Məhkəmə qərarları › İş №1(050)-127/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-127/2023

12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-127/2023 12.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1955-ci il tarixdə Masallı rayonu, Bədəlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, təqaüdçü, Masallı rayonu, Bədəlan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində AE438580 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında və ayıq vəziyyətdə idarə etdiyi özünə məxsus VAZ 21013 minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı rayonu Sığdaş-Bədəlan kənd avtomobil yolunun rayonun Böyük Kolatan kəndi ərazisindən keçən hissəsində Bədəlan kəndi istiqamətində yolun sağ hərəkət zolağı ilə 40 km/saat sürətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla təhlükənin yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunlara əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olsa da, həmin vaxt onunla eyni istiqamətdə yolun hərəkət hissəsinin sağ kənarı ilə “STEL-S 335” markalı velosipedlə 10 km/saat sürətlə hərəkətdə olan və yolu qarşı tərəfə qövsvari keçmək istəyən əvvəllər tanıdığı Masallı rayonu, Böyük Kolatan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan X15 yolun sol hərəkət zolağında avtomobilin ön sağ qapısı və güzgüsü ilə ehtiyatsızlıqdan vuraraq onun sol alın-təpə-gicgah payının subdural hematoması, sol təpə-gicgah sümüklərinin kəllə əsasına keçən, sol gicgah piramidasına və əsas sümüyün böyük qanadına irradiasiya edən xətti sınıqları, baş beyin toxumasına, mədəciklərinə və qişaları altına qansızmalar, baş beyinin dislokasiyası, sol tərəfli otohemolikvoreya, sol təpə-gicgah-ənsə nahiyəsinin dərialtı hematoması, sol orbitanın alt divarının sınığı, sağ ağciyərin aşağı payının posttravmatik kontuziyası, döş qəfəsinin küt travması, sol aşıq-baldır oynağı nahiyəsinin əzilmiş yaraları, əllərin arxa səthlərinin sıyrıqları alması ilə nəticələnən və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri almasına və sonuncunun hadisədən sonra müalicə olunduğu Bakı şəhəri “Respublika Neyrocərrahiyyə” xəstəxanasında xx.xx.2023-cü il tarixdə başın ağır küt travması ilə əlaqədar baş beyin toxumasına, mədəciklərinə və qişaları altına qansızmalar, sol təpə-gicgah sümüklərinin kəllə əsasına keçən sınıqları nəticəsində ölüməsinə bilavasitə səbəb olan yol-nəqliyyat hadisəsini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadəsi, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, ali təhsillidir, əvvəllər 37 il pedaqoji fəaliyyətlə məşğul olmuş və 2020-ci ildə təqaüdə çıxmışdır. Təqaüdə çıxdıqdan sonra özünə məxsus “VAZ 21013 minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilini Azərbaycan Respublikasının DİN BDYPİ Lənkəran RQİTBŞ tərəfindən xx.xx.2018-ci il taridə verilmiş adına olan AE438580 saylı, “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Masallı rayonu Sığdaş-Bədəlan kəndlərarası avtomobil yolunun Masallı rayonu Böyük Koltan kəndi ərazisindən keçən hissəsindən üzü Bədalan kəndi istiqamətində asfalt yolla özünə məxsus “VAZ 21013 minik” markalı, **-BC-*** qeydiyyat nişanlı avtomobillə yolun sağ hərəkət zolağı ilə 40 km/saat sürətlə tək hərəkətdə olduğu vaxt təxminən 20 metr uzaqdan onun hərəkət zolağında onunla eyni istiqamətdə asfalt yolun hərəkət hissəsinin sağ kənarı ilə tanımadığı şəxsin ikitəkərli velosipedlə təxminən 10 km/saat sürətlə hərəkət etdiyini görmüşdür. O, həmin velosipedçini ötüb keçmək üçün əvvəlcə ona xəbərdarlıq siqnalı vermiş və siqnal verməyinə baxmayaraq, velosipedçi arxaya dönüb baxmamışdır. Velosipedçinin verdiyi xəbərdarlıq siqnalını eşitdiyini düşünərək onu ötüb keçmək qərarına gəlmiş və idarə etdiyi avtomobillə yolun əks, yəni sol hərəkət zolağına çıxıb velosipedçini ötməyə başlamışdır. Bu zaman həmin şəxs də onu ötüb keçmək istədiyini görmədən idarə etdiyi velosipedini asfalt yolun sağ hərəkət zolağından sol hərəkət zolağına qövsvari sürüb yolun əks tərəfinə keçməyə başlamışdır. O, velosipedçini vurmamaq üçün həmin vaxt idarə etdiyi avtomobili bir azda yolun sol tərəfinə sürsə də, lakin toqquşmadan yayına bilməyib yolun sol tərəfində asfalt yolun üzərində velosipedin rolu onun idarə etdiyi avtomobilin sağ güzgüsünə və ön sağ qapısına dəydikdən sonra həmin şəxs velosipedin idarəetməsini itirmiş və velosipedlə birlikdə bərk asfalt yola çırpılmışdır. Velosipedçini vurduqdan 3-4 metr getdikdən sonra avtomobilini yolun sol ehtiyat hissəsində saxlayıb tez avtomobildən düşərək həmin velosipedçinin yanına qaçmışdır. Həmin şəxsin yanına çatdıqda onun baş nahiyəsinin asfalda bərk dəydiyindən başından, ağzından qan axdığını və huşsuz vəziyyətdə olduğunu görmüş və həmin şəxsin Masallı rayonu, Böyük Kolatan kənd sakini, əvvəllər tanıdığı X16 olduğunu bilmişdir. Sonra həmin vaxt ora yaxınlıqda olan Kolatan kənd sakinləri Şahid1 və Şahid2 adlı şəxslər gəlmişdir. O, həmin şəxslərin köməkliyi ilə asfalt yolun üzərində huşsuz vəziyyətdə uzanmış Zaid Ağayevi yerdən götürüb avtomobilinin arxa oturacağına qoymuş və həyacanlı olduğu üçün avtomobilini özü idarə etməyib, Şahid2 idarə edərək onu Elman və Elyazla birlikdə tez Masallı RMX-na gətirmişdir. Xəstəxanın qəbul şöbəsində həkimlər Zaid Ağayevə baxıb güclü kəllə-beyin travması aldığını və vəziyyətinin ağır olduğunu görərək tez X18 avtomobili ilə yaxınlıqda yerləşən “Bioloji Təbabət” klinikasının Masallı rayon fialına aparmışdır. O, da həmin vaxt Elyaz və Elmanla birlikdə Bioloji Təbabət klinikasına gəlmiş, orada bir az gözlədikdən sonra özü yol-nəqliyyat hadisəsini törətdiyi yerə qayıtmış və polis əməkdaşlarına hadisə yerini təqdim edərək iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Sonradan aldığı məlumata görə Zaid Ağayev vəziyyətinin ağırlığına görə həmin günü “Bioloji Təbabət” klinikasından Bakı şəhəri “Respublika Neyrocərrahiyyə” Xəstəxanasına aparılmış və xx.xx.2023-cü il tarixdə həmin xəstəxanada vəfat etmişdir. Z.Ağayevə tibbi yardım göstərilməsi məqsədilə onu xəstəxanaya aparmış və Z.Ağayev vəfat etdikdən sonra onun ailəsinə 1000 manat maddi yardım etmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, yaşlı olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi X5 ilə barışdığını və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X5 göstərdi ki, xx.xx.1968-ci il təvəllüdlü X16 əridir, onunla 1996-cı ildə ailə həyatı qurmuşdur, birgə nikahlarından bir qız övladları vardır. Zaid Ağayevlə ailə həyatı qurduqdan sonra birlikdə Masallı rayonu, Böyük Kolatan kəndində yerləşən özlərinə məxsus evdə yaşayırmış. Mərhum əri X19 rayonunda yerləşən “Embavood” mebel fabrikində işləyib ailəsini dolandırırmış və onunla hər zaman münasibətləri yaxşı olmuşdur. Zaid Ağayevin özünə məxsus “STEL-S 335” markalı ikitəkərli velosipedi varmış və o, boş vaxtlarında balıq tutmaq üçün həmin velosipedlə yaşadıqları kəndin yaxınlığında olan su kanalına gedirmiş. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Zaid günorta namazını qıldıqdan sonra balıq tutmaq üçün özünə məxsus “STEL-S 335” markalı velosipedlə evdən çıxıb yaşadıqları Masallı rayonu, Böyük Kolatan kəndinin yaxınlığından keçən su kanalına getmişdir. Həmin günü saat təxminən 17:30 radələrində Zaidin evə gec gəldiyini görüb mobil telefonuna zəng etmiş və harada olduğunu soruşmuşdur. Zaid ona balıq tutmağını yekunlaşdırıb birazdan geri qayıdacağını bildirmişdir. Saat təxminən 18 radələrində yaşadığı evdə tək olduğu zaman, əri Zaid Ağayevin balıq tutmaqdan geri qayıdarkən, Sığdaş-Bədalan avtomobil yolunun Böyük Kolatan kəndindən keçən hissəsində velosipedlə yolu keçən vaxtı onu Masallı rayonu, Bədəlan kənd sakini Təqsirləndirilən şəxs adlı şəxsin idarə etdiyi “Vaz 21013” markalı avtomobillə vurulduğunu və xəsarəti ağır olduğundan Masallı şəhərində yerləşən xəstəxanaların birinə aparıldığını eşitmişdir. Zaidin Masallı şəhərində yerləşən “Bioloji Təbabət” klinikasına aparıldığını müəyyən etdikdən dərhal sonra o, həmin klinikaya getmişdir. Klinikaya çatdıqda orada həkimlər ona Zaidin yolnəqliyyat hadisəsi zamanı ağır kəllə-beyin travması aldığından koma vəziyyətində olduğunu və vəziyyətinin ağır olduğunu demişdir. Təxminən 2 saat X17 klinikasında qalıb müalicə aldıqdan sonra həkimlər onun vəziyyətinin ağırlığını və xahişini nəzərə alıb daha da intensif müalicə alması məqsədilə həmin günü onu aidəyyəti üzrə Bakı şəhərində yerləşən ixtisaslaşdırılmış “Respublika Neyrocərrahiyyə” xəstəxanasına aparmışdır. Zaid Ağayev “Respublika Neyrocərrahiyyə” xəstəxanasında 6 gün qalıb intensiv müalicə almasına və həkimlərin səyinə baxmayaraq o, xx.xx.2023-cü il tarixdə gecə saatlarında adı çəkilən xəstəxanada vəfat etmişdir. O, yol-nəqliyyat hadisəsinin baş verməsini görməmiş, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ona qarşı heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Mərhum əri Z.Ağayev psixi və fiziki cəhətdən sağlam olmuş, görmə və eşitməsində hər hansı zəiflik olmamışdır. Sonda zərərçəkmiş şəxsin hüquqi varisi R.S.Nüsrətova məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini, ona görə də ərizəsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı rayonu, Böyük Kolatan kənd sakini Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qonşu kənd sakini kimi, X15 isə həmkəndlisi kimi əvvəllər tanımış, həmin şəxslərə qarşı heç bir ədavəti və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində yaşadığı Masallı rayonu, Böyük Kolatan kəndində yerləşən ərzaq marektin yaxınlığında olarkən marketdən təxminən 150 metr uzaqlıqda Sığdaş-Bədəlan avtomobil yolunun rayonun Böyük Koltan kəndi ərazisindən keçən hissəsində üzü Bədəlan kəndi istiqamətdə asfalt yolun üzərində avtomobillə velosipedin toqquşduğunu və tanışı Şahid1 həmin istiqamətdə qaçdığını görmüşdür. O, nə baş verdiyni bilmək və kömək etmək məqsədilə iti addımlarla hadisənin baş verdiyi yerə getmişdir. Həmin yerə çatdıqda qonşu kənd sakini olan Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21013 minik” markalı, **-BC-*** qeydiyyat nişanlı avtomobillə yolun sol hərəkət zolağında həmkəndlisi Zaid Ağayevin velosipedini vurduğunu və Zaid aldığı zərbənin təsirindən yerə çırpılaraq başından, ağzından qan axdığını və huşsuz vəziyyətdə yerdə uzandığını görmüşdür. Dərhal o, Bayram və Elyazla birlikdə köməkləşib asfalt yolun üzərindən huşsuz vəziyyətdə uzanmış Zaid Ağayevi yerdən götürüb Təqsirləndirilən şəxs avtomobilinin arxa oturacağına qoymuşdur. Həmin vaxt Bayraməli həyacanlı olduğu üçün avtomobili özü idarə etməyib ön sərnişin oturacağında, Elyaz isə arxada Zaidin yanında oturaraq onu tutmuş, o, isə sükan arxasında oturub avtomobili idarə edərək birlikdə Zaid Ağayaevi tez Masallı RMX-na gətirmişdir. Xəstəxanın qəbul şöbəsində həkimlər Zaid Ağayevə baxıb onun güclü kəllə-beyin travması aldığını və vəziyyətinin ağır olduğunu görmüş, sonra X18 avtomobili ilə yaxınlıqda yerləşən “Bioloji Təbabət” klinikasının Masallı rayon fialına aparmışdır. Həmin vaxt onlarda TTY avtomobilinin arxası ilə Bioloji Təbabət klinikasına getmişdilər. Klinikada Təqsirləndirilən şəxs bir az gözlədikdən sonra avtomobili ilə yolnəqliyyat hadisəsini törətdiyi yerə qayıtmış, o və Elyaz isə klinikada gözləmişdir. Z.Ağayev “Bioloji Təbabət” klinikasında təxminən 1-2 saat qaldıqdan sonra həkimlər vəziyyətinin ağırlığını nəzərə alıb həmin günü onu Bakı şəhəri “Respublika Neyrocərrahiyyə” Xəstəxanasına aparmış və Zaid Ağayev xx.xx.2023-cü il tarixdə müalicə aldığı sonuncu xəstəxanada vəfat etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində işləyir. 23 mart 2023-cü il tarixdə saat təxminən 19 radələrində Masallı rayonu ərazisində Şahid4la birlikdə xidmətdə olduğu vaxt RPŞ-nin növbətçi hissəsindən Masallı rayonu Sığdaş-Bədəlan avtomobil yolunun rayonun Böyük Kolatan kəndi ərazisindən keçən hissəsində avtomobillə velosipedin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat almış və dərhal hadisə yerinə getmişdir. Hadisə yerinə çatdıqda asfalt yolun Bədəlan kəndi istiqamətində götürdükdə sol tərəfində asfalt yolun üzərində qanabənzər ləkələrin və bir neçə nəfər tanımadığı kənd sakinlərin olduğunu görmüşdür. Həmin tanımadığı şəxslərdən nəqliyyat vasitələrinin və sürücülərinin harada olduğunu, həmçinin hadisənin necə baş verməsini görüb-görmədiklərini soruşmuşdur. Həmin vaxt hadisə yerində olan tanımadığı şəxslərdən bir neçəsi ona hadisənin birbaşa şahidləri olmadıqlarını desə də, lakin aldıqları məlumata görə Təqsirləndirilən şəxs adlı şəxsin idarə etdiyi VAZ markalı avtomobillə hərəkətdə olarkən yolu qarşı tərəfə velosipedlə keçmək istəyən Böyük Kolatan kənd sakini Zaid Ağayevi vurduğunu və daha sonra həmin şəxsi idarə etdiyi avtomobillə xəstəxanaya apardığını, velosipedin isə harada olduğunu bilmədiklərini demişdir. Bundan qısa müddət sonra hadisə yerinə əvvəlcə Bayraməli adlı şəxs, sonra isə əməliyyat-istintaq qrupunun üzvləri gəlmiş və hadisə yerinin baxışı zamanı məlum olmuşdur ki, Masallı rayonu, Bədəlan kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21013” narkalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bədəlan kəndi istiqamətində hərəkətdə olarkən həmin vaxtı yolu qarşı tərəfə velosipedlə keçmək istəyən B.Kolatan kənd sakini X15 yolun sol hərəkət zolağında avtomobillə vurmuşdur. Sonradan isə aldığı məlumata görə velosipedçi Zaid Ağayev hadisənin baş verdiyi gündən altı gün sonra yəni, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alığı xəsarətlərdən müalicə olunduğu Bakı şəhərində yerləşən Neyrocərrahiyyə xəstəxanasında vəfat etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Adıgözəlov X8 Turab Natiq oğlu ilə oxşar məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Şahid1 məhkəmə iclasına gəlməmişdir. Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər qonşu kənd sakini kimi tanımış, ona qarşı heç bir ədavəti və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində Masallı rayonu Sığdaş-Bədəlan avtomobil yolunun yaşadığı Böyük Koltan kəndi ərazisindən keçən hissəsində üzü Sığdaş kəndi istiqamətdə asfalt yolun sol ehtiyat hissəsi ilə piyada getdiyi vaxt Bədəlan kəndi istiqamətində yolun hərəkət hissəsinin sağ kənarı ilə həmkəndlisi X10 velosipedlə və onunla eyni istiqamətdə təxminən 20 metr arxadan Bədəlan kənd sakini Təqsirləndirilən şəxs “VAZ 21013 minik” markalı, **-BC-*** qeydiyyat nişanlı avtomobillə yolun sağ hərəkət zolağı ilə hərəkət etdiyini görmüşdür. Həmin vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə qarşısında velosipedlə hərəkətdə olan Zaid Ağayevi ötüb keçmək məqsədilə əvvəllcə ona siqnal vermiş və sonra isə avtomobillə yolun sol hərəkət zolağına çıxıb onu ötüb keçməyə başlamışdır. Bu zaman Zaid Ağayev avtomobilin onu ötüb keçmək istədiyini görmədən idarə etdiyi velosipedi asfalt yolun sağ hərəkət zolağından sol hərəkət zolağına qövsvari sürüb yolun əks tərəfinə keçmək istəmişdir. Təqsirləndirilən şəxs həmin vaxt toqquşmaqdan yayınmaq üçün idarə etdiyi avtomobili bir azda yolun sol tərəfində sürsə də, lakin toqquşmaqdan yayına bilməyib yolun sol hərəkət zolağında avtomobilin sağ ön qapısı ilə velosipedi vurmuş və Zaid Ağayev aldığı zərbənin təsirindən bərk yerə çırpılmışdır. O, həmkəndlisi Zaidin yerə çırpıldığını görüb kömək etmək məqsədilə tez onun yanına qaçmağa başlamış və bu zaman Təqsirləndirilən şəxs avtomobildən düşərək tez Zaidin yanına gəlmişdir. Zaidin yanına çatdıqda onun baş nahiyəsinin asfalda bərk dəydiyindən başından, ağzından qan axdığını və huşsuz vəziyyətdə olduğunu görmüşdür. Qısa müddətdə ora yaxınlıqda olan həmkəndlisi Şahid2 də gəlmiş və birlikdə köməkləşib asfalt yolun üzərindən huşsuz vəziyyətdə uzanmış Zaid Ağayevi yerdən götürüb Təqsirləndirilən şəxs avtomobilinin arxa oturacağına qoymuşdur. Həmin vaxt Bayraməli həyacanlı olduğu üçün avtomobili özü idarə etməyib ön sərnişin oturacaqda, o, isə arxada Zaidin yanında oturaraq onu tutmuşdur. Sonra Elman sükan arxasında oturub avtomobili idarə edərək birlikdə Zaid Ağayevi tez Masallı RMX-na gətirmişdilər. Xəstəxanın qəbul şöbəsində həkimlər Zaid Ağayevə baxıb onun güclü kəllə-beyin travması aldığını və vəziyyətinin ağır olduğunu görmüş və tez X18 avtomobili ilə yaxınlqda yerləşən “Bioloji Təbabət” klinikasının Masallı rayon fialına aparmışdılar. Həmin vaxt onlarda TTY avtomobilinin arxası ilə Bioloji Təbabət klinikasına getmişdir. Klinikada Təqsirləndirilən şəxs bir az gözlədikdən sonra avtomobillə yol-nəqliyyat hadisəsini törətdiyi yerə qayıtmış, o və Elman isə klinikada gözləmişdir. Z.Ağayev “Bioloji Təbabət” klinikasında qısa müddət qaldıqdan sonra həkimlər onun vəziyyətinin ağırlığını nəzərə alıb həmin günü onu Bakı şəhəri “Respublika Neyrocərrahiyyə” Xəstəxanasına aparmış və Zaid Ağayev xx.xx.2023-cü il tarixdə müalicə aldığı sonuncu xəstəxanada vəfat etmişdir. Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 29 mart 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 263.2-ci maddəsi ilə cinayət işinin başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 23 mart 2023-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, hadisə yerinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, hadisə yeri Masallı rayon Sığdaş-Bədəlan avtomobil yolunun Masallı rayonu Böyük Kolatan kəndi ərazisindən keçən hissəsində Bədəlan kəndi istiqamətində asfalt yolun sol hərəkət zolağının üzərində yerləşir. Hadisə yeri müayinə edilərkən müəyyən olundu ki, yolun asfalt hissənin ümumi eni 6 metrdir, yol 2 hərəkət zolaqlı olmaqla hər zolağın eni 3 metrdir. Avtomobil yolunda qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün hər hansı nişanlama xətti yoxdur. Bədəlan kəndi istiqamətində götürdükdə yolun sağ ehtiyat hissəsinin eni 2 metr, sol ehtiyat hissənin eni isə 2,4 metrdir. Yol asfalt örtüklü, düz, hamar olub qurudur. Bədəlan kəndi istiqamətində götürdükdə velosipedçinin vurulduğu yerdən yolun sağ hərkət zolağının kənarına qədər məsafə 4,6 metr, sol hərəkət zolağının kənarına qədər məsafə isə 1,4 metrdir. Hadisə yaşayış məntəqəsində gündüz vaxtı baş vermiş, hadisə vaxtı hava günəşli olmuş, hadisə yerində “VAZ 21013 minik” markalı **-BC-*** qeydiyyat nişanlı avtomobilə və “STEL-S 335” markalı velosipedə məxsus tormoz və sürüşmə izləri aşkar edilməmiş, hadisə yerinə çatmamış sürət həddini göstərən hər hansı yol nişanı olmamışdır. Hadisə yeri müayinə edilərkən “VAZ 21013 minik” markalı **-BC-*** qeydiyyat nişanlı avtomobil və velosipedin hadisə yerində olmadığı aşkar edilmişdir. Hadisə yerində qanabənzər ləkələrin olduğu müəyyən edilmişdir. Baxış keçirilməsi haqqında 23 mart 2023-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı “VAZ 21013 minik” markalı, **-BC-*** qeydiyyat nişanlı avtomobilə və “STEL-S 335” markalı velosipedə baxış keçirilmiş və “VAZ 21013 minik” markalı, **-BC- *** qeydiyyat nişanlı avtomobilin ön sağ qapısının və güzgüsünün əzildiyi müəyyən edilmişdir. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 13 aprel 2023-cü il tarixli 8/974 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən qədim olunan məlumatlara əsasən, VAZ- 21013 markalı, 44BC338 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə velosiped yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından, velosipedçinin hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil etmişdir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 30/MEŞ saylı rəyindən görünür ki, X10 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol alın-təpə-gicgah payının subdural hematoması, sol təpə-gicgah sümüklərinin kəllə əsasına keçən, sol gicgah piramidasına və əsas sümüyün böyük qanadına irradiasiya edən xətti sınıqları, baş beyin toxumasına, mədəciklərinə və qişaları altına qansızmalar; baş beyinin dislokasiyası, sol tərəfli otohemolikvoreya, sol təpə-gicgah-ənsə nahiyəsinin dərialtı hematoması, sol orbitanın alt divarının sınığı. Sağ ağciyərin aşağı payının posttravmatik kontuziyası, döş qəfəsinin küt travması; sol aşıq-baldır oynağı nahiyəsinin əzilmiş yaraları, əllərin arxa səthlərinin sıyrıqları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər, ölümlə səbəbli əlaqələri vardır və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. X10 ölümünün bilavasitə səbəbi başın ağır küt travması ilə əlaqədar baş beyin toxumasına, mədəciklərinə və qişaları altına qansızmalar, sol təpə-gicgah sümüklərinin kəllə əsasına keçən sınıqları olmuşdur. X10 meyitində aşkar edilmiş xəsarətlərin lokalizasiyasını, xarakterini və əmələgəlmə mexanizmini nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni velosipeddə olarkən minik avtomaşını ilə toqquşması nəticəsində yarana bilərdilər. X10 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazalon, 1,4 benzodiazeptin törəmələri və salisilatlar aşkar edilməmişdir. Əşyanın müddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 23 mart 2023-cü il tarixdə saat18 radələrində Masallı rayonu, B.Kolatan kəndi ərazisində baş vermiş yol yol-nəqliyyat hadisəsi zamanı X10 idarə etdiyi “STEL-S 335” markalı velosiped iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü həll edilənədək saxlanılması üçün Zaid Ağayevin hüquqi varisi X3 təhvil verilmişdir. Əşyanın müddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 23 mart 2023-cü il tarixdə saat 18 radələrində Masallı rayonu, B.Kolatan kəndi ərazisində baş vermiş yol yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21013 minik” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü həll edilənək saxlanılması üçün Təqsirləndirilən şəxs geri qaytarılmışdır. AE438580 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Lənkəran RQİTBŞ tərəfindən xx.xx.2018-ci il tarixdə 7 il müddətinə «B» kateqoriyalı AE438580 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X5 iş üzrə mərhum X10 hüquqi varisi qismində tanınmışdır. xx.xx.2023-cü il tarixli 02567 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ayıq vəziyyətdə olmuşdur. Masallı rayon İHB-ın Bədəlan kənd İƏDÜ nümayəndəliyi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Nəsirov X4 rayonu, Bədəlan kəndində qeydiyyatda olmaqla arvadı-xx.xx.1959-cu il təvəllüdlü X6, oğluxx.xx.1982-ci il təvəllüdlü X7 və oğlu-xx.xx.1986-cı il təvəllüdlü X1 ibarət ailə tərkibində yaşayır. Bayraməli Təqsirləndirilən şəxs Nəsirov ərazidə yaşadığı illər ərzində özünü nümunəvi aparmışdır. O, xarakter etibarı ilə xoşxasiyyətlidr, mehribandır, yaşıdları ilə ünsiyyət qurmağı bacarır. Ərazidə yaşadığı illər ərzində sakit həyat tərzi sürmüş, işgüzarlığı və zəhmətsevərliyi ilə kənd sakinlərinin hörmətini qazanmışdır. Özündən yaşlı insanların, ağsaqqalların hörmətini saxlayır, onlara mənəvi dəstək olmağa çalışır. Ailəsinə daim maddi və mənəvi dəstək olmuşdur. Bədəlan kənd ərazi nümayəndəliyinə onun barəsində yazılı və şifahi şikayət daxıl olmamışdır. Umumən götürdükdə ərazi nümayəndəliyi tərəfindən müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kortatekasında heç bir məlumat yoxdur. Sübutların qiymətləndirilməsi haqqında 08 may 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən iş üzrə Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə ittiham elan edilməsi üçün təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə müvafiq qərar qəbul edilmiş, iş üzrə şahid və zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş şəxslərin ifadələri, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, həmin protokola əlavə edilmiş fotocədvəllər, məhkəmətibb, məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının rəyləri, maddi sübutlar, əməliyyat tapşırığının cavabı və digər istintaq hərəkətlərinin protokolları sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmiş, iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21013 minik” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyat nişanlı avtomobil və X10 idarə etdiyi “STEL-S 335” markalı velosiped iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü həll edilənədək saxlanılması üçün müfaviq olaraq Təqsirləndirilən şəxs və Zaid Ağayevin hüquqi varisi X9ma təhvil verilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Qətimkan tədbirinin seçilməsi haqqında 09 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzaərti altına vermə” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 Masallı Rayon Məhkəməsinə təqdim etdiyi 12 iyun 2023-cü il tarixli ərizəsindən görünür ki, R.S.Nüsrətova həmin ərizəsində Təqsirləndirilən şəxs heç bir şikayət və ya tələbinin olmadığını, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyan tam şəkildə ödənildiyini qeyd etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin səsləndirdikləri ifadəsi və Şahid1 iş materiallarında olan və məhkəmə zalında elan olunmuş ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşını (CM-59.2), cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini (CM-59.1.11), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini (CM-59.1.13) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, iş yeri üzrə müsbət xarakterizə edilməsi onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan «VAZ- 21013» minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, “STEL-S 335” markalı velosipedin zərərçəkmiş şəxsin hüquqi varisi X3 qaytarılması nəzərə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.maddəsi). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «VAZ-21013» minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, “STEL-S 335” markalı velosipedin zərərçəkmiş şəxsin hüquqi varisi X3 qaytarılması nəzərə qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar