Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-114/2024 03.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Masallı şəhəri, Bakı prospektində etibarnamə olmadan idarə etdiyi “VAZ 2106” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olarkən, avtomobildə sərnişin qismində olan tanışı Zərərçəkmiş şəxs spirtli içkinin təsirindən yaranmış alkoqol sərxoşluğu vəziyyətində onun barəsində xoşagəlməz ifadələr işlətdiyi üçün avtomobilin salonunda aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əvvəlcə yumruqla, sonra isə üzərində olan təsərrüfat təyinatlı deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən bıçaqla Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyələrindən qəsdən bir neçə zərbə vuraraq sonuncuya sol said nahiyəsində iki ədəd kəsilmiş-deşilmiş yara kimi YÜNGÜL dərəcəli bədən xəsarətləri, həmçinin başın alın hissəsinin, burnun və üzün sol yarısının kəsilmiş səthi yarası və üst dodağın sıyrığı kimi dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq soyuq silahı əldə edib üzərində qanunsuz olaraq saxlamaqla gəzdirmiş, 10 mart 2024-cü il tarixdə saat 23 radələrində əvvəllər tanıdığı və qonşusu olan Zərərçəkmiş şəxs ilə mübahisə edərkən Masallı RPŞ-nin əməkdaşları tərəfindən Masallı şəhər, Bakı küçəsi ərazisində saxlanılaraq Masallı rayon polis şöbəsinə gətirilmiş, orada xx.xx.2024-cü il tarixdə saat 00:30 dəqiqədən başlayaraq üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib üzərində saxlayaraq gəzdirdiyi əşya- zavod üsulu ilə istehsal edilmiş, deşici, kəsici, vurucu, əzici xassəyə malik, üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməyən, kastet-bıçaq formalı təyinatı üzrə istifadə üçün yararlı olan, soyuq silah hesab edilən bir ədəd kombinə edilmiş kastet-bıçaq aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 228.4-cü maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində qeyd etdi ki, axşamlar taksi fəaliyyəti ilə məşğul olur. Gündüz idarə etdiyi maşının qapısını açaraq söyüş söyə söyə onunla danışmışdır. O, Gündüzə içkili olduğunu səhər danışacaqlarını bildirmişdir. Lakin Gündüz maşına oturmuş və ona maşını sürməsini bildirmişdir. Oda maşını sürmüşdür. Maşınla getdikləri zaman Gündüz onun sağ qolunu tutaraq söyüş söyməyə davam etmişdir. Arxaları ilə patrul maşını gəlmiş qarşıdan isə yol polisi maşını gəlmişdir. Bu zaman Gündüz maşının sükanını tutaraq sol tərəfə fırlatmışdır. O, isə maşını sağa çıkərək saxlamış və ilk öncə Gündüz başı ilə, sonra isə yumruqla vurmuşdur. Lakin Gündüz söyüş söyməyə davam etdiyindən əsəbləşərək avtomobilində olan məişət bıçağı ilə Gündüzün bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Məqsədi Gündüz onu söydüyü üçün Gündüzü cəzalandırmaq olmuşdur. Hadisə qısa zaman ərzində baş vermişdir. Daha sonra polis əməkdaşları idarə etdiyi maşının qapısını açaraq onu maşından düşürmüşlər. Üzərindən aşkar olunmuş digər soyuq silah sayılan bıçağı isə iki ay öncə tapmışdır. Üzərində isə gəzdirməmişdir. Həmin silah üzərində və ya maşınında aşkar olunmasının cinayət olduğunu bildiyi üçün axtarış zamanı üzərindən və avtomobilindən çıxmasın deyə maşından düşdüyü zaman həmin bıçağı ayağının üzərinə qoyaraq post patrul xidməti maşınına atmışdır. Polis əməkdaşları həmin bıçağı gördükləri zaman isə polis əməkdaşlarına silahın onun olduğunu bildirmişdir. Əməlindən peşmandır. Himayəsində biri xəstə, üçü isə azyaşlı olmaqla dörd uşağı vardır. Zərərçəkmiş şəxslə barışdığını, ona dəymiz ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanılmış cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-balistik, məhkəmətibb ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Vurğun taksi fəaliyyəti ilə məşğul olur. Aralarında narazılıqları olmuşdur. xx.xx.2024-cü il tarixdə Vurğunun idarə etdiyi maşına əyləşmiş və onlar yola düşmüşlər. Yolda aralarında narazılıq olmuş və biri birilərinə əl-qol atmışlar. Lakin həmin vaxt sərxoş olduğu üçün Vurğunun onu nə ilə vurduğunu xatırlamır. Səhəri ayıldığı zaman qolunda cızıqlar olduğunu görmüşdür. Bir səhvdir olub. Təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanının ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Masallı rayon Polis Şöbəsinin PPXB-nin manqa komandiri vəzifəsində xidmət etmişdir. 10 mart 2024-cü il tarixdə axşam saat 23 radələrində o, gündəlik xidmət bölgüsü üzrə PPXB-nin polis nəfəri X8 ilə birlikdə xidməti avtomobildə Masallı şəhəri, Bakı küçəsi ilə üzü İdman Kompleksi istiqamətində patrul xidməti aparmışdır. Onlar xidməti avtomobillə Sənaye Məhəlləsi adlanan yeri keçdikdən bir qədər sonra yolun sağ kənarında dayanmış vəziyyətdə olan vaz 21-06 markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobil görmüşlər. Həmin avtomobilə yaxınlaşan zaman avtomobilin ön oturacaqlarında ik nəfər şəxsin bir-birilə mübahisə edərək dava etmələrini görmüşlər. Onlar dərhal həmin vaz 2106 markalı avtomobilə yaxınlaşmış və həmin avtomobilin qapılarını açıb mübahisə edən şəxsləri ayırmışlar. Bu zaman həmin şəxslərdən sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin əlində ucu qısa formada olan bıçağa bənzər əşya olmasını, sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi digər şəxsin isə üzündə qan ləkələri olmasını görmüşlər. Onlar həmin şəxsləri asayişə dəvət etmiş və xəsarət almış şəxs Zərərçəkmiş şəxs həmin yerə bir qədər sonra gələn digər polis nəfərləri ilə birlikdə Masallı Rayon Mərkəzi Xəstəxanasına yola salmışlar. Onlar özləri isə Təqsirləndirilən şəxs vaz 2106 markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə Masallı RPŞ-nin inzbati binasına gəlmişlər. Onlar Masallı RPŞ-də olarkən aidiyyatı üzrə hadisəni rəhbərliyə məruzə etmiş və bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı başqa bir kəsici deşici alət olub-olmamasını yoxlamaq məqsədilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bu zaman təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişdir. Təqsirləndirilən şəxs öz vəkili olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Masallı rayon vəkil bürosundan Müdafiəçi qismində dəvət olunmuş və Təqsirləndirilən şəxs təqdim olunmuşdur. X13 məsul növbətçi X1, PPXB-nin polis nəfəri X8, onun və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlamışdır. Onlar hər biri özlərini təqdim etdikdən sonra isə təhqiqatçı Vurğun Hüsyenova üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet varsa təqdim etməyini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd qısa uclu, qara rəngli dəstəyi olan bıçağa bənzər əşya çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin əşyadan avtomobildə lazım olduğu hallarda istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd beşbarmaq adlanan əşya çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin əşyanı özünə məxsus olan avtomobildən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd SAMSUNG markal mobil telefon, həmin şalvarın sol yan cibindən isə 5 ədəd bir manatlıq pul əskinazlarını çıxardıb təqdim etmişdir. Bundan sonra X13 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş və hər hansı başqa bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq təqdim etdiyi bir ədəd beşbarmaq adlanan əşyanı iki ay bundan əvvəl avtomobilinin arxa oturacaqlarında qəpiklərlə birlikdə tapdığını demişdir. Təhqiqatçı tərəfindən hər bir əşyaya baxış keçirilmiş və ölçülmüşdür. Birinci olaraq qara rəngli dəstəyi olan bıçaq ölçülmüş və dəstək hissəsinin 12 sm, kəsici hissəsinin isə 5 sm olmaqla, ümumi 17 sm uzunluqda olması müəyyən edilmişdir. İkinci olaraq isə beşbarmaq adlanan əşya ölçülmüş və dəstək hissəsinin 12 sm, kəsici hissəsinin 9 sm olmaqla ümumi 21 sm uzunluqda olması müəyyən olunmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs sifət nahiyəsində olan xəsarətlərin əvvəllər tanıdığı Zərərçəkmiş şəxs tərəfindən aralarında yaranmış mübahisə zamanı aldığını və Zərərçəkmiş şəxs onu söyməsinə, döyməsinə qarşılıq olaraq Gündüzü həmin qara dəstəkli və qısa uclu bıçağa bənzər əşya ilə vurmasını da bildirmişdir. Təqsirləndirilən şəxs həmin mübahisənin Sənaye Məhəlləsi adlanan yeri bir qədər keçdikdən sonra özünə məxsus olan vaz 2106 markalı avtomobildə baş verdiyini bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçağa bənzər əşya, bir ədəd beşbarmaq adlanan əşya eyni ağ rəngli kağız zərfdə və bir ədəd SAMSUNG markalı mobil telefon başqa ağ rəngli kağız zərfdə qablaşdırılmış və üzərləri iştirakçılar tərəfindən imzalanmaqla möhürlənmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi beş ədəd bir manatlıq pul əskinazları isə özünə qaytarılmışdır. Şəxsi atxarışın sonunda Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirilən zaman və polis şöbəsində olan zaman ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq və zorakılıq edilmədiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şəxsi axtarış bitdikdən sonra protokol tərtib olunmuş və iştirakçılar tərədfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxsla birlikdə hadisə baş verən zaman idarə etdiyi Vaz 2106 markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirmək üçün inzibati binanın həyətinə düşmüşlər. Polis şöbəsinin həyətində olan zaman təhqiqatçı Təqsirləndirilən şəxs idarə etdiyi vaz 2106 markalı, **- HX-*** d.q. nişanlı avtomobilə baxış keçiriləcəyini elan etmişdir. Təqsirləndirilən şəxs baxış keçirilməsi ilə bağlı heç bir etiraz etməmişdir. Bundan sonra təhqiqatçı vaz 2106 marklı avtomobilin ön hissəsinə, baqaj və mator hissəsinə baxış keçirmiş və heç bir qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Sonda baxış keçirilməsi haqqında protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmaqla təsdiq olunmuşdur. Onun Təqsirləndirilən şəxs ilə əvvəllər tanışlığı və aralarında heç bir ədavət, düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanıldıqda, RPŞnə gətirildikdə,üzərində şəxsi axtarış aparıldıqda ona heç bir zor və ya güc tətbiq olunmamışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülən soyuq silah hesab edilən bir ədəd beşbarmağı 2 ay əvvəl idarə etdiyi vaz 2106 markalı avtomobilin arxa oturacaqlarından tapdığını və ehtiyat üçün üzərində daşıyaraq saxladığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X8 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edildi. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd zavod üsulu ilə istehsal edilmiş, deşici, kəsici, vurucu, əzici xassəyə malik, üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməyən, kastet-bıçaq formalı təyinatı üzrə istifadə üçün yararlı olan, soyuq silah hesab edilən kombinə edilmiş kastet-bıçağını və bir ədəd təsərrüfat təyinatlı deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən bıçağı çıxararaq könüllü təqdim etmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik hüquqi şəxsinin 13 aprel 2024-cü il tarixli, 205 saylı ekspert rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs müəyyən olundu: a) sol said nahiyəsində iki ədəd kəsilmiş-deşilmiş yara, başın alın nahiyəsinin, burnun və üzün sol yarısının kəsilmiş səthi yarası; b) üst dodağın sıyrığı. a) bəndində qeyd olunan xəsarətlər deşici-kəsici əşyanın(əşyaların), ola bilər ki, bıçağın, b) bəndində qeyd olunan xəsarətlər bərk-küt əşyanın, ola bilər ki, yumruğun təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd edilən 10 mart 2024-cü il tarixə uyğun gəlir. Sol said nahiyəsində aşkar olunan iki ədəd kəsilmiş-deşilmiş yara dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Digər xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş 18 aprel 2024-cü il tarixli 3-16-16/2-3/602 saylı ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, deşici, kəsici, vurucu, əzici xassəyə malik, kombinə edilimş kastetbıçaqdır, soyuq silah hesab edilir və üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet kustar üsulla hazırlanmış, təsərrüfat təyinatlı deşici-kəsici xassəyə malik bıçaqdır, soyuq silah hesab edilir və üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatda olmaqla həyat yoldaşı xx.xx.1990-cı il təvəllüdlü X5, övladları xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X7 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan epikrizdən və digər sənədlərdən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X6 gərgin onurğa beyni sindromu, çanaq üzvlərinin funksiyasının pozulması, neyrogen sidik kisəsi R98.1 enkoprez Q 06 onurğa beyninin digər anadan gəlmə inkişaf qüsurları diaqnozu ilə xəstədir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadələri məhkəmə iclasında tədqiq olunmuş şəxslərin ifadələrini, istintaq, məhkəmə hərəkətlərini və dindirmə protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur və bunları nəzərə alıb Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını və tərəflərin cinayət işi üzrə icraata xitam verilməsi barədə müraciətlərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət işi üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Мəcəlləsinin 43, 321, 346, 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət üzrə icraata xitam verilsin və о, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-114/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-114/2024
03.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver