Məhkəmə qərarları › İş №1(050)-113/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-113/2024

03.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-113/2024 03.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Masallı şəhəri, E.Hüseynov küçəsi, ev 26-da yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda 01 ədəd sellofan bükülüdə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, 30 mart 2024-cü il tarixdə saat 13 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri, H.Əliyev prospektində yerləşən “Karal” otelin yaxınlığında saxlanılaraq Masallı Rayon Polis şöbəsinin inzbati binasına gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki goy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükülüdə təmiz çəkisi 0,545 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 mart 2024-cü il tarixdə saat 10 radələrimdə Lənkəran rayonun Qumbaşı kəndinə özü üçün psixotrop maddə almaq məqsədilə getmişdir. Yol kənarında bir qədər müşahidə etdikdən sonra adını bilmədiyi şəxs görmüş və ona yaxınlaşmışdır. Həmin şəxsdən özü üçün bir büküm istəmişdir. Həmin şəxs ondan bir bükümə görə 30 manat pul istəmişdir. O, da 30 manat pul verib bir bükümdə psixotrop maddə olan metamfetamin almışdır. O, aldığı metamfetamini öz evində istifadə etmək niyyətində olmuşdur. Bu məqsədlə Masallı şəhərinə geri qayıtmışdır. Lənkəran rayonuna həm gedərkən, həm də qayıdarkən yoldan keçən maşınlardan istifadə etmişdir. Lənkəran rayonuna getməsini və oradan psixotrop maddə almağını heç kim bilməmişdir. O, Masallı şəhərinə həmin gün günorta saatlarında çatmışdır. Şəhər ərazisində bir qədər gəzdikdən sonra üzü X6 istiqamətində yol ilə getmişdir. Bu zaman ona özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər yaxınlaşmışdır. Polis əməkdaşları ona yaxınlaşan zaman həmin gün aldığı bir ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə olan metamfetamin onun əynindəki şalvarın sağ yan cibində olmuşdur. Polis əməkdaşları ona narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirmiş və bununla bağlı Masallı RPŞ-yə getməli olduğunu demişlər. O, polis əməkdaşlarının suallarına cavab olaraq üzərində şüşə deyə bildiyi metamfetamin olduğunu etiraf eləmiş və birlikdə etiraz etmədən Masallı RPŞ-in inzibati binasına gəlmişdilər. Polis şöbəsində xidməti otaqların birində olarkən polis geyimində olan bir nəfər özünü təhqiqatçı Əli Sadıqov kimi təqdim etmişdir. Təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutularaq üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi bildirilmişdir. Daha sonra vəkili olmadığına görə ərizə ilə müraciət etmişdir. Öz istəyi ilə Müdafiəçi qismində dəvət edilməsini xahiş etmişdir. Bundan sonra təhqiqatçı proses iştirakçılarının iştirakı ilə üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirməyə başlamışdır. Təhqiqatçı əvvəlcə ona üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyini təklif etmişdir. O, da əynində olan şalvarın sol yan cibindən bir ədəd 5 manat pul çıxarmış, sonra isə şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə Qumbaşı kəndindən aldığı metamfetamini çıxardıb təqdim etmişdir. O, təhqiqatçının suallarına cavab olaraq həmin bir ədəd bükümdə olan psixotrop maddəni 30 mart 20204-cü il tarixdə səhər saatlarında Qumbaşı kəndində aldığını, həmin psixotrop maddəni aldığı şəxsi tanımadığını və həmin maddənin qarşılığında 30 manat pul verdiyini demişdir. Bundan əlavə o, aldığı bir ədəd sellofan bükümdəki psixotrop maddəni öz istifadəsi üçün üzərində daşıyaraq saxladığını da bildirmişdir. Bundan əlavə həm də onun əynindəki paltarlara baxış keçirilmiş və heç bir qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Onun təqdim etdiyi metamfetamin bir ədəd sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,56 qram olması məlum olmuşdur. Bundan sonra təhqiqatçı sellofan bükümün içərisinə baxış keçirmiş və içərisində ağ rəngli kristallardan ibarət metamfetaminə bənzər maddələr olması müəyyən edilmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin sellofan bükülü ilə birlikdə ağ rəngli kağız zərfə qoyulmaqla üzəri möhürlənmiş və imzalarla təsdiqlənmişdir. O, şəxsi axtarış keçirilməsi ilə bağlı hər hansı bir etiraz etməmiş və təqdim etdiyi bir ədəd bükülüdə psixotrop maddə olan metafetaminin özünə məxsus olamasını bir daha bildirmişdir. Daha sonra isə təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və protokolu imzalarla təsdiq etmişlər. O, daha sonra ekspertiza rəyində üzərindən aşkar edilmiş olan metamfetaminin təmiz çəkisinin 0,545 qram olmasını bilmiş və həmin ekspertiza rəyi ilə razı olmuşdur. Polis əməkdaşları ona heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər. Üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümdəki psixotrop maddə olan metafetamini 30 mart 2024-cü il tarixdə Lənkəran rayonu, Qumbaşı kəndindən 30 manat pul qarşılığında tanımadığım şəxsdən almışdım. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, 30 mart 2024-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və üzərində daşıması ilə bağlı onun icraatına əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı rəhbərliyə məruzə edildikdən sonra müvafiq əmr əsasında əməliyyat-təhqiqat qrupu yaradılmışdır. Həmin qrupun rəhbəri o, olmaqla, üzvləri Masallı RPŞ-in təhqiqat bölməsinin təhqiqatçısı Əli Sadıqov və Masallı RPŞ-in cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 təyin edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Masallı şəhəri, H.Əliyev prospekti ərazisində yerləşən “Karal” otelin yaxınlığında saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs əvvəlcə özlərini təqdim etmişlər. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olmasını və bununla bağlı birlikdə Masallı RPŞ-yə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etməmiş və onlarla birlikdə Masallı RPŞ-in inzibati binasına gəlmişdir. Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində təhqiqatçı X15 Əliyevə hüquq vəzifələrini izah etmiş və hüquqlarına dair bildirişi, həmçinin Masallı rayonunda xidmət göstərən vəkillərin siyahını təqdim etmişdir. Təqsirləndirilən şəxs öz vəkili olmadığını və vəkil tutmaq üçün maddi imkanı da olmadığını bildirmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs istəyi əsasında dövlət hesabına olmaqla Masallı Rayon Vəkil Bürosundan Müdafiəçi qismində təyin edilərək dəvət edilmişdir. Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulması və üzərinə videoəkilişlə şəxsi axtarış keçiriləcəyini izah edib üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülü çıxarıb təqdim etmişdir. Təhqiqatçı həmin sellofan bükülünün nə olmasını soruşduqda Təqsirləndirilən şəxs cavabında “metamfetamindir” deyə bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs əynindəki paltarlara şəxsi atxarış keçirilmiş və qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs həmin bükülünü haradan, nə vaxt və kimdən alması barədə suallar vermişdir. Təqsirləndirilən şəxs də verilən suallara cavab olaraq həmin bükülüdəki metamfetamini 30 mart 2024-cü il tarixdə səhər saatlarında, Lənkəran rayonunun Qumbaşı kəndindən tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin metamfetamini öz şəxsi istifadəsi üçün üzərində daşıdığını, həmçinin əvvəllər narkotik maddələrdən istifadə etməyə görə məhkum edildiyini də bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetamin bir ədəd sellofan bükülü ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəksinin 0,56 qram olmasını görmüşlər. Həmin bükülünün içərisinə baxış keçirildiyi zaman içərisində ağ rəngli metafmetaminə bənzər kristallar olması aydın olmuşdur. Bundan sonra təhqiqatçı Əli Sadıqov həmin metafetamini bir ədəd şəffaf sellofan bükümlə birlikdə ağ rəngli kağız zərfdə qoyub qablaşdırmışdır. Həmin ağ rəngli kağız zərfin üzəri iştirakçılar, həmçiniin Təqsirləndirilən şəxs tərəfindən imzalanmaqla möhürlənmişdir. Təqsirləndirilən şəxs həmçinin ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki-psixi zorakılıq edilmədiyini, heç bir təzyiqə və təsirə məruz qalmadığını, şəxsi axtarış keçirilməsi ilə bağlı hər hansı bir etirazı və şikayəti olmadığını bildirmişdir. Sonda təhqiqatçı X15 Əliyevin üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib etmiş və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Onun Təqsirləndirilən şəxs ilə əvvəllər tanışlığı və aralarında heç bir ədavət, düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanıldıqda, RPŞ-yə gətirildikdə, onun üzərində şəxsi axtarış aparıldıqda heç bir zor və ya güc tətbiq olunmamışdır. Müdafiəçinin və digər proses iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən bir ədəd sellofan bükülüdəki psixotrop maddə metamfetamin bükülü ilə birlikdə çəkildiyi üçün çəkisi 0,56 qram olması müəyyən edilmişdir. Lakin ekspertiza tədqiqatı zamanı həmin psixotrop maddə metamfetamin təmiz halda çəkilmiş və təmiz çəkisi 0,545 qram müəyyən edilmişdir. Ekspertin tərəzisi dəqiq və düzgün çəkdiyi üçün rəydə göstərilən çəki əsas götürülməlidir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olubolmaması barədə hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında tədqiq edilməklə elan olunmuş ifadəsindən görünür ki, o, Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD diskə baxış keçirilərək, narkotik vasitənin Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb təqdim etməsi, təhqiqatçının verdiyi suallara cavab olaraq təqdim etdiyi sellofan bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu və həmin bükülüdəki metamfetamini 30 mart 2024-cü il tarixdə səhər saatlarında Lənkəran rayonunun Qumbaşı kəndindən tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirməsi müəyyən edildi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 30 mart 2024-cü il tarixli, 19/302 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş metamfetaminə bənzər kütlə...” sözləri və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi-0,545 qram olan ağ rəngli krsitallardan ibarət olan madda metamfetamindir. Metamfetaminin təmiz çəkisi-0,545 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq-0,495 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X10 Yoxlamanın nəticələrinə dair xx.xx.2024-cü il tarixli, 318 saylı rəyinə əsasən və 03 iyun 2024-cü il tarixli məlumatına əsasən müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. 01 apel 2024-cü il tarixdə diqanoz təsdiq edilərək Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında dispanser qeydiyatına alınmışdır. İş materiallarına əlavə edilmiş əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspert tədqiqatından sonra təmiz çəkisi - 0,495 qram qalmış psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək maddi sübut kimi tanınaraq saxlanılmas üçün RPŞ-in saxlanc yerinə təhvil verilmiş, video çəkilişin aparılmasını özündə əks etdirən 1 ədəd video CD disk cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və müvafiq hökmdən görünür ki, Əliyev X5 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə edilmiş Masallı Rayon İHB-nın Masallı şəhər İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Əliyev X5 şəhəri, E.Hüseynov küçəsi, ev 26-da qeydiyyatda olmaqla arvadı xx.xx.1976-cı il təvəllüdlü X4, qızı xx.xx.2007-ci il təvəllüdlü X7 və qızı xx.xx.2010-cu il təvəllüdlü X2 ibarət ailə tərkibində yaşayır. Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə əvvəllər özünü səmimi və intizamlı aparmış, lakin son zamanlar cəmiyyətə yaraşmayan qanuna zidd hərəkətlərə yol vermişdir. X8 barəsində Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər İƏDÜ nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 1 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlukəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (əvvəllər onaloji cinayət törətməsini), o cümlədən cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materallarında olan şübhəli şəxsin tutulması haqqında və qətimkan tədbirinin seçilməsinə dair qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 01 aprel 2024-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı müddət ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına daxil edilməklə ondan çıxılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun hökm elan olunduğu gündən, yəni 03 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X10 Yoxlamanın nəticələrinə dair xx.xx.2024-cü il tarixli 318 saylı rəyinə və xx.xx.2024-cü il tarixli məlumata əsasən müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə diaqnoz təsdiq olunaraq Lənkəran Şəhər Narkoloji Xəstəxanasında dispanser qeydiyyatına alınmışdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən Ərazi Nakololji Xəstəxanasında xx.xx.2024-cü ildən qeydiyyatda durması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan - 0,495 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, video çəkilişin aparılmasını özündə əks etdirən 1 ədəd video CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə 30 mart 2024-cü il tarixdən 01 aprel 2024-cü il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına daxil edilməklə ondan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli hökm elan olunduğu gündən, yəni 03 iyun 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs X3 xx.xx.2024-cü ildən qeydiyyatda durması nəzərə alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspert tədqiqatından sonra qalıq çəkisi - 0,495 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar