Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-125/2024 16.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili X1 iştirakları ilə. xx xxxx 1999-cu il tarixdə Lerik rayonu, Tikəband kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Lerik rayonu, Tikəband kəndində, qeydiyyatda olmaqla Masallı rayonu, Təzə Alvadı kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 17 mart 2024-cü il tarixdə saat 11:30 radələrində Masallı şəhəri H.Əliyev prospektində yerləşən “Rahat” supermarketin qarşısında quraşdırılan “Azərbaycan Beynəlxalq Banka” aid 2144 saylı bankomatdan özünə məxsus plastik kart hesabında olan pul vəsaitini çıxardıb nağdlaşdırmaq istəyərkən, əvəllər tanımadığı, Masallı şəhəri Kosakül yaşayış massivində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs ona yaxınlaşıb özünə məxsus, elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" tərəfindən verilmiş “4127 2093 0809 6988” nömrəli plastik tam debet kartını verib hesabında olan 2000 manat pul vəsaitini bankomatdan çıxardıb nağdlaşdırmasını xahiş etmiş, plastik tam debet kartını bankomata daxil edib müvafiq əməliyyatlar apararaq, ona hesabında 1200 manat pulun olduğunu bildirmiş, sonuncu hesabında pulun az olması səbəbindən nağdlaşdırmamasını deməsinə baxmayaraq, həmin vaxtı oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, qeyd edilən elektron məlumat daşıyıcısı olan plastik kartın hesabındakı 1200 manat pul vəsaitini heç kimin görmədiyi şəraitdə bankomatdan gizli məxaric edib, oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1200 manat məbləğində maddi ziyan vurmuşdur. Bu hərəkətlərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3- 1-ci maddəsində nəzərdə tutulmuş ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, Lerik rayonu, Tikəband kəndində qeydiyyatda olsa da, təxminən bir ildir ki, Masallı rayonu Təzə Alvadı kəndində qeyri-rəsmi ər-arvad münasibətində olduğu Şahid2 və onun iki azyaşlı övladı ilə birlikdə yaşayır. Əvvəllər oğurluq etdiyi üçün məhkum olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində özünə məxsus plastik kartdan pul çıxarmaq və bayramla əlaqədar bazardan alış-veriş etmək məqsədilə arvadı Fəridə və onun iki azyaşlı oğlan övladları ilə birlikdə yaşadığı evdən çıxıb Masallı şəhərinə getmişdir. Masallı şəhəri H.Əliyev prospektində yerləşən “Rahat” marketin qarşısında quraşdırılmış Azərbaycan Beynəlxalq Bankına məxsus bankomatdan öz plastik kartında olan az miqdarda pulu çıxardıqdan sonra bir nəfər təxminən 60 yaşlı şəxsin ona yaxınlaşaraq, plastik kartını təqdim etmiş və özünün pul çıxarda bilmədiyini deyərək, bankomatdan pulunu çıxarmağını xahiş etmişdir. O, heç bir etiraz etməyərək kartı Zərərçəkmiş şəxs götürmüş və bankomatın düz qarşısında tək dayanıb həmin plastik kartı bankomata daxil etmiş və Zərərçəkmiş şəxs şifrəni istəmişdir. Sərraf kartın şifrəsini dedikdən sonra ona kartında 1200 manat pulun olduğunu bildirmişdir. Sərraf ona kartına 2000 manat pul köçməli olduğunu bildirərək, kartında olan 1200 manat pulu çıxarmamağını tapşırmış və kartını özünə qaytarmağını xahiş etmişdir. Təqsirləndirilən şəxs kredit borcu və pula ehtiyacı olduğu üçün həmin vaxtı kartda olan 1200 manat pulu gizli olaraq çıxarıb oğurlamaq qərarına gəlmişdir. Buna görə də həmin vaxtı plastik kartda olan Zərərçəkmiş şəxs məxsus ümumilikdə 1200 manat pulu çıxartmaq üçün bankomatda zəruri əməliyyat aparmışdır və boş plastik kartı çıxardıb ona vermişdir. Plastik kartı Sərrafa verən zaman içərisində olan 1200 manat pulu çıxarmadığını bildirmişdir. Sərraf 1200 manat pulunu gizli çıxardığını hiss etmədən onun yanından uzaqlaşıb getmişdir. O, da Zərərçəkmiş şəxs getdikdən sonra 1200 manat pulu bankomatdan götürüb cibinə qoymuşdur. Sərrafa məxsus plastik kartdan 1200 manat pulu bankomatdan gizli olaraq çıxardıb oğurladığını yanında olan arvadı Fəridə və onun iki azyaşlı uşaqları görməmişdir və bundan heç bir məlumatları olmamışdır. Bundan sonra o, ailə üzvləri ilə yaxınlıqda olan bazar gedib özünə məxsus kartdan çıxardığı pula zəruri olan ərzaq məhsulları alıb yaşadığı evə getmişdir. Sərrafa məxsus plastik kartdan gizli çıxardığı pulu sonra bir hissəsini kredit borcuna, digər bir hissəsini isə şəxsi ehtiyaclarına tam xərcləyib qurtarmışdır. Zərərçəkmiş şəxs kartından pulu çıxararaq oğurladığını sonradan bildiyi üçün barəsində şikayət etdiyini eşitmişdir. Polis əməkdaşları kimliyini müəyyən etdikləri üçün xx.xx.2024-cü il tarixdə onu polis şöbəsinə dəvət etmişlər və o da polis şöbəsinə gələrək etdiyi əməli səmimi olaraq etiraf etmişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, ona qarşı heş bir ədavəti olmamışdır. Plastik kartdan pulu gizli çıxardıb oğurladığı üçün həmin vaxtı yanında olan ailə üzvlərinin və Zərərçəkmiş şəxs qəti xəbəri olmamışdır. Hazırda zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəmiş, bundan başqa əlavə də 100 manat ödəniş etmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqında ifadə verərək bildirdi ki, Masallı rayonu, Kosakül kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla arasında heç bir ədavəti olmamışdır. Bir müddət əvvəl hərbi xidmətdə olan oğlu tərəfindən plastik kart hesabına onun üçün göndərilmiş 2000 manat pulunu çıxardıb nağdlaşdırmaqdan ötrü xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Masallı şəhəri, H.Əliyev prospektində yerləşən “Rahat” supermarketin qarşısında quraşdırılmış ABB-yə məxsus bankomatın yanına getmişdir. Həmin vaxtı bankomatın qarşısında bir nəfər kişinin, bir nəfər qadının və iki azyaşlı oğlan uşağının dayandığını və həmin kişinin bankomatdan pul çıxardığını görmüşdür. Bankomatdan pul çıxarmağı yaxşı bacarmadığı üçün həmin kişiyə, yəni adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsə plastik kartını verib pul çıxarmaqda köməklik etməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən ondan Beynəlxalq Banka aid plastik kartını alıb bankomatın qarşısına keçib arxasını ona tərəf çevirərək həmin plastik kartını bankomata daxil etmiş və şifrəsini istəmişdir. O, kartın şifərisini dedikdən sonra Namiq kartında 1200 manat pulun olduğunu bildirmişdir. Namiqə kartında 2000 manat pul köçməli olduğunu bildirərək, kartında olan 1200 manat pulu çıxarmamasını tapşırmış və özünə qaytarmasını xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs plastik kartını bankomatdan çıxararaq ona qaytarmış və pulu çıxartmadığını bildirmişdir. O da kartını Namiqdən aldıqdan sonra oradan uzaqlaşıb getmişdir. Bundan bir gün sonra, yəni xx.xx.2024-cü il tarixdə o, X2 filialına gedərək pulunu çıxarmaq istəmişdir. Həmin vaxt bank əməkdaşı ona plastik kart hesabından xx.xx.2024-cü il tarixdə saat 11:32-də 1200 manat pulunun çıxarıldığını bildirmişdir. Kartından pulunu bir gün əvvəl Təqsirləndirilən şəxs çıxardığına şübhələndiyi üçün həmin vaxtı Bakı şəhərində yaşayan oğlu Şahid1 zəng edib məlumat vermişdir. xx.xx.2024-cü il tarixdə Feyruz Bakı şəhərindən Masallı rayonuna gəlmiş və kartından 1200 manat pulun xx.xx.2024-cü il tarixdə H.Əliyev prospektində yerləşən “Rahat” marketin qarşısında quraşdırılmış ABB-yə məxsus bankomatdan adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildikləri şəxs tərəfində gizli olaraq çıxarılıb oğurlandığı məlum olmuşdur. Buna görə də həmin tarixdə Feyruz DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, sonra isə özü polis şöbəsinə gedib pulunun oğurlanması barədə şikayət etmişdir. Kart hesabından çıxarılmış 1200 manat pul özünə məxsus olmuş və ümumilikdə ona 1200 manat maddi ziyan dəymişdir. Həmin ziyan ibtidai istintaq dövründə ona təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, bundan başqa məhkəmə istintaqı dövründə dəymiş ziyandan əlavə 100 manat ona ödənilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxs barəsində həbslə ələqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənilməsini, ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 zərərçəkmiş şəxs atası Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Masallı rayonu Təzə Alvadı kəndində əri Təqsirləndirilən şəxs və iki azyaşlı oğlan övladı ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində əri Namiq özünə məxsus olan plastik kartdan pul çıxarmaq və bazardan alış-veriş etmək üçün o və iki azyaşlı oğlan övladları ilə birlikdə yaşadıqları Təzə Alvadı kəndindən çıxıb Masallı şəhərinə getmişdirlər. Namiq Masallı şəhəri H.Əliyev prospektində yerləşən “Rahat” supermarketin qarşısında quraşdırılmış Azərbaycan Beynəlxalq Banka məxsus bankomatdan o və azyaşlı övladlarının yanında özünə məxsus plastik kartda olan 120 manat pulu çıxardan zaman bir nəfər tanımadığı yaşlı kişi ona yaxınlaşmışdır. Həmin şəxs Namiqə ABB-na aid plastik kartını verərək ona özünün kartdan pul çıxarda bilmədiyini demişdir və bankomatdan onun da pulunu çıxarmağını xahiş etmişdir. Namiq heç bir etiraz etmədən bankomatın qarşısında tək dayınıb həmin plastik kartı pankomata daxil etmişdir və həmin şəxsdən kartın şifrəsini istəmişdir. Həmin şəxs kartın şifərisini dedikdən sonra Namiq kartın balansına baxmışdır və ona kartında 1200 manat pulun olduğunu bildirmişdir. Adının sonradan Sərraf olduğunu bildiyi həmin şəxs Namiqə kartına 2000 manat pul köçməli olduğunu deyərək, kartında olan 1200 manat pulu çıxarmamağını və kartını özünə qaytarmağını xahiş etmişdir. Bundan sonra Namiq kartı bankomatdan çıxararaq Sərraf adlı şəxsə vermişdir və ona kartında olan pulu çıxarmadığını demişdir. Sərraf adlı şəxs plastik kartı əri Namiqdən alaraq bankomatın yanından uzaqlaşıb harasa getmişdir. Qısa müddət sonra Namiq ona bankomatdan özünə məxsus plastik kartdan pulu çıxardığını və alışveriş etmək üçün bazara getmələrini bildirmişdir. Həmin vaxtı birlikdə köhnə bazar deyilən yerə gedib bayramla əlaqədar evə təxminən 100 manatlıq zəruri ərzaq məhsullarını alıb yaşadıqları kəndə geri qayıtmışdır. xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının əri Təqsirləndirilən şəxs oğurluq etməkdə şübhəli olduğu üçün tutduqlarını öyrənmişdir. Nə baş verdiyini aydınlaşdırarkən ona məlum olmuşdur ki, Namiq həmin vaxtı Sərraf adlı şəxsin kartından gizli olaraq heç kimin görmədiyi şəraitdə 1200 manat pulu çıxardıb cibinə qoyaraq oğurlamışdır. İki gün sonra Namiq həbsdən azad olunub yaşadıqları evə gəlmişdir və ondan nə üçün oğurluq etdiyini soruşmuşdur. Namiq ona xx.xx.2024-cü il tarixdə saat 11 radələrində “Rahat” supermarketin qarşısında quraşdırılmış ABB-yə məxsus bankomatdan pul çıxaran zaman pula ehtiyacı olduğundan Zərərçəkmiş şəxs məxsus plastik kartdan 1200 manat pulu gizli olaraq çıxardıb oğurladığını və həmin pulu kreditinə və şəxsi ehtiyacları üçün xərclədiyini bildirmişdir. Onun Təqsirləndirilən şəxs bankomatdan Sərrafa məxsus pulu çıxarmasında heç bir xəbəri olmamışdır, bu barədə əri Namiq də ona heç bir söz deməmişdir, həmin vaxtı o bankomatdan bir qədər aralıda durmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus plastik kart hesabından oğurluq Masallı şəhəri H.Əliyev prospektində yerləşən “Rahat” supermarketin qarşısında quraşdırılmış "xxxx" ASC-yə aid bankomatdan edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs məxsus plastik kart hesabından etdiyi oğurluq cinayət əməlini hadisə yerində əyani təqdim etməklə ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə-dindirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Masallı şəhərindəki Rahat marketin qarşısında yerləşən bankomatdan ona məxsus plastik kartdan 1200 manat pulunu gizli olaraq çıxardıb oğurladığını sonra həmin pulu tam ödədiyini, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Masallı şəhərindəki Rahat marketin qarşısında yerləşən bankomatdan ona məxsus plastik kartı bankomata salaraq 1200 manat məbləğində pulunu gizli olaraq oğurladığını, sonrada həmin pulu ödədiyini bir-birlərinin üzünə demişlər. Cinayət işi materiallarında olan baxış keçirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd CD-yə “HP” markalı masaüstü kompüter vasitəsi ilə baxış keçirilərkən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində Masallı şəhəri H.Əliyev prospektində yerləşən “Rahat” supermarketin qarşısında quraşdırılmış “ABB”-yə məxsus bankomatın önündə ailə üzvləri və Zərərçəkmiş şəxs ilə birlikdə durması və bankomatda müəyyən əməliyyatlar aparması, Zərərçəkmiş şəxs getdikdən qısa müddət sonra ailə üzvləri ilə bankomatdan uzaqlaşıb getmələri müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Lerik rayonu Tikəband kəndində qeydiyyatda olmaqla Masallı rayonu Təzə Alvadı kəndində yaşayan Təqsirləndirilən şəxs, xx.xx.2024-cü il tarixdə, saat 11:30 radələrində Masallı şəhəri H.Əliyev prospektində yerləşən “Rahat” supermarketin qarşısında olan zaman, orada quraşdırılmış “ABB”-yə aid bankomatdan Zərərçəkmiş şəxs məxsus Azərbaycan Beynəlxalq Bank tərəfindən verilmiş 4127-2093-0809-6988 saylı plastik kartdan 1200 manat pulu gizli çıxardıb oğurlamışdır. Təqsirləndirilən şəxs əvvəllər də oğurluq etdiyi və məhkum olunduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs plastik kartdan pulu çıxardan zaman yanında arvadı Şahid2 və həmin şəxsin iki azyaşlı övladı olmuşdur. Təqsirləndirilən şəxs kartdan pulu gizli çıxartmış, Zərərçəkmiş şəxs, Şahid2 və orada olan iki azyaşlı uşağının bundan xəbərləri olmamışdır. Cinayət işində olan "xxxx" ASC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 6-2-41/2- 15454/2024 nömrəli məktubdan və həmin məktuba əlavə edilmiş 01 ədəd diskdən görünür ki, Zərərçəkmiş şəxs məxsus 4127-2093-0809-6988 saylı plastik kartdan xx.xx.2024-cü il tarixdə saat 11:32-də Masallı şəhəri H.Əliyev prospektində yerləşən “Rahat” supermarketin qarşısında quraşdırılmış “ABB”-yə aid ATM RİM Masallı adlı 2144 saylı bankomatdan 1200 manat məbləğində pul vəsaiti nağdlaşdırılaraq məxaric edilmişdir. Masallı rayon İcra Hakimiyyəti Başçısının Təzə Alvadı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Qasımov X3 rayonu, Təzə Alvadı kəndində yaşayır və yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə cəzasına məhkum edilmiş, Xəzər Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cü il tarixli, 70/4m saylı arayışına əsasən cəriməni ödəyərək qeydiyyatdan çıxarılmışdır. Bundan başqa tələbnamədən görünür ki, o, Almaniya Federativ Respublikası Deggendorf Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Almaniya Federativ Respublikası Cinayət Məcəlləsinin ALM FR 242 PAR 1ABZ, 248 A PAR, 56 PAR, 53 PAR, 52 PAR, MQş 95 PAR 2 ABZ N1A, 95 PAR 2 ABZ N1B, 11 PAR ABZ CÜMLƏ 1 maddələri ilə təqsirli bilinərək, 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cəza 03 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3-9/2-355/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Almaniya Federativ Respublikası Deggendorf Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq tanınıb-tanınmaması barədə təqdimat apellyasiya məhkəməsinə daxil olmamışdır. Lerik rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 28 mart 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü üzrə təyin edilmiş 300 manat cərimə cəzasını ödədiyi üçün cəzadan azad edilməklə, Lerik rayon İcra və Probasiya Şöbəsinin qeydiyyat kitabından çıxarılmışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki Təqsirləndirilən şəxs 21 mart 2024-cü il tarixdə, saat 18:00-da şübhəli şəxs qismində tutulmuş, 23 mart 2024-cü il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddəsinin tələbinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadəsi, şahidlərin iş materiallarında olan ifadələri, üzləşdirmədə dindrimə protokolu, baxış keçirilməsı haqqında protokol, ona əlavə edilmiş DVD disk və fotocədvəl, "xxxx" ASC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 6-2- 41/2-15454/2024 nömrəli məktub və həmin məktuba əlavə edilmiş 01 ədəd disk, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən, zərərçəkmiş şəxsin ifadələrini, şahidlərin cinayət işi materiallarında olan ifadələri, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri CPMin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3- 1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin qeydinə əsasən, bu məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə, CM-in 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və dəymiş ziyanı tamamilə ödəməsi Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə həmçinin həmin Məcəllənin 59.2-ci maddəsini əsas götürərək onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, yaşını, həyat tərzini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan əlavə həmin Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlama müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablı ilə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına daxil edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi ziyan 1200 manat məbləğində nağd pulun zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Maddi sübut-Təqsirləndirilən şəxs oğurluq cinayətinin videogörüntüsünü əks etdirən bir ədəd DVD disk və "xxxx" ASC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 6-2-41/2- 15454/2024 nömrəli məktuba əlavə edilmiş 01 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə, iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-356 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 mart 2024-cü il tarixdən 23 mart 2024-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 02 gün müddətin hər bir günü azadlığın məhdudlaşdırılması cəzası müddətinə iki gün hesablanmaqla, 04 gün Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına daxil edilsin və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. İş üzrə maddi ziyan 1200 manat məbləğində nağd pul zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Maddi sübut-Təqsirləndirilən şəxs oğurluq cinayətinin videogörüntüsünü əks etdirən bir ədəd DVD disk və "xxxx" ASC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 6-2-41/2- 15454/2024 nömrəli məktuba əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduqdan sonra 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ellara Abbasova.
Məhkəmə qərarları › İş №1(050)-125/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-125/2024
16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver