Məhkəmə qərarları › İş №1(050)-111/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-111/2024

27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-111/2024 27.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, Masallı şəhəri, Füzuli küçəsi ev 89-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat–axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Masallı şəhəri, H.Əliyev prospektində saxlanılaraq RPŞ-nin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sol iç qoltuqaltı hissəsindən 01 ( bir) ədəd qara rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 439 (dörd yüz otuz doqqu ) qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, 25 mart 2024-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur ki, Masallı şəhəri Füzuli küçəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbulunda və istifadəsində şübhəlidir. Bununla bağlı əməliyyat qrupu yaradılmış və qrup üzvləri kimi Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və Masallı RPŞnin TB-nin baş təhqiqatçısı, polis kapitanı X2 təyin edilmişdir. Daxil olmuş məlumata görə Əkbərov X5 şəhəri H.Əliyev prospektində hərəkətdədir. Onlarda hadisə yerinə saat 13 radələrində Masallı şəhəri H.Əliyev prospektində Təqsirləndirilən şəxs piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşıb narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməsində şübhəli olduğunu bildirib Masallı RPŞ-yə dəvət etmişlər. Masallı RPŞ-nin inzibati binasında təhqiqatçının xidməti otağında üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən bir ədəd qara selofana bükülmüş narkotik vasitə olan marixuanaya bənzər kütlə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni haradan və kimdən əldə etməsi barədə sual olunduğu zaman o, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu Qumbaşı kəndi ərazisindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 280 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 505 (beş yüz beş) qram olmuşdur. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edildi. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək qeyd etdi ki, Narkotik vasitə istifadə etmişdir və bununla bağlı özünü təqsirli bilir. Lakin üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana ona məxsus olmamışdır. Müstəntiq və müdafiəçi ondan soruşduqları zaman isə narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Lakin ruhi xəstə olduğundan narkotik vasitə olan marixuanadan istifadə etmir. Ümumiyyətlə ruhi xəstə olan şəxslər marixuanadan istifadə etmirlər. Çünki ruhi xəstə olan şəxs marixuanadan istifadə etmiş olsa həmin şəxs dəyişib başqa bir şəxs olacaqdır və ona tibbi yardım olunmalıdır. xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olduğu zaman 3 nəfər polis əməkdaşı yaşadığı ünvana gələrək onu polis şöbəsinə dəvət etmişlər. O da, etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Şöbədə olduğu zaman polis əməkdaşları hər biri bir tərəfdən ona hazırkı narkotik vasitəni üzərinə götürməsi ilə bağlı təzyiq etməyə başlamışlar. Həmin vaxt ona müdafiəçi təyin olunmamışdır, müdafiəçi sonradan gəlmişdir. Ruhi xəstə olduğu üçün ona təzyiq olunduğu zaman fərqli bir insan olur, eləcədə qorxmuşdur ki, evinə külli miqdarda narkotik vasitə qoyacaqlar. Odur ki, sonda polis əməkdaşları ilə razılaşaraq narkotik vasitənin onun olması ilə bağlı sənədləri imza edəcəyini bildirmişdir. Ruhi xəstədir və xəstəliyi ilə bağlı dövlət tərəfindən ona müəyyən dərmanlar verilir, lakin həmin dərmanlar gec verildiyi zaman müxtəlif narkotik vasitələrdən istifadə etmişdir. Lakin marixuanadan istifadə etməmişdir. xx.xx.2024-cü il tarixdə və iki dəfədə aprel ayında olmaqla 3 dəfə DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Ona qarşı zor tətbiq olunmamış, polis şöbəsində onu döyməmişlər. Övladı özünü asaraq öldürmüşdür. Özü xəstədir, cərrahiyyə əməliyyatı olunmalıdır. Məhkəmədən göstərilənləri nəzərə alıb ona köməklik etməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona qarşı ittiham elan edilmiş cinayət əməlini törətməkdə özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilən mötəbər sübut növləri ilə tam sübuta yetirilmişdir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin ifadəsini səmimi qəbul etməməklə özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, o, bir müddətdir ki, bədənində olan ağrılar ilə əlaqədar olaraq narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 22 mart 2024-cü il tarixdə günorta saatlarında özündə narkotik vasitə marixuana olmadığından Lənkəran rayonu Qumbaşı kəndinə getmək qərarına gəlmişdir. Masallı rayonu Musaküçə kəndi ərazisində yerləşən yolayrıcına getmiş və Lənkəran rayon istiqamətinə gedən tanımadığı taksi sürücüsünə əl etmiş və həmin avtomobilə əyləşib Lənkəran rayonu Qumbaşı kəndinə getmişdir. Həmin kənd ərazisində olarkən 1 nəfər tanımadığı şəxsin yolun kənarında dayanmasını görmüş və həmin şəxsi zahiri görünüşündən narkotik vasitə aludəçisinə oxşatmışdır. O, həmin şəxsə yaxınlaşmış, bədənində ağrıların olmasını və narkotik vasitə marixuanaya ehtiyacının olmasını, həmçinin uzun müddət istifadə etmək üçün xeyli miqdarda lazım olduğunu demişdir. Həmin şəxs ona təxminən yarım kilo narkotik vasitə marixuana olmasını demiş və əgər almaqda fikrinin ciddidirsə gedib gətirə biləcəyini bildirmişdir. O, həmin şəxsə fikrinin ciddi olmasını və üzərində pulun olmasını bildirmişdir. Həmin şəxs çıxıb getmiş və ondan həmin yerdə gözləməsini xahiş etmişdir. Təxminən yarım saat sonra həmin şəxs əlində qara rəngli bükümdə geri gəlmiş və həmin bükümü ona verərək qurudulmuş marixuana olduğunu demişdir. O, həmin şəxsdən həmin bükümü götürmüş və əvvəlcədən razılaşdığı kimi 280 manat pulu vermişdir. Narkotik vasitə qurudulmuş marixuananı ondan aldıqdan sonra o, Masallı rayonuna tanımadığı taksi ilə gəlmişdir. O, həmin bükümdə olan narkotik vasitəni ailə üzvləri bilməsin deyə yaşadığı evə aparmaq istəməmişdir. Buna görə də həmin bükümü Masallı şəhər ərazisində əlverişli yerdə gizlətmiş və lazım olanda istifadə edəcəyi qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə isə həmin narkotik vasitə marixuananı gizlətdiyi yerdən götürüb evində saxlamaq qərarına gəlmişdir. Çünki gizlətdiyi yerdə bükümü kimsə tapıb götürə bilərdi. Saat təxminən 13 radələrində o, qara rəngli sellofana bükülmüş bükümü götürüb əynindəki qara rəngli gödəkçəsinin sol iç qoltuqaltı hissəsinə qoyub yaşadığı evə gedərkən Masallı şəhər, H.Əliyev prospekti ilə piyada hərəkət edərək əlverişli yer axtarmaq istəmiş və bu zaman əvvəllər tanımadığı 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər xidməti vəsiqələrini göstərib Ramil və Aqil adlı polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində qanunsuz olaraq narkotik vasitələrin gəzdirməkdə şübhəli olduğundan onu Masallı RPŞ-yə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşmış, polis şöbəsində onu baş təhqiqatçı Xalid Qurbanovun xidməti otağına aparmışlar və o, orada şübhəli şəxs qismində tutulmuşdur. Ona orada hüquq və vəzifələri izah edildikdən sonra Müdafiəçi iştirakı ilə videogörüntü aparılmaqla üzərinə baxış keçirilməzdən öncə qanunla qadağan olunmuş hər hansı bir predmet və ya əşyanın üzərində olub-olmaması barədə sual verilmişdir. Üzərinə şəxsi axtarış keçirələcəyini görüb əynində olan qara rəngli gödəkçəsinin iç sağ cibindən özünə məxsus “Samsung” markalı mobil telefonu və gödəkçəsinin sol qoltuqlatı hissəsində gizlətdiyi narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Üzərinə və əynində olan paltarlara şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Təqdim etdiyi bükülüdəki narkotik vasitə olan qurudulmuş marixuana qara rəngli sellofan ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 505 ( beş yüz beş ) qram olması müəyyən edilmişdir. Daha sonra üzərindən aşkar olunan narkotik vasitə marixuana və ona məxsus “Samsung” markalı mobil telefon ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-yə gətirildikdə, üzərində şəxsi axtarış aparıldıqda ona qarşı heç bir fiziki təsir və ya psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında tədqiq edilən iş materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsı axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD diskə baxış keçirilərək, Təqsirləndirilən şəxs narkotik vasitəni əynində olan qara rəngli gödəkçəsinin sol iç qoltuqaltı hissəsindən çıxararaq təqdim etdiyi müəyyən edildi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən təqdim edilmiş 26 mart 2024-cü il tarixli, 19/280 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir bükümdə marixuanaya bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bükülüdə təmiz çəkisi:- 439,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (marixuananın təmiz çəkisi 439.0 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 438.9 qram). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X4 Yoxlamanın nəticələrinə dair 26 mart 2024-cü il tarixli, 287 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin Masallı RPŞ-nin UQ və SİQ-nun operatoru, polis serjantının təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayışına əsasən 2-ci qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm ilə təyin edilmiş 4 il müddətə azadlıqdan məhrum etmə cəzası Masallı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən təyin edilmiş və çəkilməmiş 1500 manat miqdarda cəzası ilə tamamilə birləşdirilməklə üzərində qəti olaraq 4 il müddətə azadlıqdan məhrum etmə cəzası və 1500 (bir min beş yüz) manat miqdarda cərimə cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 1500 manat miqdarında cərimə cəzası müstəqil icra olunmalıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli Qanununun tətbiqi ilə əlaqədar üzərində qəti olaraq 3 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası və 1500 (bir min beş yüz) manat miqdarda cərimə cəzası saxlanılmışdır. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Masallı rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2-650/24-62-16 saylı məktubundan görünür ki, Masallı Rayon Məhkəməsinin 1(050)-134/2017 saylı xx.xx.2017-ci il tarixli hökmünə əsasən Masallı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib 1500 manat məbləğində cərimə cəzası təyin edilmişdir. “8 noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixdə məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmiş və barəsində olan iş Masallı rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. “8 noyabr - Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndində qeyd edilmişdir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası təyin edilmiş şəxslər, habelə əsas və ya əlavə cəza kimi iki min manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və ya bu Qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi iki min manatdan artıq olmayan şəxslər cəzadan azad edilirlər. İş materiallarında olan Masallı rayon İHB-nin Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əkbərov X5 şəhəri, M.ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 27 mart 2024-cü il tarixli 278 nömrəli məktubunda qeyd edilmişdir ki, Masallı şəhəri, M.ünvan 1-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs xx.xx.1989-cu ildən Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 1056 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda Şizofreniya paranoid forma, remissiya vəziyyəti müəyyən edilir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməllər dövründə yuxarıda göstərilən psixi xəstəliyin remissiya mərhələsində olmuşdur. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməli barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs qeyd olunan xroniki psixi xəstəlik onu ittiham olunan əməllər dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırda şizofreniya xəstəliyinin remissiya mərhələsində olduğundan və hazırki psixi vəziyyətinə görə hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs bu iş üzrə prosessual fəaliyyət qabiliyyətli hesab edilir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD disk, həmçinin işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 sentyabr 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən cəza təyin edərkən Təqsirləndirilən şəxs şəxsiyyətini pis səciyyələndirməklə ona daha sərt cəza olan azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 27 mart 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi nəzərə alınmaqla cəza təyin etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsində göstərilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 27 may 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkünlüyü məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X4 Yoxlamanın nəticələrinə dair xx.xx.2024-cü il tarixli, 287 saylı rəyində Təqsirləndirilən şəxs OPOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin Masallı RPŞ-nin UQ və SİQ-nun operatoru, polis serjantının təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayışına əsasn 2-ci qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Belə ki, “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il Qərarının 3.2-ci bəndində əlilliyi olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiq edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X4 Yoxlamanın nəticələrinə dair xx.xx.2024-cü il tarixli, 287 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlildir. Odur ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması nəzərə alınmaqla barəsində məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 438.9 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülməsini özündə əks etdirən video CD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkoloji ekspertizanın dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübutun məhv edilməsi hissəsini icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 mart 2024-cü il tarixdən 27 mart 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli 27 may 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 438.9 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi görüntülərini özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar