Məhkəmə qərarları › İş №1(050)-109/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-109/2025

13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-109/2025 13.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçilər-Masallı rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Masallı Rayon Məhkəməsinin binasında xx xxxxx 1991-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx xxxxxxx 1985-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, təqaüdçü (müharibə veteranı), əvvəllər məhkum olunmamış, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində həmkəndlisi Masallı rayonu, Təzə Alvadı kənd sakini Zərərçəkmiş şəxs məxsus Masallı rayonu, Təzə Alvadı kəndində yol kənarında otlaması üçün buraxılmış hər birinin dəyəri 250 manat olan 4 (dörd) baş xırda buynuzlu quzunu oğurlamaqla zərərçəkmiş şəxsə ümumilikdə 1000 manat məbləğində maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində həmkəndlisi Masallı rayonu, Təzə Alvadı kənd sakini Zərərçəkmiş şəxs məxsus Masallı rayonu, Təzə Alvadı kəndində yol kənarında otlaması üçün buraxılmış hər birinin dəyəri 250 manat olan 4 (dörd) baş xırda buynuzlu quzunu oğurlamaqla zərərçəkmiş şəxsə ümumilikdə 1000 manat məbləğində maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, onun özünə məxsus “Volqsvagen Jetta” markalı, **-CE-*** dövlət nömrə nişanlı avtomobili var və həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Onun müəyyən məbləğdə borcları olmuş və həmin borcları qaytarmaqda çətinlik çəkmişdir. Bir neçə dəfə həmkəndlisi Zərərçəkmiş şəxs məxsus xırda buynuzlu heyvanları kəndin içərisində yol kənarında otlamasını görmüşdür. xx.xx.2025-ci il tarixdə həmin heyvanları kəndin içərisində görən zaman quzulardan oğurlayıb satmaq qərarına gəlmişdir. Həmin gün saat 13 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs2 zəng edərək Təzə Alvadı kəndində yerləşən yanacaqdoldurma məntəqəsinin yanında görüşmələrini xahiş etmişdir. Eminlə dediyi yerdə görüşdükdən sonra aralarında olan danışıq zamanı Eminə borcunun çox olmasını, buna görə oğurluq etmək qərarına gəldiyini, birlikdə oğruluq etməyini, kənddə bir nəfər şəxsə məxsus xırda buynuzlu quzuların yol kənarında otlamasını, həmin quzuları özünün qabağına salıb kənar yerə aparacağını, daha sonra ona xəbər edəcəyini, onun isə maşınını həmin yerə sürüb gətirməsini bildirmişdir. Eminin özünün də maddi imkanı aşağı olduğu üçün onunla oğurluq etməyə razılıq vermişdir. Bundan sonra Emin kənd yolunun başında ona məxsus avtomobildə gözləmiş, o, isə dediyi kimi piyada kəndin içərisinə girib yol kənarında olan həmkəndlisi Anara məxsus quzuları və bir baş qoçu qabağına salaraq kəndin içərisində boş küçəyə tərəf gətirib çıxarmışdır. Heyvanları lazım olan yerə qədər gətirib çıxardıqdan sonra Eminə zəng edərək yolun apardığı istiqamətdə avtomobillə gəlməyini bildirmişdir. Bundan sonra Emin ona məxsus avtomobil ilə kənd yolunun apardığı istiqamətdə hərəkət edərək onun yanına gəlib çatmışdır. O, Eminlə birlikdə həmin quzulardan daha iri olan iki baş qara rəngli, iki baş isə qəhvəyi rəngli quzuları avtomobilin yük yerinə qoymuşdur. 4 baş xırda buynuzlu quzunu və 1 baş qoçu isə gətirib çıxardığı yerdə qoyaraq avtomobil ilə oradan uzaqlaşmışlar. Masallı rayonunda bazar və qəssabxanalar bağlandığı üçün oğurladıqları heyvanları Biləsuvar rayonunda satmaq qərarına gəlib həmin rayona getmişlər. Yol boyu Emin Biləsuvar rayonundan olan Vüqar adlı keçmiş iş yoldaşına zəng edərək guya ona axşamadək vacib pul lazım olmasını, onun özünə məxsus heyvanları satmaq istədiyini, günortadan sonra Masallı rayonunda bazarın, qəssabxanaların bağlı olmasını, onlara Biləsuvar rayonunda heyvanları ala biləcək bir qəssab tapmasını xahiş etmişdir. Vüqar isə atası İsaya zəng edərək onlara tanış bir qəssab tapmasını xahiş etmişdir. Bir qədər sonra Vüqarın atası bir nəfər tanış qəssabın olmasını bildirib Biləsuvar rayonunda onlarla görüşərək onları qəssabın yanına aparmışdır. Həmin vaxt onlar oğurladıqları heyvanları həmin qəssaba təqdim edərək onlara vacib pul lazım olmasını bildirmişlər. Bundan sonra həmin qəssabla 4 baş xırda buynuzlu quzunu 720 manat pul qarşılığında satmağa razılaşmışlar. Həmin qəssab tərəfindən 720 manat onlara təqdim edildikdən sonra onlar Vüqarın atası ilə sağollaşıb oradan uzaqlaşmışlar. Vüqarın atası İsaya və qəssaba quzuların ona məxsus olmasını bildirərək özlərinə inandırmışlar. Oradan uzaqlaşdıqdan sonra 720 manat puldan 20 manat avtomobilin yanacağı üçün ayırmış, qalan 700 manat pulu isə aralarında bölmüşdür. Əldə etdiyi pulu öz ehtiyacaları üçün xərcləmişdir. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində iki nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Masallı rayonu, Təzə Alvadı kəndində ailəsi ilə yaşayır. Əvvəllər Müdafiə Nazirliyində müddətdən artıq hərbi xidmət (MAXE) etmişdir. 2024-cü ilin avqust ayının 23-də isə xidmət illərini başa vuraraq təqaüdə çıxmışdır. Eyni zamanda “Vətən Müharibəsi” iştirakçısıdır. xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində həmkəndlisi və tanışı Təqsirləndirilən şəxs1 ona zəng edərək Təzə Alvadı kəndində yerləşən yanacaqdoldurma məntəqəsinin yanında görüşməyini xahiş etmişdir. Pərvizlə dediyi yerdə görüşdükdən sonra aralarında olan danışıq zamanı Pərviz ona borcunun çox olmasını, buna görə oğurluq etmək qərarına gəldiyini, onların birlikdə oğruluq etməyini, kənddə bir nəfər şəxsə məxsus xırda buynuzlu quzuların yol kənarında olmasını, həmin quzuları özünün qabağına salıb kənar yerə aparacağını, daha sonra ona xəbər edəcəyini, onun isə maşınını həmin yerə sürüb gətirməsini bildirmişdir. Onun özünün də maddi imkanı aşağı olduğu üçün Pərvizlə oğurluq etməyə razılıq vermişdir. Bu minvalla o, kənd yolunun başında Pərvizə məxsus avtomobildə gözləmişdir. Pərviz isə dediyi kimi piyada kəndin içərisinə girib yol kənarında olan həmin quzuları qabağına salaraq kəndin içərisində boş küçəyə tərəf gətirib çıxarmış, sonra ona zəng edərək yolun apardığı istiqamətdə avtomobil ilə gəlməyini bildirmişdir. Bundan sonra o, Pərvizə məxsus avtomobil ilə kənd yolunun apardığı istiqamətdə hərəkət edərək həmin yerə gəlib çıxmışdır. Pərvizlə birlikdə həmin quzulardan daha iri olan iki baş qara rəngli, iki baş isə qəhvəyi rəngli quzuları avtomobilin yük yerinə qoymuşdur. 4 baş xırda buynuzlu quzunu, 1 baş qoçu isə orada qoyaraq uzaqlaşmışlar. Daha sonra heyvanları Biləsuvar rayonunda satmaq qərarına gəlib həmin rayona getmişlər. Yol boyu o, Biləsuvar rayonundan olan Vüqar adlı keçmiş iş yoldaşına zəng edərək yaxın dostuna axşamadək vacib pul lazım olmasını, onun özünə məxsus heyvanları satmaq istədiyini, günortadan sonra Masallı rayonunda bazarın, qəssabxanaların bağlı olmasını, onlara Biləsuvar rayounda heyvanları ala biləcək bir qəssab tapmasını xahiş etmişdir. Vüqar isə atası İsaya zəng edərək onlara tanış bir qəssab tapmasını xahiş etmişdir. Bir qədər sonra İsa zəng edərək bir nəfər tanış qəssabın olmasını bildirib Biləsuvar rayonunda onlarla görüşərək onları tanıdığı qəssabın yanına aparmışdır. Həmin vaxt onlar oğurladıqları heyvanları həmin qəssaba təqdim edərək onlara vacib pul lazım olmasını bildirmişlər. Bundan sonra həmin qəssabla 4 baş xırda buynuzlu quzunu 720 manata satmağa razılaşmışlar. Həmin qəssab pulu onlara təqdim etdikdən sonra onlar Vüqarın atası ilə sağollaşıb oradan uzaqlaşmışlar. Vüqarın atası İsaya və qəssaba quzuların Pərvizə məxsus olmasını bildirərək özlərinə inandırmışdırlar. Oradan uzaqlaşdıqdan sonra 720 manat puldan 20 manat avtomobilin yanacağı üçün ayırıb, qalan 700 manat pulu isə aralarında bölmüşlər. Əldə etdiyi pulu öz ehtiyacaları üçün xərcləmişdir. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, “Vətən müharibəsi” iştirakçısı olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində bir nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli özlərinin etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla onlara aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Masallı rayonu, Təzə Alvadı kəndində yaşayır. Təxminən 10 ilə yaxındır ki, yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlədə az sayda xırda buynuzlu heyvan saxlayır. Havalar isti olduqda heyvanları səhər saatlarında kəndin örüş sahəsinə buraxır. Oğurluq hadisəsi baş verənə qədər təsərrüfatında 11 baş qoyun, 8 baş quzu, 1 baş isə qoç olmuşdur. xx.xx.2025-ci il tarixdə hava günəşli olduğu üçün 11 baş qoyunu Təzə Alvadı kəndində yerləşən örüş sahəsinə, 8 baş quzunu və 1 baş qoçu isə yaşadıqları evdən təxminən 200 metr məsafədə yol kənarında yabanı ot bitən sahəyə buraxmışdır. Həmin gün saat 17 radələrində evə gələn zaman heyvanların yol kənarında olmamasını görmüşdür. Evə gedib bu barədə ailə üzvlərindən maraqlanan zaman heyvanların həyətə gətirilmədiyini bilmişdir. Bundan sonra kənd ərazisində heyvanları axtaran zaman 1 baş qoçun və 5 baş qoyunların yol ilə ona tərəf gəldiklərini görmüşdür. Həmin vaxt 4 baş quzunun heyvanların arasında olmadığını görmüşdür. İlk öncə quzuların itməsini güman etdiyi üçün bir müddət axtarmış, lakin tapa bilməmişdir. Buna görə də xx.xx.2025-ci il tarixdə heyvanlarının oğurlanması barədə rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan məlum olmuşdur ki, ona məxsus 4 baş quzunu həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurlamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə barışdığını, ona dəymiş ziyanın tam ödənilməsini, onlara qarşı şikayəti, tələbi və iddiası olmadığını qeyd edərək, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində yaşadığı Biləsuvar rayonu, Aşağı Cürəli kəndində olduğu zaman istifadəsində olan mobil telefona oğlu Vüqarın dostu Təqsirləndirilən şəxs2 zəng edərək qaynı Pərvizin 4 baş xırda buynuzlu quzusunun olduğunu və həmin quzuları Masallı rayonuda sata bilmədiyini bildirərək quzuları Biləsüvar rayonuda satmaqda köməklik etməyini xahiş etmişdir. Təxminən 30-35 dəqiqədən sonra Təqsirləndirilən şəxs2 “Volqsvagen Jetta” markalı **-CE-*** dövlət nömrə nişanlı avtomobillə onun olduğu yerə gəlmişdir. Həmin vaxt Emin ona özünün qaynı kimi təqdim etdiyi Pərvizi onunla tanış etmişdir. Həmin vaxt o, Eminə bildirmişdir ki, əvvəlcə rayonda olan qəssablara gedək. O, Emin və Pərvizlə birlikdə “Volqsvagen Jetta” markalı **-CE-*** dövlət nömrə nişanlı avtomobilə əyləşərək Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən tanışı Şahid2 ət dükanının qarşısına getmişdir. O, avtomobildən düşərək Tahirin yanına gedib tanışının 4 baş xırda buynuzlu quzusunun olduğunu və həmin quzuları ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Bundan sonra Emin və Pərviz iki baş qara, iki baş isə qəhvəyi rəngli quzunu Tahirə təqdim etmiş və öz aralarında 720 manata razılaşmışlar. Emin və Pərviz Tahirdən 720 manat pulu aldıqdan sonra sağollaşıb oradan uzaqlaşmışlar. Onun və Tahirin quzuların oğurluq olmasından xəbəri olmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəydən (arayış) görünür ki, qeyd olunmuş diri çəkisi 27-28 kq olan, ət çəkisi 13 kq-14kq olan 04 baş xırda buynuzlu quzuların 01 ədədinin qiyməti 250 manat olmaqla cəmi qiyməti 1000 (bir min) manatdır. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti Başçısının Təzə Alvadı kənd inzibati ərazi dairəsi nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları ərazi üzrə müsbət xarakterizə olunurlar. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Təzə Alvadı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 18 aprel 2025-ci il tarixli, 236 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 X2 ilə birgə nikahlarından 2008-ci il təvəllüdlü X6, 2010-cu il təvəllüdlü X7 və 2012-ci il təvəllüdlü X8 adlı uşaqları vardır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Təzə Alvadı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 18 aprel 2025-ci il tarixli, 237 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 X3 ilə birgə nikahlarından 2013-cü il təvəllüdlü X4 və 2014-cü il təvəllüdlü X5 adlı uşaqları vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnamələrə verilmiş cavabdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Qüsursuz xidmətə görə” və “Sücaətə görə” medalları ilə təltif olunmuşdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsi ilə tövsif edilmişdir. Ona görə də, onlar həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə, sonuncunun ondan tələb və şikayətinin olmamasını, əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə, sonuncunun ondan tələb və şikayətinin olmamasını, əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını və “Vətən müharibəsi” iştirakçısı olmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən buraxılmışlar. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Cənub Qiymətləndirici MMC-nin hesabına köçürülməli, iş üzrə maddi sübut və mülki iddianın olmaması nəzərə alınmalı,. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 20 mart 2025-ci il tarixdən 21 mart 2025-ci il tarixədək həbsdə saxlandığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 3 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 20 mart 2025-ci il tarixdən 21 mart 2025-ci il tarixədək həbsdə saxlandığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasının icrası yaşadıqları yer üzrə Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Cənub Qiymətləndirici MMC-nin hesabına köçürülsün. Hökmdən, elan olunduğu 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar