Məhkəmə qərarları › İş №1(050)-125/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-125/2025

02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-125/2025 02.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.2002-ci ildə Masallı rayonu Xıl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Masallı rayonu Xıl kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.2000-ci ildə Masallı rayonu Xıl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu Xıl kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1996-cı ildə Masallı rayonu Xıl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu Xıl kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xətai rayonu X.Məmmədov küçəsi ev 21, mənzil 82-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs4 ilə tamah niyyətilə özgənin əmlakını gizli yolla talayıb ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib 2025-ci ilin mart ayının sonlarında istintaqa dəqiq məlum olmayan vaxtda saat 01 radələrində Təqsirləndirilən şəxs4la birlikdə əvvəllər tanıdığı Masallı rayonu Xıl kənd sakini Zərərçəkmiş şəxs1 məxsus həmin kənd ərazisində yerləşən fermaya (tövlə) pəncərədən keçmək yolu ilə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs1 məxsus ümumi dəyəri 1914,0 manat təşkil edən 3 baş, hər biri ağ rəngli, erkək cinsli, ət çəkisi 15 kq və 3 baş, hər biri ağ-qəhvəyi rəngli, dişi cinsli, ət çəkisi 14 kq olmaqla ümumilikdə 6 baş xırdabuynuzlu heyvanı (qoyun) gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 1914,0 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tanışı X3 və Təqsirləndirilən şəxs2 ilə tamah niyyətilə özgənin əmlakını gizli yolla talayıb ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib 2025-ci ilin aprel ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan vaxtda saat 02 radələrində Əlivan Həsənov və Təqsirləndirilən şəxs2la birlikdə əvvəllər tanıdığı Masallı rayonu Xıl kənd sakini Zərərçəkmiş şəxs1 məxsus həmin kənd ərazisində yerləşən fermaya (tövlə) pəncərədən keçmək yolu ilə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs1 məxsus ümumi dəyəri 3366,0 manat təşkil edən 3 baş, hər biri ağ rəngli, erkək cinsli, ət çəkisi 16 kq və 7 baş, hər biri ağ-qəhvəyi rəngli, dişi cinsli, ət çəkisi 15 kq olmaqla ümumilikdə 10 baş xırdabuynuzlu heyvanı (qoyun) gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 3366,0 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tanışı X3 ilə tamah niyyətilə özgənin əmlakını gizli yolla talayıb ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Əlivan Həsənovla birlikdə Masallı rayonu Xıl kəndi ərazisində olan açıq sahədən əvvəllər tanıdığı həmin kənd sakini Zərərçəkmiş şəxs2 məxsus ümumi dəyəri 572,0 manat təşkil edən 1 baş, ağ-qəhvəyi rəngli, erkək cinsli, ət çəkisi 12 kq və 1 baş, ağ-boz rəngli, dişi cinsli, ət çəkisi 14 kq olmaqla ümumilikdə 2 baş xırdabuynuzlu heyvanı (qoyun) gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 572,0 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs4 ilə tamah niyyətilə özgənin əmlakını gizli yolla talayıb ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs4la birlikdə Masallı rayonu Xıl kəndi ərazisində olan açıq sahədən əvvəllər tanıdığı həmin kənd sakini Zərərçəkmiş şəxs3 məxsus 1 baş, 330,0 manat dəyərində, qaraqəhvəyi rəngli, erkək cinsli, ət çəkisi 15 kq olan xırdabuynuzlu heyvanı (qoyun) gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 330,0 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə tamah niyyətilə özgənin əmlakını gizli yolla talayıb ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib xx.xx.2025-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs1lə birlikdə əvvəllər tanıdığı Masallı rayonu Xıl kənd sakini Zərərçəkmiş şəxs4 məxsus həmin kənddə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan tövləyə taxta qapısının açılması üsulu ilə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs4 məxsus ümumi dəyəri 946,0 manat təşkil edən 1 baş, ağ rəngli, erkək cinsli, ət çəkisi 16 kq, 1 baş, boz-qəhvəyi rəngli, erkək cinsli, ət çəkisi 15 kq və 1 baş, qara-qəhvəyi rəngli, erkək cinsli, ət çəkisi 12 kq olmaqla ümumilikdə 3 baş xırdabuynuzlu heyvanı (qoyun) gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 946,0 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs4 tanışı Təqsirləndirilən şəxs3 ilə tamah niyyətilə özgənin əmlakını gizli yolla talayıb ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib 2025-ci ilin mart ayının sonlarında istintaqa dəqiq məlum olmayan vaxtda saat 01 radələrində Təqsirləndirilən şəxs3 ilə birlikdə əvvəllər tanıdığı Masallı rayonu Xıl kənd sakini Zərərçəkmiş şəxs1 məxsus həmin kənd ərazisində yerləşən fermaya (tövlə) pəncərədən qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs1 məxsus ümumi dəyəri 1914,0 manat təşkil edən 3 baş, hər biri ağ rəngli, erkək cinsli, ət çəkisi 15 kq və 3 baş, hər biri ağ-qəhvəyi rəngli, dişi cinsli, ət çəkisi 14 kq olmaqla ümumilikdə 6 baş xırdabuynuzlu heyvanı (qoyun) gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 1914,0 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs3 ilə tamah niyyətilə özgənin əmlakını gizli yolla talayıb ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs3 ilə birlikdə Masallı rayonu Xıl kəndi ərazisində olan açıq sahədən əvvəllər tanıdığı həmin kənd sakini Zərərçəkmiş şəxs3 məxsus 1 baş, 330,0 manat dəyərində, qaraqəhvəyi rəngli, erkək cinsli, ət çəkisi 15 kq olan xırdabuynuzlu heyvanı (qoyun) gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 330,0 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs3 və X3 ilə tamah niyyətilə özgənin əmlakını gizli yolla talayıb ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib 2025-ci ilin aprel ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan vaxtda saat 02 radələrində Təqsirləndirilən şəxs3 və Əlivan Həsənovla birlikdə əvvəllər tanıdığı Masallı rayonu Xıl kənd sakini Zərərçəkmiş şəxs1 məxsus həmin kənd ərazisində yerləşən fermaya (tövlə) pəncərədən qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs1 məxsus ümumi dəyəri 3366,0 manat təşkil edən 3 baş, hər biri ağ rəngli, erkək cinsli, ət çəkisi 16 kq və 7 baş, hər biri ağ-qəhvəyi rəngli, dişi cinsli, ət çəkisi 15 kq olmaqla ümumilikdə 10 baş xırdabuynuzlu heyvanı (qoyun) gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 3366,0 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs3 ilə tamah niyyətilə özgənin əmlakını gizli yolla talayıb ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib xx.xx.2025-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs3 ilə birlikdə əvvəllər tanımadığı Masallı rayonu Xıl kənd sakini Zərərçəkmiş şəxs4 məxsus həmin kənddə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan tövləyə taxta qapısından qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs4 məxsus ümumi dəyəri 946,0 manat təşkil edən 1 baş, ağ rəngli, erkək cinsli, ət çəkisi 16 kq, 1 baş, boz-qəhvəyi rəngli, erkək cinsli, ət çəkisi 15 kq və 1 baş, qara-qəhvəyi rəngli, erkək cinsli, ət çəkisi 12 kq olmaqla ümumilikdə 3 baş xırdabuynuzlu heyvanı (qoyun) gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 946,0 manat məbləğində maddi ziyan vurmuşdur. Həmin əməllərinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, hadisələr tam dəqiqliyi ilə yadında qalmamışdır. Oğurluq etməsinin səbəbi ehtiyacı olmuşdur bu səbəbdən etmişdir. Borcu olmuşdur. Hacı İltifata məxsus əvvəl 6 baş qoyunu oğurlamış, daha sonra isə yenidən Hacı İltifata məxsus 10 baş qoyun oğurlamışdır. Sonra Zərərçəkmiş şəxs4 məxsus olan 3 baş qoyunu oğurlamışdır. Sonra Zərərçəkmiş şəxs3 məxsus olan 1 baş qoyunu oğurlamışdır. Birdə Zərərçəkmiş şəxs2 məxsus 1 baş qoyunu oğurlamışdır. Birgə oğurluq etdiyi şəxslər Astanəli və Əhmədəli həmkəndlisidir, Ayazla isə ortaq tanışları vasitəsi ilə Bakı şəhərində tanış olmuşdur. Ehtiyacı olduğu üçün Ayazdan borc pul almış və 400 manata yaxın ona borcu olmuşdur. Ayaz ondan borcunu qaytarmasını istəmiş onun isə maddi imkanı olmadığı üçün borcunu qaytara bilmədiyi üçün ona oğurluq etməyi təklif etmişdir. İlk dəfə Astanəli ilə birlikdə hacı İltifata məxsus təsərrüfatdan oğurluq etmişdir. Belə ki, İltifatın qoyunları saxladığı tövləyə tövlənin pəncərəsindən daxil olaraq oğurlamışlar. Həmin vaxt 6 baş qoyun oğurlamışlar. Həmin qoyunları Astanəliyə məxsus maşınla Bakı şəhərinə aparıb mal-qara bazarında satmışlar. Lakin hansı qiymətə satdıqlarını xatırlamır. Bir müddət sonra isə Əlvan və Əhmədəli ilə birlikdə yenidən hacı İltifata məxsus təsərrüfatdan yenidən tövlənin pəncərəsindən daxil olmaq yolu ilə 10 baş qoyun oğurlamışlar. Həmin qoyunları da Əhmədəliyə məxsus maşınla Bakı şəhərinə aparıb Hövsan qoyun bazarında satmışlar. Hansı qiymətə satdıqları dəqiq yadında qalmayıb. Aprel ayının 13-də Əlvanla birlikdə Zərərçəkmiş şəxs2 məxsus təsərrüfatdan iki baş qoyun oğurlamışdır. Əlvan həmkəndlisidir. Həmin qoyunu növbəti gün Masallı mal-qara bazarında tanımadığı şəxsə 400 manata satmışlar. Sonra Zərərçəkmiş şəxs3 məxsus təsərrüfata aid olan bir baş quzunu Astanəli ilə birlikdə məhəllədə açıq sahədən tutub oğurlayaraq aparıb Masallı mal bazarında satmışlar. Sonra isə Ayazla oğurluq etmişdir. Belə ki, Zərərçəkmiş şəxs4 məxsus təsərrüfatdan 3 baş qoyun oğurlamışlar və o həmin qoyunları Ayaza olan borcunun qarşılığında Ayaza vermiş, Ayazda həmin qoyunları maşınına qoyaraq Bakı şəhərinə getmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyan tam olaraq ödənilmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, ilk dəfə mart ayında həmkəndlisi Aminlə birlikdə İltifata məxsus təsərrüfatdan 6 baş qoyun oğurlamışdır və həmin qoyunları Bakı şəhərinə aparıb bazarda satmışlar. İkinci dəfə isə aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs2 məxsus təsərrüfata aid olan bir baş qoyunu kənd ərazisində yerləşən bulağın yanında tutub oğurlamışlar. Onuda Aminlə birlikdə etmişdir. Həmin qoyunuda Masallı rayonunda yerləşən bazarda satmışlar. İlk dəfə oğurluq etməyi Təqsirləndirilən şəxs3 ona təklif etmişdir. Etmiş olduğu oğurluqları pula ehtiyacı olduğu üçün etmişdir. Əldə etdikləri pulları Aminlə yarı-yarıya bölmüşlər. Həmin pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. İkinci dəfə isə Aminlə birlikdə kənd ərazisində olduqları zaman qərara gəlib həmin oğurluğu etmişlər. Həmin bir baş qoyunu 220 manat satıb əldə etdikləri pulu öz aralarında yarı-yarıya bölmüşlər. Zərərçəkmiş şəxslərə dəymiş ziyan tam olaraq ödənilmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, aprel ayının əvvəlləri taksi fəaliyyəti ilə məşğul olduğu zaman Bakı şəhərində yaşadığı kəndə gələrkən həmkəndliləri Təqsirləndirilən şəxs3 və Əlivan ona zəng vurmuş, oda gəlib hacı İltifata məxsus 10 baş qoyunu Bakı şəhərinə Binə qəsəbəsinə bazara aparmışdır. Həmin qoyunları orada 2100 manata satmışdır. Əldə olunmuş pul məbləği üç nəfərin arasında bərabər bölünmüşdür. Zərərçəkmiş şəxslərə dəymiş ziyan tam olaraq ödənilmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, özü Bakı şəhərində yaşayır. Təqsirləndirilən şəxs3 isə üç ildir tanıyır. Təqsirləndirilən şəxs3 ona 300 manatdan artıq borcu olmuşdur. Aprel ayında Salyan rayonunda olduğu zaman gecə vaxt Təqsirləndirilən şəxs3 ona zəng vurub ona kənd sakinlərindən birinin təsərrüfatında olan qoyunlardan birlikdə oğurlamağı və həmin qoyunları ona olan borcunun əvəzində ona vermək istədiyini və onun həmin qoyunları sataraq borcundan çıxmağını bildirmişdir. Oda Aminin təklifi ilə razılaşmışdır. Bakı şəhərində yaşadığı üçün həmin heyvanların kimə məxsus olduğunu bilməmişdir. Tövləyə qapıdan daxil olub 3 baş qoyunu oğurlamışlar. Daha sonra həmin qoyunları maşınına yükləyib Bakı şəhərinə getmiş və həmin qoyunları Hövsan bazarında 450 manata satmışdır. Zərərçəkmiş şəxslərə dəymiş ziyan tam olaraq ödənilmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlləri özlərinin etirafedici ifadələri ilə yanaşı zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcədə iş üzrə toplanmış digər sübutlarla aşağıdakı qaydada təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, əslində onun heyvanlarının oğurlanmasından xəbəri olmayıb. Çünki ayın 13-də qoyunları sayıb dərman vermişdir. Heyvanların sayı çox olduğu üçün gündəlik saya bilməmişdir. Polis şöbəsindən ona zəng olunmuşdur ki, “sənin qoyunların oğurlanıb xəbərin varmı”. Oda yox demişdir. Ona polis şöbəsinə gəlməsini demişlər. Oda polis şöbəsinə getmişdir. Polis şöbəsində ona 4 baş qoyununun oğurlandığını demişlər. Oda polis əməkdaşlarına axşama kimi ona möhlət vermələrini gedib qoyunlarını sayıb onlara məlumat verəcəyini demişdir. Axşam gedib qoyunları saymış və 16 baş qoyununun əskik gəldiyini görmüşdür. Oda zəng vurub polis əməkdaşlarına 16 baş qoyununun əskik olduğunu bildirmişdir. Ona səhəri gün polis şöbəsinə gəlməsini demişlər, oda səhəri gün polis şöbəsinə getmişdir. Polis şöbəsində Nəsimi adlı əməkdaş onu qəbul edib ona oğurluq etmiş şəxslərin ona məxsus təsərrüfatdan 6 baş qoyun oğurladıqlarını, onun isə 16 baş qoyun oğurlandığını bildirdiyini demişdir. O, isə “bir ayağım burda, bir ayağım gördadır, sayıb demişəm, saymasaydım deməzdim” demişdir. Sonra o yaşadığı evinə getmiş və axşam ona zəng olunmuşdur ki, 10 baş qoyununuda tapmışlar. Ümumilikdə dediyi ilə oğurluq üst-üstə düşmüş və qoyunları tapılmışdır. Ona 5380 manat civarında ziyan dəymişdir. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı şikayəti və tələbi yoxdur, təqsirləndirilən şəxslərə cəza verilməsini istəmir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 bununla bağlı məhkəməyə ərizə təqdim etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, onun Masallı rayonu Xıl kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində tövləsi vardır və həmin tövlədə şəxsi təsərrüfatında xırdabuynuzlu heyvanları (qoyunları) saxlayır. Ailə üzvləri hər gün tövlədən qoyunları çıxardıb otlamaları üçün həyətyanı torpaq sahəsinə buraxmışlar. xx.xx.2025-ci il tarixdə səhər saatlarında yuxudan durduğu zaman həyat yoldaşı gəlib ona “quzular yoxdu”, demişdir, yəni qoyunlardan götürüblər. Oda gedib baxdığı zaman həqiqətəndə tövlənin qapısının açıq olduğunu görmüşdür. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng vuraraq qoyularının oğurlandığını demişdir. O, ilk öncə müraciət etdiyi zaman 6-7 baş qoyunun oğurlandığını demiş, sonra polis əməkdaşları onun yaşadığı ünvana gəldikdən sonra qoyunların bir qismini tapmışdır. Belə ki, tövlənin qapısı açıq olduğundan bir neçə qoyun qonşunun həyətinə keçmişdir. Daha sonra axşam qoyunları otlaq sahəsindən gətirdikdən sonra saydığı zaman 3 baş qoyunun olmadığını müəyyən etmişdir. Bundan sonra polis əməkdaşlarına 3 baş qoyunun oğurlandığını bildirmişdir. Sonradan bilmişdir ki, onun qoyunlarını hazırkı təqsirləndirilən şəxslər oğurlamışlar. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı şikayəti və tələbi yoxdur, təqsirləndirilən şəxslərə cəza verilməsini istəmir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 bununla bağlı məhkəməyə ərizə təqdim etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, şəxsi təsərrüfatında olan qoyunlardan biri itdiyi üçün 3-4 gün olardıkı axtarırmış. Yaşadığı evə gəldiyi zaman qardaşı Bəhruzun həyətində polis əməkdaşlarının olduğunu görmüşdür. Maraqlandığı zaman Bəhruz ona qoyununun oğurlandığı üçün şikayət etdiyini bildirmişdir. Oda həmin vaxt qoyununun itdiyini demişdir. Ona məxsus təsərrüfatdan bir baş qoyun oğurlanmışdı. Sonra Amin və Astanəli özləri etiraf etmişlər. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı şikayəti və tələbi yoxdur, təqsirləndirilən şəxslərə cəza verilməsini istəmir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 bununla bağlı məhkəməyə ərizə təqdim etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, şəxsi təsərrüfatında olan iki baş qoyun oğurlanmışdır. Belə ki, o, yaşadığı evdə olmamışdır. Evə gəldikdən bir gün sonra arvadı ona iki baş qoyunun oğurlandığını demişdir. Sonra o, iki gün müddətində həmin qoyunları axtarmış, lakin tapa bilməmişdir. Bundan sonra məcbur olub polisə müraciət etmişdir. Sonradan Amin yaşadığı evinə gələrək qoyunları oğurladığını etiraf etmişdir. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı şikayəti və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 bununla bağlı məhkəməyə ərizə təqdim etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən X5 ifadə verərək bildirdi ki, 16 aprel 2025-ci il tarixdə qohumlarının toy şənliyində olmuşdur. Avtomobil idarə edə bilmədiyinə görə dostu Ayazdan onu toya aparmasını xahiş etmişdir. Dostuda onu toy şənliyinə aparmışdır. Təxminən saat 17-18 aralığında toy şənliyinə gəlib çatmışlar. Toy şənliyində iştirak etmişlər və saat təxminən 23-24 arası Ayaz ona dostu Amindən qoyun aldığını, gedib onu götürmələrini və sonra Bakı şəhərinə qayıtmalarını demişdir. Oda razılaşmışdır. Sonra Masallı rayonuna gəlmişlər Ayaz Aminlə görüşmüş və Amini onunla tanış etmişdir. Sonra Ayaz və Amin maşından düşüb bir qədər aralıda söhbət etmişlər. O, isə spirtli içki qəbul etdiyinə görə halı olmadığından maşından düşməmişdir. Daha sonra Amin gəlib maşının sükanı arxasına keçmiş Ayaz isə arxa sərnişi oturacağında oturmuş və Amin maşını sürmüşdür. O, hara getdiklərini soruşmuş Ayaz isə demişdir ki, “gedək Amingildən qoyunu götürək Bakıya gedək”. Daha sonra Xıl kəndinə gəlmişlər və maşını saxlamışlar və Ayaz ona “gedib qoyunları götürüb gəlirik” demişdir. O, maşında gözləmiş və təxminən 10-15 dəqiqə sonra Ayaz qoyunları gətirib maşına yığmış və Aminlə sağollaşıb Bakıya qayıtmışlar. Bakıya çatdıqları zaman hava artıq işiqlandığı üçün Ayaza “yorulmuşam məni at evdə yatım biraz” demişdir. Ayazda onun yaşadığı evinə aparıb özü çıxıb getmişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs4 ifadəsi ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edildi. Cinayət işində olan 20 may 2025-ci il tarixli "xxxx" MMC tərəfindən təqdim edilmiş rəydə qeyd edilmişdir ki, qeyd olunmuş, 3 baş hər biri ağ rəngli, erkək cinsli, ət çəkisi 15 kq olan xırdabuynuzlu heyvanın (qoyun) qiyməti 990 manat, 3 baş hər biri ağ-qəhvəyi rəngli, dişi cinsli, ət çəkisi 14 kq olan xırdabuynuzlu heyvanın (qoyun) qiyməti 924 manat, 3 baş hər biri ağ rəngli, erkək cinsli, ət çəkisi 16 kq olan xırdabuynuzlu heyvanın (qoyun) qiyməti 1056 manat, 7 baş hər biri ağ-qəhvəyi rəngli, dişi cinsli, ət çəkisi 15 kq olan xırdabuynuzlu heyvanın (qoyun) qiyməti 2310 manat, 1 baş ağ-qəhvəyi rəngli, erkək cinsli, ət çəkisi 12 kq olan xırdabuynuzlu heyvanın (qoyun) qiyməti 264 manat, 1 baş, ağ-boz rəngli, dişi cinsli, ət çəkisi 14 kq olan xırdabuynuzlu heyvanın (qoyun) qiyməti 308 manat, 1 baş qara-qəhvəyi rəngli, erkək cinsli, ət çəkisi 15 kq olan xırdabuynuzlu heyvanın (qoyun) qiyməti 330 manat, 1 baş ağ rəngli, erkək cinsli, ət çəkisi 16 kq olan xırdabuynuzlu heyvanın (qoyun) qiyməti 352 manat, 1 baş boz-qəhvəyi rəngli, erkək cinsli, ət çəkisi 15 kq olan xırdabuynuzlu heyvanın (qoyun) qiyməti 330 manat və 1 baş qara-qəhvəyi rəngli, erkək cinsli, ət çəkisi 12 kq olan xırdabuynuzlu heyvanın (qoyun) qiyməti 264 manatdır. İş materiallarında olan Masallı RİH Başçısının Xıl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Masallı rayonu, Xıl kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Masallı RİH Başçısının Xıl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Masallı rayonu, Xıl kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Medalının vəsiqələrinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs4 “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medallarla təltif edilmişdir. İş materiallarında olan Masallı RİH Başçısının Xıl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Əhmədov X1 rayonu, Xıl kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Medalının vəsiqələrinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs2 “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medallarla təltif edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai rayonu X.Məmmədov küçəsi ev 21 mənzil 82-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadəsi elan olunmuş şəxslərin (təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxslərin, şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirildiyi üçün onlara həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslərlə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli o, cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs4 zərərçəkmiş şəxslərlə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs4 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs4 təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs4 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli o, cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli o, cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilmiş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli o, cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə mütəxəssis rəyinin dəyəri olan 30 (otuz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h; AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES******************** hesabına köçürülməlidir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkməsinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkməsinin əvvəli Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 münasibətdə Masallı Rayon İcra və Probasiya şöbəsinə, Təqsirləndirilən şəxs1 münasibətdə isə Bakı Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mütəxəssis rəyinin dəyəri olan 30 (otuz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h; AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES******************** hesabına köçürülsün. Hökm elan edildiyi vaxtdan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar