Məhkəmə qərarları › İş №1(050)-126/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-126/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-126/2024 30.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx.xx.1996-cı ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı şəhəri Qurtuluş küçəsi ev 131-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Masallı şəhəri “Azərbaycan” prospektində yerləşən tanışı Şahid3 icarə müqaviləsi əsasında işlətdiyi “TT” çay evində olarkən həmin vaxt orada olan əvvəllər tanımadığı Masallı rayonu Bala Təklə kənd sakini Zərərçəkmiş şəxs mahnı sifariş verib oynamasını özünə və ətrafında olan şəxslərə qarşı saymazlıq və qərəzli münasibət hesab edərək çay evinin içərisində Zərərçəkmiş şəxsla sözlə mübahisə etmiş, həmin vaxt ətrafında olan tanışları onları ayırdıqdan sonra çay evini tərk edən Zərərçəkmiş şəxs arxasıyca gedərək sonuncu ilə çay evinin qarşısında mübahisə edib ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edərək, ətrafında toplaşmış şəxslərin gözləri qarşısında sonuncunun ünvanına söyüşlər söyməklə təhqir etmiş, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub hər hansı bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək yumruqla sonuncunun burun nahiyəsinə qəsdən bir dəfə zərbə vurub yerə yıxaraq ona burun sümüyünün yerini dəyişməyən sınığı, burnun sıyrığı və sol gözaltı nahiyənin qançırı ilə nəticələnən sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarətləri və sağ əlin İİİ, İV barmağının sıyrığı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə 10 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatlığına səbəb olan, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, yolda həmkəndliləri Kənan, Nərsir və Qasimlə rastlaşmış və onlara birlikdə çay içməyi təklif etmişdir, həmin şəxslərdə onun təklifi ilə razılaşdıqları üçün birlikdə çay içmək üçün “TT” çay evinə getmişlər. Çay evinə gəldikdən sonra onunla birlikdə gəlmiş şəxslər özlərinə içmək üçün çay sifariş etmişlər, o, isə bir bakal pivə sifariş etmişdir. Çay evində müsiqi səslənmiş və onlar durub rəqs etmişlər. Onların rəqs etmələri Mirmunis və yanında olanlara pis təsir etmişdir. Çünki həmin vaxt Mirmunis tək olmamış yanında təxminən 6-7 nəfər şəxs olmuşdur. Onların rəqs etmələri həmin şəxslərə pis təsir etdiyindən aralarında mübahisə olmuş və yüngülcə əlbəyaxa olmuşlar. Həmin vaxt mübahisələri 3-5 dəqiqə davam etmişdir. Həmin vaxtı çay evində təxminən 25-30 nəfər şəxsin də ayrı-ayrı masalarda oturub çay və pivə içib müsiqi dinlədiklərini görmüşdür. Daha sonra çay evindən çıxmaq istədikləri zaman həmin şəxslərdən biri onlara söz ataraq “özünü yaxşı apar” dediyini eşitmişdir. O, geri qayıdıb onlara “nəsə problem var” sözünü demişdir. Həmin vaxt Mirmunis ona “sən problem həll edənsən” sualını vermişdir, o da Mirmunisə özünə aid problemi özünün həll edə bildiyini demişdir. Daha Sonra o Kənan, Qasim və Nəsirə çay evindən çıxıb avtomobilə getməklərini, özünün də hesabı ödəyib gələcəyini bildirmişdir. O, hesabı ödəyib çay evindən çölə, yəni həyətinə çıxmışdır. Çay evinin həyətində həmin şəxslərlə mübahisəsi davam etmiş, təxminən 8-10 dəqiqə. Daha sonra ona təpik atmışlar, oda qarşılıq vermişdir. Sonra isə Mirmunis onun burnuna yumruq vuraraq burnunu sındırmışdır və müvazinətini itirib yerə yıxılmışdır. Bu zaman Mirmunis yanında olan 6-7 nəfər şəxslə onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vurmağa başlamışdır. Daha sonra həmin şəxslər çıxıb getmişlər. Bundan sonra hadisəni uzaqdan görən həmkəndliləri Qasim, Nəsir və Kənan onun yanına gəlmişlər və onu yerdən qaldırmışlar və ondan onu kimin vurduğunu soruşmuşlar, o isə həmin şəxsləri tanımadığını üzdən görəcəyi zaman tanıyacağını demişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayəti və tələbi olmadığını nəzərə alaraq, barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Mirmunisin heç bir günahı yoxdur, Nemətlə o, dalaşmışdır, Neməti o, vurmuşdur. Hadisə baş vermiş Masallı şəhəri “Azərbaycan” prospektində yerləşən “TT” adlı çay evini o, işlədərək ailəsini dolandırır. Lakin Bakı şəhərində yerləşən psixiatriya xəstəxanasından müalicə olunduğu üçün, əmisi oğlu idarə etmişdir. Hadisədə xx.xx.2024-cü il tarixdə axşam baş vermişdir. Belə ki, o, müalicə olunduğu xəstəxanada müalicə kursunu başa vurub həmin günü qayıtmışdır. Maşından düşüb kafeyə girdiyi zaman Nemətin içəridə olan müştərilərə söz atdığını görmüş və ona yaxınlaşaraq mədəni olmasını, kafedə müştərilərin olduğunu bildirib, sakitləşməsini demişdir. Sonra Nemətin dostları yaxınlaşıb içkili olduğunu bildirib onunla işinin olmamasını demişlər. Oda eybi yoxdur. Daha sonra Bakı şəhərindən onu gətirmiş maşının pulunu vermək üçün kafedən küçəyə çıxmışdır. Pulu verib kafeyə qayıtdığı zaman isə Nemətin yenidən müştərilərlə nəsə söz-söhbət etdiyini görüb təkrar ona yaxınlaşıb kafenin “qazi obyekti” olduğunu bildirib ondan artıq dərəcədə xahiş etmişdir ki, ona problem yaratmasın. Bundan sonra Nemət “qazi”lərin ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. Odur ki, onun sözlərindən əsəbləşərək özündən aslı olmayaraq Neməti vurmuşdur. Daha sonra mübahisə yaranmış Mirmunis həmin şəxslər kafedən çıxarmışdır. Başqa hər hansı bir söz-söhbət olmamışdır. Nemətdə polis şöbəsində ilkin olaraq verdiyi ifadəsində onu tanımadığı şəxsin vurduğunu qeyd etmişdir. Onun psixi problemləri olduğundan, anlaqsız olduğundan, psixi problemi ilə bağlı maddəsi olduğundan ona cəza verilməyəcəyini görüb Mirmunisə şər atmışlar ki, Neməti Mirmunis vurmuşdur. Kafedə böyük zal vardır və həmin zalda təxminən 10-a yaxın stol vardır. Hadisə 10-15 dəqiqə davam etmişdir. Həmin vaxt kafedə müştəri çox olmuşdur. Nemət kafeyə içkili gəlmişdir. Əsəbləşdiyi zaman özündə olmadığından Neməti bədəninin hansı nahiyyəsindən vurduğunu xatırlamır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid5 ifadəsindən görünür ki, Masallı rayonu Bala Təklə kənd sakini Zərərçəkmiş şəxs əvvəllər həmkəndlisi kimi tanımış və onunla münasibətləri hər zaman yaxşı olmuşdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 22 radələrində istifadəsində olan VAZ 2107 markalı **-VL-*** nömrə nişanlı avtomobillə həmkəndliləri Şahid1 və Şahid2 ilə birlikdə yaşadıqları Masallı rayonu Bala Təklə kəndindən keçən asvalt yolda gəzdiyi zaman, digər həmkəndlisi Zərərçəkmiş şəxs orada əllə işarə edib avtomobilini saxlamasını bildirmişdir. Avtomobilini Nemətin yanında saxladıqdan sonra Nemət ona hara getdiyini demişdir. O, Zərərçəkmiş şəxs bekarçılıq olduğunu, buna görə də Kənan və Qasimlə kənd ərazisində avtomobillə gəzdiyini bildirmişdir. Həmin vaxtı Nemət ona birlikdə Masallı şəhərində yerləşən “TT” çay evi kimi tanıdığı yerə gedib orada çay içməklərini təklif etmişdir. Onlarda Nemətin təklifi ilə razılaşmış və Nemət avtomobilinə oturduqdan sonra birlikdə Masallı şəhərində yerləşən “TT” çay evinin həyətinə gəlmişlər. Sonra Zərərçəkmiş şəxs, Şahid2 və Şahid1la birlikdə avtomobildən düşüb çay evinə daxil olmuşlar və masa arxasında oturub içməyə çay sifariş etmişlər. Onlar çay sifariş etsə də, Nemət içmək üçün özünə pivə gətirilməsini afisantdan xahiş etmişdir. Həmin vaxtı çay evində tanımadıqları təxminən 25-30 nəfər şəxs də ayrıayrı masalarda oturub çay və pivə içərək müsiqi dinləyirmiş. Zərərçəkmiş şəxs təxminən iki bakal pivə içdikdən sonra çay evində səslənən musiqi xoşuna gəldiyi üçün ayağa qalxıb rəqs etməyə başlamışdır. Nemətin tək rəqs etməsi yaxşı görünmədiyi üçün onlarda masadan qalxıb onunla bir az rəqs etmişdir və yenidən masada oturub çay içmişdir. O, Qasim və Kənan masada otursa da, Nemət içkili olduğu uçun oturmamış və əlavə olaraq bir neçə mahnı da sifariş edib rəqs etməyə davam etmişdir. Nemətin tək rəqs etməsi orada olan başqa şəxslərdə xoş təəssürat yaratmadığını hiss etmişdir. Bu zaman digər masada 5-6 nəfərlə birlikdə oturan adının sonradan Təqsirləndirilən şəxs olduğu bildiyi şəxs Nemətə yaxınlaşıb ona “nəsə problemmi var” sözünü demişdir. Nemət həmin şəxsə “sənə problem lazımdır” cavabını vermişdir. O, Qasim və Kənan mübahisənin böyüyəcəyini və davanın baş verəcəyini hiss etdikləri üçün masadan qalxıb Mirmunis adlı şəxsdən üzr istəmiş və Neməti çay evindən çıxardıb evə aparmaq qərarına gəlmişdir. Nemət onlara avtomobilə getməklərini və özünündə hesabı ödəyib arxalarıyla gələcəyini bildirmişdir. Buna görə də çay evindən birinci o, Kənan və Qasim çölə çıxaraq təxminən 35-40 metr aralıda saxladığı avtomobilə doğru getməyə başlamışlar. Avtomobilinə çatmaqlarına təxminən 5-10 metr qalmış çayxananın həyətində səs-küyün qaldığını və Nemətin qışqırıq səsini eşitmişdir. Nə baş verdiyini bilmək üçün tez geriyə, çayxananın həyətinə tərəf qaçmışlar. Orada Nemətin əlləri ilə üzünü tutub yerə yıxıldığını, burun nahiyəsindən qan gəldiyini və ətrafında 5-6 nəfər şəxsin dayandığını görmüşdür. Çay evinin həyətində işıqlandırma zəif olduğundan Nemətin ətrafında olan şəxslərin Mirmunis və ya başqa kimin olduğunu və onu kim vuraraq xəsarət yetirdiyini görə bilməmişdir. Bundan sonra o, Qasim və Kənanla birlikdə Neməti yerdən qaldırıb onu avtomobilinə aparıb oturdmuş və tibbi yardım göstərilməsi üçün tez Masallı RMX-na gətirmişdir. Xəstəxananın həyətinə çatanda Nemət döyülməsi barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Sonradan Zərərçəkmiş şəxs ona həmin vaxtı çay evinin həyətində onu yumruqla vurub burnunu sındıran şəxsin Masallı şəhər sakini Təqsirləndirilən şəxs olduğunu demişdir. O, Nemətin burnunun kimin vurub sındırdığını görməsə də, lakin hadisənin çay evinin həyətində baş verdiyini uzaqdan görmüşdür. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ona qarşı heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Şahidlər Şahid1 və Şahid2 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduqları və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadələrindən görünür ki, onlar da Şahid5 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Nemətin həmin vaxt onunla mübahisəsi olmuşdur. Daha sonra Tərlanla mübahisə etmişdir. Nemət onunla mübahisə edən zaman bir-birilərini itələmişlər. Lakin o, Neməti vurmamışdır. Nə kafenin içində nədəki çölündə. Nemətlə mübahisə etmiş olsaqda bir-birilərini söyməmişlər. X8 kafenin çölündə olan konfiliktindən xəbəri yoxdur. Ola bilsinki Nemət havanın dumanlı olması səbəbindən onun onu vurduğunu deyə bilər. Çünki dostlarının dediyinə görə həmin vaxt hava dumanlı olmuşdur. Lakin o, Neməti vurmamışdır. Nemətlə kafedə aralarında olan mübahisə müsiqinin səsi və olan səs-küylə bağlı olmuşdur. Nemətlə hər hansı bir düşmənçiliyi yoxdur. O, kafedən çıxdığı zama Nemətin yerdə yıxılmış vəziyyətdə olduğunu görmüşdür. O, Neməti vurmadığı halda, etmədiyi əmələ görə əgər üzr istəməsi lazımdırsa o, üzr istəyir. Məhkəmədən onun Neməti vurmaması nəzərə alıb barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsində özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünümüdafiə xarakterli ifadə və törətdiyi əmələ görə cəzalanmaqdan yaxa qurtarmaq cəhdi kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Tağıyev X2 şəhəri Qurtuluş küçəsi ev 131-də qeydiyyatda olmaqla xx.xx.1961ci il təvəllüdlü atası X4, xx.xx.1968-ci il təvəllüdlü anası X3, xx.xx.2000-ci il təvəllüdlü arvadı X6 və xx.xx.2022-ci il təvəllüdlü oğlu X1 ibarət ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin 05 mart 2024-cü il tarixli 189 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun sümüyünün yerini dəyişməyən sınığı, burnun və sağ əlin İİİ, İV barmağının sıyrığı və sol gözaltı nahiyənin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd edilən 04 mart 2024-cü il tarixə uyğun gəlir. Burun sümüyünün yerini dəyişməyən sınığı, burnun sıyrığı və sol gözaltı nahiyənin qançırı vahid kompleks təşkil etməklə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Sağ əlin İİİ, İV barmağının sıyrığı sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Medalının vəsiqələrinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medallarla təltif edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 2-ci Qarabağ müharibəsində iştirak edib. Mərmi partlaması nəticəsində xəsarət almışdır. Huşunu itirmişdir. Ayılandan sonra döyüşə dönmüşdür. Müharibədən sonra özündən getmələr, əsəbilik, qıcıqlıq, münaqişəyə meyllik, yuxusuzluqdan şikayət edir. Epilepsiya nəticəsində şəxsiyyət dəyişikliyi, üzvi (travmatik epilepsiya nəticəsində) mənşəli şəxsiyyət pozuntusu, özündəngetmələrlə diaqnozu təyin olunmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadələri elan edilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 6.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndində qeyd edilir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə razılıq əldə edərək barışmasını CM-in 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin ondan heç bir tələb və şikayətinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medallarla təltif edilməsini CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alıb, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün sayaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, islah işləri cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından 10 (on) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 03 (üç) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş islah işləri cəzasını iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxsnın cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə pul tutulduğu gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar