Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-13/2023 24.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Heydərov Rəşad Allahyar oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə. xx xxxx 1993-cü il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Masallı Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2019-cu ildə şərti olaraq vaxtından əvvəl azad olma müddəti bitmiş, Masallı Rayon Məhkəməsinin 1(050)-215/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Masallı şəhəri, M.Füzuli küçəsi, ev 65-də qeydiyyatda olmaqla yaşamış, Ədliyyə Nazirliyi Penitensiar Xidməti 14 saylı Cəzaçəkmə müəsissəsində cəza çəkən; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Masallı rayon polis şöbəsinin İstintaq Bölməsində Azərbaycan Respublikası CM-nin 234.2-cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə 13 iyul 2022-ci il tarixdə hüquq və vəzifələri, həmçinin bilə-bilə yalan ifadə verməyə görə Azərbaycan Respublikası CM-nin 297-ci maddəsində nəzərdə tutulan məsuliyyət elan olunmaqla şahid qismində dindirilərkən, 12 iyul 2022-ci il tarixdə, saat 19 radələrində Masallı şəhəri ərazisində Şahid1 20 manat müqabilində 02 bükümdə narkotik vasitə heroin aldığını bildirmiş, həmçinin həmin tarixdə iş üzrə şübhəli şəxs Şahid1 ilə aralarında üzləşmə istintaq hərəkəti keçirilərkən ifadəsində göstərdiyi halları sonuncunun üzünə deməklə bir daha onu ifşa etmiş, lakin 05 oktyabr 2022-ci il tarixdə Masallı şəhəri H.Əliyev prospektində yerləşən Masallı rayon məhkəməsinin inzibati binasında keçirilən məhkəmə iclası zamanı ona yenidən hüquq və vəzifələri izah olunmasına baxmayaraq o, təqsirləndirilən şəxs Şahid1 törətmiş olduğu cinayətə görə məsuliyyətdən uzaqlaşdırmaq məqsədi ilə iş üzrə ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadələrini təsdiq etməyərək 12 iyul 2022-ci ildə Şahid1 20 manat müqabilində 02 bükümdə narkotik vasitə heroin almadığını bildirməklə məhkəmədə bilə-bilə yalan ifadə vermişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 297.1-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Masallı rayonun Böyük Xocavar kənd sakini Şahid1 əvvəllər tanımış, onunla narazılığı və ziddiyyəti olmamış, normal münasibətləri olmuşdur. Qədirin narkotik vasitələrin istifadəçisi və satışı ilə məşğul olmasından məlumatlı olmuşdur. 12 iyul 2022-ci il tarixdə, saat 19 radələrində Masallı şəhərinin mərkəzində piyada gəzərkən Şahid1 ilə rastlaşmışdır. Ona bədənində ağrılar olduğunu və narkotik vasitə tapmaqda köməklik etməsini xahiş etmişdir. Şahid1 Lənkəran rayonunun Qumbaşı kəndindən tanımadığı şəxsdən 03 ədəd bükümdə narkotik vasitə heroin aldığını, həmin bükümlərdən 02 ədədini 20 manata sata biləcəyini demişdir. Razılaşaraq 02 ədəd qara rəngli sellefon bükümdə narkotik vasitə olan heroini 20 manat müqabilində Qədirdən almışdır. xx.xx.2022-ci il tarixdə, saat təxminən 20 radələrində Masallı şəhəri H.Səmədov küçəsində piyada hərəkət etdiyi zaman Masallı rayon polis şöbəsinin əməkdaşları onu xidməti polis avtomobilinə mindirib şöbəyə aparmışlar. Şöbənin inzibati binasında müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə onun üzərində şəxsi axtarış aparılmış, bu zaman o əynində olan boz rəngli şalvarın sağ yan cibindən 02 ədəd qara rəngli sellofan bükülünü könüllü olaraq polis əməkdaşına təqdim etmiş, bükülülərdə narkotik vasitə heroin olduğunu və həmin narkotik maddəni həmin gün Şahid1 20 manat müqabilində şəxsi istifadəsi üçün aldığını etiraf etmişdir. Masallı rayon məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmünə əsasən o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şahid1 barəsində olan cinayət işinə Masallı rayon məhkəməsində baxılarkən həmin iş üzrə şahid qismində dindirilməsi üçün o, 2022-ci ilin sentyabr ayının son günlərində Şahid1lə birlikdə Bakı İstintaq Təcridxanasından Masallı rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə etap olunarkən yolboyu xidməti polis avtomobilinin məhkumlar üçün nəzərdə tutulmuş hissəsində ikilikdə olduqları zaman Şahid1 məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, həmin məcəllənin 234.1-ci maddəsi hökm çıxarılmasına nail olmaq üçün onun işi üzrə ibtidai istintaqa verdiyi ifadəsini təkzib edib məhkəmə iclasında dindirildiyi zaman üzərində aşkar edilmiş 02 ədəd bükümləri ondan almaması və bunun müqabilində Qədirə 20 manat pul verməməsi ilə bağlı ifadə verməsini ondan xahiş etmişdir. O əvvəlcə Qədirin təklifindən imtina etsə də, ibtidai istintaqa verdiyi ifadəsini məhkəmə iclasında təkzib etməsi ilə bağlı israrlı xahişlərindən sonra yaxın dost olduqlarını nəzərə alıb Qədirlə razılaşmışdır. 05 oktyabr 2022-ci il tarixdə Masallı rayon məhkəməsində Şahid1 barəsində olan cinayət işi üzrə şahid qismində dindirilərkən həmin iş üzrə ibtidai istintaqa verdiyi ifadəni qəti olaraq təkzib edib xx.xx.2022-ci ildə Şahid1 narkotik vasitə almadığını, bunun müqabilində ona pul vermədiyini bildirmişdir. İbtidai istintaq zamanı Şahid1 əleyhinə ifadə vermək üçün işi aparan müstəntiq və yaxud digər bir şəxs ona təzyiq etməmiş, hədə-qorxu gəlməmiş, döyməmiş və digər bir qanunazidd hərəkətlərə yol verməmişlər. O ibtidai istintaq zamanı verdiyim sərbəst ifadələrin məzmunu ilə tam halda tanış olduqdan öz imzası ilə ifadəni imzalayıb təsdiq etmişdir. O, Şahid1 barəsində istintaq olunan cinayət işi üzrə şahid qismində dindirilməmişdən əvvəl işi aparan müstəntiq tərəfindən Azərbaycan Respublikası CM-nin 297-ci maddəsinin tələbləri izah olunaraq iş üzrə bilə-bilə yalan ifadə verəcəyi təqdirdə məsuliyyət daşıması ilə bağlı ona xəbərdarlıq edilmiş, həmin müddəa ilə tanış olduqdan sonra iş üzrə sərbəst ifadə vermiş və məzmunu ilə tanış olandan sonra ifadəsini özü imzalamışdir. Həmin iş üzrə 05 oktyabr 2022-ci il tarixdə şahid qismində dindirilməmişdən əvvəl məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 297-ci maddəsinin tələbləri ona elan edilmiş və iş üzrə bilə-bilə yalan ifadə verəcəyi təqdirdə həmin maddədə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıması ilə bağlı ona xəbərdarlıq edilmiş, o sadalanan hallarla tanış olub müvafiq iltizamı imzaladıqdan sonra yuxarıda göstərdiyi kimi iş üzrə bilə-bilə yalan ifadə vermişdir. Hazırda əməlindən səmimi peşman olmasını, əməlini səmimi olaraq etiraf etməsini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Masallı RPŞ-nin İB-nin müstəntiqi Şahid2 ifadəsində göstərmişdir ki, Masallı rayon polis şöbəsinin istintaq bölməsində müstəntiqi vəzifəsində işləyir. 12 iyul 2022-ci il tarixdə, saat 20:30 radələrində Masallı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Masallı şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadəsi və üzərində gəzdirməsi ilə bağlı şübhəli bilinərək Masallı rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsində keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 02 ədəd qara rəngli sellofan bükülüdə heroinə oxşar narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni könüllü olaraq polis əməkdaşlarına təqdim edərək onu xx.xx.2022-ci il tarixdə Masallı rayonu, Böyük Xocavar kənd sakini Şahid1 20 manata aldığını bildirmişdir. Əməliyyat tədbirlərinin davamı olaraq 12 iyul 2022ci il tarixdə, saat 22 radələrində Masallı rayonu, Böyük Xocavar kənd sakini Şahid1 polis əməkdaşları tərəfindən Masallı rayon polis şöbəsinə gətirilmiş, şöbədə üzərinə keçirilmiş axtarış zamanı ondan 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,471 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci, Şahid1 isə həmin məcəllənin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Masallı rayon məhkəməsinə göndərilmiş və həmin işlərə qeyd edilən məhkəmədə baxılararaq hər iki şəxsin barəsində ittiham hökmü çıxarılmış və hər ikisi azadlıqdan məhrum edilmişlər. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 12 iyul 2022-ci il tarixdə Lənkəran rayonunun Qumbaşı kəndində tanımadığı bir şəxsdən 30 manat müqabilində 03 ədəd bükümdə olan narkotik vasitə heroin almış, həmin gün saat təxminən 19 radələrində Masallı şəhəri ərazisində piyada hərəkət edən zaman əvvəllər tanıdığı şəhər sakini Təqsirləndirilən şəxs Namiq oğlu ilə qarşılaşmışdır. Söhbət zamanı Təqsirləndirilən şəxs onda narkotik vasitə olub-olmamadığını, əgər varsa almaq istədiyini bildirmişdir. O, Kamrana Lənkəran rayonu Qumbaşı kəndindən yeni qayıtdığını, həmin kənddə tanımadığı şəxsdən 03 ədəd qara rəngli sellofan bükümdə narkotik vasitə heroin aldığını və bükümlərdən 02 ədədini 20 manata sata biləcəyini demişdir. Kamran onunla razılaşdıqdan sonra o üzərində saxladığı 03 ədəd qara rəngli sellofan bükümlərdən 02 ədədini Kamrana vermiş, sonuncu bunun müqabilində ona 20 manat pul verərək oradan uzaqlaşıb getmişdir. Həmin gün saat təxminən 22 radələrində Masallı şəhərində piyada hərəkət edən zaman Masallı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmişdir. Şöbədə videoçəkilişdən stifadə olunmaqla üzərində keçirilən şəxs axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd qara rəngli sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim edərək həmin bükümdəki maddənin narkotik vasitə olan heroin olduğunu, xx.xx.2022-ci ci il tarixdə günün birinci yarısında Lənkəran rayonu, Qumbaşı kəndi ərazisində tanımadığı şəxsdən 30 manat müqabilində 03 ədəd büküm narkotik vasitə heroin aldığını, həmin bükümlərin 02 ədədini 20 manat müqabilində əvvəllər tanıdığı Masallı şəhər sakini Təqsirləndirilən şəxs Namiq oğluna satdığını, qalan 01 ədəd bükümü isə şəxsi istifadə üçün üzərində saxladığını bildirmişdir. Üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş, iştirakçılar və onun tərəfindən imzalanmışdır. O ilk əvvəl şübhəli şəxs qismində tutulmuş, 14 iyul 2022-ci il tarixdə isə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddədə nəzərdə tutulmuş ittiham onA elan edilmiş və Masallı rayon məhkəməsinin eyni tarixli qərarı ilə barəsində 3 ay müddətinə ”həbs” qətimkan tədbiri seçilmişdir. Şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrdə xx.xx.2022-ci ci il tarixdə 20 manat müqabilində 2 bükümdə narkotik vasitə heroini Təqsirləndirilən şəxs Namiq oğluna satdığını etiraf etmişdir. 13 iyul 2022-ci il tarixdə aralarında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərdiyi halları onun üzünə deyərək bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs Masallı rayon məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2022-ci i ilin sentyabr ayının sonlarında, dəqiq xatırlamadığı gündə o Təqsirləndirilən şəxsla birlikdə Bakı İstintaq Təcridxanasından Masallı rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə etap olunmuşdur. Çünki onun barəsində olan cinayət işi üzrə Təqsirləndirilən şəxs da şahid qismində dindirilməli olmuşdur. Masallı rayon polis şöbəsinin müvəqqəti saxlama yerinin konvoy avtomobili ilə Bakı İstintaq Təcridxanasından Masallı rayon polis şöbəsinə etap edilərkən aralarında olan söhbət zamanı o barəsində olan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, həmin məcəllənin 234.1-ci maddəsi hökm çıxarılmasına nail olmaqdan ötrü Kamrana həmin iş üzrə ibtidai istintaqa verdiyi ifadəsini təkzib edib məhkəmə iclasında şahid qismində dindirildiyi zaman onun üzərində aşkar edilmiş 02 ədəd bükümləri ondan almaması və bunun müqabilində ona 20 manat pul verməməsi ilə bağlı ifadə verməsini Kamrandan xahiş etmişdir. Kamran əvvəlcə təklifindən imtina etsə də, ibtidai istintaqa verdiyi ifadəsini məhkəmə iclasında təkzib etməsi ilə bağlı israrlı xahişindən sonra onunla razılaşmışdır. Aralarında olan bu söhbətdən başqa heç kimin məlumatı olmamışdır. 05 oktyabr 2022-ci il tarixdə Masallı rayon məhkəməsində barəsində olan cinayət işi üzrə Təqsirləndirilən şəxs şahid qismində dindirilərkən həmin iş üzrə ibtidai istintaqa verdiyi ifadəsini təkzib edərək xx.xx.2022-ci ildə ondan narkotik vasitə almadığını, bunun müqabilində ona pul vermədiyini, həmin tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən və ifadəsi alınarkən narkotik təsiri altında olduğu üçün nə danışdığını bilməyərək narkotik vasitə olan heroini ona satması ilə bağlı istintaqa ifadə verdiyini göstərmişdir. Özü də məhkəmə iclasında Kamranın dediklərinə uyğun ifadə vermişdir. Lakin məhkəmə onların ifadəsini özünü müdafiə kimi qiymətləndirməklə nəzərə almamış, onu CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilərək 04 il müddətə azadlıqdan məhrum etmiş və yalan ifadə verdiyi üçün Təqsirləndirilən şəxs barəsində rayon prokurorluğuna material göndərmişdir. Həm onun, həm də Təqsirləndirilən şəxs barəssində olan cinayət işi üzrə Masallı rayon məhkəməsində verdiyi ifadələr yalan olmaqla həqiqətə uyğun deyildir. Kamran onun xahişi ilə məhkəmədə yalan ifadə vermişdir. Məhkəmə iclasında xeyrinə ifadə verməsi üçün o Təqsirləndirilən şəxs hədəqorxu gəlməmiş və təzyiq etməmişdir. Sadəcə olaraq ondan ibtidai istintaqa verdiyi ifadəsini dəyişməsini xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş şəxsi axtarış və götürmə haqqında 12 iyul 2022-ci il tarixli protokolun surətindən görünür ki, vət. Şahid1 əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd qara rəngli sellofan bükülü çıxarıb həmin bükülüdə olan maddənin narkotik vasitə olan heroin olduğunu, xx.xx.2022-ci il tarixdə, günün birinci yarısında Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 30 manata üç büküm narkotik vasitə heroin aldığını, bir hissəsini Masallı şəhəri ərazisində 20 manata Kamran adlı şəxsə satdığını, təqdim etdiyi bükümü isə şəxsi istifadəsi məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. xx.xx.2022-ъi ил тарихли şahidi диндирмя протоколунун сурятиндян эюрцнцр ки, Təqsirləndirilən şəxs оьлу 12 iyul 2022-ъi ил тарихдя Masallı şəhəri ərazisində əvvəllər tanıdığı Şahid1 öz şəxsi istifadəsi üçün 02 ədəd bükümdə narkotik vasitə olan heroin aldığını və bunun müqabilində Şahid1 20 manat pul verdiyini эюстярмишдир. xx.xx.2020-ъи ил тарихли цзляшдирмя протоколунун сурятиндян эюрцнцр ки, Təqsirləndirilən şəxs оьлу 12 iyul 2022-ъi ил тарихдя Masallı şəhəri ərazisində Şahid1 öz şəxsi istifadəsi üçün 02 ədəd bükümdə narkotik vasitə olan heroin aldığını və bunun müqabilində Şahid1 20 manat pul verdiyini sonuncunun цзцня гаршы демишдир. xx.xx.2022-ъи ил тарихли илтизамын сурятиндян эюрцнцр ки, Təqsirləndirilən şəxs оьлу биля-биля йалан ифадя вермяйя эюря Азярбайъан Республикасы ЪМ-нин 297-ъи маддясиндя нязярдя тутулан мясулиййят дашымасы барядя хябярдар едилмишдир. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2.-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən Təqsirləndirilən şəxs etirafı, şahidlərin ifadələri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs verilmiş Azərbaycan Respublikası CM-nin 297.1-ci maddəsi ilə ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onların təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 297.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Masallı RİHB-nın Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs Masallı şəhəri, M.Füzuli küçəsi, ev 65-də qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə mənfi xarakterizə edilir, Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin Masallı Rayon Məhkəməsinin 1(050)- 215/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1.-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hallardan yoxdur. Lakin məhkəmə Cinayət Məcəlləsinin 59.2.-ci maddəsini əsas götürərək onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallardan yoxdur. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs əvəllər dəfələrlə məhkum olunmuş şəxsdir, şəxsiyyətinə görə cinayətə meyillidir. Bu halda məhkəmə hesab edir ki, ona bu cinayət əməli üzrə yalnız azadlıqdan məhrumetmə ilə əlaqədar cəza təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Həmçinin ona Masallı Rayon Məhkəməsinin 1(050)-215/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli hökmü üzrə təyin olunmuş cəzaya görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində qeyd edilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 1(050)-215/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası müddətinin əvvəli 16 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə çəzas çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş üzrə mülki iddia və Azərbaycan Respublikasının CM-nin 99-1.-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş 05 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Masallı Rayon Məhkəməsinin 1(050)-215/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il, 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 16 sentyabr 2022-ci il tarixdən hesab edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəsini alana qədər qətimkan tədbiri ilə bağlı Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə azadlıqdan məhrum etmə cəzasına görə cəza çəkməsi nəzərə alınsın. Hökm elan olunduqdan və həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(050)-13/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-13/2023
24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver