Məhkəmə qərarları › İş №1(050)-118/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-118/2025

13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-118/2025 13.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxx 1994-cü ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 32.5,206.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3, 68.1.1-1, 69.3 və 67.1-ci maddələrinə əsasən 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 il 11 ay müddətindən vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götrülməmiş, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, ümumilikdə 1,085 qram çəkidə 03 ədəd bükümdə xeyli miqdarda psixotrop maddə metamfetamini və 16,368 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib yaşadığı ünvan 1 ünvanına gətirərək orada satış məqsədi ilə hissələrə bölüb xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində Masallı şəhəri, “Azərbaycan” küçəsində tanışı Şahid4 100 manat pulun müqabilində təmiz çəkisi 14,289 qram təşkil edən narkotik vasitə qurudulmuş marixunana satmış, xx.xx.2025-ci il tarixdə, saat 12 radələrində Masallı şəhəri, H.Əliyev prospektində tanışı olan Şahid3 pay qismində təmiz çəkisi 0,552 qram təşkil edən psixotrop maddə metamfetamin vermiş, xx.xx.2025-ci il tarixdə, saat 15:44-də Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilən əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan Masallı şəhəri, H.Əliyev prospektində saxlanılmış, həmin yerdə üstü yoxlanılan zaman əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibində olan 01 ədəd kibrit qutusunun içərisindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,250 qram və 0,283 qram olmaqla ümumi təmiz çəkisi 0,533 qram olan üzərindən və Şahid3 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,552 qram olan metamfetamin ilə xarici görnüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birilərilə eynilik təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminlər və 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,394 qram, 0,313 qram, 0,428 qram, 0,269 qram, 0,412 qram və 0,623 qram olmaqla ümumi təmiz çəkisi 2,079 qram olan üzərindən və Şahid4 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 14,289 qram olan qurudulmuş marixuana ilə orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən çətənə (kannabis) bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalar аşкаr edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilməyib, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, tutulduğu gün, yəni xx.xx.2025-ci il tarixdə, saat 15 radələrində Masallı rayon İcra Hakimiyyətinin yanında, Qarabağ küçəsində polis əməkdaşları tərəfindən saxlanılarkən üzərinə baxış keçirilmiş və üzərindən yalnız şəxsi istifadəsi üçün əldə etdiyi müəyyən miqdar narkotik vasitə olan marixuana aşkar edilmişdir. Lakin, psixi və fiziki təsirlərə məruz qalıdğı üçün polislər tərəfindən üzərinə qoyulmuş psixotrop maddə metamfetaminin və narkotik vasitə olan marixuananın ona məxsus olması ilə bağlı video görüntü ilə ifadə verməyə məcbur olmuşdur. Saxlanılarkən və Masallı RPŞ-də olarkən işgəncəyə məruz qalmış, heç kimə narkotik vasitə satmamış və pay verməmişdir. Şahid3 və Şahid4 polis əməkdaşlarının təzyiqindən sonra ondan narkotik vasitə almaları ilə bağlı ifadə vermişlər. Özünün istifadəsi üçün üzərində narkotik vasitə olan marixuana daşımasına görə hazırda əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməkdə özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməsi barədə vermiş olduğu ifadəsini inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa yönəlmiş ifadə kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə ona ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri istifadə etməsində, saxlamasında və daşımasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla RPŞ-nin rəisinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası tədbirlərinin davam etdirilməsi üçün rəis tərəfindən ona həvalə olunmuş və həmin günü tərəfindən qərar qəbul edilərək təsdiqlənmişdir. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat qrupunun yaradılması barədə əmr hazırlandı və o, həmin qrupun rəhbəri, üzvləri isə RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid2 və KTQ-nin baş inspektoru polis baş leytenantı Ramal Şükürov təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri, H.Əliyev proskpetində olması barədə məlumat əldə etdikdən sonra Şahid2 və R.Şükürovla birlikdə oraya getmişdir. Həmin küçədə saat 15:44-də Təqsirləndirilən şəxs asvalt yolun kənarı ilə tək piyada hərəkətdə olduğunu görüb videoçəkilişlə yaxınlaşıb orada Təqsirləndirilən şəxs saxlamışlar. Sonra ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞnin əməkdaşları olduqlarını və qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadə etməkdə və saxlamaqda üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib ondan üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs bir qədər düşündükdən sonra əynində olan qara rəngli gödəkçəsinin sol cibindən bir ədəd kibrit qutusunu və qara rəngli cins şalvarın axra sağ yan cibindən iki ədəd “İphone 13” və “Nokia” markalı mobil telefonlarını çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusunun içərisindən 02 ədəd gümüşü rəngli kağız bükümlərdə psixotrop maddə metamfetamin və 06 ədəd şəffaf rəngli sellofan bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin metamfetamini və qurudulmuş marixuananı xx.xx.2025-ci il tarixdə Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 20 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. O, təqdim olunmuş həmin 02 ədəd gümüş kağız bükümləri və 06 ədəd şəffaf rəngli bükümləri açıb yaxından baxdıqda psixotrop maddə metamfetaminə bənzər kütlələr və narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddələr olduğunu görmüşdür. Sonra həmin 02 ədəd psixotrop metamfetaminə bənzər maddələri ayrı-ayrılıqda elektron tərəzidə çəkmiş və çəkilərinin 0,42 qram və 0,36 qram olduğunu müəyyən etmişdir. Daha sonra isə həmin 06 ədəd narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr ayrı-ayırılıqda şəffaf rəngli sellofan bükümlərlə elektron tərəzidə çəkmiş və çəkilərinin 0,39 qram, 0,52 qram, 0,33 qram, 0,44 qram, 0,35 qram və 0,48 qram olduğunu müəyyən etmişdir. Sonra isə həmin psixotrop maddə metamfetamin, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr, “İphone 13” və “Nokia” markalı mobil telefonlar orada ayrı-ayrılıqda içi boş olan kağız zərflərə qoyaraq qablaşdırmış və üzərini polis şöbəsinin 90 saylı möhürü ilə möhürləmiş, kağız zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üzərini yoxlamış və üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılmasına dair protokolun yazılmasına şərait olmadığından onu aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin və narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr, mobil telefonla birlikdə Masallı Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişdir. Polis Şöbəsində bununla əlaqədar tərəfindən protokol yazılmış, həmin protokolu Təqsirləndirilən şəxs və iştirak edən şəxslərə ucadan oxumuş, məzmununa dair əlavə və düzəlişlər daxil olmadığı üçün həmin şəxslər tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini və narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri, mobil telefonları və üzəri yoxlanılan zaman çəkilmiş videogörüntünün əks olunduğu 01 ədəd video diski RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı Samir Məmmədova təqdim etmişdir. Baş təhqiqatçı S.Məmmədov tərəfindən həmin psixotrop maddələrə, narkotik vasitə qurudulmuş marixuanaya və əşyalara videoçəkiliş vasitəsilə baxış keçirilərək götürülmüş və götürmə aparılması ilə əlaqədar yazılmış protokolu imzalamışdır. Məhkəmə iclas zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, təxminən 2 ildir ki, narkotik vasitə qurudulmuş marixuana istifadə edir. xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən üzərindən bir büküm narkotik vasitə qurudulmuş marixuana aşkar edildiyindən tutulmuş və barəsində cinayət işi başlanılmışdır. Həmin narkotik vasitə qurudulmuş marixuananı tanışı Təqsirləndirilən şəxs almışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində yaşadığı Masallı şəhəri, “Azərbaycan” küçəsi ilə tək piyada “Təzə bazar” istiqamətində hərəkətdə olduğu zaman əvvəllər tanıdığı onunla idman arenasında birlikdə məşq edən Masallı şəhəri, Qarabağ küçəsində yaşayan Təqsirləndirilən şəxs ilə qarşılaşmışdır. Təqsirləndirilən şəxs əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsinə görə həbs edildiyini bildiyindən söhbət əsnasında ona çəkmək üçün narkotik vasitə qurudulmuş marixuana təşkil etməsini bildirmişdir. İsmayıl ona hazırda üzərində təxminən 15-16 qram çəkidə qurudulmuş marixuana olduğunu və həmin qurudulmuş marixuananı 100 manat pulun müqabilində sata biləcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxsla razılaşıb ondan bir ədəd göy rəngli sellofan bükümdə və həmin çəkidə narkotik vasitə qurudulmuş marixuananı 100 manat pulun müqabilində almışdır. Daha sonra yaşadığı evə getmiş və tutulduğu günədək İsmayıldan aldığı həmin qurudulmuş marixuanadan az-az götürüb istifadə etmişdir. Həmçinin evdə ailə üzvləri bilməsin deyə İsmayıldan aldığı qurudulmuş marixuananı daim üzərində gəzdirməyə başlamışdır. xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində Masallı şəhəri, H.Əliyev prospektində “Dəfinə” litseyinin yaxınlığından piyada səki ilə tək yaşadığı evə gedərkən polis əməkdaşları onu saxlayıb üzərini yoxlamış və üzərindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 14,289 qram narkotik vasitə qurudulmuş marixuananı aşkar edib götürmüşlər. O, həmin vaxtı polis əməkdaşlarına üzərindən aşkar edilmiş qurudulmuş marixuananı tanışı Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün 100 manat pulun müqabilində aldığını demişdir. Bundan sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs da 2025-ci ilin mart ayının ortalarında üzərində narkotik gəzdirdiyindən polislər tərəfindən tutulmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Masallı şəhər sakini Təqsirləndirilən şəxsla tanış olmuş və bir müddət sonra aralarında sevgi münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs ilə arasında münasibəti yaxşı olduğu üçün İsmayıla psixotrop maddə olan metamfetamindən istifadə etdiyini demişdir. Həmçinin Təqsirləndirilən şəxs özünün narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsi barədə ona danışmışdır. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs telefon nömrəsinə zəng vurub bədənində ağrıları olduğunu, ona psixotrop maddə olan metamfetamin tapmasını xahiş etmişdir. Həmin vaxt İsmayıl ona bir qədər sonra yaşadığı məhələyə gələcəyini və psixotrop maddə olan metamfetamini tapıb gətirəcəyini demişdir. Həmin gün saat 12 radələrində İsmayıl yaşadığı məhələyə gəlib onunla küçədə görüşmüş, həmin vaxt İsmayıl cibindən bir ədəd kağız bükümü çıxarıb ona vermişdir. Təqsirləndirilən şəxs həmin kağız bükümdə psixotrop maddə olan metamfetamin olduğunu və pay qismində verdiyini demişdir. O, İsmayıldan həmin psixotrop maddə olan metamfetamini alıb yaşadığı evinə getmişdir. Həmin gündən başlayaraq İsmayılın ona verdiyi psixotrop maddə olan metamfetamindən az-az götürüb istifadə etməyə başlamışdır. Həmçinin evdə İsmayıldan aldığı psixotrop maddə olan metamfetamini azyaşlı övladının tapmaması üçün daim üzərində gəzdirməyə başlamışdır. xx.xx.2025-ci il tarixdə saat 23 radələrində yaşadığı evdən çıxıb piyada Masallı şəhəri H.Əliyev prospektinə tərəf hərəkət edən zaman polis əməkdaşları onu saxlayıb üzərini yoxlamış və üzərindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0,552 qram psixotrop maddə olan metamfetamini aşkar edib götürmüşlər. Həmin vaxtı polis əməkdaşlarına üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini İsmayıldan aldığını demişdir. Bundan sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə üzərində narkotik vasitələr və psixotrop maddələr gəzdirdiyindən polislər tərəfindən tutulmuşdur. Məhkəmə iclas zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Masallı rayon Mənzil Komunal Təsəruffatı Birliyində nəzarətçi işləyir. xx.xx.2025-ci il tarixdə, saat 15 radələrində Masallı rayon İcra Hakimiyyətinin yanında, Qarabağ küçəsində yolun kənarında iş yoldaşları ilə birlikdə oturarkən üç nəfər mülki geyimli şəxsin sonradan adını bildiyi Təqsirləndirilən şəxs qovaraq saxladığını görmüşdür. O, həmin şəxsin oğlu olmasını hesab edib onlara yaxınlaşıb kömək etmək istəyərkən mülki geyimli şəxslər Təqsirləndirilən şəxs qollarından tutaraq maşına mindirib oradan uzaqlaşdırmışlar. Bundan sonra o, huşunu itirmiş, ona tibbi yardım göstərildikdən sonra ayılmışdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. İş materiallarında olan şübhəli şəxsin saxlanılaraq yerində üzərinə baxış keçirilməsinin video görüntülərini özündə əks etdirən diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nın əməliyyat müvəkkilli Şahid1, RPŞ-nin PPXB-nin polis nəfəri polis baş serjantı Şahid2 və KTQ-nin baş inispektoru Ramal Şükürov tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri istifadə etməsində, saxlamasında və daşımasında şübhəli olması barədə daxil olmuş məlumat əsasında həyata keçrilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:44-də Masallı şəhəri, H.Əliyev prospektində saxlanılaraq üzəri yoxlanılan zaman əynində olan qara rəngli gödəkçəsinin sol cibindən bir ədəd kibrit qutusunun içərisində 02 ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda 0,42 qram və 0,36 qram çəkidə psixotrop maddə metamfetamin və 06 ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda 0,39 qram, 0,52 qram, 0,33 qram, 0,44 qram, 0,35 qram və 0,48 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana аşkar edilərək götürülmüşdür. İş materiallarında olan Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Qasım Hüseynov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən video diskə baxış zamanı müəyyən edilmişdir ki, müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona verilən sualları tam şəkildə cavablandıraraq xx.xx.2025-ci il tarixdə, saat 15:44-də Masallı şəhəri, H.Əliyev prospektində polis əməkdaşları tərəfindən saxlanılaraq üzəri yoxlanılan zaman əynində olan qara rəngli gödəkçəsinin sol cibindən bir ədəd kibrit qutusunun içərisində 02 ədəd gümüşü rəngli kağız bükümlərdə psixotrop maddə metamfetamin və 06 ədəd şəffaf rəngli sellofan bükümlərdə narkotik vasitə qurudulmuş marixuana аşkar edildiyini səmimi etiraf etmişdir. İş materiallarında olan Masallı Rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsinin 11 mart 2025-ci il tarixli 19/110 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş iki ədəd bükümdə psixtrop maddə olan metamfetaminə bənzər maddələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,250 qram, 0,283 qram, ümumi təmiz çəkisi 0,533 qram olan ağ rəngli kristallardan ibarət olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 06 ədəd bükümdə olan qurudulmuş mariuxanaya bənzər kütlələr....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 6 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,394 qr, 0,313 qr, 0,428 qr, 0,269 qr, 0,412 qr, 0,263 qram ümumi təmiz çəkisi-2,079 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş mariuxuanalardır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkibilərinə görə bir-biri ilə eynidirlər (Metamfetaminin ümumi təmiz çəkisi 0,533 qram, tədqiqata sərf edildi 0,1 qram (hər ob. 0,05 qr) qram, qalıq-0,433 qram. Mariuxananın ümumi çəkisi 2,079 qr, cəmi tədqiqata sərf edildi-0,3 qr (hər ob.0,05 qr) qalıq-1,779 qram). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsinin 18 aprel 2025-ci il tarixli, 19/147 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 2 büküm metamfetamin və 6 büküm mariuxanaya Rəy № 19/110...” və “Şahid3 üzərində aşkar edilmiş 1 büküm metamfetamin Rəy № 19/121...” sözlər və imzalar olan 2 ədəd zərfdəki, ümumilikdə 3 ədəd bükümdə metafetaminlər, kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynidirlər; “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 2 büküm metafetamin və 6 büküm mariuxuana Rəy №19/110...” və Şahid4 aşkar edilmiş 1 büküm mariuxana Rəy № 19/124...” sözlər və imzalar olan 2 ədəd zərfdəki ümumilikdə 7 büküm mariuxuanalar, bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər (Metamfetaminin ümumi təmiz çəkisi 0,433 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq- 0,383 qram. Mariuxananın ümumi çəkisi 1,779 qr, cəmi tədqiqata sərf edildi-0,05 qr, qalıq- 1,729 qram). İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər narkoloji xəstəxanasının ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 12 mart 2025-ci il tarixli, 142 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X5 12 mart 2025-ci il tarixli, 172 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs boynun ön hissəsinin sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs aşkar olunan xəsarət onun bədəninin öz əli çatan nahiyəsində yerləşmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Əsədov X3 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 32.5,206.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3, 68.1.1-1, 69.3 və 67.1-ci maddələrinə əsasən 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 il 11 ay müddətindən vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götrülməmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1 (050)- 118/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə o, dərhal məhkəmə iclas zalından həbs edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Həmin Məcəllənin 61.1 və 61.1.1-ci maddələrinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Eyni Məcəllənin 65-ci maddəsinə görə residivə, təlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Qeyd olunan Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs əvvəllər qəsdən ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, təyin olunmuş cəzadan bir nəticə çıxarmayıb məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən hazırkı cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətin residivi yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş şərti olaraq vaxtından əvvəl azad edilməsi dövründə, cəzanın çəkilməmiş hissəsi ərzində yenidən qəsdən az ağır cinayət əməli törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş 1 il 11 ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilməli və ona CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü müddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci müddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, əvvələr də eyni xarakterli cinayət əməli törətdiyi üçün məhkum olunmasını, məhkumluğunun ödənilməməsini və ya götürülməməsini, eyni zamanda narkotik vasitələrin aludəçisi olduğunu və narkomaniya xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi və onun cəzasının çəkilməmiş qalan 1 il 11 ay şərti olaraq vaxtından əvvəl azad edilməsinin ləğv olunaraq, ona CM-nin 67-ci maddəsinə əsasən qəti cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 15:44-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən buraxılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 180 (bir yüz səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,383 qram psixtrop maddə metamfetamin və ümümi çəkisi 1,729 qram narkotik vasitə qurudulmuş mariuxuana məhv edilməli, iş üzrə maddi sübut olan 06 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 1 (bir) il 11 (on bir) ay müddətə şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin edilmiş cəzaya Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli qərarı ilə çəkilməmiş qalan 1 (bir) il 11 (on bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası qismən birləşdirilsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 mart 2025-ci il tarixdən 12 mart 2025-ci il tarixədək həbsdə saxlandığı müddətin bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesabı ilə hesablanmaqla, üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 11 iyun 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilsin və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 180 (bir yüz səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,383 qram psixitrop maddə metamfetamin və ümumi çəkisi 1,729 qram narkotik vasitə qurudulmuş mariuxuana məhv edilsin. İş üzrə maddi sübut 06 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar