Məhkəmə qərarları › İş №1(050)-118/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-118/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-118/2023 24.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxx 1949-cu il tarixdə Masallı rayonu, Həsənli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, məhkumluğu olmayan, Masalı rayonu, Həsənli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 15 aprel 2023-cü il tarixdə, saat 08 radələrində yaşadığı Masallı rayonu, Həsənli kəndi ərazisində yerləşən otlaq sahəsinə gedən yolda həmkəndlisi Zərərçəkmiş şəxs ilə su kanalının təmizlənməsi ilə bağlı şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı, Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə qəsdən yumruqla bir neçə zərbə vuraraq, sonuncuya sol gözaltı nahiyyənin və yuxarı dodağın iç hissəsinin əzilmiş yarası və sol gözaltı nahiyyənin yumşaq toxmalarının əzilib şişkinləşməsi, burunun sıyrığı və sol yuxarı göz qapağının qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş yekun protokolu üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Masallı rayonu, Həsənli kəndində ailəsi ilə birlikdə yaşayır, Zərərçəkmiş şəxs həmkəndlisi kimi uzun müddətdir tanıyır, onunla əvvəllər aralarında heç bir mübahisə olmamışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında o, oğlu Şahidla birlikdə öz heyvanlarını otlaq sahəsinə aparan zaman Zərərçəkmiş şəxs öz həyətyanı sahəsində olan tövləni süpürərək tullantılarını kənd ərazisindən keçən su kanalına tökdüyünü görmüş və dayanaraq Əlizamana kanalı təmizləməsini xahiş etmişdir. Bu zaman Əlizaman həyətindən ona cavab verərək, öz işi ilə məşğul olmağını tapşırmışdır. O, təkrar Əlizamana etdiyi hərəkətin ayıb olduğunu bildirdikdə, Əlizaman ona “Elə eləmə ki, gəlib sənin gözlərini çıxardım” demiş, o da Əlizamana bacarmayacağını bildirmişdir. Bundan sonra Əlizaman ona gözləməyini tapşırmış və həyətyanı sahəsindən çıxaraq ona tərəf gəlmişdir. Əlizaman təxminən 60-70 metr məsafədən ona yaxınlaşmış və ona çatan zaman yumruqla Əlizamanın burun nahiyyəsinə və sol gözünün alt nahiyyəsinə yumruqla vuraraq xəsarət yetirmişdir. Daha sonra oğlu Şahid Əlizamanın onun müəllimi olduğunu bildirmiş və onu sakitləşdirərək aparmışdır. Hazırda əməlindən peşmandır. Məhkəmədən ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyini, zərərçəkmiş şəxsdən üzr istəyib onunla barışdığını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödədiyini, sonuncunun ondan heç bir şikayəti və tələbi olmadığını nəzərə alaraq, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş edib bu barədə olan ərizəsini təqdim etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Masallı rayonu, Həsənli kəndində ailəsi ilə birlikdə yaşayır. Masallı rayonu, Həsənli kəndində yaşadığı evin həyətyanı sahəsində ona məxsus tövləsi vardır. Həmin tövlə kənd ərazisindən keçən su kanalının yaxınlığında yerləşir. xx.xx.2023-cü il tarixdə o, öz həyətində tövlənin qarşısını süpürən zaman həmkəndlisi Təqsirləndirilən şəxs su kanalının qarşı tərəfində dayanaraq acıqlı formada kanalı təmizləməsini tələb etmiş, lakin o, kanala hər hansı bir tullantı atmadığını bildirmişdir. Bu zaman aralarında sözlə mübahisə yaranmışdır. O da həyətdən çıxaraq Təqsirləndirilən şəxs tərəf getmişdir ki, su kanalının hansı hissəsinə tullantı atdığını soruşsun. Lakin, Təqsirləndirilən şəxs o, yaxınlaşan zaman heç bir səbəb olmadan anidən onun burun və sol yanaq nahiyyəsinə yumruqla vurmuşdur. Həmin vaxt onun burnundan qan gəldiyi üçün Əsgərə heç bir müqavimət göstərmədən əli ilə burnunu tutmuş və kənara çəkilmişdir. Həmin vaxt Əsgərin oğlu Əbdüllah da orada olmuşdur. Daha sonra Əbdüllah atasını sakitləşdirərək aparmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ondan üzr istəyərək barışdığını, ona vurulmuş ziyanı tam ödədiyini, ona qarşı şikayəti və tələbi olmadığını nəzərə alaraq, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 Masallı MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli 332 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gözaltı nahiyyənin və yuxarı dodağın iç hissəsinin əzilmiş yarası, sol gözaltı nahiyyənin yumşaq toxmalarının əzilib şişkinləşməsi, burunun sıyrığı və sol yuxarı göz qapağının qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-ğcü maddəsinə əsasən 1 il 6 ay dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə 1 il sınaq müddəti verilərək təyin olunan cəzası şərti hesab edilmiş, xx.xx.2015-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilmişdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xəsiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin məhkəmə baxışı zamanı Dövlət ittihamçısı çıxışında bildirdi ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Zərərçəkmiş şəxs ilə barışdığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmaqla barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Məhkəmə dövlət ittihamçısını dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan əməl böyük ictimai təhlükə törətməyən cinayətdir. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətmiş və məhkəmə gedişində zərərçəkmiş şəxslə barışaraq bu barədə məhkəməyə yazılı müraciət etmiş, müraciətlərində isə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə onların barışmasının səmimiliyinə inanaraq, zərərçəkmiş şəxsin barışmasını, təqsirləndirilən şəxsin böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, habelə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsi mümkündür. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan 20 gün müddətində apelyasiya şikayəti və apelyasiya protesti verilmədikdə, qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar