Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-117/2025 27.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X1, Təqsirləndirilən şəxs iştirakları ilə 18 avqust 1969-cu ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsi ilə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədilə əvvəllər tanıdığı Masallı rayonu Qədirli kənd sakini Zərərçəkmiş şəxs1 3000 manat məbləğdə pul qarşılığında sonuncunu 2024-cü ildə 2-ci dəfə keçirilməli olan “müəllimlərin sertifikasiya imtahanından” uğurla keçirdəcəyinə dair Zərərçəkmiş şəxs1 yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra özünə məxsus olan "xxxx" ASC-nin rəqəmləri ********92625973 olan bank kart hesabına Zərərçəkmiş şəxs1 Masallı rayonu Qarğalıq kəndi ərazisində yerləşən dükanların birində MilliÖn ödəmə terminalı vasitəsilə 11 iyun 2024-cü il tarixdə saat 09:29 dəqiqədə göndərdiyi 3000 manat pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz olaraq vahid niyyətlə təkrarən ələ keçirmək məqsədilə əvvəllər tanımadığı Masallı rayonu Qədirli kənd sakini X2 8000 manat məbləğdə pul qarşılığında sonuncunun gəlini olan Şahid2 2024-cü ildə 2-ci dəfə keçirilməli olan “müəllimlərin sertifikasiya imtahanından” uğurla keçirdəcəyinə dair Rəfail Museyibova yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq vahid niyyətlə təkrarən ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra özünə məxsus olan "xxxx" ASC-nin rəqəmləri ********92625973 olan bank kart hesabına Rəfail Museyibovun Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən dükanların birində MilliÖn ödəmə terminalı vasitəsilə 11 iyun 2024-cü il tarixdə saat 16:28 dəqiqədə göndərdiyi 5000 manat pulu və Masallı rayonu Qarğalıq kəndi ərazisində yerləşən dükanların birində MilliÖn ödəmə terminalı vasitəsilə 20 iyun 2024-cü il tarixdə saat 09:27 göndərdiyi 3000 manat pulu ələ keçirməklə zərərçəkmiş şəxs Rəfail Museyibova ümumilikdə 8000 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz olaraq təkrarən ələ keçirmək məqsədilə Masallı rayonu Qədirli kənd sakini Zərərçəkmiş şəxs1 sonuncunu 2024-cü ildə 2-ci dəfə keçirilməli olan “müəllimlərin sertifikasiya imtahanından” uğurla keçirdəcəyinə dair verdiyi yalan vədi yerinə yetirmək üçün əlavə olaraq 5000 manat pul lazım olması barədə yenidən yalan bəhanələr gətirib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra özünə məxsus olan "xxxx" ASC-nin rəqəmləri ********92625973 olan bank kart hesabına Zərərçəkmiş şəxs1 Masallı rayonu Qarğalıq kəndi ərazisində yerləşən dükanların birində MilliÖn ödəmə terminalı vasitəsilə 20 iyun 2024-cü il tarixdə saat 09:24 dəqiqədə göndərdiyi 5000 manat pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 5000 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz olaraq təkrarən ələ keçirmək məqsədilə Masallı rayonu Qədirli kənd sakini Zərərçəkmiş şəxs1 3000 manat məbləğdə pul qarşılığında sonuncunu Masallı rayonu Qarğalıq kəndində müəllim kimi çalışdığı orta məktəbə direktor təyin etdirəcəyinə dair Zərərçəkmiş şəxs1 yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra özünə məxsus olan "xxxx" ASCnin rəqəmləri ********92625973 olan bank kart hesabına Zərərçəkmiş şəxs1 Masallı rayonu Qarğalıq kəndi ərazisində yerləşən dükanların birində MilliÖn ödəmə terminalı vasitəsilə 18 sentyabr 2024-cü il tarixdə saat 12:40 dəqiqədə göndərdiyi 1000 manat pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 1000 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, tələbə yoldaşı Zərərçəkmiş şəxs1 ona zəng edərək sertifikasiyadan kəsildiyini bildirmiş və ona köməklik etməsini xahiş etmişdir. Həmzəli əvvəllər onun direktor vəzifəsində işlədiyini, amma artıq vəzifədən azad olunduğunu bilmişdir. Lakin o, Həmzəliyə bu məsələ ilə bağlı maraqlanacağını demişdir. Məsələ ilə maraqlanmış, belə bir adam olduğunu, həmin şəxsin kömək edə biləcəyini və işin həlli üçün 3000 manat lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 gəlini Ayşən də, sertifikasiyadan kəsildiyi üçün Həmzəli ona da, köməklik etmək lazım olduğunu demişdir. Həmzəliyə bu işi də, maraqlanacağını, əgər alınsa həmin şəxsin bu işi də, görəcəyini demişdir. Həmin şəxs Şahid1 olmuşdur və işi boynuna götürmüşdür. O, da, ona göndərilən 17000 manat məbləğdə pulu kartdan çıxardıb 1500 manat pulu kartdan karta “Leobank” vasitəsilə, 2000 manatı və 3000 manatı isə “Million” vasitəsi ilə Elşadın kart hesabına köçürmüş, qalan pulu isə Dərnəgül metrostansiyasında əlbəəl Elşada vermişdir. Köçürmə etdiyi pullara dair, qəbzləri vardır. Elşad həmin pulları ondan hissə-hissə almışdır. Ona göndərilən pullar isə “LeoBank” hesabına yönəldilmişdir. Hazırda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmış, onlara dəymiş ziyan tamamilə ödənilmişdir. Zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Buna görə də, barəsində cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərşəkmiş şəxslərin, şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Qədirli kənd orta məktəbində dərs demişdir, lakin sertifikasiya imtahanından kəsilmişdir. Bir dəfə 29 bal, sonra isə 28 bal toplamışdır. Firəngizlə tələbə yoldaşları ilə birlikdə 20 illik tədbirdə görüşərkən nəyə ehtiyacı olsa xəbər etməsini demişdir. O, da Firəngizin əlaqələrinin olduğunu bilib sertifikasiya imtahanı ilə bağlı ona zəng etmişdir. Firəngiz ele bir adam olduğunu, maraqlanıb xəbər edəcəyini demişdir. Bir saat sonra Firəngiz təkrar yığıb belə bir adam olduğunu və işin həlli üçün 5000 manat istədiyini, lakin yaxın adam olduğunu dediyi üçün 3000 manata razılaşdığını demişdir. Həmçinin Firəngiz atasının veteran olduğunu bilmişdir və onun medal şəkillərini Firəngizə whatsappa atmışdır. İşin necə olacağını bilməmiş, lakin Firəngiz işin gedişatı barədə ona məlumat verəcəkdir. Firəngiz pulu alandan sonra işə baxılması üçün elektron şəkildə apellyasiyaya müraciət etməsini demişdir. Bir müddət sonra Firəngiz təkrar zəng edərək işin düzəldiyini, lakin işi 8000 manata gördükləri üçün əlavə 5000 manat pul lazım olduğunu demişdir. Apellyasiya olacağını, orda işə baxılaraq ona güzəşt ediləcəyini bildirmişdir. Məcburiyyət qarşısında həmin pulu Firəngizə göndərmiş, o isə sentyabr və ya oktyabr aylarında işin düzələcəyini demişdir. Noyabr ayına kimi iş düzəlmədiyindən ondan pulun geri qaytarılmasını tələb etməyə başlamışdır. Firəngiz isə həmin adamın işi düzəldəcəyini demişdir. Firəngiz Elşad adlı adamın adını onlara deməmişdir, sadəcə nazirlikdə adam var, onun hər şeyi həll edəcəyini demişdir. Sizin pullarınızı da, qaytarmaq özü üçün iki vur ikidir deyirdi. Sonradan Firəngiz onu direktor təyin etməsini təklif etmişdir. Həmin vaxt məktəbdə direktor yaşına görə işdən çıxmışdır, onun yeri boş qalmışdır. Sonra internet vasitəsi ilə Firəngizin direktor vəzifəsindən azad edildiyini bilmişdir. Firəngizə inanmasa da, yenə də, 1000 manat pulu ona atmış, amma daha ona təkrar pul söhbəti etməməsini demişdir. Sonra bir dəfə də, zəng edib əl borcu kimi 300 manat pul istəmiş, o, da tələbə yoldaşı olduqları üçün 300 manat pulu Firəngizə göndərmişdir. Firəngizlə iki dəfə Bakı şəhərində də, görüşmüşlər və hər dəfə pulu qaytaracağını demişdir. Buna görə məcbur olun yanvar ayının 5-də şikayət ərizəsini vermişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Buna görə də, ərizə təqdim edərək Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, gəlini Şahid2 ilk dəfə sertifikasiya imtahanından kəsilmişdir. Səhv etmirsə Şirvanda keçirilən sertifikasiya imtahanından Həmzəli müəllim 29 bal, Ayşən isə 24 bal yığmışdır. Sonra elə olmuşdur ki, ikinci dəfə də, az bal toplamışlar, Həmzəli müəllim 28 bal, Ayşən isə 24 bal yığmışdır. Həmzəli müəllim ilə bir-birlərinin evinə gedib-gəldikləri üçün onun tələbə yoldaşı olduğunu, onun işini düzəldərək sertifikasiya imtihanından keçirdəcəyini bilmişdir. Firəngiz Həmzəlidən 3000 manat almış, sonra başqa bir nəfər varsa onu da, keçirə biləcəyini demişdir. Lakin Həmzəli ona özünün danışmasını demişdir. İlk dəfə Firəngiz ondan 5000 manat pul istədiyi üçün göndərmişdir. Firəngiz Həmzəlidən iş alınmadığı üçün əlavə 5000 manat pul istəmişdir. Sonra Firəngiz avqust ayında apellyasiya olacağını, orda həmin işə baxılacağını demişdir. Oğlu qazi olduğu üçün onun da, sənədlərini də, göndərmişdir. Həmzəliyə avqustun 15-i çatdığını bildirmiş və vakansiyanın nə vaxt olacağını soruşmuşdur. Firəngiz isə boş şey olduğunu demişdir. Sonra oktyabr ayının 15-də qohumların toyunda görüş zamanı Firəngizdən işi soruşduğu üçün ondan xoşu gəlməmişdir. Maşında Həmzəliyə bildirmişdir ki, bu işdən gözü su içmir. Sonra Həmzəli onları avqust ayının 27-i nazirliyə çağırdıqlarını demişdir, kim çağırdığını soruşanda Firəngiz çağırdığını demişdir. Sonra isə Həmzəli bildirmişdir ki, Firəngiz deyir ki, gəlməyin. Noyabr ayının 17-də Firəngizə kartını göndərərək pulunu qaytarmasını tələb etmişdir. Firəngiz isə nazirlikdə adam olduğunu dediyi üçün həmin adamla görüşmək istədiyini bildirmişdir, lakin Firəngiz həmin adamın başqa adamla görüşmədiyini, hər həftə özünün onunla görüşdüyünü demişdir. Dekabr ayının 27-də görüş zamanı Firəngiz ağlamışdır. Ona görə də, ondan işi düzəldən adamı görüşə dəvət etməsini xahiş etmişdir. Sonradan Firəngiz pulu qaytarmadığından məcbur olun şikayət ərizəsini vermişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Buna görə də, ərizə təqdim edərək Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 08 iyun 2025-ci il tarixdə ikinci sertifikasiya imtahanından 22 bal ilə kəsilmişdir. Həmin vaxt vəziyyəti pis olduğu üçün Həmzəli müəllimgilə getmişlər. Zərərçəkmiş şəxs1 da, həmin vaxt sertifikasiya imtahanından kəsilmişdir. Zərərçəkmiş şəxs1 Firəngiz adlı tələbə yoldaşı olduğunu və sertifikasiya imtahanı ilə bağlı kömək edə biləcəyini demişdir. Lakin bildirmişdir ki, onların işinə qarışmır, istəyirlərsə özləri əlaqə saxlayın. Ona görə də, qaynatası Rəfail Firəngiz adlı qadınla əlaqə saxlayıb danışmışdır. Lakin o, Firəngizi görməmiş, bir-iki dəfə pulu qaytarması üçün telefonla danışmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Götürmə aparılması və baxış keçirilməsi haqqında 15 mart 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tanışı olan Təqsirləndirilən şəxs göndərmiş olduğu pulların ödəniş qəbzləri, həmçinin qohumu Zərərçəkmiş şəxs2 da, Təqsirləndirilən şəxs göndərmiş olduğu pulların ödəniş qəbzləri götürülmüş, Təqsirləndirilən şəxs adına olan son 8 rəqəmi 92625973 olan Leo bank kart hesabına 11 iyun 2024-cü il tarixdə saat 09:29 dəqiqədə Masallı rayonu Qarğalıq kəndi ərazisində yerləşən Qarğalıq marketdəki "xxxx" MMC-yə məxsus MilliÖn ödəmə terminalı vasitəsilə 3000 manat, 11 iyun 2024-cü il tarixdə saat 16:28 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində "xxxx" MMC-yə məxsus MilliÖn ödəmə terminalı vasitəsilə 5000 manat, 20 iyun 2024-cü il tarixdə saat 09:24 dəqiqədə Masallı rayonu Qarğalıq kəndi ərazisində yerləşən Qarğalıq marketdəki "xxxx" MMC-yə məxsus MilliÖn ödəmə terminalı vasitəsilə 5000 manat, 20 iyun 2024-cü il tarixdə saat 09:27 dəqiqədə Masallı rayonu Qarğalıq kəndi ərazisində yerləşən Qarğalıq marketdəki "xxxx" MMC-yə məxsus MilliÖn ödəmə terminalı vasitəsilə 3000 manat, 18 sentyabr 2024-cü il tarixdə saat 12:40 dəqiqədə Masallı rayonu Qarğalıq kəndi ərazisində yerləşən Qarğalıq marketdəki "xxxx" MMC-yə məxsus MilliÖn ödəmə terminalı vasitəsilə 1000 manat və 13 oktyabr 2024-cü il tarixdə saat 11:03 dəqiqədə Masallı rayonu Qarğalıq kəndi ərazisində yerləşən Qarğalıq marketdəki "xxxx" MMC-yə məxsus MilliÖn ödəmə terminalı vasitəsilə 300 manat pul göndərilmişdir. - Masallı rayon Polis şöbəsindən daxil olmuş əməliyyat tapşırığına cavab olaraq tərtib olunmuş 12 may 2025-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 ilə 2024-cü ilin may ayında əlaqə qurmuş və həmin vaxt tamah niyyəti və qazanc əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 sonuncunu müəllimlərin sertifikasiya imtahanından keçirdəcəyinə dair yalan vəd vermişdir. Beləcə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncunun 3000 manat pulunu 11 iyun 2024-cü il tarixdə ələ keçirmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin ərəfələrdə Zərərçəkmiş şəxs1 qohumu olan X4 ilə də, əlaqə saxlamış və sonuncunun etibarından sui-istifadə edib gəlini Şahid2 müəllimlərin sertifikasiya imtahanından keçirdəyəcəyinə dair yalan vədlər verib Rəfail Museyibovdan vahid niyyətlə ümumilikdə 8000 manat pul tələb etmiş və həmin pulun hissə-hissə göndərilməsini istəmişdir. O, Zərərçəkmiş şəxs2 11 iyun 2024-cü il tarixdə göndərdiyi 5000 manat pulu ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs bunlardan sonra yenidən tamah niyyəti ilə və qazanc əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 işlərinin çətinləşdiyini və əlavə pul verilməli olduğunu bəhanə edib yalan sözlərlə Zərərçəkmiş şəxs1 yenidən təkrarən aldadıb sonuncunun ona 20 iyun 2024-cü il tarixdə göndərdiyi 3000 manat pulu ələ keçirmişdir. Həmçinin həmin günlərdə Rəfail Museyibova əvvəlcədən demiş olduğu 8000 manat pulun qalan 3000 manat hissəsini də, göndərməyi demişdir. Rəfail Museyibovun ona 20 iyun 2024-cü il tarixdə göndərdiyi 3000 manat pulu Təqsirləndirilən şəxs göndərmişdir. Təqsirləndirilən şəxs əldə etdiyi pulları öz şəxsi ehtiyacları üçün xərcləyib qurtardıqdan sonra Zərərçəkmiş şəxs1la yenidən əlaqə saxlamış və sonuncunu işlədiyi məktəbdə direktor vəzifəsinə təyin etdirəcəyinə dair yalan vədlərlə aldadıb Zərərçəkmiş şəxs1 ümumilikdə təkrarən 3000 manat pul tələb etmişdir. Lakin Zərərçəkmiş şəxs1 ona direktor vəzifəsinə təyin etdirilməsi işinin müqabilində 1000 manat pulu 19 sentyabr 2024-cü il tarixdə göndərmişdir. Təqsirləndirilən şəxs Rəfail Museyibovdan vahid niyyətlə 8000 manat pulunu ələ keçirsə də, Zərərçəkmiş şəxs1 isə hər dəfə təkrarən və yenidən formalaşan niyyətlə aldatmışdır. Şahid1 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X4 ilə heç bir vaxt əlaqə yaratmamış, onlara sertifikasiya imtahanı ilə bağlı köməklik edilməsinə dair heç bir vəd verməmişdir. Təqsirləndirilən şəxs əldə etdiyi pullardan söz verdiyi vədlərin yerinə yetirilməsi məqsədi ilə Şahid1 heç bir pul verməmişdir. Şahid1 Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərini törətməkdə heç bir formada iştirakı olmamışdır. Əməliyyat tapşırığında göstərilən digər xüsusatlar üzrə hələlik müsbət nəticə əldə etmək mümkün olmamışdır. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi Əli Şiriyevin 10 aprel 2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs1 və qohumu Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs göndərmiş olduğu pulların qəbzləri maddi sübut kimi tanınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 06 may 2025-ci il tarixli tələbnaməsindən görünür ki, 18 avqust 1969-cu ildə Göyçay rayonunda anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidin məhkəmə iclasında verdiyi ifadələri, əməliyyat tapşırığının cavabı və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə; CM-in 178.2.4-cü maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə baxışı iclasında Dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tədbiq olunaraq onun cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam ödədiyini bildirərək barəsində amnistiya aktının tədbiq olunaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə amnistiya aktına əsasən xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X3 Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə amnistiya aktına əsasən xitam verilməsinə etiraz etməmişlər. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edirlər. Qərarın 1.12-ci bəndinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, qadınlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. Qərarın 10-cu maddəsinə görə bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Qərarın 19.5-ci maddəsinə əsasən məhkəmələr bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində amnistiya tətbiq edir. Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə9 xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxs barəsində cinayət təqibinə amnistiya aktına əsasən xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, qadın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1 və 1.12-ci bəndləri tətbiq edilərək cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının tətbiqinə 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər müəyyən olunmamışdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilərək o, cinayət məsuliyyətindən azad edildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti alına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut Zərərçəkmiş şəxs1 və qohumu Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs göndərmiş olduğu pulların qəbzləri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 27 (iyirmi yeddi) saat vaxt sərf etmişdir. Ona görə də, 297 (iki yüz doxsan yeddi) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1 və 1.12-ci bəndləri tətbiq edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti alına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs1 və qohumu Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs göndərmiş olduğu pulların qəbzləri cinayət işinin materiallarında saxlanılsın. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 297 (iki yüz doxsan yeddi) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №1(050)-117/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-117/2025
27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver