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib, Masallı RPŞ-nin polis əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Sonra polis əməkdaşları onlarla birlikdə Masallı RPŞ-nə getməli olduğunu bildirdikdə, o, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə idarə etdiyi avtomobillə RPŞ-nə gəlmişdir. Polis şöbəsində Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı Ariz Səfərov ona qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq RPŞ-nə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirdikdə, Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra baş təhqiqatçı Ariz Səfərov onun üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirərək, üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etdikdə, o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən içərisində metamfetamin olan bir ədəd gümüşü rəngli kağız bükümü çıxararaq təqdim etmişdir. Sonra təqdim etdiyi psixotrop maddə metamfetamin baş təhqiqatçı Ariz Səfərov tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisinin 0,32 qram olduğu müəyyən olunmuşdur. Daha sonra üzərində şəxsi-axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya aşkar olunmamışdır. Bundan sonra baş təhqiqatçı tərəfindən etibarnamə əsasında idarə etdiyi VAZ2106 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş, idarə etdiyi avtomobilin arxa yük yerində balıqlar aşkar olunmuş, başqa heç bir qanunsuz maddə, predmet və ya əşya olmamışdır. Bütün bunlar barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Masallı RPŞ-in CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Şərəfə kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istifadəsi üçün üzərində narkotik vasitə daşıması ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında şöbə rəisinin əmrinə əsasən əməliyyat-təhqiqat qrupu yaradıl və həmin gün saat 19:30 radələrində polis nəfəri Şahid2la birlikdə Təqsirləndirilən şəxs Masallı şəhəri, H.Əliyev prospektində yolun kənarında VAZ2106 markalı, **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində hərəkətsiz halda dayandığını görüb ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirərək Masallı RPŞ-nə dəvət etmişlər. Bu zaman Təqsirləndirilən şəxs heç bir etiraz etmədən Masallı RPŞ-nə gəlmişdır. Orada baş təhqiqatçı X14 Əzizova tutulma səbəbini, şübhəli şəxs kimi hüquq və vəzifələrini izah edib yazılı bildiriş təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirdikdə, Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi onun müdafiəçisi kimi dəvət olunmuşdur. Baş təhqiqatçı Ariz Səfərov video-çəkilişlə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini tıklif etdikdə, sonuncu əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükülünü çıxarıb təqdim etmişdir. Sonra edilən sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 10 manata aldığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi psxiotrop maddə metamfetamin baş təhqiqatçı Ariz Səfərov tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisin 0,32 qram olması müəyyən olunmuş, kağız zərfə qoyularaq RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsiaxtarış davam etdirimiş, lakin üzərindən qanunla qadağan edilmiş hər hansı başqa əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra baş təhqiqatçı Ariz Səfərov tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi Masallı RPŞ-nin inzibati həyətində olan VAZ2106 markalı, **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş, avtomobilinin arxa yük yerində balıqlar aşkar olunmuş, başqa heç bir qanunsuz maddə, predmet və ya əşya olmamışdır. Bütün bunlar barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Masallı rayonu, Şərəfə kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir ədavəti, düşmənçiliyi olmamışdır. O, xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində qayınanasının yaşadığı Masallı rayonu, Qızılavar kəndinə getmək üçün taksi fəaliyyəti ilə məşğul olan tanışı Röyal Əliyevin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayıb Röyaldan onu Masallı şəhəri H.Əliyev prospektindən istədiyi yerə apara bilibbilməyəcəyini soruşmuşdur. Həmin vaxt Röyal ona yaşadığı Masallı rayonu, Qarğalıq kəndində olduğunu, bu səbəbdən özünün gələ bilməyəcəyini, lakin bir nəfər tanışını onu aparmaq üçün təşkil edə biləcəyini bildirmişdir. O, Röyala razılıq verdikdən bir müddət sonra Röyal ona zəng edib hazırda xatırlamadığı mobil nömrəni ona telefonda deyib həmin nömərənin sahibi ilə əlaqə saxlamasını istəmişdir. Həmin vaxt o, adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsə zəng edib ona Masallı şəhəri, H.Əliyev prospektində olduğunu demiş, Turqut da, ona H.Əliyev prospetində “Gülüstan” şadlıq sarayının yaxınlığında köhnə VAZ-2106 markalı avtomobilində dayandığını bildirmişdir. O, həmin istiqamətə gedib Turqutun avtomobilini görüb əyləşdikdən sonra, Turquta Masallı rayonu, Qızılavar kəndinə getmək istədiyini bildirib, üzərində 2 manat pulunun olduğunu və həmin pula onu Qızılavar kəndinə apara bilib-bilməyəcəyini soruşmuşdur. Həmin vaxt Turqut onunla razlışmadığı üçün o, avtomobilindən düşmüşdür. Sonradan isə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin vaxt üzərində qanunsuz olaraq psixotrop maddə metamfetamin gəzdirdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımadığı üçün, onun narkotik vasitələr və ya psixotrop maddələr istifadə etməsi və ya onların satışı ilə məşğul olması barədə heç bir məlumatı yoxdur. İş materiallarında olan video disklərə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Masallı RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 və Masallı RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti, polis leytenantı X6 iştirakları ilə Masallı RPŞ-nin baş təhqiqatçısı X9 tərəfindən Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçılara təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükülünü çıxarıb təqdim edərək, bükümdə olan maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 10 manata aldığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi psxiotrop maddə metamfetamin baş təhqiqatçı Ariz Səfərov tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisin 0,32 qram olması müəyyən olunmuş, kağız zərfə qoyularaq RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsiaxtarış davam etdirimiş, lakin üzərindən qanunla qadağan edilmiş hər hansı başqa əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra baş təhqiqatçı Ariz Səfərov tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi Masallı RPŞ-nin inzibati həyətində olan VAZ2106 markalı, **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş, avtomobilinin arxa yük yerində balıqlar aşkar olunmuş, başqa heç bir qanunsuz maddə, predmet və ya əşya olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 176 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ilə X5 birgə nikahlarından 2017-ci il təvəllüdlü X10 və 2018-ci il təvəllüdlü X7 adlı uşaqları vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 28 yanvar 2023-cü il tarixli 19/115 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1(bir) ədəd psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olundu.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,261 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir (Metamfetaminin təmiz çəkisi-0,261 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,211 qram). İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X2 dair 16 fevral 2023-cü il tarixli 191 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən buraxılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,211 qram psixotrop maddə metamfetamin məhv edilməli, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381- 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 yanvar 2023-cü il tarixdən 29 yanvar 2023-cü il tarixədək həbsdə saxlandığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,211 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-109/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-109/2023
12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver