Məhkəmə qərarları › İş №1(050)-122/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-122/2023

22.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-122/2023 22.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, şikayət vermiş şəxs Сabbarov Hüseyn Həsən oğlunun, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 iştirakları ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X6 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şikayət vermiş şəxs X10 məhkəməyə xüsusi ittham qaydasında şikayətlə müraciət edərək X5 xüsusi ittiham qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi barədə ittihamedici hökm çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Viləş kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Masallı rayonu, Viləş kənd sakini X9 xx.xx.2023-cü il tarixdə kəndin içində küçədə həyat yoldaşı X1 təhqir etmişdir. Bununla əlaqədar xx.xx.2023-cü il tarixdə DİN-nin “102” xidmətinə məlumat verilmişdir. Masallı rayon Polis şöbəsində şikayətinə baxılmışdır. X9 izahatında həyat yoldaşı X2 təhqir etdiyini etiraf etmişdir. Buna səbəb isə oğlunun Qalib Əliyevin qızını qaçırması olmuş, buna görə Qalib Əliyev həyat yoldaşını söyüb təhqir etmişdir. Qalib Əliyevin qızı ilə oğlu bir-birini sevib ailə qurmuşdular. Hazırda da birlikdə normal yaşayırlar. X9 əvvələr də məhkum olunmuşdur, uzun illərdir ki, sərxoşluq edir. O, kəndin içində küçədə bir neçə dəfə onun həyat yoldaşını söyüb təhqir etmişdir. Qalib Əliyev onun özünü də dəfələrlə küçədə təhqir etmişdir. Hətta o, öz qızının barəsində də söyüş söymüşdür. Əliyev Qalib hətta bir dəfə onun tövləsini yandırmaq istəmiş, lakin bundan xəbər tutub dərhal tövlənin alışıb yanmasının qarşısını almışdılar. Qalib Əliyev onu ölümlə hədələyir, evini yandıracağını deyir. Bir il yarımdır ki, Qalib Əliyevin qızı onun evinə gəlin gəlmiş, həmin vaxtdan da Qalib Əliyev onlara rahatlıq verməmişdir. Onu və həyat yoldaşını söyüb təhqir edir. Deyir ki, heç kimdən qorxmur, ruhi xəstədir. Əgər həqiqətən xəstədirsə, xəstəxanaya yerləşdirilməlidir. Cinayət əməli Masallı rayonu ərazisində törədilmişdir. Odur ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittihamedici hökm çıxarılmalıdır. Məhkəmə iclasında şikayət vermiş şəxs şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 şikayəti qəbul etməyərək, göstərdi ki, X10 həmkəndlisidir. Əvəvllər ədavət və düşmənçilyi olmamışdır. Hüseyn Cabbarov arvadı Mehparə Cabbarova ilə birlikdə qızını oğullarına alamq üçün elçi gəlmişlər, lakin qızını verməmişdir. Buna baxmayaraq, Mehparə Cabbarova yenidən baldızı ilə birlikdə elçiliyə gəlmiş, yenə də qızını onlara verməyəcəyini bildirmiş, Mehparə Cabbarova isə qızını qaçırdacaqlarını demişdir. Üzərindən bir müddət keçmiş Hüseyn Cabbarovun oğlu onun qızını qaçırmış, bundan sonra Hüseyn Cabbarovun arvadı ilə kənddə rastlaşdığı zaman qızı qaçırıldığına görə əsəbli olduğundan aralarında narazlıq yaranmışdır. Qızının ali təhsil almasını istəsə də, Hüseyn Cabbarovun ailəsi buna imkan verməmişdir. Sonda Q.Ə.Əliyev şikayətin məhkəmənin icraatına qəbul edilməsinə etiraz etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1, 299.3 və 299.3.3cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərərçəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirir. 293.3.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilməlidir; 293.3.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətdə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməlidir; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.6-cı maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətdə şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir; 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçının dəlillərini nəzərdən keçirərək məhkəmə hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar doğulduğu il, məşğuliyyət növü və vəzifəsi, həmçinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin nə vaxt törədilməsi, şikayətdə göstərilən halın hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir. Bundan başqa, xüsusi ittiham qaydasında şikayətdə şikayətin verildiyi yer də göstərilməmişdir. Beləliklə, məhkəmə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında verilmiş şikayətdə şikayət vermiş şəxs haqqında məlumatların (doğulduğu il və məşğuliyyət növü, vəzifəsi), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin nə vaxt törədilməsinin, şikayətin verildiyi yerin və şikayətdə göstərilən halın hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyinin göstərilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X10 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar