Məhkəmə qərarları › İş №1(050)-123/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-123/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-123/2025 09.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs Nağdıəli oğlunun iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında 20 avqust 1988-ci ildə Lənkəran rayonu, Diryan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Boradigah qəsəbəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Nağdıəli oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Nağdıəli oğlu 23 may 2025-ci il tarixdə, saat 14 radələrində Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən otlaq sahədə tanışı Zərərçəkmiş şəxs ilə zarafat etdikləri zaman aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı əlindəki yaba ilə sonuncunun sifət nahiyyəsinə qəsdən bir dəfə vuraraq Zərərçəkmiş şəxs burun sümüynün yerini dəyişən sınığı, burnun sağ yan hissəsinin sıyrığı və sol gözaltı nahiyyənin qançırı ilə nəticələnən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid olan bədən xəsarətləri yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Nağdıəli oğlu Azərbaycan Respublikası CMin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmənin iclası zamanı Təqsirləndirilən şəxs Nağdıəli oğlu Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilib, zərərçəkmiş şəxs X3 ilə barışdığını, ona dəymiş ziyanı tamamilə ödədiyini və sonuncunun ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edib bu barədə olan ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmənin iclası zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Nağdıəli oğlunun dediklərini təsdiq edərək hazırda həmkəndlisi Təqsirləndirilən şəxsla barışdığını, ona dəymiş ziyanı tamamilə ödədiyini, ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edib bu barədə olan ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 Masallı MTE və PA şöbəsinin xx.xx.2025-ci il tarixli 411 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun sümüyünün yerdəyişən sınığı, burnun sağ yan hissəsinin sıyrığı və sol gözaltı nahiyyənin qançırı müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yumruq və yaba ilə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərardad qeyd olunan 23 may 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nağdıəli oğlu əvvəllər məhkum olunmamışdır. İşin məhkəmə baxışı zamanı Dövlət ittihamçısı çıxışında bildirdi ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Nağdıəli oğlu ilə barışdığından, ona vurulmuş ziyanı tamamilə ödədiyi üçün Təqsirləndirilən şəxs Nağdıəli oğlu Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmaqla barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs Nağdıəli oğlu zərərçəkmiş şəxslə barışdığından, ona dəymiş ziyanı tamamilə ödədiyindən və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsi mümkündür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Nağdıəli oğlunun törətdiyi Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulan əməl böyük ictimai təhlükə törətməyən cinayətdir. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Nağdıəli oğlunun Zərərçəkmiş şəxs ilə barışdığını və dəymiş zərərin aradan qalxdığına dair məhkəməyə təqdim edilmiş ərizələrini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs Nağdıəli oğlu CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət məsuliyyətindən azad edilməli və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 73.2, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Nağdıəli oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan 20 gün müddətində apelyasiya şikayəti və apelyasiya protesti verilmədikdə qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar