Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-119/2023 15.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X7 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Xüsusi ittiham üzrə şikayətçi X2 iştirakları ilə. X4 və X1 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham üzrə şikayətçi X5 xüsusi ittiham qaydasında şikayət verərək X4 və X1 barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət işi başlanmasını xahiş etmişlər. Xüsusi ittiham üzrə şikayət onunla əsaslandırılmışdır ki, Masallı rayon Ərkivan qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə Masallı rayon Ərkivan qəsəbəsində kafedə Masallı rayon Ərkivan qəsəbə sakinləri olan X4 və X3 birlikdə yemək yemişlər. Kafeni işlədən şəxs Müşfiq adlı şəxs olmuşdur. Bəhruz və Səbinə yedikləri yeməyin pulunu verməmiş və çıxıb gediblər. Bundan sonra Müşfiq oan telefonla zəng edib onların telefon nömrələrini bilib-bilmədiyini soruşmuşdur. O, da Bəhruz və Səbinənin telefon nömrələrini bilmədiyini bildirmişdir. Sonra Müşfiq onların telefon nömrələrini haradansa öyrənib və onlara zəng edib və onlar Müşfiqin kafesinə gəliblər. Həmin vaxtda Bəhruz onun barəsində təhqirəramiz sözlər işlətmişdir. Belə ki, Bəhruz demişdir ki, “o kimidir ki mənim telefon nömrəmi Müşfiqə verib, Tapdığın ağzına pox qoyaram” və bu şözü bir neçə dəfə təkrar etmişdir. Səbinə isə onun barəsində demişdir ki, “Tapdıq heç mənim ayağımın tozu da deyil, o kimdir ki, mənim telefon nömrəmi Müşfiqə verib, onun əkənibiçəni belə-belə olsun”. Halbuki, o, onların telefon nömrələrini bilmir və heç kimə də verməmişdir. Bunu kafe işlədən Müfiq də öz ifadəsi ilə təsdiq edə bilər. Onların səs yazısı Müşfiqin telefonunda vardır. Beləliklə, Bəhruz və Səbinə heç bir əsaslı səbəb olmadan ictimai yerdə, kafedə telefon vasitəsi ilə onun barəsində təhqirli sözlər işlədiblər və ona qarşı şər böhtan atıblar. Onların ona qarşı etdikləri cinayət əməlləri barədə Masallı rayon polis Şöbəsində şikayətini bildirmişdir. Polis sahə müvəkilinin deməsinə görə güya onları xx.xx.2023-cü il tarixdə axşamüstü dindirib və izahatlarını almışdir. Lakin onu işlə tanış etməmiş, onu dəvət etməmiş, onun fikrini dinləməmiş qərar qəbul etmişdir. Ona izah olunmuşdur ki, qərardan narazı qaldığı təqdirdə məhkəməyə şikayət etmək hüququ vardır. Odur ki, onu ictimai yerdə, telefon vasitəsi ilə təhqir etdiklərinə və barəsində yalan məlumat verdiyinə görə X4 və X3 müvafiq qaydada cəzalandırılmalıdır. Bu səbəbdən məhkəməyə müraciət etmişdirm. Məhkəmə iclasında xüsusi ittiham üzrə şikayətçi X5 xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsini və məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə xüsusi ittiham üzrə şikayəti və dəlillərini araşdıraraq hesab edir ki, məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1.-293.3.7.-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyil. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: -293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); -293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); -293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; -293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; Verilmiş şikayətin məzmunundan göründüyü kimi yuxarıda sadalanan məlumatlar şikayətdə qeyd olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3. və 299.3.3.-cü maddələrinə əsasən məhkəmə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması məsələsinə baxır. Həmin Məcəllənin 300.1. və 300.1.3.-cü maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1. və 302.1.3-cü maddələrinin tələbinə görə şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respubliası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarının 10 bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 37-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin ərizəsi əsasında CM-nin 147 (böhtan), 148 (təhqir), 165.1 (müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (ixtiraçılıq və patent hüquqlarını pozma) maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan zərər çəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isə - təqsirləndirilən şəxs qismində tanınırlar. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarının 12 bəndinə əsasən, kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Məhkəmə göstərilən prosessual tələblərə əsasən qeyd edir ki, verilmiş xüsusi ittiham üzrə şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyil. Ona görə də məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300-302-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı üçün məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-119/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-119/2023
15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver