Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-111/2023 15.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cinayət törətdiyi günədək 01 il 05 ay 04 gün cəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Masallı şəhəri, Qarabağ küçəsi, ev 13 mənzil 2-də daimi qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Masallı şəhəri, Füzuli küçəsi ərazisində əvvəllər tanımadığı, Masallı şəhər sakini Şahid1 satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, 1 ədəd bükümdə narkotik vasitə heroini 5 manat pul müqabilində qanunsuz əldə etdikdən sonra üzərində saxlayaraq daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan 23 mart 2023-cü il tarixdə saat 18 radələrində Masa şəhəri, Cəfər Cabbarlı küçəsi ərazisində saxlanılaraq RPŞ-yə gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə ümumi təmiz çəkisi-0,189 qram təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-in əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə xidməti iş yerində olduğu zaman ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda, narkotik maddələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olması barədə Masallı RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid2 əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün Şahid2 raportla Masallı RPŞ-nin rəisinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası tədbirlərin davam etdirilməsi üçün rəis tərəfindən ona həvalə olunmuş, raport əsasında Şahid2 tərəfindən qərar qəbul olunmuş və qərar rəisə məruzə edildikdən sonra həmin gün təsdiq olunmuşdur. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat-təhqiqat qrupunun yaradılması barədə şöbə rəisi tərəfindən əmr imzalanmış və Şahid2 qrupun rəhbəri təyin edilmişdir. Qrupun üzvləri isə Masallı RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X4 və o, təyin edilmişlər. Həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri, Cəfər Cabbarlı küçəsində piyada hərəkət etməsi barədə məlumat əldə edib polis əməkdaşı Şahid2la ilə birlikdə həmin əraziyə getmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb özünü təqdim etdikdən sonra üzərində narkotik maddə gəzdirməsini, qəbulunda şübhəli olmasını bildirib onu polis şöbəsinə dəvət etmiş və onunla birlikdə Masallı RPŞ-yə gəlmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsi üçün raportla şöbə rəisinə məruzə etmişdir. Raportun icrası TB-nin təhqiqatçısı polis baş leytenantı Abbasağa Paşayevə həvalə olunmuş, sonra təhqiqatçı Abbasağa Paşayev Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi qismində dəvət edilmişdir. Bundan sonra təhqiqatçı Abbasağa Paşayev tərəfindən onun, müdafiəçinin və polis əməkdaşı Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir maddə, əşya varsa iştirakçılara təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş maddəni çıxarıb təhqiqatçıya təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin bükümü əvvəllər tanımadığı adının Pərviz kimi bildiyi şəxsdən xx.xx.2023-cü il tarixdə günorta saatlarında Masallı şəhəri, Füzuli küçəsində 5 manata aldığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Sonradan təhqiqatçı Abbasğa Paşayev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, predmet və maddə aşkar olunmamışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər maddə olduğu müəyyən olunmuş, həmin narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və həmin bükümün çəkisinin 0,28 qram olduğu müəyyən olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında tədqiq edilməklə elan olunmuş ifadəsində görünür ki, oxşar məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Masallı şəhər sakini kimi tanımışdır. Təqsirləndirilən şəxs ilə arasında heç bir ədavət və düşmənçilik olmamışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Lənkəran rayonu, Qumbaşı kəndi ərazisinə gedərək tanımadığı şəxsdən 1 ədəd bükümdə 20 manata narkotik vasitə heroin almış, daha sonra tanımadığı şəxsə məxsus avtomobil ilə Masallı şəhərinə gəlmiş, saat təxminən 13 radələrində o, Masallı şəhəri, Füzuli küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında olan zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq bədənində ağrılar olduğunu və buna görə də narkotik vasitə heroinə ehtiyacı olduğunu bildirmişdir. O, da Emilə narkotik vasitə heroinin olduğunu və 5 manata satacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bir qədər gözləməsini xahiş etmiş və özü evin həyətinə daxil keçib üzərində olan 01 ədəd bükümdəki heroini 2 bükümə bölmüş, 1 büküm heroini gətirib Emilə satmış və Emil ona əvəzində 5 manat pul verib getmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, bədənində kəskin ağrılar yaranmağa başladığından narkotik vasitə almaq qərarına gəlmişdir. Bunun üçün saat günorta saatlarında Masallı şəhərində yerləşən fərdi yaşayış evindən çıxaraq piyada hərəkət etməyə başlamışdır. Masallı şəhəri, Füzuli küçəsi ərazisində piyada hərəkət edən zaman adını Pərviz kimi bildiyi narkotik vasitə aludəçisi olan şəxsi görüb yaxınlaşmış və ona bədənində ağrılar olduğunu ona narkotik vasitə tapmaqda köməklik etməsini xahiş etmişdir. Pərviz adlı şəxs üzərində narkotik vasitə olmadığını, birlikdə gedib Lənkəran rayonu, Qumbaşı kəndində narkotik vasitə əldə edə biləcəklərini demişdir. Pərvizə 5 manat pulunun olduğunu demişdir. Pərviz özündə olan pulu narkotik vasitə alacağını, həmin 5 manat pulu isə yol xərci olaraq verməsini bildirmiş, o, da razılaşmışdır. Mikroavtabus markalı marşuruta əyləşib Pərvizlə birlikdə Lənkəran rayonu, Qumbaşı kəndinə getmişlər. Gedərkən yol haqqı olaraq mikroavtobusun sürücüsünə 2 manat pul vermişdir. Hər ikisi Qumbaşı kəndi ərazisində maşından düşmüş, o yolda gözləmiş, Pərviz isə ondan uzaqlaşmış, narkotik vasitə tapmaq üçün getdiyini bildirmişdir. Bir müddət keçmiş, Pərviz geri qaytımış, narkotik vasitə tapdığını onda demişdir. Hər ikisi yenidən Masallı istiqamətində yolun kənarına çıxıb tanımadıqları yol maşınına əl edib saxlamışlar. Həmin maşınla gəlib Masallı şəhəri, Füzuli küçəsində düşmüş, üzərində olan qalan pulu da yol haqqı olaraq sürücüyə vermişdir. Pərvizlə birlikdə onun yaşadığı evə getmiş, Pərviz evin həyətinə daxil olduqdan sonra aldığı narkotik bükümdə olan heroindən 5 manat dəyərində hissəsini ayrıraraq ona vermiş, Pərvizlə sağollaşdıqdan sonra ayrılmışlar. Saat təxminən 18 radələrində Masallı şəhər Cəfər Cabbarlı küçəsi ərazisində piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin polis əməkdaşları olduqlarını və onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları şifahi formada üzərində narkotik vasitə olubolmamasını ondan soruşmuşlar. O, həmin vaxt qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları onlarla birlikdə Masallı RPŞ-yə getməli olduğunu bildirmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə RPŞ-yə gəlmişdir. RPŞ-yə gəldikdən sonra həmin iki nəfər polis əməkdaşı onu xidməti otağa aparmışlar. Xidməti otaqda polis geyimində olan bir nəfər ona özünü Masallı RPŞ-nin TB-nin təhqiqatçısı kimi təqdim etmiş, təhqiqatçı qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq RPŞ-yə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı və bu zaman video çəkilişdən istifadə olunacağı ona bildirmişdir. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini ona təklif etmişdir. O, da əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxararaq təqdim etmiş, təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, əvvəllər tanımadığı adının Pərviz kimi bildiyi şəxsdən xx.xx.2023cü il tarixdə günorta saatlarında Masallı şəhəri, Füzuli küçəsində 5 manat müqabilində aldığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Sonradan üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, predmet və maddə aşkar olunmamışdır. Təhqiqatçı tərəfindən təqdim etdiyi 01 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuş, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, narkotik vasitə olan heroinə bənzər kütlə təhqiqatçı tərəfindən zərfə qoyularaq möhür ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını bildirib barəsində yüngül və ədalətli cəa təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Masallı şəhərində yerləşən şadlıq saraylarında ofisiant kimi işləmiş, qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin edir. Üç azyaşlı övladı var. Onlardan biri qız, ikisi isə oğlandır. Əvvəllər məhkum olunmuşdur. Məhkumluğu oğurluq cinayəti ilə bağlı olmuşdur. xx.xx.2023-cü il tarixdə bədənində kəskin ağrılar yaranmağa başladığından narkotik vasitə almaq qərarına gəlmişdir. Bunun üçün saat təxminən 12 radələrində Masallı şəhərində yerləşən fərdi yaşayış evindən çıxaraq piyada hərəkət etməyə başlamışdır. Saat təxminən 13 radələrində Masallı şəhəri, Füzuli küçəsi ərazisində piyada hərəkət edən zaman həmin küçədə olan fərdi yaşayış evinin qarşısında əvvəllər tanımadığı, lakin adını Pərviz kimi bildiyi narkotik vasitə aludəçisi olan şəxsi görüb yaxınlaşmış və ona bədənində ağrılar olduğunu ona narkotik vasitə tapmaqda köməklik etməsini xahiş etmişdir. Pərviz adlı şəxs onda narkotik vasitə olan heroin olduğunu, istəsə ona verə biləcəyini bildirmişdir. O, da Pərvizlə razılaşmış, daha sonra Pərviz adlı şəxs onun yanında uzaqlşamış, bir neçə dəqiqə sonra yenidən geri qayıdaraq əlində olan bir ədəd gümüşü rəngli kağız bükümü göstərib, həmin bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu və həmin bükümü 5 manata ona sata biləcəyini bildirmişdir. O, da Pərviz adlı şəxslə razılaşmış və 5 manat pul verib Pərviz adlı şəxsdən 01 ədəd gümüşü rəngli kağız bükülmüş narkotik vasitə heroini almışdır. Bükümü aldıqdan sonra onun yanından uzaqlaşıb Masallı şəhəri istiqamətində yolun kənarı ilə yavaş-yavaş hərəkət etməyə başlamışdır. Gün ərzində Masallı şəhər ərazisində olmuş, saat təxminən 18 radələrində Masallı şəhəri, Cəfər Cabbarlı küçəsi ərazisində piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin polis əməkdaşları olduqlarını və onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları şifahi formada üzərində narkotik vasitə olub-olmamasını ondan soruşmuşlar. O, həmin vaxt qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları onlarla birlikdə Masallı RPŞ-yə getməli olduğunu bildirmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə RPŞ-yə gəlmişdir. RPŞ-yə gəldikdən sonra həmin iki nəfər polis əməkdaşı onu xidməti otağa aparmışlar. Xidməti otaqda polis geyimində olan bir nəfər ona özünü Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Abbasağa Paşayev kimi təqdim etmiş, təhqiqatçı Abbasağa Paşayev qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq RPŞ-yə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi qismində Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuş, daha sonra təhqiqatçı Abbasağa Paşayev onun üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirmişdir. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini ona təklif etmişdir. O, da əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxararaq təqdim etmiş, təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, əvvəllər tanımadığı adının Pərviz kimi bildiyi şəxsdən xx.xx.2023-cü il tarixdə günorta saatlarında Masallı şəhəri, Füzuli küçəsində 5 manata aldığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Sonradan üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, predmet və maddə aşkar olunmamışdır. Təhqiqatçı tərəfindən təqdim etdiyi 01 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuş, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və həmin bükümün çəkisinin 0,28 qram olduğu müəyyən olunmuşdur. Təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər kütlə təhqiqatçı tərəfindən zərfə qoyularaq RPŞnin 90 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsində özünü qismən təqsirli bilsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilərək, narkotik vasitənin Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxararaq təqdim etməsi, təhqiqatçının verdiyi suallara cavab olaraq təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, əvvəllər tanımadığı adının Pərviz kimi bildiyi şəxsdən xx.xx.2023-cü il tarixdə günorta saatlarında Masallı şəhəri, Füzuli küçəsində 5 manata aldığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirməsi müəyyən edildi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 24 mart 2023-cü il tarixli, 19/330 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi:-0,189 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,189 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0,139 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X9 Yoxlamanın nəticələrinə dair 27 mart 2023-cü il tarixli, 317 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 23 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi -0,139 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc yerinə verilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinin aşkar olunduğu görüntünü əks etdirən 01 ədəd video disk iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Bağırov X8 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Masallı Rayon İcra və Probasiya şöbəsinin 27 mart 2023-cü il tarixli, 2-10 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində olan hökm və hökmün icrası barədə olan göstəriş Masallı Rayon İcra və Probasiya şöbəsinin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2023-cü il tarixə (şübhəli şəxs qismində tutulduğu gün) çəkilməmiş hissəsi 01 il 05 ay 04 gün təşkil edir. İş materiallarına əlavə edilmiş Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Bağırov X8 şəhəri, Qarabağ küçəsi, bina 13, mənzil 2-də yaşamaqla arvadı-xx.xx.1977-ci il təvəllüdlü X2, oğlu-xx.xx.2007-ci il təvəllüdlü X10, oğluxx.xx.2012-ci il təvəllüdlü X11 və qızı-xx.xx.2018-ci il təvəllüdlü X3 ibarət ailə tərkibində yaşayır, onun hərəkətləri barədə qonşuları tərəfindən heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin qismən etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olması yüngülləşdirici hal var. Məhkəmə, həmçinin Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək, peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Bağırov X8 Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli hökmü 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmadan islah olunmayaraq, yenidən qəsdən az ağır cinayət əməlini törətmişdir. Bu halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona ittiham olunmuş maddənin sanksiyası həddində müəyyən müddətə zadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə islah oluna bilər. Bu səbəblə də azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunması ilə ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Cəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası üzrə ona hökmlərin məcmusu ilə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1.-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1. və 68.1.1-1.-ci maddələrinə əsasən hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan, qətimkan tədbirinin seçilməsinə dair Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 23.03. 2023-cü il tarixdə saat 18:15-də şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6.-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2., 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına daxil edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmağa başlandığı 23 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X9 Yoxlamanın nəticələrinə dair 27 mart 2023-cü il tarixli, 317 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan təmiz çəkisi 0,139 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, video çəkilişin aparılmasını özündə əks etdirən 1 ədəd video CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 60 (altmışi) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29, 177.2.3cü maddələri ilə təyin olunmuş 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 05 ay 04 gün müddətin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 08 ay 17 gün muddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1.-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 23 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,139 qram narkotik vasitə olan heroin marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən video CD iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 60 (altımış) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №1(050)-111/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-111/2023
15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver