Məhkəmə qərarları › İş №1(050)-112/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-112/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-112/2023 19.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin şəhər (rayon) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə. xx xxxxx 1989-cu ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayon məhkəməsinin 12 aprel 2023ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1.-ci maddəsi ilə 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Ədliyyə Nazirliyi Bakı İstintaq təcridxanasında cəza çəkən; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Masallı şəhəri Füzuli küçəsində əvvəllər tanıdığı, Masallı şəhər sakini Şahid1 satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, 25 mart 2023-cü il tarixdə, saat 20 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri Dadva küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi -0,159 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununlada Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni satış məqsədi olmadan qanunsuz olaraq saxlama cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, O, bərbər işləyir, əvvəllər narkotik maddələri qanunsuz saxlamağa görə məhkum edilmiş, məhkumluğu ödənilməmişdir. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Lakin üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin ona məxsus deyil. Belə ki, Şahid1 şəxsin vəfat etmiş oğlu ilə uzun illər dost olmuşlar. Ona görə də Şahid1 ona başının qırxması üçün zəng edərək arada evinə çağırırdı. Sonuncu dəfə Rəşidin evinə saç qırxmaq üçün getmiş, onlara çatdıqdan sonra təxminən 15 dəqiqədən sonra Polis əməkdaşları Rəşidin evinə basqın edərək onu, Rəşid və Seymuru tutub Masallı Rayon Polis şöbəsinə gətirmişlər. Həmin vaxt üzərində heç bir norkotik vasitə olmamış və Rəşiddən də heç bir norkotik vasitə almamışdır. Polis şöbəsinə gətirildikdən sonra o, təzyiq, təqib və işgəncəyə məruz qalmışdır. Polis şöbəsində döyüldükdən sonra qabırğaları sınmışdır. Hətta Bakı İstintaq təcridxanası bədənində olan xəsarətlərə görə onu qəbul etməmişdir. O, təxminən bir ay Masallı Rayon Polis Şöbəsində Müvəqqəti saxlama yerində saxlanılmışdır. Polis şöbəsində aparılan video çəkilişdə narkotik vasitəsinin ona məxsus olmasını və Rəşid adlı şəxsdən almasına deməsinə səbəb, Rəşid polis şöbəsində onun döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıması nəticəsində halsız vəziyyətdə olmasını görəndən sonra ona bildirmişdir ki, istintaqda narkotik vasitəni Rəşidən aldığını desin. Bundan başqa prokurorluqda bədənində olan xəsarətlə bağlı aparılan araşdırma zamanı yıxılaraq xəsarət alımasını bildirmişdir. Buna səbəb Polis şöbəsində ona veriləcək işəncə və təzyiqdən qorxduğu üçün o cür ifadə vermişdir. Onu kimin vuurmasını dəqiq bilmir. Göstərilənləri nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan, ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələri ilə məhkəmə istintaqında olan ifadəsi arasında ziddiyət olduğu üçün, məhkəmə istintaqında elan edilmiş həmin ifadələrində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə istifadəçisidir, son zamanlar əsasən narkotik vasitə heroin qəbul edir. Narkotik vasitələrdən qanunsuz istifadəyə görə barəsində Masallı rayon Məhkəməsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkəmə istintaqı aparılır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində bədənində ağrılar başladığından şəxsi istifadəsi üçün narkotik vasitə heroin almaq qərarına gəlmiş və tanışı olan Masallı şəhər sakini Şahid1 narkotik vasitə satdığını bildiyi üçün onun yaşadığı Füzuli küçəsinə getmişdir. Füzuli küçəsində Rəşidin yaşadığı evin yaxınlığında olduğunu görüb ona yaxınlaşıb salamlaşdıqdan sonra bədənində ağrılar olduğunu, şəxsi istifadəsi üçün narkotik vasitə heroin almaq üçün gəldiyini və əgər satdıq heroini varsa satmasını xahiş etmişdir. Həmin vaxt Rəşid ona hazırda üzərində narkotik vasitə heroin olduğunu və həmin heroini 10 manat pulun müqabilində sata biləcəyini demişdir. O, Rəşidlə razılaşmış və Rəşid əynində olan şalvarının cibindən bir ədəd kibrit qutusunu çıxardıb içərisindən 01 büküm gümüşü rəngli kağıza bükülmüş heroini götürmüş və həmin bir büküm heroini 10 manat pulun qarşılığında ona satmışdır. Rəşiddən heroini alıb şalvarının cibinə qoyaraq oradan uzaqlaşıb getmişdir. Həmin gün bir sıra işlərini gördükdən sonra axşam saat 20 radələrində Rəşiddən aldığı bir büküm narkotik vasitə heroini istifadə etmək məqsədilə yaşadığı Masallı şəhəri Dadva küçəsində özünə uyğun yer axtarmaq üçün piyada hərəkətdə olduğu zaman iki nəfər mülki geyimdə şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞnin polis əməkdaşları olduqlarını və onun qanunsuz olaraq narkotik vasitələri istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları şifahi formada üzərində narkotik vasitə olub-olmamasını ondan soruşmuşlar. O, həmin vaxt qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra həmin iki nəfər polis əməkdaşı onu xidməti otağa aparmışlar və xidməti otaqda polis geyimində olan bir nəfər ona özünü Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Vasif Ağazadə kimi təqdim etmişdir. Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Vasif Ağazadə qanunsuz olaraq üzərində narkotik vasitələri saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə ona bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi qismində Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra X5 onun üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirmişdir. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməyini ona təklif etmişdir. O da əynində olan şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş narkotik vasitə olan heroini çıxarıb təqdim edərək, həmin narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Masallı şəhəri Füzuli küçəsində əvvəllər tanıdığı Rəşid adlı şəxsdən 10 manat pul müqabilində aldığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra X5 tərəfindən təqdim etdiyi bir ədəd gümüşü rəngli kağız büküm açılmış və içərisində narkotik vasitə heroin olduğu müəyyən olunmuşdur. Bundan sonra X5 ondan üzərində əlavə olaraq qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və maddə olub-olmadığını soruşduqda, o, təhqiqatçıya üzərində əlavə olaraq qanunla qadağan edilmiş hər hansı bir maddə, əşya və predmet olmadığını bildirmişdir. Buna görə də X5 tərəfindən üzərində axtarış davam etdirilmiş və üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,28 qram olduğu müəyyən olunmuş, həmin narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış və üzəri DİN-in 90 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Daha sonra X5 tərəfindən üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş, protokol X5 tərəfindən uca səslə oxunmuş və o, da iştirakçılarla birlikdə həmin protokola imza çəkib təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda, narkotik maddələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə alınmış və həmin gün saat 20 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri Dadva küçəsində olarkən polis əməkdaşı Şahid3 ilə birlikdə ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərində narkotik maddə gəzdirməsini, qəbulunda şübhəli olmasını bildirib onu polis şöbəsinə dəvət etmişlər və onunla birlikdə Masallı RPŞ-nə gəlmişlər. X5 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi qismində dəvət edilmişdir. Bundan sonra X5 tərəfindən onun, müdafiəçinin və polis əməkdaşı Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir maddə, əşya varsa iştirakçılara təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş narkotik vasitə olan heroini çıxarıb təqdim edərək, həmin narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə saat 13 radələrində əvvəllər tanıdığı Rəşid adlı şəxsdən 10 manat pul müqabilində aldığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra X5 tərəfindən bir ədəd gümüşü rəngli kağız büküm açılmış və içərisində narkotik vasitə heroin olduğu müəyyən olunmuşdur. Bundan sonra X5 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində əlavə olaraq qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və maddə olub-olmadığını soruşduqda, o, təhqiqatçıya üzərində əlavə olaraq qanunla qadağan edilmiş hər hansı bir maddə, əşya və predmet olmadığını bildirmişdir. Buna görə də X5 tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş və onun üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və Masallı rayon Polis şöbəsində ona qarşı fiziki ağrı yetirən olmamış, bu barədə İlqar İbrahimob yalan danışır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-in əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikasında və Rusiya Federasiyasında məhkum olunmuşdur. 2019-cu ildə Rusiya Federasiyasında həbsdən azad edildikdən sonra Azərbaycan Respublikasına gəlmiş və həmin vaxtdan da Masallı şəhərində yerləşən özünə məxsus evdə yaşayır. Hazırkı işlə bağlı onu qeyd edə bilər ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımışdır. Belə ki, İlqar vəfat etmiş oğlu ilə dostluq etmişdir. Ara-sıra onun saçını qırxmaq üçün onlara gəlmişdir. Sonuncu dəfə İlqar saçını qırxmaq üçün evlərinə gələrkən həmin vaxt böyük oğlunun dostu Seymurda onlarda olmuşdur. İlqar onun fərdi yaşayış evinin 1-ci mərtəbəsində saçını qırxmaq istəyərkən təxminən 20 nəfər polis əməkdaşı mülki geyimdə fərdi yaşayış evinə daxil olaraq onu, Seymuru və İlqarı tutub Polis şöbəsinə gətirmişlər. Qonşular da bu hadisənin şahidi olmuşlar. Polis Şöbəsinə gətirildikdən onlar işcəncə, təzyiq və təqiblərə məruz qalmışdır. Təxmin 7 saat müddətində polis əməkdaşları onu döymüşlər. Həmin vaxt gözləri bağlanılmış və kitabla onun baş nahiyəsinə zərbələr vurmuşlar. Gözləri bağlı olduğundan onun hansı polis tərəfindən döyülməyini bilməmişdir. Hətta Polis şöbəsində ona bildirmişlər ki, əgər narkotik vasitənin satdığını bildirməsə ailə uşağını Polis şöbəsinə gətiriləcəklər, yaxud evinə 1 kq narkotik vasitə yerləşdirəcəklər. Ona görədə o, məcburiyyət qarşısında qalaraq ibtidai istintaqda narkotik vasitəni İlqara satdığını bildirmişdir. O, İlqara heç bir narkotik vasitə satmamışdır. İlqarada bildirmişdir ki, narkotik vasitəni ondan aldığını desin. Buna səbəb kimi İlqarında işəncəyə məruz qalaraq ağır xəsarətlər almışdır. Şahid1 cinayət işinin materiallarında olan, ibtidai istintaq zamanı şahid qismində vermiş olduğu ifadələri ilə məhkəmə istintaqında olan ifadəsi arasında ziddiyət olduğu üçün, məhkəmə istintaqında elan edilmiş həmin ifadələrində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikasında və Rusiya Federasiyasında məhkum olunmuşdur. 2019-cu ildə Rusiya Federasiyasında həbsdən azad edildikdən sonra Azərbaycan Respublikasına gəlmiş və həmin vaxtdan da Masallı şəhərində yerləşən özünə məxsus evdə yaşayır. Təxminən 3 ildir narkotik vasitələrdən istifadə edir, əsasəndə narkotik vasitə heroin qəbul edir. Təxminən 25 gün əvvəl, yəni 2023-cü ilin mart ayının əvvəllərində dəqiq tarixini xatırlamadığı gündə Bakı şəhəri Nəsimi rayonunun ərazisində olduğu zaman narkotik vasitə heroini həm şəxsi istifadəsi, həmdə pula ehtiyacı olduğu vaxt satmaq məqsədilə almaq qərarına gəlmişdir. Bu məqsədlə Nəsimi rayonu ərazisində xatırlamadığı küçələrin birində əvvəllər görmədiyi və tanımadığı, lakin zahiri görkəmcə narkotik vasitə istifadəçi olduğu hiss olunan bir nəfər şəxsə yaxınlaşıb ona narkotik vasitə istifadəçisi olduğunu və narkotik vasitə heroin tapmasında ona kömək etməsini həmin şəxsdən xahiş etmişdir. Həmin tanımadığı şəxs bir az ona diqqətlə baxıb fikirləşdikdən sonra özündə narkotik vasitə heroin olduğunu və həmin heroini ona sata biləcəyini demişdir. O, həmin şəxsə ondan narkotik vasitə heroin ala biləcəyini bildirdikdən sonra cibindən bir ədəd kibrit qutusunu çıxardıb içərisində 8 ədəd gümüşü rəngli kağıza bülükmüş bükümləri ona göstərərək həmin bükümlərin içində narkotik vasitə heroin olduğunu və həmin 8 ədəd bükümdə olan heroinləri ümumilikdə 100 manata satmaq istədiyini demişdir. O, həmin tanımadığı şəxsdən 8 ədəd bükümdə olan heroinləri 100 manat pulun müqabilindən almış və bir gün Bakı şəhərində qaldıqdan sonra həmin bükümləri özü ilə birlikdə Masallı şəhəri Füzuli küçəsində yerləşən yaşadığı evə gətirib başqa vaxtı satmaq üçün evin özünə məxsus yataq otağında gizlətmişdir. xx.xx.2023-cü il tarixdə pula ehtiyacı olduğu üçün Bakı şəhərində tanımadığı şəxsdən aldığı özünə məxsus 8 büküm narkotik vasitə heroinləri satıb pul əldə etmək qərarına gəlmişdir. Bunun üçün həmin günü saat 11 radələrində içərisində 8 büküm heroin olan kibrit qutusunu gizlətdiyi yerdən götürüb əynində olan göy rəngli cins şalvarının sol yan cibinə qoyaraq Masallı şəhəri Füzuli küçəsində yerləşən yaşadığı evin qarşısına çıxmışdır. Küçədə Masallı şəhər sakini əvvəllər tanıdığı X4 ilə görüşüb söhbət edən zaman Seymur ona bədənində ağrılar olduğunu və narkotik vasitə heroin almaq istədiyini demişdir. O, Seymura üzərində narkotik vasitə heroin olduğunu və həmin heroini ona sata biləcəyini bildirmişdir. Seymur həmin vaxtı onunla razılaşmış və o, üzərində olan bir büküm narkotik vasitə heroini 10 manat pulun qarşılığında ona satmışdır. Həmin günü bundan təxminən 2 saat sonra təxminən saat 13 radələrində yenə yaşadığı Füzuli küçəsində olduğu vaxt əvvəllər tanıdığı Masallı şəhər sakini Təqsirləndirilən şəxs ona yaxınlaşdığını görmüş, İlqarla salamlaşıb görüşdükdən sonra İlqar ona şəxsi istifadəsi üçün narkotik vasitə heroin almaq istədiyini demiş və heroini varsa satmağını xahiş etmişdir. O, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu və ona sata biləcəyini bildirmişdir. Sonra üzərində olan kibrit qutusunun içərisindən bir büküm narkotik vasitə heroini götürüb 10 manat pulun qarşılığında İlqara satmış və İlqar ondan heroini alıb harasa çıxıb getmişdir. Bundan təxminən 1 saat sonra, təxminən saat 14 radələrində yenə yaşadığı Füzuli küçəsində dayandığı vaxt bu dəfə də əvvəllər tanıdığı Masallı şəhər sakini olan X2 ona yaxınlaşdığını görmüş, Yusiflə salamlaşdıqdan sonra Yusif ona şəxsi istifadəsi üçün heroin lazım olduğunu və heroini varsa satmağını ondan xahiş etmişdir. O, Yusifin xahişini nəzərə alıb ona da üzərində olan bir büküm heroini 5 manat pulun qarşılığında satmışdır. Tanışları Seymur, İlqar və Yusifə hərəsinə bir büküm olmaqla narkotik vasitə heroin satıb pulunu əldə etdikdən sonra yaxınlıqda olan “Köhnə Bazara” gedib orada şəxsi istifadəsi üçün xərcləmiş və daha sonra yaşadığı evə qayıtmışdır. Cinayət işinin materiallarında olan üzləşmə protokolundan görünür ki, üzləşmə zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni Şahid1 10 manata almasını, Şahid1 isə narkotik vasitəni 10 manata İlqar İbrahimobva satmasıını bildimişdir. 18 may 2020-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 20:40-dan 21:15-ə qədər “Sony” markalı video kamera vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş və o, əynindəki qara rəngli şalvarın sağ cibində saxladığı bir büküm narkotik vasitə heroinə oxşar maddə təqdim etmiş və o, həmin narkotok vasitə heroini 10 manata Masallı rayonu, Füzuli küçəsində Rəşid adlı şəxsdən 10 manata satın aldığını bildirmişdir. Protokol iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt o, heç bir etirazını bildirməmişdir. Məhkəmə istintaqı zamanı iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD diskinə “HP” markalı komputer vasitəsi ilə baxış keçirilərək, Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş və o, əynindəki qara rəngli şalvarın sağ cibində saxladığı bir büküm narkotik vasitə heroinə oxşar maddə təqdim etmiş və o, həmin narkotok vasitə heroini 10 manata Masallı rayonu, Füzuli küçəsində Rəşid adlı şəxsdən 10 manata aldığı müəyyən edilmişdir Cinayət işinin materiallarında olan 18 may 2020-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 20:40-dan 21:15-ə qədər “Sony” markalı video kamera vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş və o, əynindəki qara rəngli şalvarın sağ cibində saxladığı bir büküm narkotik vasitə heroinə oxşar maddə təqdim etmiş və o, həmin narkotok vasitə heroini 10 manata Masallı rayonu, Füzuli küçəsində Rəşid adlı şəxsdən 10 manata satın aldığını bildirmişdir. Protokol iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt o, heç bir etirazını bildirməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının məhkəmə fiziki-kimyəvi ekspertizasının 26 may 2023-cü il tarixli 19\341 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “.....Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir büküm heroinə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd bükümdə təmiz çəkisi: - 0,159 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,159 qr.., tədqiqata sərf olundu-0,05 qr, qalıq -0,109 qr. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X1 X7 Yoxlamanın nəticələrinə dair 27 mart 2023-cü il tarixli 313 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 28 mart 2023-cü il tarixli “maddi sübutun tanınması və təhvil verilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş və məhkəmə-kimyəvi ekspertizasının tədqiqatından sonra çəkisi 0,109 qram qalmış narkotik vasitə heroin və videodisk maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs xəsartət almasına dair toplanmış material Masallı Rayon Prokurorluğundan götürülmüş və öyrənilmişdir. Həmin material üzrə izahatı alınmış Təqsirləndirilən şəxs göstərmişdir ki, ........uzun müddətdir ki, narkotik vasitələrin və psixotrop maddələrin aludəçisi olmaqla həmin pereparatlardan istifadə edirəm. Qeyd edim ki, narkotik vasitələrin istifadəçisi olduğum üçün barəmdə cinayə işi istintaq olunaraq rayon məhkəməsinə göndərilmiş və barəmdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə barəmdəki cinayət işinə baxılarkən mən azadlıqda olmağımdan istifadə edib təkrar narkotik vasitələrdən istifadə etməyə başladım. Narkotik vasitələrdən təkrar istifadə etdiyim üçün 25-26 mart 2023-cü il tarixdə Masallı RPŞ-nın əməkdaşları tərəfindən saxlanıldım və barəmdə Azərbaycan Respublikası CM-nın 234.1 -ci maddəsi ilə cinayət işi başlandı. Qeyd edim ki, saxlanılmamışdan qabaq mən artıq Masallı RPŞ-nın əməkdaşlarını tanıdığım üçün onların gəldiyini görüb onlardan qaçmağa başladım. Qaçarkən yolda yıxıldım və sağ döş qəfəsim bərk şəkildə səkiyə dəydi. Mən həmin hissədə hər hansı ağrılar hiss etmirdim. Masallı RPŞ-da tibbi müayinədən keçərkən də hər hansı ağrı hiss etmədiyim üçün məni rentgen müayinəsindən keçirmədilər. xx.xx.2023-cü il tarixdə mən Bakı İstintaq Təcridxanasına etap olundum. Orda məni müayinə edərkən sağ 7-ci qabırğasında yerdəyişməmiş sınıq xəsarətləri aşkar olunduğunu mənə dedilər. Mən orda məni müayinə edən həkimə hər hansı ağrı hiss etmədiyimi, həmin xəsrətin polis əməkdaşlarından qaçarkən aldığımı bildirdim. Masallı Rayon Prokurorluğunun müstəntiqi üçüncü dərəcəli hüquqşunas Elçin Abbasovun ona vermiş olduğu-Sizin almış olduğunuz xəsarətlə bağlı hər hansı şəxsdən şikayət və tələbiniz vardırmı? Xəsarət almağınızda kənar şəxslərin, o cümlədən hər hansı polis əməkdaşının təsiri və ya təqsiri olmuşdurmu? sualına Təqsirləndirilən şəxs-xəsarət almağımla əlaqədar hər hansı şəxsdən şikayət və tələbim yoxdur. İzahatımda da qeyd etdiyim kimi həmin xəsrətləri polis əməkdaşlarından qaçarkən yıxılmağım nəticəsində almışam. Mənə qarşı hər hansı şəxs tərəfindən, o cümlədən polis əməkdaşı tərəfindən hər hansı şiddət və ya təzyiq göstərilməmişdir. Sizdən xahiş edirəm ki, Bakı istintaq Təcridxanasından daxil olan barəmdəki müraciətin araşdırmasını yekunlaşdırasınız cavabını vermişdir. Cinayət işinin materiallarında olan 19 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı yaranan bəədən xəsarətlərinə görə cinayət hadisəsi müəyyən olunmadığına görə, cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ifadələri, şahid ifadələri, maddi sübutlar, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs verilmiş Azərbaycan Respublikası CMnin 234.1.-ci maddəsi ilə ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və Şahid1 ibtidai istintaqda təzyiq və işgəncəyə məruz qalmaları nəticəsində ifadə vermələri barədə məhkəmə istintaqında verdikləri ifadələrinə münasibətdə qeyd edir ki, onların məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrii özlərini müdafiə xarakteri daşıyır. Belə ki, ibtidai istintaq zamanı şəxsi axtarış barədə protokol, videçəkiliş, üzləşmə protokolu ilə onların ifadələri təkzib olunur, ona görə də məhkəmə onların ifadələrini qanuni və mötəbər sübut kimu qəbul etmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2.-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 234.1.-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Masallı rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnaməsindən və ailə tərkibi haqqında arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və ünvan 3 ünvanında yaşamışdır. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında 25 mart 2023cü il tarixli protokoldan və Masallı rayon məhkəməsinin 27 mart 2023-cü tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 25 mart 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, Masallı rayon məhkəməsinin 27 mart 2023-cü tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılmanın müddətinin əvvəli 25 mart 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən, Masallı rayon məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 1(050)-74/2023 nömrəli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1. və 93.1.2.-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1.-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hallardan yoxdur. Lakin məhkəmə, Cinayət Məcəlləsinin 59.2-ci maddəsini əsas yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallardan yoxdur. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik cinayətinə görə məhkum olunmuş şəxsdir, barəsində ibtidai sitintaq aparılarkən islah olunmayaraq yenidən qəsdən eyni növ cinayət törətmişdir. Bu halda məhkəmə hesab edir ki, o, yalnız azadlıqdan məhrumetmə ilə əlaqədar cəza çəkməklə islah oluna bilər. Bu səbəblə də azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ilə ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Həmçinin ona Masallı Rayon Məhkəməsinin 1(050)-74/2022 saylı, 12 aprel 2023-cü il tarixli hökmü üzrə təyin olunmuş cəzaya görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində qeyd edilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6.-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2., 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X1 X7 Yoxlamanın nəticələrinə dair rəyini tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunması zərurəti vardır, məcburi müalicəyə qarşı əks göstərişi yoxdur, ona görə də Cinayət Məcəlləsinin 93.1.2.-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, o, ərazi narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri-60 manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi subut olan-Masallı RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,109 qram qalan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, videogörüntü olan disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrumetmə cəzası, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il, 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 mart 2023-cü il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji xəstəxanada qeydiyyata alınsın. Maddi sübutlar olan-Masallı rayon polis şöbəsində saxlanılan, 0,109 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, CD diski cinayət işi materiallarında saxlanılsın. Məhkəmə ekspertiza xərci 60 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X3 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Hökm elan olunduqdan və həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar