Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-124/2024 27.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı şəhəri, M.Ə.Sabir küçəsi, ev 5-də qeydiyyatda olan, barəsində hazırki cinayət işi üzrə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, daha sonra barəsində olan digər cinayət işi üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(050)-51/2024 saylı qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə axşam saatlarında Masallı şəhəri Digah küçəsində əvvəllər tanıdığı, Masallı şəhər sakini Şahid1 satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə olan heroini 10 manat pul müqabilində qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan 16 aprel 2024-cü il tarixdə, saat 14 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri 20 Yanvar küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi -0,216 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Masallı şəhər sakini əvvəllər tanıdığı Şahid1 10 manat verərək narkotik vasitə almışdır. Oruc onunla birlikdə ərzaq mağazasına getmiş və Oruc onun verdiyi həmin 10 manat pulla özünə mağazadan siqaret, tum və su almışdır. O, əvvəllər Orucdan narkotik vasitə almamış, lakin bir dəfə Orucla aralarında olan söhbət zamanı ona demişdir ki, nə vaxt narkotik vasitə olsa ona xəbər etsin. Bir müddət keçdikdən sonra Oruc ona zəng edərək onda narkotik vasitə olmasını bildirmiş və o, da Orucdan narkotik vasitə almışdır. Bədənində olan ağrılar səbəbindən narkotik vasitə istifadə edir. Hal-hazırda əməlindən peşmandır, polis tərəfindən saxlanılarkən ona hədə qorxu və ya fiziki təsir olunmamışdır. Barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitəni qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Qrup üzvləri kimi Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X8 və RPŞ-nin CAB-in əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 ibarət əməliyyat axtarış qrupu yaradılmışdır. Həmin gün saat 13 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri 20 Yanvar küçəsində yerləşən “Köhnə Bazar” adlanan ərazidəki bərbərxanada olması barədə məlumat əldə edib polis əməkdaşı Şahid3 ilə birlikdə həmin əraziyə getmiş, həmin yerdə Təqsirləndirilən şəxs bərbərxanadan bayıra dəvət edib özlərini təqdim etdikdən sonra sonuncuya üzərində narkotik vasitə gəzdirməsini və qəbulunda şübhəli olmasını bildirib, üzərində narkotik vasitə olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs heç bir cavab vermədiyi üçün onu Masallı RPŞ-yə gətirib, üzərinə şəxsi axtarışın keçirilməsi üçün raportla şöbə rəisinə məruzə etmişdir. Raportun icrası TB-nin təhqiqatçısı polis kapitanı Əli Sadıqova həvalə olunmuş, sonra təhqiqatçı Əli Sadıqov Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, Təqsirləndirilən şəxs öz istəyi ilə ona dövlət hesabına Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarının müdafiəçisi qismində təyin edilmişdir. Daha sonra təhqiqatçı X18 Hüseynova onun üzərində şəxsi-axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirib, üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs da əynində olan şalvarın sol yan cibindən bir ədəd “Nokia” markalı mobil telefonu və şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Daha sonra təhqiqatçı Əli Sadıqov tərəfindən bir ədəd büküm açılmış və içərisində narkotik vasitə heroin olduğu müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,29 qram olduğu müəyyən olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq, götürülmüş narkotik vasitə heroini haradan və kimdən əldə etdiyini soruşduqda sonuncu həmin narkotik vasitə olan heroini 3- 4 gün əvvəl tanışı Oruc adlı şəxsdən 10 manat pul müqabilində aldığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra həmin narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri DİN-in 90 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd “Nokia” markalı mobil telefonu kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri DİN-in 90 saylı möhürü ilə möhürlənərək, üzərinə imzalar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kiçik leytenantı əməkdaşı Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə heroin istifadə edir, təxminən 1 həftə əvvəl, dəqiq xatırlamadığı tarixdə Masallı şəhəri Qarabağ küçəsində piyada hərəkətdə olarkən zahirən narkotik vasitə istifadəçisinə oxşayan bir nəfər şəxs ona yaxınlaşıb 10 manata bir bükümdə narkotik vasitə heroin satdığını bildirmişdir. O, həmin şəxsi əvvəllər tanımadığından ondan ehtiyat etmiş, lakin, həmin şəxs uşağının xəstə olmasını və pula ehtiyacı olduğu üçün narkotik vasitə satdığını demişdir. O, bədənində ağrılar olduğu vaxtda istifadə etmək üçün və həmin şəxsə köməklik etmək məqsədilə həmin tanımadığı şəxsdən bir bükümdə narkotik vasitə heroin alıb, əynində olan şalvarının cibinə qoymuşdur. Daha sonra həmin şəxsin yanından uzaqlaşıb öz işləri ilə məşğul olmuş, xx.xx.2024-cü il tarixdə axşam saatlarında özünə pul lazım olduğu üçün əvvəllər tanıdığı Təqsirləndirilən şəxs zəng edib ona bir bükümdə narkotik vasitə heroinin olduğunu və həmin bükümü 10 manata sata biləcəyini demişdir. Təqsirləndirilən şəxs da onunla razılaşmış və onunla harada görüşə biləcəyini soruşmuşdur. O, da Ülviyə Masallı şəhəri Digah küçəsi ərazisinə gəlməsini bildirmiş və axşam dediyi yerdə görüşdükdən sonra o, Ülviyə bir bükümdə narkotik vasitə heroin verib 10 manat pulu sonuncudan almışdır. Ülvi də onun yanından uzaqlaşıb getmiş və o da öz yaşadığı evə geri qayıtmışdır. xx.xx.2024cü il tarixdə o, Masallı RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə üzərindən 2 büküm və yaşadığı evdən isə 5 büküm, ümumilikdə 7 bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Hazırda barəsində Masallı RPŞ-nin İstintaq Bölməsində cinayət işi üzrə istintaq aparılır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında protokoldan və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 aprel 2024-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 19/335 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə bənzər maddə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: - 0,216 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin təmiz çəkisi 0,216 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0,166 qramdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 360 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan üzləşdirmədə dindirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni Şahid1 10 manata almasını, Şahid1 isə narkotik vasitəni 10 manata Təqsirləndirilən şəxs satmasını bir-birlərinin üzünə deyərək təsdiq etmişdirlər. Maddi sübutun tanınması və təhvil verilməsi haqqında qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,166 qram narkotik vasitə heroin və 1 ədəd CD disk maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair 1 ədəd CD-yə “HP” markalı masaüstü kompüter vasitəsi ilə baxış keçirilərkən, müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünü təqdim etməsi və heroin olmasını, şəxsi istifadəsi üçün Oruc adlı şəxsdən 10 manata almasını bildirməsi müəyyən olunur. İş materiallarından olan 10 iyun 2024-cü il tarixli, 4(050)-51/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Masallı Rayon Polis şöbəsində CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan digər cinayət işi ilə əlaqədar 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Masallı Rayon Mərkəzi X7 Şəxs tərəfindən verilmiş 17 may 2024-cü il tarixli, 18-1- 60/2-850/2024 saylı məktubundan görünür ki, Hüseynov X6 psixo-nevroloji kabinetdə qeydiyyatda durmur. Lənkəran Şəhər Psixiatriya xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1253 saylı arayışdan görünür ki, Hüseynov X12 Şəhər Psixiatriya xəstəxanasında deyil. Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. X1, xx.xx.2016-cı il tarixdə doğulmuş övladı X11 və xx.xx.2019-cu il tarixdə doğulmuş övladı X3 ibarət ailə tərkibi vardır, yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddəsinin tələbinə görə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması, polis bölməsinə dəvət edilməsi, üzərinə şəxsi axtarış və götürmə keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırki iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün tam etirafı ilə yanaşı, video çəkilişdən istifadə edilməklə keçirilmiş şəxsi axtarış və götürmə aparılmasına dair protokol və ona əlavə edilmiş CD disk, şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Lakin məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkünsüz hesab edərək, barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna uyğun və məqsədəmüvafiq hesab edir. Belə ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi hazırki cinayət işi baxılması üçün məhkəməyə göndərildikdən sonra, məhkəmənin hazırlıq iclasının keçirilməsindən əvvəl yenidən CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir ki, bu da onun kriminal meyilli olmasına dəlalət edir və ona azadlıqdan məhrum etmə cəzasından başqa cəzanın təyin edilməsini istisna edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1, 158.2.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisəsində cəzanın çəkilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs 16 aprel 2024-cü il tarixdən 18 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub 2 (iki) gün həbsdə saxlanılması Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, üzərində qəti cəza saxlanmalı və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan digər cinayət işi ilə əlaqədar Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X2 X10 Yoxlamanın nəticələrinə dair xx.xx.2024-cü il tarixli, 360 saylı rəyini tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs “Opioidlərin qəbulundan yaranan asılılıq sindiromu” narkomaniya xəstəliyindən məcburi müalicə olunması zərurəti vardır, məcburi müalicəyə qarşı əks göstərişi yoxdur, ona görə də Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Maddi subut olan-Masallı RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,166 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, videogörüntü olan disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 aprel 2024-cü il tarixdən 18 aprel 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan mərhumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan mərhumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 27 iyun 2024-cü il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində digər cinayət işi ilə əlaqədar Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs “Opioidlərin qəbulundan yaranan asılılıq sindromu” narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Maddi sübut-Masallı rayon polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonrakı 0,166 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, videogörüntü olan 1 (bir) ədəd kompakt disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X4 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Hökm elan olunduqdan və həbsdə saxlanılan təqsirləndirilən şəxsə verildiyi andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №1(050)-124/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-124/2024
27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver