Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-119/2025 15.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Masallı şəhəri, Seybətin küçəsi ev 9-da yaşayış yeri üzrə daimi qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən əldə etdiyi çətənə bitkisi toxumlarını Masallı şəhəri Seybətin küçəsi ərazisində yerləşən açıq otlaq sahəsində qanunsuz olaraq 2025-ci ilin fevral ayının əvvəllərində 05 ədəd plastik qabda əkib onlara aqrotexniki qaydada qulluq göstəməklə həmin qablarda ümumilikdə 05 ədəd çətənə bitkilərini yetişdirib kultivasiya etmiş, xx.xx.2025-ci il tarixdə saat 23:40-da Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib-becərməkdə, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərməkdə və istifadə etməkdə şübhəli olduğundan Masallı şəhəri Seybətin ərazisində yerləşən otlaq sahəsində saxlanılıb üzərinə və saxlandığı əraziyə baxış keçrilən zamanı oradan 05 ədəd plastiq qabda əkilib-becərilməsi qanunla qadağan edilmiş yaş vəziyyətdə ümumi təmiz çəkisi 1,236 qram təşkil edən 05 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 14 aprel 2025-ci il tarixdə gecə saatlarında Masallı şəhəri Seybətin küçəsində yaşadığı evin qarşısında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanıldığı zaman onun yanında 5 ədəd plastik qabda əkib-becərdiyi çətənə bitkisi olmuşdur. Həmin çətənə bitkisinin toxumlarını isə uzun müddət öncə əldə edib saxlamışdır. O, həmin vaxt əkdiyi həmin narkotik tərkibli bitkiləri atmaq üçün yaşadığı evdən çıxarmışdır. Lakin atmağa macal tapmadan polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxsi istifadəsi üçün əkib becərmişdir, satış məqsədi olmamışdır. Tutulduğu vaxtdan və azadlığa çıxdığı gündən ötən 5 il ərzində narkotik vasitələrdən istifadə etməmişdir. Lakin qış fəsli olduğu üçün bekarçılıq olduğundan həmin toxumları əkmişdir. Lakin həmin bitkilərə aqrotexniki qulluq etməmiş, sadəcə suvarmışdır. Hazırda əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 14 aprel 2025-ci il tarixdə axşam vaxtı yaşadığı evdə olduğu zaman Masallı RPŞ-nin əməkdaşları ona zəng edərək əməliyyat-axtarış tədbiri olduğunu bildirib onu yaşadığı evdən götürmüşlər və birlikdə hadisə yerinə getmişlər. xx.xx.2025-ci il tarixdə saat 23-24 radələrində qrup üzvləri ilə birlikdə Masallı şəhəri, Seybətin küçəsi ərazisinə getmişlər. Masallı şəhəri, Seybətin küçəsində yerləşən təzə məhəllələrin birində Təqsirləndirilən şəxs boş otlaq sahəsinin yanında olduğunu görmüşlər və həmin vaxtı videoçəkilişlə ona yaxınlaşmışlar. Həmin vaxt həmin şəxsin yanında dəmir tor çəmərin kənarında 5 ədəd dibçək olmuşdur. Tərəfimdən bitiklərin əkildiyi qablara və birkilərə baxış zaman müəyyən olmuşdur ki, həmin bitkilər aqrotexniki qayda əkilib-becərilmiş, quluq edilmiş 5 ədəd narkotik tərkibli çətənə bitkiləridir. Saxlanılan şəxs həmin vaxt əməlini etiraf edərək aşkar olunmuş çətənə bitkilərinin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Aşkar edilmiş 05 ədəd çətənə kollarının əkilib becərilməsi, onlara aqrotexniki qaydada qulluq göstərilməsi ilə bağlı rəy verilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Eşqiəli oğlu ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə ona Masallı şəhəri, Seybətin küçəsi ev 9-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə edib üzərində gəzdirməkdə, istifadəsində və narkotik xassəli bitkilərin əkilib-becərilməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə Masallı RPŞ-nin rəisinə məruzə etmişdir. Bundan sonra əməliyyat istintaq qrupu yaradılmış və qrup rəhbəri kimi o, təyin olunmuşdur. Qrupun digər üzvləri isə CAB-nin əməliyyat müvəkkili Şahid2, Azərbaycan Respublikası DAİM-in (X14 Mərkəzi) bitki mühafizəsi və fumiqasiyası üzrə baş aqronomu Şahid4 və RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti Şahid3 təyin edilmişdir. Həmin gün saat 23 radələrində məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs Masallı şəhəri, Seybətin küçəsi ərazisində piyada hərəkətdədir və onlar həmin istiqamətə getmişlər. Saat təxminən 23:40 radələrində Masallı şəhəri, Seybətin küçəsində Təqsirləndirilən şəxs boş sahədə dayandığını görmüşlər və videoçəkilişlə ona yaxınlaşıb Təqsirləndirilən şəxs özünü təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib müdafiə hüququnun olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzəri onun icazəsi ilə yoxlamağa başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunla qadağan olunan əşya və prediment aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs saxladıqları yerin yanında olan dipçəkləri görüb dipçəklərin ona məxsus olub-olmamasını və onların nə olmasını soruşduqda o, yaxınlığda olan dipçəklərin ona məxsus olmasını bildirmişdir. Dibçəklərdə təxminən 2 ay bundan əvvəl narkotik tərkibli marixuana, çətənə kolları əkdiyini demişdir. Həmin çətənə bitkilərinə tərəfindən baxış keçirilərək götürülmüş və qablaşdırılmışdır. Həmin narkotik tərkibli çətənə kollarını öz bədənində ağrıları olduğuna görə əkmişdir ki, yetişdikdən sonra istifadə etsin. Orada durmasının məqsədi isə onları əkdiyi yerdən çıxarıb yerini dəyişib başqa yerə aparmaq olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 Eşqiəli oğlu ilə eyni məzmunlu ifadələr verdilər. Cinayət işinin materiallarında olan əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi ilə əlaqədar yerində baxış keçirilməsinin video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nın əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, Masallı RPŞ-nin Kriminalistik tədqiqatlar qrupunun baş inspektoru Şahid3, Masallı rayon Bitki mühafizəsi mərkəzinin rəisi (aqranom) Şahid4 tərəfindən Masallı RPŞ-yə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib-becərməsi, həmin kollara aqrotexniki qaydada qulluq göstərməsi və kultivasiya etməsi, eyni zamanda qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi və istifadə etməsi ilə məşqul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 14 aprel 2025-ci il tarixdə, saat 23:40-da Masallı şəhəri Seybətin küçəsində saxlanılaraq üzəri yoxlanılan zaman üstündən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamış, Təqsirləndirilən şəxs yanında olan dipçəklərin ona məxsus olub-olmaması və onların nə olması soruluduqda o, yaxınlığında olan dipçəklərin ona məxsus olmasını və içərisində kultivasiya üsulu ilə yetişdirilmiş çətənə kollarının olduğunu demişdir. Əməliyyat müvəkkili tərəfindən dipçəklərdəki çətənə kollarına oxşar kollar hər biri çıxarılaraq ilk öncə uzunluqları ölçülümüş və birinci kolun 29 sm, ikinci kolun 26 sm, üçüncü kolun 17 sm, dördüncü kolun 17 sm və beşinci kolun 24 sm təşkil etmişdir. Sonra aşkar olunmuş 5 ədəd kollar birlikdə elektron tərəzidə çəkilmişdir və və ümumi çəkisinin 3,06 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin həmin çətənə kollarına bənzər bitki orada içi boş olan kağız zərfə qoyaraq qablaşdırmışdr. Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X7 tərəfindən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı aşkar edilmiş əşyalara keçirilən baxışın video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nın əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, Masallı rayon Bitki mühafizəsi mərkəzinin rəisi (aqranom) Şahid4 tərəfindən əməliyyat-axtarış tədbiri zamanı saxlanılan Təqsirləndirilən şəxs saxlanıldığı zaman aşkar edilərək qablaşdırılmış maddə olan zərf və baxış keçirilməsi barədə video görüntünü əks etdirən CD disk təhqiqatçıya təqdim edilmişdir. Təqdim edilmiş zərfdəki bükümə təhqiqatçı baxış keçirən zaman 01 ədəd bükümdə 05 ədəd çətənə (kannabis) bitkilərinə bənzər kollar olmuş, həmin kollar hər biri ayrı-ayrılıqda ölçüldüyü zaman kolların birinci 17 sm uzunluqda, ikinci 27 sm uzunluqda, üçüncü 21 sm uzunluqda, dördüncü 14 sm uzunluqa və beşinci 15 sm uzunluqda çətənə kollarına bənzər bitkilər aşkar olunmuşdur. Bundan sonra həmin narkotik vasitə olan çətənə kollarına bənzər bitkilər elektron tərəzidə çəkilmiş və 05 ədəd bitkilərin ümumi çəkisinin 3,02 qram olmuş, daha sonra təhqiqatçı tərəfindən iştirakçılarla bərabər Təqsirləndirilən şəxs yerində saxlanılmaqla üzərinə baxış keçirilməsini əks etdirən CD diskə baxış keçirilmişdir. Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru X6 tərəfindən müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən CD diskə məhkəmə iclsasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona verilən sualları tam şəkildə cavablandıraraq törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Məhkəmə-bioloji” eskpertizasının 15 aprel 2025-ci il tarixli, 19/156 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş çətənə kollarına bənzər bitki...” sözlər və imzalar olan bir ədəd zərfdəki, ümumi sayı 05 (beş) ədəd, ümumi təmiz çəkisi: -1,236 qram olan yaş vəziyyətdə bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir (çətənə bitkilərinin təmiz çəkisi 1,236 qram, cəmi tədqiqata istifadə olundu-0,25 qram, (hər ob.- 0,05 qr) qalıq-0,986 qr). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X10 Yoxlamanın nəticələrinə dair 16 aprel 2025-ci il tarixli 210 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2, 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 1(049)-207/2020 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 01 (bir) il, 05 (beş) ay, 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası, hazırki hökm ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 (altı) ay azaldılmışdır. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı şəhəri, Seybətin küçəsi, ev 9-da qeydiyyatda olmaqla anası xx.xx.1957-ci il təvəllüdlü X5, arvadı xx.xx.1993-cü il təvəllüdlü X3, övladları xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X2 ibarət ailə tərkibində yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, eləcə də, işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını CMnin 59.1.4-cü maddəsinə əsasən, törətdiyi cinayət əməlinə görə peşman olmasını və əməlini səmimi etiraf etməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini (onun əvvəllər dəfələrlə cinayət törətməsi və məhkum olunmasını), törətdiyi cinayət əməllərinin ictimai təhlükəliliyini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduqda təmin edilə bilər. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş şəxsdir. Onun məhkumluğu ödənilsədə belə onun yenidən cinayət əməli törətməsi onu göstərir ki, o, islah olunmamışdır. Bu səbəblə də o, azadlıqdan məhrum etmə ilə əlaqədar cəza çəkməklə islah oluna, həmçinin həmin növdə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən cəza təyin edərkən Təqsirləndirilən şəxs şəxsiyyətini pis səciyyələndirməklə ona daha sərt cəza olan azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2025-ci il tarixdə saat 23:40-da şübhəli şəxs qismində tutulmuş və 16 aprel 2025-ci il tarixdə saat 17:20-də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi nəzərə alınmaqla cəza təyin etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsində göstərilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 15 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə isə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,986 qram olan yaş vəziyyətdə bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi, əməliyyat axtarış tədbirlərini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi və şübhəli şəxs qismində dindirilməsi barədə videogörüntüləri özündə əks etdirən 03 (üç) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkoloji ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli 15 iyul 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,986 qram olan yaş vəziyyətdə bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanılarkən üstünün yoxlanılması və əşyaların götürülməsi, əməliyyat axtarış tədbirlərini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi və şübhəli şəxs qismində dindirilməsi barədə videogörüntüləri özündə əks etdirən 03 (üç) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-119/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-119/2025
15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver