Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-110/2023 15.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı şəhəri, H.Əliyev prospekti, ev 12-də daimi qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə narkotik vasitə heroini, 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı və 01 ədəd bükümdə narkotik vasitə tiryəki qanunsuz olaraq əldə etməklə üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində əvvəllər tanıdığı, Şahid3 Masallı şəhəri, H.Əliyev prospektində yerləşən “Olimp” adlanan restoranın arxa hissəsində yerləşən meşəlik ərazidə həmin narkotik vasitələrdən 01 ədəd bükümdə, 3,077 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və 01 ədəd bükümdə 1,822 qram təşkil edən narkotik vasitə tiryəki 30 manat pul müqabilində satmış, onun qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə, üzərində gəzdirməkdə və satışında şübhəli olduğundan Masallı RPŞ-nin əməkdaşları tərəfindən 06 mart 2023-cü il tarixdə saat 21 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhər, H.Əliyev prospektində saxlanılaraq RPŞ-nin inzibati binasına gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükülüdən ümumi təmiz çəkisi-0,389 qram təşkil edən tiryəkdən kustar üsülla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 06 mart 2023-cü il tarixdə ünvan 1 ünvanda yaşayan Şahid3 narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsində şübhəli olması ilə bağlı Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Şahid2 tərəfindən qərar qəbul edilmiş, qərar əsasında Şahid3 Masallı RPŞ-yə gətirilmiş, onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı və 01 ədəd bükümdə narkotik vasitə tiryəki xx.xx.2023-cü il tarixdə saat 18 radələrində 30 manata ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Həmin məlumat əsasında “Təxirə salınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul etmişdir. Qəbul edilmiş qərar əsasında Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri, H.Əliyev prospekti ərazisində piyada hərəkət edən zaman saxlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmamış və buna görə də onu Masallı RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşmış və Masallı RPŞ-nin inzibati binasında baş X10un xidməti otağına gəlmişdir. Həmin vaxt axtarış aparılmasında iştirak etməkdən ötrü Masallı Rayon Vəkil Bürosunun vəkili X6 müdafiəçi qismində Ariz Səfərovun xidməti otağına dəvət olunmuşdur. Sonra isə Təqsirləndirilən şəxs baş X10 tərəfindən şübhəli şəxs qismində saxlanılmışdır, daha sonra onun, müdafiəçinin, CAB-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə baş X10 tərəfindən RPŞ-nin Kriminalistik TQ-nın baş inspektor kriminalisti, polis leytenantı Ramal Şükürovun video çəkiliş aparması ilə onun üzərində axtarış aparmağa başlamışdır. Axtarış aparmağa başlamamışdan əvvəl baş X10 Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini təklif etmişdir, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddənin narkotik vasitə olan heroin olduğunu 5-6 ay əvvəl Lənkəran rayonu, Qumbaşı kəndi ərazisində tanımadığı şəxsdən 10 manata aldığını, həmçinin xx.xx.2023-cü il tarixdə 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd bükümdə narkotik vasitə tiryəki əvvəllər tanıdığı, Masallı şəhər sakini Şahid3 satdığını, qalan 01 ədəd büküm heroini isə şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Sonradan üzərində şəxsi axtarış davam etdirilmiş və əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd “ETEL” markalı mobil telefon aşkar olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,49 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər maddə zərfə qoyularaq RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd “ETEL” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən zərfə qoyularaq RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Təqsirləndirilən şəxs üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində bədənində ağrılar olduğundan narkotik vasitə qurudulmuş marixuana və tiryəki tanışı Masallı şəhər sakini Təqsirləndirilən şəxs Masallı şəhəri, H.Əliyev prospektində yerləşən işlədiyi “Olimp” restoranına getmiş və restoranın yaxınlığında olan meşəlik ərazidə Təhmasiblə görüşmüşdür. Orada Təhmasiblə bir az söhbət etdikdən sonra ona narkotik vasitə qurudulmuş marixuana və tiryək almaq istədiyini, əgər qurudulmuş marixuana və tiryəki varsa ona satmasını demişdir. Həmin vaxt tanışı Təqsirləndirilən şəxs ona hazırda üzərində bir büküm təxminən 5 qram ağırlığında narkotik vasitə olan qurdulmuş marixuana və təxminən 2 qram ağırlığında tiryək olduğunu və həmin bükümləri ümumilikdə 30 manat pulun qarşılığında sata biləcəyini bildirmişdir. O, Təhmasibdən bir büküm təxminən qurudulmuş marixuana və bir büküm ağırlığında tiryəki 30 manat pulun qarşılığında alıb əynində olan qara rəngli gödəkcəsinin sağ iç cibinə qoyaraq oradan ünvan 3 ünvanında yerləşən özünə məxsus evə getmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, təxminən 5-6 ay bundan əvvəl Lənkəran rayonu, Qumbaşı kəndinə getmiş, orada tanımadığı şəxsə yaxınlaşaraq bədənində ağrılar olduğunu və ona narkotik vasitə tapmaqda köməklik etməsini xahiş etmişdir. Həmin tanımadığı şəxs ona demişdir ki, üzərində hazırda qurudulmuş marixuana, tiryək və heroin vardır, istəsə ona verə bilər. O, özü heroin istifadə etdiyindən həmin şəxsdən şəxsi istifadəsi üçün 10 manata bir büküm heroin almışdır, həmçinin həmin şəxsdən satmaq məqsədilə təxminən 5 qrama yaxın marixuana almışdır. Aldığı marixuananı sataraq gəlir əldə etmək məqsədilə üzərində saxlamış, aldığı heroini isə hissə-hissə istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı H.Əliyev prospektində yerləşən, işlədiyi “Olimp” adlanan kafedə olarkən, saat təxminən 18 radələrində əvvəllər tanıdığı Şahid3 onun yanına gəlmiş, bədənində ağrılar olmasını və ona narkotik vasitə lazım olduğunu demişdir. O və Vüqar söhbət edə-edə kafenin arxa tərəfində yerləşən meşəlik əraziyə gəlmişlər. Ətrafda heç kimin olmadığını dəqiqləşdirdikdən sonra o, Vüqara demişdir ki, hazırda üzərində təxminən 5 qrama yaxın bir büküm marixuana vardır, həmin narkotik vasitəni ona sata bilər. Vüqar da onunla razılaşmış və Vüqar 1 büküm marixuananı ondan 30 manata alaraq getmişdir. O, da biraz kafedə qalıb sonra öz evinə getmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində Masallı şəhəri, H.Əliyev prospektində Masallı Rayon Polis şöbəsinin binasına işi olduğundan getmiş, orad olduğu vaxt iki nəfər polis əməkdaşı ona yaxınlaşmış, onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra, polis əməkdaşları onlarla birlikdə Masallı RPŞ-nin xidməti otağına getməli olduğunu bildirmişlər. O, da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə RPŞ-nin inzibati binasında təhqaqiatçının xidməti otağına gəlmişdir. Xidməti otaqda polis geyimində olan bir nəfər şəxs ona özünü Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı Ariz Səfərov kimi təqdim etmişdir. X3suz olaraq üzərində narkotik vasitə saxlamaqda, qanunsuz istifadəsində və satışında şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq RPŞ-yə gətirildiyini deyərək, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Müdafiəçi qismində X6 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra baş X10 onun üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirmişdir. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyi barədə təklif etmişdir. O, da əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxararaq təqdim etmişdir. Təqdim etdiyi bükümdəki maddənin narkotik vasitə olan heroin olduğunu, təxminən 5-6 ay əvvəl bundan əvvəl Lənkəran rayonu, Qumbaşı kəndi ərazisində tanımadığım şəxsdən həmin heroini şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Narkotik vasitənin təsiri altında olduğundan xidməti otaqda aparılan videoçəkiliş zamanı özündə olmamış, təhqiqatçının veridyi suala cavab olaraq sataraq gəlir əldə etmək məqsədilə aldığı və üzərində gəzdirdiyi 01 ədəd bükümdə qurudulmuş marixuananı və 01 ədəd bükümdə tiryəki 30 manat müqabilində əvvəllər tanıdığı, Masallı şəhər sakini Şahid3 satdığını bildirmişdir. Sonradan üzərində şəxsi axtarış davam etdirilmiş və əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən ona məxsus qara rəngli “ETEL” markalı mobil telefon aşkar olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən təqdim etdiyi 01 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,49 qram olduğu müəyyən olunmuşdur. Təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər maddə zərfə qoyularaq RPŞ-nin möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Həmçinin, üzərindən aşkar olunmuş ona məxsus qara rəngli “ETEL” markalı mobil telefon zərfə qoyularaq RPŞ-nin möhürü ilə möhürlənmişdir, üzərinə imzalar edilmişdir. Üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid3 tiryək satmamış, 30 manata 1 büküm marixuana satmışdır. Masallı RPŞ-də olduğu müddətdə ona heç bir zor tətbiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs narkotik vasitə satdığına görə əməlindən peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini bildirib barəsində yüngül və ədalətli cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən əsasən heroin istifadə edir. Narkotik vasitələr qəbul etməyəndə bədənində kəskin ağrılar olur. Təxminən 5-6 ay bundan əvvəl bədənində ağrılar yaranmağa başladığından narkotik vasitə almaq məqsədilə Lənkəran rayonu, Qumbaşı kəndinə getmək qərarına gəlmişdir. Saat təxminən 10 radələrində yaşadığı evdən çıxaraq Masallı rayonu, Musaküçə dairəsi deyilən yerdə dayanmış, Lənkəran rayonu istiqamətində hərəkətdə olan avtomobillərə əli ilə işarə etməyə başlamışdır. Az sonra Lənkəran rayonu istiqamətində hərəkətdə olan tanımadığı şəxs onun əl işarəsini görüb avtomobilini saxlamışdır. Həmin şəxsdən onu Lənkəran rayonu, Qumbaşı kəndinə aparmasını xahiş etmişdir. Həmin tanımadığı şəxsə məxsus avtomobillə Lənkəran rayonu, Qumbaşı kəndinə ərazisinə getmiş və yolun kənarında avtomobildən düşmüşdür. Bir qədər piyada hərəkət etdikdən sonra zahirən narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı şəxsə yaxınlaşıb bədənində ağrılar olduğunu və ona narkotik vasitə tapmaqda köməklik etməsini xahiş etmişdir. Həmin tanımadığı şəxs ona demişdir ki, üzərində hazırda qurudulmuş marixuana, tiryək və heroin vardır, istəsə ona verə bilər. O, özü heroin istifadə etdiyindən həmin şəxsdən şəxsi istifadəsi üçün 10 manata bir büküm heroin almışdır, həmçinin həmin şəxsdən satmaq məqsədilə təxminən 5 qrama yaxın marixuana və 2 qrama yaxın tityək də almışdır. Aldığı marixuananı və tiryəki sataraq gəlir əldə etmək məqsədilə üzərində saxlamışdır, aldığı heroini isə hissə-hissə istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə o, yaşadığı H.Əliyev prospektində yerləşən, çayçı işlədiyi “Olimp” adlanan kafedə olarkən, saat təxminən 18 radələrində əvvəllər tanıdığı Şahid3 onun yanına gəlmiş, bədənində ağrılar olmasını və ona narkotik vasitə lazım olduğunu demişdir. O və Vüqar söhbət edəedə kafenin arxa tərəfində yerləşən meşəlik əraziyə gəlmişlər. Ətrafda heç kimin olmadığını dəqiqləşdirdikdən sonra o, Vüqara demişdir ki, hazırda üzərində təxminən 5 qrama yaxın bir büküm marixuana və 2 qrama yaxın bir büküm tiryək vardır, həmin narkotik vasitələri ona sata bilər. Vüqar da onunla razılaşmış və Vüqar 1 büküm marixuananı və 1 büküm tiryəki ondan ümumilikdə 30 manata alaraq getmişdir. O, da biraz kafedə qalıb sonra öz evinə getmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində Masallı şəhəri, H.Əliyev prospektində piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin polis əməkdaşları olduqlarını və onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. O, həmin vaxt qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları onlarla birlikdə Masallı RPŞ-yə getməli olduğunu bildirmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə RPŞ-nə gəlmişlər. RPŞ-yə gəldikdən sonra həmin iki nəfər polis əməkdaşı onu xidməti otağa gətirmişlər. Xidməti otaqda polis geyimində olan bir nəfər şəxs ona özünü Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı Ariz Səfərov kimi təqdim etmişdir. X3suz olaraq üzərində narkotik vasitə saxlamaqda, qanunsuz istifadəsində və satışında şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq RPŞ-yə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi qismində X6 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra baş X10 onun üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirmişdir. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməyi barədə təklif etmişdir. O, da əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxararaq təqdim etmişdir. Təqdim etdiyi bükümdəki maddənin narkotik vasitə olan heroin olduğunu, təxminən 5-6 ay əvvəl bundan əvvəl Lənkəran rayonu, Qumbaşı kəndi ərazisində tanımadığı şəxsdən həmin heroini şəxsi istifadəsi üçün 10 manata aldığını, həmçinin sataraq gəlir əldə etmək məqsədilə aldığı və üzərində gəzdirdiyi 01 ədəd bükümdə qurudulmuş marixuananı və 01 ədəd bükümdə tiryəki 30 manat müqabilində əvvəllər tanıdığı, Masallı şəhər sakini Şahid3 satdığını bildirmişdir. Sonradan üzərində şəxsi axtarış davam etdirilmiş və əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən ona məxsus qara rəngli “ETEL” markalı mobil telefon aşkar olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən təqdim etdiyi 01 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,49 qram olduğu müəyyən olunmuşdur. Təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər maddə zərfə qoyularaq RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Həmçinin üzərindən aşkar olunmuş ona məxsus qara rəngli “ETEL” markalı mobil telefon zərfə qoyularaq RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmişdir, üzərinə imzalar edilmişdir. Üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs 1 bükümdə tiryəkin Şahid3 satmasına dair hissədə ittiham olunduğu cinayəti törətməsində özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilərək, narkotik vasitənin Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxararaq təqdim etməsi, təqiqatçının verdiyi suallara cavab olaaq təqdim etdiyi bükümdəki maddənin narkotik vasitə olan heroin olduğunu, təxminən 5-6 ay əvvəl bundan əvvəl Lənkəran rayonu, Qumbaşı kəndi ərazisində tanımadığı şəxsdən həmin heroini şəxsi istifadəsi üçün 10 manata aldığını, həmçinin sataraq gəlir əldə etmək məqsədilə aldığı və üzərində gəzdirdiyi 01 ədəd bükümdə qurudulmuş marixuananı və 01 ədəd bükümdə tiryəki 30 manat müqabilində əvvəllər tanıdığı, Masallı şəhər sakini Şahid3 satdığını bildirməsi müəyyən edildi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 07 mart 2023-cü il tarixli, 19/263 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər maddə......” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,389 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,389 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0,339 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X11 Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 266 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİONİDLƏRİN VƏ OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU ( POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan maddi sübutun tanınması və təhvil verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 06 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi- 0,339 qram qalmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Masallı RPŞ-nin Təchizat Qrupuna təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı şəhəri, H.Əliyev prospekti, ev 12 ünvanında qeydiyatda olmaqla anası 1937-ci il təvəllüdlü X7, bacısı xx.xx.1971-ci il təvəllüdlü X4 və bacısı-xx.xx.1966-cı il təvəllüdlü X2 ibarət ailə tərkibində yaşayır, o, Masallı şəhərində yaşadığı müddətdə əvvəllər özünü səmimi və intizamlı aparmış, lakin son zmaanlar cəmiyyətə yaraşmayan hüquqazidd hərəkətlərə yol vermişdir. Təqsirləndirilən şəxs barəsində Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər İƏDÜ nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ibtidai istintaqda verdiyi ifadəsindən fərqli ifadə verməsinə tənqidi yanaşaraq, hesab edir ki, bu hal təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə həmin ifadəni mümkün sübut növü kimi qəbul etmir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilmiş cəzanı yüngülləşdirən hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlukəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarında olan 06 mart 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan, qətimkan tədbirinin seçilməsinə dair Masallı Rayon Məhkəməsinin 08 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2023-cü il tarixdə saat 21:25-də şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 08 mart 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6.-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2., 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına daxil edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmağa başlandığı 08 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X11 Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 266 saylı rəyindən görünür ki, müayinə zamanı Hüseynov Təhması̇ b Əlı̇ ağa oğlunda kannabı̇ onı̇ dlərin və opı̇ oı̇ dlərin qəbulundan yaranan ASİLİLİQ SİNDROMU(POLİNARKOMANİYA XƏSTƏLİYİ)̇ şkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan təmiz çəkisi 0,339 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, video çəkilişin aparılmasını özündə əks etdirən 1 ədəd video CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli onun həbs olunduğu gündən, yəni 06 mart 2023-cü il tarixdən hesab edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan təmiz çəkisi 0,339 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, video çəkilişin aparılmasını özündə əks etdirən 1 ədəd video CD disk cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №1(050)-110/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-110/2023
15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver