Məhkəmə qərarları › İş №1(050)-116/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-116/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-116/2023 24.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər Masallı Rayon Məhkəməsinin 13 may 2020ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, xx.xx.2021-ci il tarixdə cəzasını çəkib qurtarmış, Masallı şəhəri, ünvan 1də qeydiyyatda olan, 23 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 4(050)-40/2023 saylı, 25 mart 2023-cü il tarixli qərarına əsasən barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,440 qram təşkil edən narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımaqla yaşadığı Masallı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gətirərək narkotik vasitə heroini 2 hissəyə ayırmış, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində əvvəllər tanıdığı, Şahid3 yaşadığı fərdi yaşayış evinin qarşısında həmin narkotik vasitədən 01 ədəd bükümdə, 0,189 qram çəkidə narkotik vasitə heroini 5 manat pul müqabilində satmış, onun qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə, üzərində gəzdirməkdə və satışında şübhəli olduğundan Masallı RPŞ-nin əməkdaşları tərəfindən 23 mart 2023-cü il tarixdə saat 20 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhər, Füzuli küçəsində saxlanılaraq RPŞ-nin inzibati binasına gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükülüdən ümumi təmiz çəkisi-0,251 qram təşkil edən, Şahid3 üzərindən aşkar edilmiş təmiz çəkisi 0,189 qram narkotik vasitə heroinlə xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eyni olab tiryəkdən kustar üsülla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə bədənində ağrılar yaranmağa başladığından narkotik vasitə almaq məqsədilə Lənkəran rayonu, Qumbaşı kəndinə getmək qərarına gəlmişdir. Orada zahirən narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı şəxsə yaxınlaşıb bədənində ağrılar olduğunu və ona narkotik vasitə tapmaqda köməklik etməsini xahiş etmişdir. Həmin tanımadığı şəxs ona demişdir ki, üzərində hazırda 1 ədəd bükümdə heroin vardır, istəsə verə bilər. O, özü heroin istifadə etdiyindən həmin şəxsdən şəxsi istifadəsi üçün 20 manata bir büküm heroin almışdır. Saat təxminən 12 radələrində Masallı rayonuna qayıtmışdır. Masallı şəhər, Füzuli küçəsində yerləşən fərdi yaşayış evinin qarşısındakı gediş-gəliş yolunun kənarında dayanmışdır. Bu zaman əvvəllər ünsiyyətdə olmadığı, lakin Masallı rayon sakini Emil kimi tanıdığı şəxs ona yaxınlaşmış və bildirmişdir ki, bədənində ağrılar vardır. Bu səbəbdən də ona narkotik vasitə lazımdır. O da Emilə bir qədər gözləməsini xahiş etmiş və özü evin həyətinə daxil keçib üzərində olan 1 ədəd bükümdəki heroini 2 bükümə bölmüşdür. 1 büküm heroini gətirib Emilə satmış və Emil ona əvəzində 5 manat pul verib getmişdir. Sonra isə o, evə getmiş və yatıb dincəlmək istəmişdir ki, axşam saatlarında yuxudan durub narkotik vasitə heroini istifadə etsin. Axşam saat 20 radələrində yaşadığı evdən çıxaraq əldə etdiyi narkotik vasitə heroini istifadə etmək üçün əlverişli yer axtarmağa başlamışdır. Masallı şəhəri, Füzuli küçəsində piyada hərəkət edən zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin polis əməkdaşları olduqlarını və onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları onlarla birlikdə Masallı RPŞ-nə getməli olduğunu bildirmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə RPŞ-nə gəlmişdir. RPŞ-nə gəldikdən onu xidməti otağa gətirmişlər. Orada təhqiqatçı qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda, qanunsuz istifadəsində və satışında şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq RPŞ-nə gətirildiyini deyərək üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirmişdir. Həmçinin üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsi barədə təklif etmişdir. O da əynində olan göy rəngli şalvarının sol yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxararaq təqdim etmiş və təqdim etdiyi bükümdəki maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Lənkəran rayonu, Qumbaşı kəndi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını, həmin gün günorta saatlarında isə əldə etdiyi 1 ədəd büküm heroinin bir hissəsini əvvəllər tanıdığı, Emil adlı şəxsə 5 manata satdığını bildirmişdir. Odur ki, məhkəmədən törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 23 mart 2023-cü il tarixdə Masallı şəhəri, Qarabağ küçəsi, ev 13, mənzil 2-də qeydiyyatda olmaqla yaşayan Şahid3 narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsində şübhəli olduğundan RPŞ-nə gətirilmiş, RPŞ-də Şahid3 üzərindən aşkar olunmuş narkotik vasitə heroini, Masallı rayon sakini Pərviz kimi tanıdığı şəxsdən 5 manat müqabilində aldığını bildirmişdir. Həmin məlumat əsasında xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından tərəfindən “təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. Tərəfindən qəbul edilmiş qərar əsasında CAB-nin əməliyyat müvəkkili Şahid2 və PPXB-nün polis nəfəri Şahid4 Cabir oğlu ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs Masallı şəhər, Füzuli küçəsi ərazisində piyada hərəkət edən zaman saxlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından onu Masallı RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşmış və Masallı RPŞ-nin inzibati binasında təhqiqatçı Abbasağa Paşayevin xidməti otağına gəlmiş. Həmin vaxt axtarış aparılmasında iştirak etməkdən ötrü Masallı rayon Hüquq bürosunun vəkili Müdafiəçi qismində Abbasağa Paşayevin xidməti otağına dəvət olundu. Sonra isə, Təqsirləndirilən şəxs təhqiqatçı Abbasağa Paşayev tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, daha sonra onun, müdafiəçinin, CAB-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə təhqiqatçı Abbasağa Paşayev tərəfindən RPŞ-nin Kriminalistik TQ-nun baş inspektor kriminalisti, polis leytenantı Ramal Şükürovun video çəkiliş aparması ilə Pərvizin üzərində axtarış aparılmışdır. Axtarış aparmağa başlamamışdan əvvəl təhqiqatçı X4 Mikayılova üzərində olan əşyaları təqdim etməsini təklif etmişdir, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümü çıxararaq təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddənin narkotik vasitə olan heroin olduğunu və xx.xx.2023-cü il tarixdə səhər saatlarında Lənkəran rayonu, Qumbaşı kəndi ərazisində tanımadığı şəxsdən 20 manata aldığını, həmçinin xx.xx.2023-cü il tarixdə günorta saatlarında həmin bükümü iki hissəyə bölərək yaşadığı Füzuli küçəsində 01 ədəd bükümdə narkotik vasitə heroini əvvəllər tanıdığı, Masallı şəhər sakini Şahid3 5 manat müqabilində satdığını, qalan 01 ədəd büküm heroini isə şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Sonradan üzərində şəxsi axtarış davam etdirilmiş və Pərvz Mikayılovun üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya, maddə və predmet aşkar edilməmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,30 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər maddə zərfə qoyularaq RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Təqsirləndirilən şəxs üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid4 Cabir oğlu Şahid1 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edildi. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Masallı şəhərində yerləşən şadlıq saraylarında ofisiant kimi işləyir. xx.xx.2023-cü il tarixdə bədənində kəskin ağrılar yaranmağa başladığından narkotik vasitə almaq qərarına gəlmişdir. Saat təxminən 13 radələrində Masallı şəhər, Füzuli küçəsi ərazisində piyada hərəkət edən zaman həmin küçədə olan fərdi yaşayış evinin qarşısında əvvəllər tanıdığı, lakin adını Pərviz kimi bildiyi narkotik vasitə aludəçisi olan şəxsi görüb yaxınlaşmış və bədənində ağrılar olduğunu bildirərək, ona narkotik vasitə tapmaqda köməklik etməsini xahiş etmişdir. Pərviz adlı şəxs onda narkotik vasitə olan heroin olduğunu, istəsə ona verə biləcəyini bildirmişdir. O da həmin şəxslə razılaşmışdır. Daha sonra Pərviz adlı şəxs o, olan yerdən uzaqlaşmış və bir neçə dəqiqə sonra yenidən onun yanına gəlmişdir. Pərviz adlı şəxs əlində olan bir ədəd gümüşü rəngli kağız bükümü göstərib, həmin bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu və həmin bükümü 5 manata satacağını bildirmişdir. O, da Pərviz adlı şəxslə razılaşmışdır. Pərviz adlı şəxs 1 ədəd gümüşü rəngli kağız bükümü ona verdikdən sonra həmin şəxsə cibində olan 5 manat pulu vermişdir. Bükümü aldıqdan sonra Pərvizin yanından uzaqlaşıb Masallı şəhəri istiqamətində yolun kənarı ilə yavaş-yavaş hərəkət etməyə başlamışdır. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərində və yaşadığı fərdi yaşayış evində axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD disklərə baxış keçirilərək, narkotik vasitəni Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən könüllü təqdim etdiyi, narkotik vasitəni Lənkəran rayonu Qumbaşı kəndindən tanımadığı şəxsdən 20 manata aldığı, şəxsi istifadə məqsədilə üzərində saxladığı, həmçinin əldə etdiyi bükümdən Masallı rayon sakini Şahid3 satdığı müəyyən edildi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən təqdim edilmiş 24 mart 2023-cü il tarixli, 19/331 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “X6 Mikayılovun üzərindən aşkar edilərək götürülmüş heroinə bənzər kütlə......” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,251 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərilərində “ X6 Mikayılovun üzərindən aşkar edilərək götürülmüş heroinə bənzər kütlə...” və “ Şahid3 üzərindən aşkar edilmiş 1 büküm heroin Rəy №-19/330....” sözlər və imzalar olan iki ədəd zərfdəki, ümumilikdə 2 ədəd bükümdə olan heroinlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər (heroinin təmiz çəkisi 0,251 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,201 qram). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X5 Yoxlamanın nəticələrinə dair 27 mart 2023-cü il tarixli, 316 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı MİKAYİLOV PƏRVİZ NAMİK oğlunda OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və Masallı Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Masallı Rayon İcra və Probasiya şöbəsinin 03 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Masallı Rayon Məhkəməsinin 1(050)-104/2020 saylı 13 may 2020-ci il tarixli hökmü və hökmün icrası barədə göstəriş xx.xx.2021-ci il tarixdə Masallı Rayon İcra və Probasiya şöbəsinin qeydiyyat kitabından çıxarılmışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inziabti ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı şəhəri, M.ünvan 1-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı yer üzrə mənfi xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, şahid ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD disklər, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 sentyabr 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar yoxdur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və törətdiyi cinayət əməlini etiraf etməsini Cinayət Məcəlləsininin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən cəza təyin edərkən Təqsirləndirilən şəxs şəxsiyyətini pis səciyyələndirməklə təyin olunacaq cəzanın şəxsin islah olunması yönümündə yetərli olmasını nəzərə alaraq daha sərt cəza yolu ilə azadlıqdan məhrumetmə cəzası təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 4(050)-40/2023 saylı, 25 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 23 mart 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 23 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə müvafiq tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0.201 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülməsini özündə əks etdirən CD disklər iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkoloji ekspertizanın dəyəri olan 60 (altımış) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübutun məhv edilməsi hissəsini icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 23 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 60 (altımış) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,201 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən CD disklər cinayət işinin materiallarında saxlanılsın. Hökmün maddi sübutların məhv edilməsi hissəsinin icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar