Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-117/2023 21.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Masallı rayonu, Şıxlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirili bilinərək, Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 67.1, 68.1.1-1, və 69.3-cü maddələrinə əsasən qəti olaraq 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda azadlıqdan məhrum etmə cəzasını çəkən, barəsində həbs qətimkan tədbiri seçilməklə 11 mart 2023-cü il tarixdən həbsdə saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1995-ci il tarixdə Neftçala rayonu, Xəzər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər Masallı Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 62, 66.2 və 69.3-cü madələrinə əsasən qəti olaraq 03 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(050)- 166/2022 saylı qərarına əsasən Masallı Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 ay 15 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlqıdan məhrum etmə hesabı ilə hesablanmaqla 05 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, məhkumluğu ödənilməmiş və ya qanunvericliklə müəyyən edilmiş qaydada götürülməmiş, Masallı rayonu Şıxlar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən həbsdə saxlanılan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə tanışı Masallı rayonu, Şıxlar kənd sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gələrək 09 mart 2023-cü il tarixdə saat 21 radələrində əvvəllər tanımadığı Masallı rayonu, Şıxlar kənd sakini Zərərçəkmiş şəxs məxsus Masallı rayonu, Şıxlar kəndində yerləşən fərdi yaşayış evinə evin pəncərəsini açmaq yolu ilə qanunsuz olaraq daxil olub həmin evdən bir ədəd, 500 manat dəyərində “LG” markalı plazma tipli televizoru, 1 ədəd, 100 manat dəyərində “LG” markalı DVD aparatını, 1 ədəd 100 manat dəyərində “Hyundai” markalı CD player aparatını, 1 ədəd, 60 manat dəyərində, “Smart” markalı DVD antena qurğusunu, 1 ədəd 10 litr həcmdə, 300 manat dəyərində od samovarını, 1 ədəd 8 litr həcmdə, 300 manat dəyərində od samovarını, hər bir dəstinin qiyməti 200 manat olan 6 ədəd yataq dəstini, 1 ədəd 50 manat dəyərində qədimi dərzi qayçısını, 1 dəst 250 manat dəyərində qab-qacaq dəstini, 1 dəst 250 manat dəyərində gümüş qaşıq dəstini, 1 ədəd “Madonna” firmasına məxsus, 400 manat dəyərində qab-qacaq dəstini, 1 ədəd 50 manat dəyərində fotoaparatı, 1 ədəd 250 manat dəyərində, 3x4 ölçüdə xalçanı, 1 ədəd 300 manat dəyərində 4x5 ölçüdə xalçanı, 3 ədəd hər birinin qiyməti 40 manat olan elektirik tənzimləyici stabilizatoru, 1 dəst, 70 manat dəyərində tefal qazan dəstini gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 4300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat–axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Masallı şəhəri, H.Əliyev prospektində saxlanılaraq Masallı RPŞ-yə gətirilmiş, orada üzərinə keçirilən şəxsi-axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 0,399 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə tanışı Masallı rayonu, Yeddioymaq kənd sakini Təqsirləndirilən şəxs1 Abdülhüseyn oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gələrək 09 mart 2023-cü il tarixdə saat 21 radələrində əvvəllər tanıdığı Masallı rayonu, Şıxlar kənd sakini Zərərçəkmiş şəxs məxsus Masallı rayonu, Şıxlar kəndində yerləşən fərdi yaşayış evinə evin pəncərəsini açmaq yolu ilə qanunsuz olaraq daxil olub həmin evdən bir ədəd, 500 manat dəyərində “LG” markalı plazma tipli televizoru, 1 ədəd, 100 manat dəyərində “LG” markalı DVD aparatını, 1 ədəd 100 manat dəyərində “Hyundai” markalı CD player aparatını, 1 ədəd, 60 manat dəyərində, “Smart” markalı DVD antena qurğusunu, 1 ədəd 10 litr həcmdə, 300 manat dəyərində od samovarını, 1 ədəd 8 litr həcmdə, 300 manat dəyərində od samovarını, hər bir dəstinin qiyməti 200 manat olan 6 ədəd yataq dəstini, 1 ədəd 50 manat dəyərində qədimi dərzi qayçısını, 1 dəst 250 manat dəyərində qab-qacaq dəstini, 1 dəst 250 manat dəyərində gümüş qaşıq dəstini, 1 ədəd “Madonna” firmasına məxsus, 400 manat dəyərində qab-qacaq dəstini, 1 ədəd 50 manat dəyərində fotoaparatı, 1 ədəd 250 manat dəyərində, 3x4 ölçüdə xalçanı, 1 ədəd 300 manat dəyərində 4x5 ölçüdə xalçanı, 3 ədəd hər birinin qiyməti 40 manat olan elektirik tənzimləyici stabilizatoru, 1 dəst, 70 manat dəyərində tefal qazan dəstini gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 4300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməllərinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Masallı rayonu, Şıxlar kəndində ona məxsus ikimərtəbli fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evində 2020-ci il tarixə kimi ailə üzvləri ilə birlikdə yaşamışdır. Daha sonra həyat yoldaşı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq həbs edildiyindən o, qızı ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Oğlu isə Rusiya Federasiyasında yaşayır. Ötən müddət ərzində o, tez-tez Şıxlar kəndində yerləşən ikimərtəbəli fərdi yaşayış evinə gəlib nəzarət etmişdir. Bundan başqa həmin evi qonşuluqda yaşayan baldızı Şahid1 tapşırmışdır. Baldızı hər gün ona məxsus fərdi yaşayış evinə nəzarət etmək məqsədilə gedib baxırmışdır. Sonuncu dəfə 09 mart 2023-cü il tarixdə baldızı ona məxsus fərdi yaşayış evinə gedib baxarkən evin dağınıq halda olduğunu görmüş və dərhal zəng edərək bu barədə ona məlumat vermişdir. Daha sonra o, Bakı şəhərindən Masallı rayonuna evinə baxmaqdan ötrü gəlmişdir. Evə daxil olduqda evin dağınıq halda olmasını aşkar etmiş, evin otaqlarına baxarkən 1 ədəd 500 manat dəyərində “LG” markalı plazma televizor, 1 ədəd 100 manat dəyərində “LG” markalı dvd aparatı, 1 ədəd “Honor” markalı 100 manat dəyərində CD disk aparatı, 1 ədəd 60 manat dəyərində “Smart” markalı antena dvd qurğusu, 1 ədəd 10 litr həcmdə 300 manat dəyərində od samovarı, 1 ədəd 8 lit həcmdə 300 manat dəyərində od samovarı, 6 dəst hər bir dəstin qiyməti 200 manat dəyərində olan yataq dəsti, 1 ədəd 50 manat dəyərində qədimi dərzi qayçısı, 1 dəst 250 manat dəyərində qab qacaq dəsti, 1 dəst 250 manat dəyərində gümüş qaşıq dəsti, 1 ədəd “Madonna” firmasına məxsus 400 manat dəyərində qab qacaq dəsti, 1 ədəd 50 manat dəyərində fotoaparat, 1 ədəd 250 manat dəyərində 3x4 ölçüdə xalça, 1 ədəd 300 manat dəyərində 4x5 ölçüdə xalça, 3 ədəd hər birinin qiyməti 40 manat olmaqla işıqartıran akkulmayator, 1 dəst 70 manat dəyərində tefal qazan dəsti oğurlanmasını bilmişdir. Hadisə nəticəsində ona ümumilikdə 4300 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi ziyanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbinin olmadığını, onlarla barışdığını nəzərə alıb onlara həbslə əladədar olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qardaşı X13 rayonu, Şıxlar kəndində ikimərtəbli fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evində qardaşı 2020-ci il tarixə kimi öz ailə üzvləri ilə birlikdə yaşamışdır. Daha sonra qardaşı Rasim həbs edildiyindən Rasimin həyat yoldaşı Zərərçəkmiş şəxs qızı ilə birlikdə Bakı şəhərinə köçüb orada yaşamağa başlamışdır. O, ötən müddət ərzində tez-tez Şıxlar kəndində yerləşən ikimərtəbəli fərdi yaşayış evinə gəlib nəzarət etmişdir. Həmçinin, həmin ev onun qonşuluğunda olduğu üçün o, da mütəmadi olaraq qardaşının evinə nəzarət etmişdir. O, sonuncu dəfə 09 mart 2023-cü il tarixdə saat 23 radələrində yatmazdan əvvəl qardaşının evinə gedib baxarkən evin otaqlarının dağınıq halda olduğunu aşkar etmiş və evə naməlum şəxs və ya şəxslərin daxil olduğunu başa düşüb dərhal qardaşı arvadı Mehribana zəng edərək bu barədə məlumat vermişdir. Daha sonra Mehriban elə həmin günün səhəri evinə baxmaqdan ötrü Bakı şəhərindən Masallı rayonuna gəlmişdir. Mehriban onunla birlikdə evinə daxil olduqda evin dağınıq halda olmasını və evin otaqlarından 1 ədəd 500 manat dəyərində “LG” markalı plazma televizor, 1 ədəd 100 manat dəyərində “LG” markalı DVD aparatı, 1 ədəd “Hundai” markalı 100 manat dəyərində CD disk aparatı, 1 ədəd 60 manat dəyərində “Smart” markalı antena DVD qurğusu, 1 ədəd 10 litr həcmdə 300 manat dəyərində od samovarı, 1 ədəd 8 litr həcmdə 300 manat dəyərində od samovarı, 6 dəst hər bir dəstin qiyməti 200 manat dəyərində olan yataq dəsti, 1 ədəd 50 manat dəyərində qədimi dərzi qayçısı, 1 dəst 250 manat dəyərində qab qacaq dəsti, 1 dəst 250 manat dəyərində gümüş qaşıq dəsti, 1 ədəd “Madonna” firmasına məxsus 400 manat dəyərində qab qacaq dəsti, 1 ədəd 50 manat dəyərində fotoaparat, 1 ədəd 250 manat dəyərində 3x4 ölçüdə xalça, 1 ədəd 300 manat dəyərində 4x5 ölçüdə xalça, 3 ədəd hər birinin qiyməti 40 manat olmaqla işıqartıran stablizator, 1 dəst 70 manat dəyərində tefal qazan dəstinin oğurlandığını aşkar etmişdir. Həmin vaxt Mehribanın qızı DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və Mehriban özü də Masallı RPŞ-yə ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində Mehribana ümumilikdə 4300 manat maddi ziyan dəymişdir. Hadisədən bir neçə gün sonra Mehribangilin evində baş vermiş oğurluq hadisəsinin həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsini və onların Masallı RPŞ-nin əməkdaşları tərəfindən saxlanıldıqlarını bilmişdir. Oğurluq hadisəsini törədən əsas şəxs Təqsirləndirilən şəxs2 olmuşdur. Çünki Xəlil onların evinin yaxınlığında yaşayır. Təqsirləndirilən şəxs1 qardaşı Rasimin evində heç kimin yaşamadığı barədə məlumatı da Xəlil vermiş və Musa ilə birlikdə evə qanunsuz daxil olub oradan əşyaları oğurlamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq şəxsi istifadəsi üçün üzərində narkotik kütləsi daşıması ilə bağlı Masallı RPŞ-nin NMQ-nın sabiq əməliyyat müvəkkili Şahid3 əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın realizə edilməsi məqsədilə şöbə rəisinin əmri ilə qrup üzvləri olaraq Masallı RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X11, ondan və qrup rəhbəri kimi Şahid3 iştirakından ibarət əməliyyat-təhqiqat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində sabiq əməliyyat müvəkkili Şahid3lə birlikdə Təqsirləndirilən şəxs1 Masallı şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olmasını görüb ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqları, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. O, həmin vaxt Təqsirləndirilən şəxs1 şifahi olaraq üzərində narkotik vasitə olub-olmamasını soruşduğu zaman Təqsirləndirilən şəxs1 heç bir cavab verməyib özünü daha da şübhəli aparmağa başlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 polis şöbəsinə dəvət edib X8un xidməti otağına gətirdikdən sonra X8 Təqsirləndirilən şəxs1 tutulma səbəbini və şübhəli şəxs kimi hüquq və vəzifələrini izah edib bu barədə yazılı bildiriş vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 ərizə ilə müraciət edərək maddi imkanı olmadığı üçün dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmiş və Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 onun müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı video çəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirməyə başlamışdır. X8 şəxsi axtarışa başlayan zaman ilk əvvəl Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb təqdim edərək, təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 10 manata aldığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitə heroin X8 tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 0,42 qram müəyyən olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış davam etdirilən zaman Təqsirləndirilən şəxs1 üzərindən qanunla qadağan edilmiş hər hansı başqa əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilən 01 ədəd sellofan bükümündə olan narkotik vasitə heroin X8 tərəfindən içərisi boş olan kağız zərfə qoyulduqdan sonra zərfin üzəri Masallı RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır.X8 tərəfindən şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onunla əvvəllər arasına heç bir münasibət, o cümlədən hər hansı bir ədavət və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs1 saxlanılan zaman, daha sonra RPŞ-yə gətirildikdə və üzərində şəxsi axtarış aparılan zaman ona qarşı heç bir fiziki güc və ya zor, o cümlədən psixiki təsir göstərilməmişdir. Müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroin sellofan kəsiyi ilə birlikdə tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd sellofan bükülüdə olan narkotik vasitə heroini Lənkəran rayonu Qumbaşı kəndi ərazisində narkotiuk vasitə aldığı şəxsin şəxsiyyətini müəyyən etməyə çalışsa da, hal-hazıradək müsbət nəticə əldə edə bilməmişlər. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışını həyata keçirməsi barədə ona əməliyyat məlumatları daxil olmamışdır. Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrin istifadəsi ilə məşğul olmaqdan savayı 09 mart 2023-cü il tarixdə tanışı Masallı rayonu, Şıxlar kənd sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin kənd sakini Zərərçəkmiş şəxs məxsus Masallı rayonu, Şıxlar kəndində yerləşən fərdi yaşayış evinə pəncərəni açmaq yolu ilə qanunsuz olaraq oradan Zərərçəkmiş şəxs məxsus müxtəlif növ məişət əşyalarını oğurlamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin NMQ-nın sabiq əməliyyat müvəkkili Şahid3 məhkəmə iclasında tədqiq edilməklə elan olunmuş ifadəsindən görünür ki, o, şahid X14 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə qismən təqsirli bilib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Masallı rayonu, Şıxlar kənd sakini Təqsirləndirilən şəxs2 bir neçə ildir ki tanıyır, onunla arasında normal dostluq münasibətləri vardır. 09 mart 2023cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadığı kənddə görüşüb qərara gəlmişlər ki, spirtli içki qəbul etməkdən ötrü Masallı şəhərinə getsinlər. Həmin vaxt Masallı şəhəri ərazisinə gəlib “Xətai” parkının yaxınlığında hazırda xatırlamadığı kafedə əyləşib spirtli içki qəbul etmişlər. Həmin gün kafedə olan zaman Xəlil işsizlikdən və pulunun olmamasından şikayətlənmişdir. O, da Xəlilə işsizlikdən əziyyət çəkdiyini, həmçinin narkotik vasitə istifadə etdiyinə görə şəxsi istifadəsi üçün narkotik vasitə almağa pul tapa bilmədiyini demişdir. Həmin vaxt Xəlil ona yaşadığı Şıxlar kəndində bir nəfər şəxsə məxsus fərdi yaşayış evi tanıdığını, orada yaşayış olmadığını və həmin evə daxil olub oradan pul və ya tapa biləcəkləri qiymətli əşyaları oğurlayıb sataraq qazanc əldə etməyi təklif etmişdir. Bundan sonra o, Xəlillə razılaşmış və həmin günü saat 20 radələrində Xəlillə birlikdə Masallı şəhərindən piyada Şıxlar kəndinə getmişdir. Qış ayı olduğundan axşam vaxtı kəndin küçələrində heç kim olmamışdır. Həmin gün saat 21 radələrində Xəlildən haradan oğurluq edəcəklərini soruşduqda Xəlil onu yaşadığı kəndə bir evə aparmış və həmin evin həmkəndlisi Zərərçəkmiş şəxs məxsus olduğunu demişdir. Xəlil həmin vaxt Zərərçəkmiş şəxs və ailə üzvlərinin evdə yaşamadıqlarını bildirmişdir. Xəlillə birlikdə Zərərçəkmiş şəxs məxsus evin qarşısına çatdıqdan sonra alçaq daş hasardan evin həyətinə tullanmışlar. Daha sonra aralarında olan razılaşmaya əsasən o, evə tək girmiş, Xəlil isə pəncərənin altında onu gözləmişdir. Evi axtardıqdan sonra otaqlardan 1 ədəd plazma televizor, 1 ədəd DVD aparatı, 1 ədəd CD aparatı oğurlamış, oğurladığı əşyaları yataq dəstinin içərisindəki pastelə yığıb düyünlədikdən sonra pəncərədən aşağı sallamaqla Təqsirləndirilən şəxs2 vermişdir. Özü də pəncərədən çıxıb evin həyətinə düşmüş, yataq dəstinin içərisindəki pastelə yığıb düyünlədiyi əşyaları Xəlillə birlikdə həyətin giriş darvazasını açıb küçəyə çıxarmışlar. Daha sonra o, darvazanı arxa tərəfdən bağlamış və yenidən çəpərdən çölə tullandıqdan sonra oradan uzaqlaşıb razılaşmalarına əsasən oğurladıqları əşyaları onun vəfat etmiş nənəsi Gülsüm Nuruyevaya məxsus Yeddioymaq kəndində yerəşən hazırda yaşayış olmayan fərdi yaşayış evinin həyətinə aparmışlar. O, əşyaları növbəti günlərdə satıb əldə etdiyi pulu Xəlillə tam yarıya bölmək fikrində olmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Masallı şəhər “Köhnə Bazar” ərazisində oğurladıqları əşyalardan 1 ədəd DVD aparatını tanımadığı şəxsə satmışdır. Zərərçəkmiş şəxs evindən qeyd edilən əşyalardan başqa heç nə oğrulamamışlar. Təqsirləndirilən şəxs1 daha sonra ifadəsində göstərdi ki, narkotik vasitə istifadəçisi olsa da, üzərində aşkar edilmiş narkotik vasitə ona məxsus deyildir, üzərinə polis əməkdaşları tərərfindən qoyulmuşdur. Həmçinin, polis şöbəsinə gətirildiyi zaman üzərində hər hansı narkotik vasitə olmamışdır. Müdafiəçi dəvət olunduqdan sonra əvvəlcədən polis əməkdaşlarının planlaşdırdıqları kimi içərisində narkotik vasitə selofan bağlama ona təqdim edilmiş, video çəkiliş zamanı təqdim edəcəyini bildirmişlər. Üzərində narkotik vasitə olmadığı halda üzərinə narkotik vasitə qoyularaq video çəkiliş zaman söylədiyi sözlərin təkrarlanması bildirilmişdir. O, da məcbur olub polis əməkdaşlarının sözlərini eyni ilə təkrarlamışdır. Narkotik vasitəni almaq üçün maddi imkanı ümumiyyətlə olmamışdır. Bu barədə heç kimə, eləcə də müdafiəçisinə məlumat verməmişdir. İstintaqda verdiyi ifadəsi dügün qeyd edilməmişdir. O,özünü itirdiyindən narkotik vasitənin ona məxsus olmaması barədə müdafiəçiyə heç bir söz bildirməmişdir. İfadəsini imzası ilə təsdiq etmişdir. Həqiqəti məhkəmədə söyləyəcəyini düşünmüşdür. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi oğurluq cinayətinə görə əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, dəymiş maddi ziyanın zərərçəkmiş şəxsə tamamilə ödənilməsini, zərərçəkmiş şəxslin ona qarşı şikayət və tələbinin olmadığını bildirib barəsində həbslə əlaqədar olmayan ədalətli və yüngül cəza təyin edilməsini, həmçinin üzərində heç bir narkotik vasitə olmadığını, həmin ittihamla razılşamadığını bildirib barəsində həmin hissədə ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1., 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir ki, narkotik vasitələr qəbul edir. Əsasən narkotik vasitə heroindən istifadə edir. Əvvəllər bir neçə dəfə oğurluq hadisəsi törətdiyinə görə məhkum olunmuşdur. Günəmuzd fəhləlik edib ailəsinin dolanışığını təmin etməklə yanaşı narkotik vasitəyə olan tələbatını ödəmək üçün də pulunu qazanır. Masallı rayonu, Şıxlar kənd sakini Təqsirləndirilən şəxs2 bir neçə ildir ki tanıyır, onunla arasında normal dostluq münasibətləri vardır. Xəlil də onun kimi əvvəllər bir neçə dəfə oğurluq cinayət əməlləri törətdiyinə görə məhkumluq həyatı yaşamışdır. Xəlilin sonuncu məhkumluğundan sonra onunla birlikdə tez-tez görüməşəyə başlamışlar. 09 mart 2023-cü il tarixdə saat 19 radələrində də Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadığı kənddə görüşüb qərara gəlmişlər ki, spirtli içki qəbul etməkdən ötrü Masallı şəhərinə getsinlər. Həmin vaxt Masallı şəhəri ərazisinə gəlib “Xətai” parkının yaxınlığında hazırda xatırlamadığı kafedə əyləşib spirtli içki qəbul etmişlər. Həmin gün kafedə olan zaman Xəlil işsizlikdən və pulunun olmamasından şikayətlənmişdir. O, da Xəlilə işsizlikdən əziyyət çəkdiyini, həmçinin narkotik vasitə istifadə etdiyinə görə şəxsi istifadəsi üçün narkotik vasitə almağa pul tapa bilmədiyini demişdir. Həmin vaxt Xəlil ona yaşadığı Şıxlar kəndində bir nəfər şəxsə məxsus fərdi yaşayış evi tanıdığını, orada yaşayış olmadığını və həmin evə daxil olub oradan pul və ya tapa biləcəkləri qiymətli əşyaları oğurlayıb sataraq qazanc əldə etməyi təklif etmişdir. Bundan sonra o, Xəlillə razılaşmış və həmin günü saat 20 radələrində Xəlillə birlikdə Masallı şəhərindən piyada Şıxlar kəndinə getmişdir. Qış ayı olduğundan axşam vaxtı kəndin küçələrində heç kim olmamışdır. Həmin gün saat 21 radələrində Xəlildən haradan oğurluq edəcəklərini soruşduqda Xəlil onu yaşadığı kəndə bir evə aparmış və həmin evin həmkəndlisi Zərərçəkmiş şəxs məxsus olduğunu demişdir. O, Zərərçəkmiş şəxs əvvəllər tanımasa da, onun həyat yoldaşının həbsdə olmasından məlumatlı olmuşdur. Xəlil həmin vaxt Zərərçəkmiş şəxs və ailə üzvlərinin evdə yaşamadıqlarını bildirmişdir. Xəlillə birlikdə Zərərçəkmiş şəxs məxsus evin qarşısına çatdıqdan sonra alçaq daş hasardan evin həyətinə tullanmışlar. Daha sonra aralarında olan razılaşmaya əsasən Xəlil evin birinci mərtəbəsinin pəncərəsinin dəmir məhəccərinə ayağını qoyub evin ikinci mərtbəsinin pəncərəsinə çıxmışdır və daha sonra taxta pəncərəni əl zərbəsi ilə açıb evin içərisinə daxil olmuşdur. Xəlil daha sonra eyni qaydada onun da evə daxil olmağına köməklik etmişdir. O və Xəlil əllərində olan alışqanın işığı ilə ətrafı işıqlandırıb evi gəzməyə başlamışlar. Evi gəzərkən Xəlillə birlikdə evin otaqlardan 1 ədəd plazma televizor, 1 ədəd DVD aparatı, 1 ədəd CD disk aparatı, 1 ədəd antena DVD qurğusu, 2 ədəd od samovarı, 6 dəst yataq dəsti, 1 ədəd dərzi qayçısı, 1 dəst qab-qacaq dəsti, 1 dəst gümüş qaşıq dəsti, 1 ədəd “Maddonna” firmasına məxsus qab-qacaq dəsti, 1 ədəd fotoaparat, 2 ədəd xalça, 3 ədəd elektirik tənzimləyici stabilizator, 1 dəst tefal qazan dəstini yığıb evə daxil olduqları pəncərənin qarşısına gətirmişlər. Daha sonra Xəlil pəncərədən çıxıb evin həyətinə düşmüş və onun pəncərədən verdiyi əşyaları bir-bir alıb yerə qoymuşdur. Oğurladıqları əşyaların hamısını oğurladıqları yataq dəstinin içərisindəki pastelə yığıb düyünlədikdən sonra həmin həyətdən həyətin giriş darvazasını açıb küçəyə çıxarmışlar. Daha sonra o, darvazanı arxa tərəfdən bağlamış və yenidən çəpərdən çölə tullandıqdan sonra oradan uzaqlaşıb razılaşmalarına əsasən oğurladıqları əşyaları onun vəfat etmiş nənəsi Gülsüm Nuruyevaya məxsus Yeddioymaq kəndində yerəşən hazırda yaşayış olmayan fərdi yaşayış evinin həyətinə aparmışlar. O, əşyaları növbəti günlərdə satıb əldə etdiyi pulu Xəlillə tam yarıya bölmək fikrində olmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə səhər saatlarında nənəsinin evinin həyətinə yığdığı əşyalardan bir qismini, yəni 1 ədəd DVD disk aparatını, 1 ədəd antena DVD qurğusunu, 2 ədəd od samovarı, 6 dəst yataq dəstini, 1 ədəd dərzi qayçısını, 2 dəst qab-qacaq dəstini, 1 dəst gümüş qaşıq dəstini, 1 ədəd fotoaparatı, 2 ədəd xalça, 3 ədəd elektirik tənzimləyici stabilizatoru, 1 dəst tefal qazan dəstini tanımadığı şəxsə məxsus taksi ilə Masallı şəhər “Köhnə bazar” ərazisinə gətirmişdir. Həmin vaxt orada rastlaşdığı əvvəllər tanımadığı bir nəfər şəxs ondan əşyaların kimə məxsus olduğunu və satıb-satmadığını soruşan zaman o, əşyaların özünə məxsus olduğunu, maddi imkansızlıq ucbatından satdığımı bildirmişdir. Həmin şəxs əşyaları hansı qiymətə satdığını soruşan zaman o, əşyaların hamısını birlikdə 1000 manata satdığını həmin tanımadığı şəxsə bildirmişdir. Həmin tanımadığı şəxs əşyaların köhnə olduğunu bildirib onlara ümumilikdə 280 manat pul verə biləcəyini demişdir. O, da həmin şəxslə razılaşıb Zərərçəkmiş şəxs məxsus evdən Təqsirləndirilən şəxs2lə birlikdə oğurladığı 1 ədəd DVD disk aparatını, 1 ədəd antena DVD qurğusunu, 2 ədəd od samovarı, 6 dəst yataq dəstini, 1 ədəd dərzi qayçısını, 2 dəst qab-qacaq dəstini, 1 dəst gümüş qaşıq dəstini, 1 ədəd fotoaparatı, 2 ədəd xalça, 3 ədəd elektirik tənzimləyici stabilizatoru, 1 dəst tefal qazan dəstini həmin tanımadığı şəxsə satıb ondan 280 manat pul almışdır. Həmin şəxs ondan aldığı əşyaları dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı “VAZ 2106” markalı avtomobilinin üzərində olan yük yerinə və arxa yük yerinə yükləyib onun yanından çıxıb getmişdir. O, da oradan bir başa yaşadığı evə getmişdir. O, əşyaları satmaqla əldə etdiyi pulun bir hissəsini öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin puldan Xəlilə düşən payı daha sonra Xəlilə vermək fikrində olmuşdur. O, daha sonra xx.xx.2023-cü il tarixdə səhər saatlarında bədənində ağrılar yaranmağa başladığından narkotik vasitə almaq məqsədilə Lənkəran rayonu, Qumbaşı kəndinə getmək qərarına gəlmişdir. Həmin gün təxminən saat 11 radələrində yaşadığı evdən çıxaraq Masallı rayonu, Şıxlar kəndinin girişində yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığına getmişdir. Orada Masallı-Lənkəran avtomobil yolunun kənarında dayanıb Lənkəran rayonu istiqamətində hərəkətdə olan avtomobillərdən birinə əli ilə işarə edib saxlatdırmışdır. Daha sonra tanımadığı bir nəfər şəxsə məxsus avtomobillə Lənkəran rayonu, Qumbaşı kəndində gedib Qumbaşı kəndinin mərkəzində avtomobildən enmişdir. Qumbaşı kəndi ərazisində yerləşən məscidin yaxınlığında yolun kənarı ilə bir qədər piyada hərəkət etdikdən sonra ondan bir qədər aralıda olan, xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı bir nəfər şəxs görüb ona yaxınlaşmış və ona bədənində ağrılar olduğunu deyib, ona narkotik vasitə tapmaqda köməklik etməsini xahiş etmişdir. Həmin tanımadığı şəxs, onda narkotik vasitə olan heroin olduğunu, istəsə ona verə biləcəyini bildirmişdir. O, həmin şəxsə öz istifadəsi üçün az miqdarda narkotik vasitə heroin almaq istədiyini bildirmişdir. Bundan sonra həmin şəxs onu yol kənarından bir qədər də kənara dəvət edib ətrafa baxıb heç kimin olmadığını yəqin etdikdən sonra əynində olan şalvarının cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb göstərərək, bükümdə təxminən 0,5 qram narkotik vasitə heroin olduğunu və həmin bükümü 15 manata satdığını bildirmişdir. O, cibində olan 10 manat pulunu çıxarıb həmin tanımadığı şəxsə üzərində ancaq bu qədər pulunun olduğunu, başqa pulunun olmadığını demişdir. Həmin şəxs bir qədər fikirləşdikdən sonra heroini ona 10 manata satmağa razılaşmış və həmin bir ədəd bükümü ona vermişdir. O, da həmin tanımadığı şəxsə cibində olan 10 manat pulunu vermişdir. O, bir ədəd sellofan bükümdə olan heroini aldıqdan sonra onu əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuş və həmin şəxsin yanından uzaqlaşıb Qumbaşı kəndinin mərkəzində Masallı rayonu istiqamətində yolun kənarı ilə yavaş-yavaş hərəkət etməyə başlamışdır. Bir qədər piyada hərəkət etdikdən sonra yanından keçən tanımadığı şəxsə məxsus avtomobilə əli ilə işarə edib saxlatdırdıqdan sonra həmin şəxsə məxsus avtomobillə Masallı şəhərinə gəlib, H.Əliyev prospektində avtomobildən enmişdir. Daha sonra Masallı şəhər ərazisində bir neçə saat piyada gəzib havanın qaralmasını gözləməyə başlamışdır. Məqsədi hava qaraldıqdan sonra Lənkəran rayonu, Qumbaşı kəndində aldığı narkotyik vasitəni istifadə etmək olmuşdur. Həmin gün saat təxminən 17 radələrində Masallı şəhəri, H.Əliyev prospektində piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin polis əməkdaşları olduqlarını və onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşduqları zaman o, qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları onlarla birlikdə Masallı RPŞ-yə getməli olduğunu bildirmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə RPŞ-yə gəlmişdir. RPŞ-yə gəldikdən sonra həmin iki nəfər polis əməkdaşı onu xidməti otağa gətirmişlər. Xidməti otaqda polis geyimində olan bir nəfər ona özünü Masallı RPŞ-nin TB-nin təhqiqatçısı kimi təqdim etmişdir. Təhqiqatçı qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq RPŞ-yə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra təhqiqatçı onun üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirmişdir. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyi barədə təklif etmişdir. Bundan sonra o, da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Təqdim etdiyi şəffaf rəngli sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Lənkəran rayonu, Qumbaşı kəndi ərazisində tanımadığı şəxsdən 10 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi narkotik vasitə olan heroin təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 0,42 qram olduğu müəyyən olunmuşdur. Təqdim etdiyi narkotik vasitə olan heroin zərfə qoyularaq RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Sonradan üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya aşkar olunmamışdır. Üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Üzərində narkotik vasitə olan heroin olmasından və həmin narkotik vasitə heroini şəxsi istifadə məqsədilə alıb üzərində saxlamasından heç kimin xəbəri olmamışdır. O, narkotik aludəçisidir. Heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Masallı rayonu, Şıxlar kənd sakini Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən xx.xx.2023-cü il tarixdə oğurluq hadisəsini o, Təqsirləndirilən şəxs2 ilə birlikdə törətmiş, onlara başqa heç kim köməklik göstərməmişdir. Oğurluq yolu ilə əldə etdikləri əşyaların bir qismini satdığı şəxsə əşyaların özünə məxsus olduğunu və maddi çətinlik ucbatından satdığını bildirmiş, həmin tanımadığı şəxs əşyaların oğurluq yolu ilə əldə olunmasını bilməmişdir. Xəlillə birlikdə oğurluq edən zaman kənardan heç kim görməmiş, həmçinin onların oğurluq cinayəti törətmələrindən heç kimin məlumatı olmamışdır. Zərərçəkmiş şəxs məxsus evdən savayı başqa heç yerdən oğurluq etməmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, 09 mart 2023-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs1 ilə yenə kənddə görüşüb qərara gəlmişlər ki, Masallı şəhərinə spirtli içki qəbul etməkdən ötrü getsinlər. Həmin vaxt Musa ilə brilikdə Masallı şəhəri ərazisinə gəlib xatırlamadığı kafedə əyləşib spirtli içki qəbul etmişlər. Daha sonra həmin vaxtı o və Musa işsizlikdən və pullarının olmamasından şikayətlənmişlər. Musa ona Şıxlar kəndində bir ev tanıdığını, orada yaşayış olmadığını və həmin mənzilə daxil olub oradan tapa biləcəkləri qiymətli əşyaları oğurlayıb satmağı təklif etmişdir. Musa ilə razılaşmış və həmin günü saat 20 radələrində Masallı şəhərindən piyada yaşadığı Şıxlar kəndinə geri qayıtmışlar. Qış ayı olduğundan axşam vaxtı kənddə kimsə olmamışdır. Həmin gün saat 21 radələrində Musaya haradan oğurluq edəcəklərini soruşduqda Musa onu həmkəndlisi Zərərçəkmiş şəxs evinə aparmışdır. Zərərçəkmiş şəxs əvvəllər tanımış, həyat yoldaşının həbsdə olmasından və evində kimsənin yaşamamasından məlumatlı olmuşdur. Onun Zərərçəkmiş şəxs və onun ailə üzvləri arasında əvvəllər heç bir düşmənçilik və ya ədavət olmamışdır. Zərərçəkmiş şəxs məxsus evin qarşısına çatdıqda Musa ilə birlikdə evin ətrafında olan alçaq daş hasardan evin həyətinə tullanıb keçmişlər. Daha sonra o, Musa ilə evə ikinci mərtəbənin taxta pəncərəsindən ilk daxil olacağı barədə razılşamışdır. O, evin birinci mərtəbəsinin pəncərəsinin dəmir məhəccərinə ayağını qoyub evin ikinci mərtbəsinin pəncərəsinə çıxmışdır. İkinci mərətəbədə olan taxta pəncərəni əl zərbəsilə açmış və evin içərisinə daxil olmuşdur. Daha sonra eyni qaydada Musanın evə daxil olmasına köməklik etmişdir. Musa və o, əlində olan alışqanın işığı ilə evi gəzməyə başlamışlar. Evi gəzərkən Musa ilə birlikdə otaqlardan 1 ədəd plazma televizor, 1 ədəd DVD aparatı, 1 ədəd CD disk aparatı, 1 ədəd antena DVD qurğusu, 2 ədəd od samovarı, 6 dəst yataq dəsti, 1 ədəd dərzi qayçısı, 1 dəst qab qacaq dəsti, 1 dəst gümüş qaşıq dəsti, 1 ədəd qab qacaq dəsti, 1 ədəd fotoaparat, 2 ədəd xalça, 3 ədəd elektirik tənzimləyici stabilizator, 1 dəst tefal qazan dəstini yığıb evə daxil olduqları pəncərənin qarşısına gətirmişlər. Daha sonra razılaşmaya əsasən o, aşağı düşmüş və Musanın yuxarıdan verdiyi əşyaları bir-bir alıb yerə qoymuşdur. Oğurladıqları əşyaların hamısını oğurladıqları yataq dəstinin içərisindəki pastelə yığıb həmin həyətdən giriş darvazasın açıb çıxartmışlar. Daha sonra Musa darvazanı arxa tərəfdən bağlamış və yenidən çəpərdən çölə tullanıb onunla birlikdə oradan çıxıb getmişdir. Razılaşmaya əsasən Musa ilə oğurladıqları əşyaları Musanın nənəsinə məxsus Masallı rayonu, Yeddioymaq kəndində yerləşən yaşayış olmayan evin həyətinə aparmışlar. Musa əşyaları növbəti günlərdə satacaq və əldə etdiyi pulu onunla tam yarıya böləcəkmişdir. Lakin o, sonradan Musanın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar Masallı RPŞ-nin əməkdaşları tərəfindən tutulduğunu bilmişdir. Həmin gündən bir gün sonra onu da, Masallı RPŞ-nin əməkdaşları saxlamışlar və Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq hadisəsini törətməkdə şübhəli olduğunu bildirib RPŞ-yə dəvət etmişlər. Polis əməkdaşları ona yaxınlaşan vaxt, RPŞ-yə dəvət etdikləri zaman ona qarşı heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər. O, Masallı rayonu, Şıxlar kənd sakini Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evdən xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1la birlikdə oğurluq etmiş, onlara başqa heç kim köməklik göstərməmişdir. Oğurluq edən zaman kənardan heç kim onları görməmişdir. Həmçinin, Musa ilə onun oğurluq cinayəti törətməsindən heç kimin məlumatı olmamışdır. Musa ilə oğurluq barədə razılığa gələn zaman spirtli içki qəbul etdiyindən, oğurluq barədə təklifin Musa tərəfindən edilməsini xatırlayır. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi oğurluq cinayətinə görə əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, dəymiş maddi ziyanın zərərçəkmiş şəxsə tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirib barəsində ədalətli və yüngül cəza təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs1 ona ittiham olunduğu cinayətlərii törətməsində özünü qismən təqsirli bilsə də, onun həmin əməlləri törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2, zərərçəkmiş şəxsin və şahidləin ifadələri ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünümüdafiə xarakterli ifadə və törətdiyi əməllərə görə cəzalanmaqdan yaxa qurtarmaq cəhdi kimi qəbul edir. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs1 üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilərək, narkotik vasitənin Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə çıxararaq təqdim etməsi, təqhqiqatçının verdiyi suallara cavab olaraqa təqdim etdiyi şəffaf rəngli sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-ci il tarixdə, səhər saatlarında Lənkəran rayonu, Qumbaşı kəndi ərazisində tanımadığı şəxsdən 10 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirməsi müəyyən edildi. xx.xx.2023-cü il tarixli üzləşdirmədə dindirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir-birlərinin üzünə qarşı ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişlər. xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkətləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə Masallı rayonu Şıxlar kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən müxtəlif növ məişət əşyalarını oğurladıqları yerləri təqdim etməklə ifadəsində qeyd edilən xüsusatları hadisə yerində bir daha təsdiq etmişdir. Hadisə yerinə keçirilmiş xx.xx.2023-cü il tarixli baxış protokolundan məlum olur ki, Zərərçəkmiş şəxs məxsus ümumi dəyəri 4300 manat təşkil edən məişət əşyaları sonuncunun Masallı rayonu, Şıxlar kəndində yerləşən fərdi yaşayış evindən oğurlanmış, oğurluq hadisəsinin baş verdiyi yer Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş və foto şəkillər çəkilməklə protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin xx.xx.2023-cü il tarixli, 19/298 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər maddə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi - 0,399 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0, 399 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,349 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X16 Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 283 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 OPİOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 0,349 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc anbarına verilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə olan heroinin aşkar olunduğu görüntünün olduğu video disk cinayət işinin materiallarına əlavə edilmişdir. Maddi sübutun mülkiyyətçiyə qaytarılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 13 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus oğurladığı əşyalara aid bir ədəd “LG” markalı plazma tipli televizor, bir ədəd “Hyundai” markalı CD player və bir ədəd yataq dəstinə aid mələfə (pastel) götürülmüş, baxış keçirilmiş, maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs verilmişdir. "xxxx" MMC-nin 17 aprel 2023-cü il tarixli mütəxəssis rəyində aşağıdakı nəticəyə gəlinmişdir:
1. Qeyd olunmuş olunan 1 ədəd “LG” markalı DVD aparatının qiyməti 80 manatdır.
2. Qeyd olunmuş 1 ədəd “Smart”markalı antena DVD qurğusunun qiyməti 60 manatdır.
3. Qeyd olunmuş 1 ədəd 10 litr həcmdə kömür samovarının qiyməti 160 manatdır.
4. Qeyd olunmuş 1 ədəd 8 litr həcmdə kömür samovarının qiyməti 150 manatdlr.
5. Qeyd olunmuş 6 dəst yataq dəstinin 1 dəstinin qiyməti 160 manat olmaqla cəmi qiyməti 960 manatdır.
6. Qeyd olunmuş 1 ədəd qədimi dərzi qayçısının qiyməti 50 manatdır.
7. Qeyd olunmuş 1 dəst çini qab-qacaq nahar dəstinin qiyməti 250 manatdır.
8. Qeyd olunmuş 1 dəst gümüş qaşıq dəstinin qiyməti 200 manatdır.
9. Qeyd olunmuş 1 dəst “Madonna" nahar servis dəstinin qiyməti 350 manatdır.
10. Qeyd olunmuş 1 ədəd adi fotoaparatın qiyməti 50 manatdır.
11. Qeyd olunmuş 1 ədəd 3x4 ölçüdə xalçanın qiyməti 250 manatdır.
12. Qeyd olunmuş 1 ədəd 4x5 ölçüdə xalçanın qiyməti 300 manatdır.
13. Qeyd olunmuş 3 ədəd işıq stablizatorunun 1 ədədinin qiyməti 40 manat olmaqla cəmi qiyməti 120 manatdır.
14. Qeyd olunmuş 1 dəst tefal qazan dəstinin qiyməti 70 manatdır.
15. Təqdim olunan 1 ədəd 82 sm dioqonallı “LG” markalı plazma televizorun qiyməti 300 manatdır.
16. Təqdim olunan 1 ədəd "Hyundai” markalı CD player aparatının qiyməti 100 manatdır.
17. Təqdim olunan 1 dəst yataq dəstinin parçası olan mələfənin (pastel) qiyməti 22 manatdır. Qeyd: Təqdim və qeyd olunmuş əşyaların qiymətləri tələb və təklifə uyğun olaraq orta bazarda müəyyənləşdiyindən qeyd olunan qiymət dəyişə bilər. Masallı Rayon İHB-nın Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs1 kənddə yaşadığı müddət ərzində özünü pis vərdişlərlə məşğul olan sakin kimi göstərmişdir. Kənd sakinlərinin ona qarşı rəyi qeyri qənaətbəxşdir. Hər hansı tədbirdə işitrak etməyib. Təqsirləndirilən şəxs1 Abdulhseyn oğlu barəsində Masallı Rayon İHB-nın Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şifahi müraciət daxil olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29,177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, qəti olaraq 01 il 10 ay 28 gün müdətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilnərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təyin olunmuş 01 il 10 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 ay 08 gün müddətin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 05 ay 04 gün muddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi tutulduğu iki gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Masallı Rayon İHB-nın Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədə və arayışda göstərilir ki, Quliyev X6 rayonu, Şıxlar kəndində qeydiyyatda olmaqla arvadı-xx.xx.1999-cu il təvəllüdlü X4, oğlu-xx.xx.2019-cu il təvəllüdlü X15, oğlu-xx.xx.2021-ci il təvəllüdlü X5 ibarət ailə tərkibində yaşayır. Təqsirləndirilən şəxs2 kənddə yaşadığı müddət ərzində özünü pis vərdişlərlə məşğul olan sakin kimi göstərmişdir. Kənd sakinlərinin ona qarşı rəyi qeyri qənaətbəxşdir. Hər hansı tədbirdə işitrak etməyib. Təqsirləndirilən şəxs2 barəsində Masallı Rayon İHB-nın Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şifahi müraciət daxil olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Masallı Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli hökmünün və xx.xx.2022-ci il tarixli, 7(050)- 166/2022 saylı qərarının surətindən görünür ki, X2 Rayon Məhkəməsinin 29 yanvar 2021ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 62, 66.2 və 69.3-cü madələrinə əsasən qəti olaraq 03 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Masallı Rayon Məhkəməsinin 7(050)-166/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs2 Masallı Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 ay 15 gün hissəsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlqıdan məhrum etmə hesabı ilə hesablanmaqla 05 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və ya qanunvericliklə müəyyən edilmiş qaydada götürülməmişdir. Zərərçəkmiş şəxs tərəfindən imzalanmış xx.xx.2023-cü ərizədən görünür ki, zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbinin olmadığını, onlarla barışmasını, onların tutulmamasını və buraxılmasını xahiş edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxslərin etirafı (Təqsirləndirilən şəxs1 qismən etirafı), zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, eləcə də işin faktiki halları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə onlara elan olunmuş ittihamlar üzrə təqsirləri tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilmədiyi hissəyə münasibətdə bildirir ki, məhkəmə istintaqı zamanı onun Zərərçəkmiş şəxs məxsus Masallı rayonu, Şıxlar kəndində yerləşən fərdi yaşayış evinə evin pəncərəsini açmaq yolu ilə qanunsuz olaraq daxil olub həmin evdən bir ədəd, 500 manat dəyərində “LG” markalı plazma tipli televizoru, 1 ədəd, 100 manat dəyərində “LG” markalı DVD aparatını, 1 ədəd 100 manat dəyərində “Hyundai” markalı CD player aparatını, 1 ədəd, 60 manat dəyərində, “Smart” markalı DVD antena qurğusunu, 1 ədəd 10 litr həcmdə, 300 manat dəyərində od samovarını, 1 ədəd 8 litr həcmdə, 300 manat dəyərində od samovarını, hər bir dəstinin qiyməti 200 manat olan 6 ədəd yataq dəstini, 1 ədəd 50 manat dəyərində qədimi dərzi qayçısını, 1 dəst 250 manat dəyərində qab-qacaq dəstini, 1 dəst 250 manat dəyərində gümüş qaşıq dəstini, 1 ədəd “Madonna” firmasına məxsus, 400 manat dəyərində qab-qacaq dəstini, 1 ədəd 50 manat dəyərində fotoaparatı, 1 ədəd 250 manat dəyərində, 3x4 ölçüdə xalçanı, 1 ədəd 300 manat dəyərində 4x5 ölçüdə xalçanı, 3 ədəd hər birinin qiyməti 40 manat olan elektirik tənzimləyici stabilizatoru, 1 dəst, 70 manat dəyərində tefal qazan dəstini gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 4300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi, habelə istintaqa məlum olmayan tarixdə və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Masallı şəhəri, H.Əliyev prospektində saxlanılaraq Masallı RPŞ-yə gətirilmiş, orada üzərinə keçirilən şəxsi-axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 0,399 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi işdə olan sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittihamı qəbul etməməsi onun hüququdur, ittihamı həmin hissədə qəbul etməməsi onun məsuliyyətdən yaxa qurtarması kimi qiymətləndirilməlidir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddəsində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddəsinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisələrini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətməsi, onların təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri əsasında Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməllərin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 oğlu CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddəsinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi kimi yüngülləşdirici hallar var. Təqsirləndirilən şəxs1 əməlində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olması, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi kimi yüngülləşdirici hallar var. Təqsirləndirilən şəxs2 əməlində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1, 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-245/2023 saylı hökmü ilə müəyyən olunmuşdur ki, o, 02 noyabr 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, ərazisində Kubinka deyilən ərazinin yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmaqdan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,072 qram olan narkotik vasitə heroini 10 manat müqabilində əldə edib saxlayaraq daşımış, 02 noyabr 2022-ci il tarixdə saat 18:00 radələrində ünvan 1 ünvanın qarşısında Yasamal RPİ-nr 26-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 3 ünvanda yerləşən Yasamal RPİ-nin 26-ci PB-nə gətirilmiş, orada saat 19:45 dəqiqədə üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd siqaret qutusunun gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 1,072 qram olan qəhvəryi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin cinayəti törətdikdən sonra Təqsirləndirilən şəxs1 məhkum olunmasına dair ittiham hökmü çıxarılmazdan əvvəl 09 və 11. 03.2023-cü il tarixlərdə yenidən hazırkı cinayət əməllərini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1. və 16.3.-cü maddələrinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Azərbaycan Respublikasının CM-nin 66-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırki hökm üzrə təyin ediləcək cəzalar qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlukəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cəzaların məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan, qətimkan tədbirinin seçilməsinə dair Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 18:05-də şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlukəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan, qətimkan tədbirinin seçilməsinə dair Masallı Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 12 mart 2023-cü il tarixdə saat 12:30-da şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6.-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2., 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlanıldığı müddət onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına daxil edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə də baxaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada qiymətləndirmə xərclərinə dair 30 (otuz) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq "xxxx" MMC-nin hesabına (“Bank Respublika” Lənkəran filialı, kod 504357, VOEN **********, M/h AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES0038039 **********701) köçürülməlidir. Əlavə olaraq Təqsirləndirilən şəxs1 aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizanın dəyəri olan 60 (altmışi) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmağa başlandığı 11 mart 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmağa başlandığı 12 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X16 Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 283 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 OPİOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində məcburi polinarkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan təmiz çəkisi 0,349 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, video çəkilişin aparılmasını özündə əks etdirən 1 ədəd video CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Maddi sübut bir ədəd “LG” markalı plazma tipli televizor, bir ədəd “Hyundai” markalı CD player və bir ədəd yataq dəstinə aid mələfənin (pastel) zərərçəkmiş şəxs X3 qaytarılması nəzərə alınmalıdır. İş üzrə 4300 (dörd min üç yüz) manat məbləğində maddi ziyanın zərərçəkmiş şəxsə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 1(004)-245/2023 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli onun həbsə alındığı gündən, yəni 11 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli onun həbsə alındığı gündən, yəni 12 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Maddi sübut bir ədəd “LG” markalı plazma tipli televizor, bir ədəd “Hyundai” markalı CD player və bir ədəd yataq dəstinə aid mələfənin (pastel) zərərçəkmiş şəxs X3 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,349 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada qiymətləndirmə xərclərinə dair 30 (otuz) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq "xxxx" MMC-nin hesabına (“Bank Respublika” Lənkəran filialı, kod 504357, VOEN **********, M/h AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES0038039 **********701) köçürülsün. Aparılmış məhkəmə fiziki-kimyəvi ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə 4300 (dörd min üç yüz) manat məbləğində maddi ziyanın Zərərçəkmiş şəxs ödənilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxslər hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Ceyhun Quliyev