Məhkəmə qərarları › İş №1(050)-12/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-12/2024

10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-12/2024 10.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 1996-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(050)-102/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 2 ay 12 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzası başa çatmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Yardımlı şəhərində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə 30 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində Masallı şəhəri, Dadva İİ küçəsində yerləşən fərdi yaşayış evinin giriş darvazasının qarşısında məhəllə yolda dayanmış vəziyyətdə olan Masallı şəhər sakini Zərərçəkmiş şəxs məxsus “BMW minik” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin ön sağ yan şüşəsinin açıq olmasından istifadə edərək ön sərnişin oturacağının üzərində olan 01 ədəd “Condtrol Vector” firmasının 2014-cü il istehsalı, Almaniya buraxılışı, 30 metr məsafə ölçən 400 manat dəyərində lazer metrə aparatını, 01 ədəd “Tudors” firmasının istehsalı, qara rəngli, 130 manat dəyərində kişi gün eynəyini və 01 ədəd “Dolce Gabbana” firmasının istehsalı, qara rəngli, 170 manat dəyərində kişi gün eynəyini gizli yolla talayaraq Zərərçəkmiş şəxs 700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 02 oktyabr 2023-cü il tarixdə, saat 12 radələrində Masallı şəhəri, C.Cabbarlı küçəsində saxlanılaraq RPŞ-yə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman sol əlində saxladığı sarı rəngli sellofan paketdə təmiz çəkisi 400 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkomaniya xəstəliyindən əziyyət çəkir. Maddi durumu yaxşı olmadığından narkotik vasitə almaqdan ötrü oğurluq etmək qərarına gəlmişdir. 30 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində Masallı şəhəri, Dadva İİ küçəsində yerləşən məhəllə yoldan təsadüfən piyada keçərkən fərdi yaşayış evinin giriş darvazasının qarşısında saxlanılmış “BMW” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ön sağ yan şüşəsinin yarımaçıq vəziyyətdə olmasını görüb, şüşəni əli ilə aşağı sıxaraq pəncərəni tam açmış və avtomobilin ön sərnişin oturacağının üzərində 2 ədəd kişi gün eynəyini və 1 ədəd lazer metrə aparatını görüb oğurlayaraq avtomobilin yanından uzaqlaşmışdır. Daha sonra oğurladığı 1 ədəd lazer metrə aparatı və 1 ədəd kişi gün eynəyini yaşadığı binanın blokunda yerləşən pəncərədə dibçəyin arxasında gizlətmiş, digər 1 ədəd kişi gün eynəyini isə özü istifadə edərkən şüşəsini ehtiyatsızlıqdan qırmış və həmin eynəyi Masallı şəhəri ərazisində xatırlamadığı yerdə zibilliyə tullamışdır. Oğurladığı əşyaları müştəri tapacağı halda satıb pul əldə etmək fikrində olmuşdur. 02 oktyabr 2023-cü il tarixdə səhər saatlarında yaşadığı evdə yuxudan oyandıqda bədənində ağrılar olduğundan Lənkəran rayonu, Qumbaşı kəndinə gedərək orada tanımadığı şəxsdən 1 ədəd yapışqan lentlə bağlanmış bükülüdə narkotik vasitə olan qurudulmuş marixuana alıb yaşadığı Masallı şəhərinə qayıtmışdır. Həmin sellofanı gizlətmək üçün yer axtararkən 02 oktyabr 2023-cü il tarixdə, saat 12 radələrində Masallı şəhəri, C.Cabbarlı küçəsində iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmaraq, xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını, üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə və istifadəsində şübhəli olduğunu bildirərək Masallı rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilərək hüquqlarının müdafiəsi üçün Masallı rayon Vəkil Bürosunun vəkil Müdafiəçi dəvət edilmişdir. Sonra təhqiqatçı ona videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyini bildirərək üzərində qanunla qadağan olunmuş hər hansı bir maddə və ya əşya varsa təqdim etməsini təklif etdikdə, o, sol əlində saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan paketi və əynində olan şalvarın sol yan cibindən 1 ədəd alışqanı çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd bükülüdə narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, çəkisinin 425 qram olduğu müəyyən olunmuş və zərfə qoyularaq qablaşdırılmışdır. Bütün bunlar barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmıçdır. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən gəncliyini və narkomaniya xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq, barəsində mümkün qədər yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri, onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin və elan olunmuş zərərçəkmiş şəxsin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Masallı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 02 oktyabr 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbulunda, üzərində gəzdirməsində və istifadəsində şübhəli olması qeyd olunmuşdur. Həmin məlumat üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılıb Masallı RPŞ-yə gətirilməsi ilə əlaqədar tərəfindən “Təxirə salınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi” haqqında qərar qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində Masallı şəhəri, C.Cabbarlı küçəsində Təqsirləndirilən şəxs saxlanılmış, həmin vaxtı orada sonuncunun üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığına Masallı RPŞ-yə dəvət edilmişdir. Polis şöbəsində təhqiqatçı Abbasağa Paşayev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına öz istəyi əsasında Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçisi qismində təyin edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində video çəkiliş aparılmaqla axtarış keçiriləcəyi bildirilərək, üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, könüllü olaraq təqdim etməsi təklif olunduqda, sonuncu sol əlində saxladığı sarı rəngli sellofan paketi və əynində olan şalvarının sol yan cibindən 1 ədəd alışqanı çıxardıb təqdim etmişdir. Sonra edilən sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin sellofan paketin içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, narkotik vasitəni Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 300 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan paketdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisinin 425 qram olması müəyyən edilmiş, zərfə qoyularaq qablaşdırılmışdır. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs əynində olan geyim əşyalarına şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş başqa hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Bütün bunlarla bağlı protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs ətrafında tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq sonuncunun xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində Masallı şəhər sakini Zərərçəkmiş şəxs məxsus Masallı şəhəri Dadva İİ küçəsində yerləşən məhəllədə dayanmış vəziyyətdə olan “BMW minik” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağının üzərində olan 1 ədəd lazer metrəni və 2 ədəd kişi gün eynəyini oğurlaması müəyyən edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Zərərçəkmiş şəxs cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, 30 sentyabr 2023-cü il tarixdə saat 19 radələrində özünə məxsus olan “BMW minik” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə işdən Masallı şəhəri, Dadva küçəsində yerləşən fərdi yaşayış evinin qarşısına gəlmiş, avtomobili məhəllədə evinin giriş darvazasının qarşısında saxlamış və avtomobildən düşərkən avtomobilin ön sərnişin oturacağı tərəfdən sağ yan şüşəsini havalanma olması üçün tam axıra kimi yuxarı qaldırmamışdır. Həmin günü gecə evdə gecələmiş və səhəri, yəni 01 oktyabr 2023-cü il tarixdə səhər saatlarında yenidən işə getməkdən ötrü avtomobilə yaxınlaşmışdır. Həmin vaxtı avtomobilin ön sərnişin oturacağının sağ yan şüşəsinin tamamilə aşağı endirildiyini görüb, avtomobilə yaxınlaşıb qapısını açdıqda salonun ön sərnişin oturacağının üzərinə qoyduğu 2 ədəd kişi gün eynəyi və 1 ədəd lazer metrənin orada olmamasını görmüşdür. Təxminən 1 saat məhəllədə gəzişib avtomobildən oğurluq etmiş şəxs və ya şəxsləri müəyyənləşdirməyə çalışmış, lakin hər hansı bir nəticə əldə etməmiş və həmin günü Masallı RPŞ-yə gedib avtomobilindən oğurluq edilməsi ilə bağlı şikayət ərizəsi yazmışdır. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar 01 ədəd “Condtrol Vector” firmasının 2014-cü il istehsalı, Almaniya buraxılışı, 30 metr məsafə ölçən 400 manat dəyərində lazer metrə, 01 ədəd “Tudors” firmasının istehsalı, qara rəngli, 130 manat dəyərində kişi gün eynəyi və 01 ədəd “Dolce Gabbana” firmasının istehsalı, qara rəngli, 170 manat dəyərində kişi gün eynəyi oğurlanmışdır. Oğurlanmış əşyalardan 1 ədəd lazer metrə və dəyəri 130 manat olan 1 ədəd gün eynəyi özünə qaytarılmış, dəyəri 170 manat olan gün eynəyi və ya onun dəyəri qaytarılmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək ona vurulmuş ziyanın qismən ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi və iddiası olmadığını qeyd edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan video diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, Masallı RPŞ-nin Kriminalistik TQ-nun baş inspektor kriminalisti, polis baş leytenantı X5 iştirakları ilə Masallı RPŞ-nin TB-nin təhqiqatçısı X6 tərəfindən Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçılara təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs sol əlində saxladığı sarı rəngli sellofan paketi və əynində olan şalvarının sol yan cibindən 1 ədəd alışqanı çıxardıb təqdim etmişdir. Sonra edilən sorğusual zamanı Təqsirləndirilən şəxs həmin sellofan paketin içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, narkotik vasitəni Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 300 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş, həmin kütlənin çəkisinin 425 qram olduğu müəyyən olunmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs əynində olan paltarlarına şəxsi-axtarış davam etdirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş hər hançı əşya əşkar edilməmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(050)- 100/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 03 oktyabr 2023-cü il tarixli 19/905 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bükülüdə təmiz çəkisi:- 400 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (Marixuananın təmiz çəksi-400 qr., cəmi tədqiqata sərf olundu-0,1 qr, qalıq-399,9 qram). İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X1 X2 dair 04 oktyabr 2023-cü il tarixli 937 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin stimulyatorların və kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan qəzdən görünür ki, iş üzrə maddi sübut olan 1 ədəd lazer metrə və 1 ədəd kişi gün eynəyi Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(050)-102/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 2 ay 12 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzası başa çatmış, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Həmin Məcəllənin 61.1 və 61.1.1-ci maddələrinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Eyni Məcəllənin 65-ci maddəsinə görə residivə, təlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Qeyd olunan Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır (eyni xarakterli) cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, təyin olunmuş cəzadan bir nəticə çıxarmayıb məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən hazırkı cinayət əməllərini törətmiş və bununla da onun əməlində cinayətin residivi yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Onun əməlində cinayətin residivi isə cəzasını ağırlaşdıran haldır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını ağırlaşdıran halın olmasını, habelə narkotik vasitələrin aludəçisi olduğunu, narkomaniya xəstəliyindən əzab çəkdiyini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. Eyni zamanda Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində polinarkomaniyadan məhburi müalicə olunmalı və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 399,9 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut olan 1 ədəd lazer metrənin və 1 ədəd kişi gün eynəyinin Zərərçəkmiş şəxs qaytarılması və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 02 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə polinarkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 399,9 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar