Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-126/2025 28.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 ay 15 gün müddət hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2025-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülməmiş, ünvan 1-də yaşayış yeri üzrə qeydiyyatda olan barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixdən həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, ümumilikdə 0,645 qram çəkidə 07 ədəd bükümdə xeyli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, həmin narkotik vasitə olan heroindən 1 bükümdə təmiz çəkisi 0,427 qram təşkil edən narkotik vasitə heroini xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Masallı şəhəri H.Əliyev prospektində tanışı Şahid3 20 manat pulun müqabilində satmış, xx.xx.2025-ci il tarixdə saat 17:05-də Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilən əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri üzərində saxlamaqda, daşımaqda, istifadəsində və satmasında şübhəli olduğundan Masallı şəhəri H.Əliyev prospektində saxlanılmış, həmin yerdə üstü yoxlanılan zaman əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibində olan 01 ədəd kibrit qutusunun içərisindən 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,034 qram, 0,041 qram, 0,038 qram, 0,035 qram, 0,038 qram, 0,032 qram olmaqla ümumi təmiz çəkisi 0, 218 qram olan, Şahid3 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,427 qram olan heroin ilə xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birilərilə eynilik təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitələrdən qanunsuz istifadə etdiyinə görə məhkum olunmuşdur. xx.xx.2025-ci il tarixdə azadlığa çıxmışdır. Azadlığa çıxdığı vaxtdan bir müddət sonra bədənində ağrıları olduğundan narkotik vasitələrdən istifadə etmişdir. Həbs edilməsindən təxminən 4-5 gün əvvəl şəxsi istifadəsi və satış məqsədilə Masallı şəhəri H.Əliyev prospektində tanımadığı şəxsdən 01 ədəd kibrit qutusunda 08 ədəd kağız bükümlərdə narkotik vasitə olan heroini 60 manat pulun müqabilində almışdır. Həmin narkotik vasitədən bir bükümün özü istifadə etmiş, qalan 7 bükümdə narkotik vasitə heroini kibrit qutusunda üzərində gəzdirmişdir ki, heroinlərin bir hissəsini ağrıları olduğu zaman istifadə etmək, qalan hissələrini isə tanışlarından istəyən olduğu təqdirdə onlara pul qarşılığında satmaq niyyətində olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində onda qalan 07 ədəd narkotik vasitə olan heroin bükümlərini əynindəki gödəkçəsinin sol yan cibinə qoyub evdən küçəyə çıxmışdır. Masallı şəhəri H.Əliyev prospektinə gəlmişdir. Orada tanışı Şahid3 ona yaxınlaşaraq, bədənində ağrılar olduğunu və heroin almaq istədiyini demişdir. O, üzərində gəzdirdiyi 07 ədəd narkotik vasitə olan heroin bükümlərini çıxarıb 01 ədəd bükümü Şahid3 20 manat pulun müqabilində satmışdır. O, Şahid3 satdığı narkotik vasitə olan heroinin qarşılığında 20 manat pulu alıb yaşadığı evinə gəlmişdir. xx.xx.2025-ci il tarixdə saat 16 radələrində üzərində saxladığı 01 ədəd kibrit qutusunun içərisində 06 ədəd bükümlərdə narkotik vasitə olan heroini götürüb evindən piyada küçəyə çıxıb Masallı şəhəri H.Əliyev prospektinə gəlmişdir. Narkotik vasitə olan heroindən istifadə etmək və tanıdığı şəxslər olduğu təqdirdə yenidən satıb pul əldə etmək üçün bir qədər piyada gəzməyə başlamışdır. Həmin vaxt yəni saat 17:05-də üç nəfər şəxs videokamera ilə ona yaxınlaşmışlar. Həmin şəxslər ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin Şahid1, İsmayıl Xaliqzadə və Ramal Şükürov adlı polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadə etməkdə, satmaqda, daşımaqda və üzərində gəzdirməkdə şübhəli olduğu üçün yaxınlaşdıqlarını demişlər. Sonra isə polis əməkdaşları ondan şifahi formada üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını soruşmuşlar, üzərində narkotik vasitə olduğunu etiraf edərək, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlaı kibrit qutusunda nə olduğunu soruşduqda, içərisində 06 (altı) ədəd bükümlərdə narkotik vasitə olan heroin olduğunu, həmin heroini xx.xx.2025-ci il tarixdə Masallı şəhəri H.Əliyev prospektində tanımadığı şəxsdən 60 manat pulun müqabilində şəxsi istifadəsi və satmaq üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra əynində olan gödəkçənin sağ yan cibindən 02 ədəd 5 manatlıq və 19 ədəd 1 manatlıq pul əskinaslarını çıxarıb təqdim etmişdir. Polis əməkdaşı Şahid1 təqdim etdiyi bir ədəd kibrit qutusunu açıb içərisində 06 (altı) ədəd kağız bükümlərə yaxından baxdıqda onların həqiqətəndə narkotik vasitə olan heroin olduğunu görmüş, 06 ədəd bükümdə heroinlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Daha sonra həmin narkotik vasitə olan heroin bükümlər və üzərindən aşkar olunmuş 02 ədəd 5 manatlıq 19 ədəd 1 manatlıq pul əskinazları ayrı-ayrılıqda kağız zərflərə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavaba olaraq bildirmişdir ki, o, həm narkotik vasitə istifadəçisidir, eyni zamanda da narkotik vasitələri qəbulu etməklə yanaşı pula ehtiyacı olanda onların satışını da təşkil etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki zor və ya psixi təzyiq göstərilməmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını nəzərə alıb barəsində yüngül və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 Masallı şəhəri Dadva küçəsi ev 20-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri istifadə etməsində, saxlamasında, daşınmasında və satmasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri Şahid1 üzvləri isə KTQ-nin baş inspektoru, Ramal Şükürov və o təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Masallı şəhəri H.Əliyev proskpetində olması barədə məlumat əldə etdikdən sonra Şahid2 və R.Şükürovla birlikdə oraya getmişlər. Həmin küçədə saat 17:05-də Təqsirləndirilən şəxs asfalt yolun kənarı ilə piyada hərəkətdə olduğunu müşahidə etdikdən sonra videoçəkilişlə yaxınlaşıb orada Təqsirləndirilən şəxs saxlamışlar. Sonra ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək, Masallı RPŞ-nin əməkdaşları olduğlarını və qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadə etməkdə, saxlamaqda, danışmaqda və satmasında şübhəli olduğunu bildirmişlər. Şahid1 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib ondan üzərində narkotik maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs da bir qədər düşündükdən sonra üzərində narkotik vasitə olan heroinin olduğunu bildirmişdir. Sonra həmin yerdə özü əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb içərisində 06 ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda narkotik vasitə olan heroin olduğunu, həmin heroini Masallı şəhəri H.Əliyev prospektində tanımadığı şəxsdən 60 manat pulun müqabilində şəxsi istifadəsi və satmaq üçün alıb üzərində gəzdirdiyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 02 ədəd 5 manatlıq və 19 ədəd 1 manatlıq pul əskinaslarını çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusunu açıb içərisində 06 ədəd kağız bükümlərə yaxından baxdıqda onun narkotik vasitə olan heroinlərə bənzər kütlələr olduğunu görmüşlər. Həmin heroinə bənzər kütlələr kağızla birlikdə ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Daha sonra həmin narkotik vasitə olan heroinə bənzər kütlələr və 02 ədəd 5 manatlıq və 19 ədəd 1 manatlıq pul əskinasları ayrı-ayrılıqda içi boş olan kağız zərflərə qoyaraq qablaşdırmış və üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsindən görünür ki, o, oxşar məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verərək göstərdi ki, narkotiklərdən qanunsuz istifadə etdiyinə görə əvvəllər məhkum olunmuş, 2025-ci ilin fevral ayında vaxtından əvvəl şərti azadlığa buraxılmışdır. Bədənində ağrılar olduğu üçün narkotik vasitə heroin istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən üzərindən bir büküm narkotik vasitə olan heroin aşkar edildiyindən tutulmuşdur. Belə ki, xx.xx.2025-ci il tarixdə bədənində ağrılar yaranmağa başladığından şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin əldə etmək qərarına gəlmiş və bu məqsədlə həmin vaxtı yaşadığı kənddən çıxmış, tanımadığı maşınla Masallı şəhərinə gəlmiş, Masallı şəhəri H.Əliyev prospektində avtomobildən yerə düşmüşdür. Həmin ərazidə piyada gəzən vaxt tanışı Təqsirləndirilən şəxsla qarşılaşmış, ondan şəxsi istifadəsi üçün narkotik vasitə istəmişdir. Təqsirləndirilən şəxs ona heroin sata biləcəyini demişdir. Bundan sonra razılaşaraq 20 manat pulun müqabilində iki ədəd bükümdə narkotik vasitə heroini Təqsirləndirilən şəxs almışdır. İntiqamdan aldığı narkotik vasitə olan heroini istifadə etmək üçün uyğun yer axtarmağa başlamışdır. Saat 22:51-də prospektdə piyada gəzdiyi zaman üç nəfər şəxs videokamera ilə ona yaxınlaşmışdır. Həmin şəxslər ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğu üçün yaxınlaşdıqlarını demişlər. Təqsirləndirilən şəxs aldığı iki ədəd bükümdə narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları üzərinə baxış keçirsələr də, lakin qanunla qadağan olunmuş heç bir narkotik vasitə aşkar etməmişlər. Üzərində aşkar edilmiş iki bükümdə narkotik vasitə heroinin çəkisi az olduğundan polis əməkdaşları onu Masallı RPŞ-yə aparmış, şöbəyə apardıqdan sonra həmin bükümlər birləşdirilməklə bir bükümə yığılmış, həmin kütlənin üzərinə polis əməkdaşları heroin əlavə edərək umumi çəkini çoxaltmışdılar. Polis əməkdaşları həmin bükümü onun cibinə qoyaraq çəkiliş zamanı təqdim etməsini bildirərək onu məcbur etmişdilər. Üzərinə götürmədiyi halda, daha ağır maddə ilə ittiham olunacağı ilə hədələmişlər. Məcburiyyət qarşısında onlarla razılaşmışdır. Bundan sonra yenidən saxlanıldığı yerə aparılmışdır. Polis əməkdaşlarının əvvəlcədən ona deyilmiş qaydaya uyğun olaraq videoçəkiliş zamanı polis əməkdaşları ondan şifahi formada üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını soruşduqda, üzərində narkotik vasitə olduğunu etiraf etmiş, sonra üzərində saxladığı bükümü və mobil telefonu videoçəkiliş zamanı polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində heroin olduğunu, həmin heroni Masallı şəhəri ərazisində İntiqam adlı şəxsdən 20 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Şahid3 məhkəmə iclasında ona verilən suala cavab olaraq bildirmişdir ki, əsl həqiqətdə üzərində narkotik vasitə olsa da, iki bükümdə olmaqla, ümumilikdə çəkisi az olmuş, həmin narkotik vasitənin çəkisi polis əməkdaşları tərəfindən çoxaldılmaqla bir bükümdə üzərinə qoyulmuşdur. Halbuki Təqsirləndirilən şəxs iki bükümdə az çəkidə narkotik vasitə almışdır. Videoçəkiliş başa çatdıqdan sonra polis əməkdaşları onu yenidən Masallı RPŞ-yə aparmışlar. Müvafiq sənədləşmə aparıldıqdan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, narkotiklərdən qanunsuz istifadə etdiyinə görə əvvəllər məhkum olunmuş, sonuncu dəfə Masallı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 02 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qərarı ilə 2025-ci ilin fevral ayında vaxtından əvvəl şərti azadlığa buraxılmışdır. Azadlığa çıxdığı vaxtdan sonra bədənində ağrılan olduğu üçün narkotik vasitə heroin istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən üzərindən bir büküm narkotik vasitə olan heroin aşkar edildiyindən tutulmuş və hazırda barəsində RPŞ-nin İstintaq Bölməsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılır. Belə ki, o xx.xx.2025-ci il tarixdə saat təxminən 21 radələrində bədənində ağrılar yaranmağa başladığından şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin əldə etmək qərarına gəlmiş və bu məqsədlə həmin vaxt yaşadığı Masallı rayonu Yeddioymaq kəndində yerləşən fərdi yaşayış evindən tək küçəyə çıxmışdır. Daha sonra yoldan keçən tanımadığı şəxsin avtomobilinə əyləşib Masallı şəhəri H.Əliyev prospektinə gəlib avtomobildən yerə düşmüşdür. Daha sonra həmin ərazidə piyada gəzməyə başlamışdır. Bu zaman tanışı Təqsirləndirilən şəxs ilə qarşılaşmışdır. Təqsirləndirilən şəxs əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsinə görə həbs edildiyini bildiyində söhbət əsnasında ona çəkmək üçün narkotik vasitə olan heroin tapmasını bildirmişdir. İntiqam ona hazırda üzərində narkotik vasitə heroin olduğunu və həmin heroini 20 manat pulun müqabilində sata biləcəyini demişdir. Bundan sonra o, tanışı Təqsirləndirilən şəxsla razılaşıb ondan bir ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroini 20 manat pulun müqabilində almışdır. Bundan sonra İntiqamdan aldığı narkotik vasitə olan heroini istifadə etmək üçün uyğun yer axtarmağa başlamışdır. Həmin vaxt yəni saat 22:51-də adı çəkilən prospektdə tək gəzdiyi zaman üç nəfər şəxsin videokamera ilə ona yaxınlaşdığını görmüşdür. Həmin şəxslər ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin Məmməd Məmmədli, Nüsrət Nüsrətbəyli və Ramal Şükürov adlı polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğu üçün yaxınlaşdıqlarını demişlər. Sonra polis əməkdaşları ondan şifahi formada üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını soruşmuşdur. O, üzərində narkotik vasitə olan heroin olduğunu polis əməkdaşlarının artıq hardansa bildiklərini başa düşdüyündən və yalan danışmağın heç bir mənasının olmadığını dərk etdiyindən onlara üzərində heroin olduğunu demişdir. Sonra həmin yerdə əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü və şalvarının sağ yan cibindən bir ədəd özünə məxsus “Redmi” markalı mobil telefonunu çıxarıb polis əməkdaşlarına təqdim etmiş və təqdim etdiyi bükümün içərisində heroin olduğunu, həmin heroni Masallı şəhəri ərazisində İntiqam adlı şəxsdən 20 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşı Məmməd Məmmədliyə təqdim etdiyi həmin bir ədəd bükümü açıb yaxından baxdıqda onun həqiqətəndə narkotik vasitə olan heroin olduğunu görmüşdür. Sonra həmin heroin gümüşü rəngli kağızla birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,62 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin narkotik vasitə olan heroin və “Redmi” markalı mobil telefon ayrı-ayrılıqda içi boş olan kağız zərflərə qoyularaq qablaşdırılmış və üzəri polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Bundan sonra polis əməkdaşları onu Masallı Rayon Polis Şöbəsinə gətirmiş, orada əməliyyat müvəkkili Məmməd Məmmədli üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroin ilə əlaqədar protokol yazmış, həmin protokolu ucadan oxumuş və hər şey düzgün qeyd edildiyi üçün o da həmin protokolu imzalamışdır. X8 təhqiqatçısı Əli Sadıqov qanunsuz olaraq üzərimdə narkotik vasitə olan heroin saxladığı üçün onu şübhəli şəxs qismində tutub hüquq və vəzifələrini elan edib bu barədə bildiriş vermişdir. Həmin vaxtı o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini demişdir. Bundan sonra istəyinə əsasən Masallı rayon Vəkil bürosunun vəkili X4 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Müdafiəçi gəldikdən sonra təhqiqatçı zəruri sənədləşmə işlərini aparmış və o həmin sənədləri də müdafiəçilə birlikdə imzalamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Təqsirləndirilən şəxsin yerində saxlanılaraq üzərinə baxış keçirilməsinin video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17:05-də Masallı şəhəri H.Əliyev prospektində saxlanılaraq üzəri yoxlanılan zaman özü əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd kibrit qutusunun içərisində 06 ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda narkotik vasitə olan heroini, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən iki 02 ədəd 5 manatlıq və 19 ədəd 1 manatlıq pul əskinaslarını çıxarıb təqdim etmiş, təqdim etdiyi həmin heroini xx.xx.2025-ci il tarixdə Masallı şəhəri H.Əliyev prospektində tanımadığı şəxsdən 60 manat pulun müqabilində şəxsi istifadəsi və satmaq üçün alıb üzərində gəzdirdiyini demişdir. Əməliyyat müvəkkili tərəfindən təqdim olunmuş sellofan bükülülərə ayrı-ayırlıqda baxış keçirərkən onun narkotik vasitə heroninə bənzər maddələr olduğunu görmüşdür. Sonra həmin heroinə bənzər kütlələr kağızla birlikdə ayrı-ayrılıqda elektron tərəzidə çəkilməklə çəkiləri 0,13 qram, 0,14 qram, 0,12 qram, 0,13 qram, 0,15 qram və 0,13 qram olduğu və heroinə bənzər kütlənin isə ümumi çəkilərinin 0,80 (sıfır tam səksən) qram olduğunu müəyyən etmişdir. Daha sonra həmin heroinə bənzər maddə olan bükümlər və və 02 ədəd 5 manatlıq və 19 ədəd 1 manatlıq pul əskinasları ayrı-ayrılıqda içi boş olan kağız zərflərə qoyularaq ayrı-ayrılıqda qablaşdırılaraq polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üzəri ətraflı yoxlanmış və üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Şahin Mehrabov tərəfindən Təqsirləndirilən şəxs üzərindən əməliyyat-axtarış tədbiri zamanı aşkar edilmiş əşyalara keçirilən baxışın video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1, Masallı RPŞ-in PPXB-nin polis nəfəri Şahid2 oğl, Masallı RPŞ-nin KTQ-nin baş inspektoru X6 tərəfindən əməliyyat-axtarış tədbiri zamanı saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış maddə olan zərf və baxış keçirilməsi barədə video görüntünü əks etdirən CD disk təhqiqatçıya təqdim edilmişdir. Təqdim edilmiş zərfdəki bükümə təhqiqatçı baxış keçirən zamanı 06 ədəd kağız bükümlərdə heroinə bənzər maddələr aşkar olunmuş və həmin bükümlər ayrı-ayrılıqda elektron tərzidə çəkilərkən 0,13 qram, 0,11 qram, 0,13 qram, 0,11 qram, 0,13 qram və 0,13 qram olduğu və heroinə bənzər kütlənin isə ümumi çəkilərinin 0,79 (sıfır tam yetmiş doqquz) qram olmuş, daha sonra təhqiqatçı tərəfindən iştirakçılarla bərabər Təqsirləndirilən şəxs yerində saxlanılmaqla üzərinə baxış keçirilməsini əks etdirən CD diskə baxış keçirilmişdir. Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X5 tərəfindən Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona verilən sualları tam şəkildə cavablandıraraq törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən təqdim edilmiş məhkəmə kimyəvi ekspertizasının 06 aprel 2025-ci il tarixli, 19/142 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 06 ədəd bükülüdə olan heroinə bənzər kütlələr....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,034 qram, 0,041 qram, 0,038 qram, 0,035 qram, 0,038 qram, 0,032 qram: ümumi təmiz çəkisi 0,218 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görnüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Heroinin ümumi təmiz çəkisi 0,218 qram, tədqiqata sərf edildi -0,06 qram (hər ob.-0,01 ram), qalıq -0,158 qramdır. 250640056 saylı cinayət işinə aid olan və surəti hazırki cinayət işinə əlavə edilmiş keçirilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 19/137 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət: Şahid3 məxsus heroinə bənzər kütlə...” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təzmi çəkisi: 0,427 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,427 qram, tədqiqata sərf edildi -0,05 qram, qalıq -0,377 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X7 Yoxlamanın nəticələrinə dair xx.xx.2025-ci il tarxili 191 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2023-cü ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. İş materialına əlavə edilmiş xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə Şahid3 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətləri aparan zaman Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə demiş, qarşı tərəf həmin faktları etiraf etmişdir. Təyin edilərək keçirilmiş əlavə məhkəmə kimyəvi ekspertizasının 07 iyun 2025-ci il tarixli, 19/221 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərilərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 6 büküm heroin Rəy № 19/142....” və “Şahid3 aşkar edilmiş 1 büküm heroin Rəy № 19/137....” sözlər və imzalar 1 ədəd zərfdəki ümumilikdə 7 büküm heroinlər kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Heroinin təmiz çəkisi 0,377 qram, tədqiqata sərf edildi -0,05 qram, qalıq -0,327 qramdır. (1-№-li ob). Heroinin təmiz çəkisi 0,158 qram, tədqiqata sərf edildi -0,03 qram, qalıq -0,128 qramdır. (2№-li ob) Əşyanın maddi sübut hesab edilməsi və təhvil verilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalan 0,158 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş narkotik vasitəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi barədə videogörüntüləri özündə əks etdirən 03 ədəd “CD” disk sübut növü kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən və Masallı rayon İcra və Probasiya şöbəsinin 19 may 2025-ci il tarixli 2-674/25-62-16 saylı arayışından görünür ki, görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixdə hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 ay 15 gün müddət hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2025-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət üzrə məhkumluğu ödənilməmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada götürülməmişdir. Masallı rayon İHB-nın Masallı şəhər İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır, üç nəfərdən ibarət ailə üzvü vardır və yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsindən fərqli ifadə verərək Təqsirləndirilən şəxs heroin aldığını, lakin bir bükümdə deyil, iki bükümdə aldığını bildirmiş, eyni zamanda onun üzərindən aşkar edilmiş heroinin kütləsinin polis əməkdaşları tərəfindən çoxaldıldığını göstərmişdir. Məhkəmə onun ifadəsinə qiymət verərək qeyd edir ki, o, həqiqətən də Təqsirləndirilən şəxs pul müqabilində heroin aldığını etiraf etmişdir, onun məhkəmə istintaqı zamanı qeyd etdiklərinin doğru olub-olmaması isə hazırda barəsində CM-nin 234.1-ci maddəsi ilə başqa hakimin icraatında istintaq edilən cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edən hallar hesab edildiyindən həmin iş üzrə ətraflı araşdırma aparılmaq yolu ilə müəyyən edilə bilər. Onun ibtidai istintaqda verdiyi ifadəsindən fərqli olaraq göstərdikləri hazırda Təqsirləndirilən şəxs elan edilmiş ittihamın mahiyyətini dəyişmir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən şahidlərin ifadələri, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş narkotik vasitəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi barədə video çəkilişin aparılmasına dair CD disklər, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 8-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Qərarın 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, ümumilikdə 0,645 qram çəkidə 07 ədəd bükümdə xeyli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, həmin narkotik vasitə olan heroindən 1 bükümdə təmiz çəkisi 0,427 qram təşkil edən narkotik vasitə heroini xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Masallı şəhəri H.Əliyev prospektində tanışı Şahid3 20 manat pulun müqabilində satmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma- üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən əməlində cinayətlərin sadə residivi yaranmışdır. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (əvvəllər törətdiyi analoji cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, məhkumluğunun ödənilməməsi və götürülməməsini,), o cümlədən cəzanı yüngülləşdirən halın olmaması, cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 05 aprel 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2025-ci il tarixdə saat 17:05-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon Məhkəməsinin 4(050)-26/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 05 aprel 2025-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə alınmış müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və o, Ərazi Narkoloji xəstəxanasında 2023-cü ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından qeyd edir ki, hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan 0,128 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş narkotik vasitəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsinin videogörüntülərini özündə əks etdirən 03 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu gündən, yəni 05 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi 7 saat üçün nəzərdə tutulan 77 manat pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 05 aprel 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun Ərazi Narkoloji xəstəxanasında 2023-cü ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,128 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs saxlanılmasını, aşkar edilmiş narkotik vasitəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsinin görüntülərini özündə əks etdirən 03 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş müvafiq olaraq Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi 7 saat üçün nəzərdə tutulan 77 (yetmiş yeddi) manat pul dövlət büdcəsinin vəsaiti hesabından tutulub Masallı rayon «Kapital Bank»dakı hesabına köçürülsün. (kod-990003611, VÖEN **********1, hesablaşma hesabı ********************). Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №1(050)-126/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-126/2025
28.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver