Məhkəmə qərarları › İş №1(050)-13/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-13/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-13/2025 05.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı2, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında 20 avqust 1983-cü ildə Masallı rayonu, Boradigah qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, işləməyən, əvvəllər Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(008)-65/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri təqsirli bilinib, CM-in 67.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə nəqliyyat vasitələrini idaretmə hüququndan məhrum edilmə cəzasının çəkilməmiş qalan 01 il 02 ay 28 gün hissəsi yeni cəza ilə tam birləşdirilmiş və ona qəti cəza 01 il 02 ay 28 gün müddətə nəqliyyat vasitələrini idaretmə hüququndan məhrum edilməklə 2 il 9 ay müddətə azadlıqdan məhkum etmə cəzası təyin edilmiş, xx.xx.2024-cü ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götrülməmiş, Masallı rayonu, Boradigah qəsəbəsi N.Nərimanov küçəsi ev 31-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan Masallı Rayon Polis Şöbəsinin X8 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 21 noyabr 2024-cü il tarixdə, saat 14 radələrində Masallı rayonu, Boradigah qəsəbəsi ərazisində saxlanılaraq üzərində keçirilən yoxlama və götürmə zamanı əynində olan qısaqol gödəkçəsinin sağ iç cibindən 01 ədəd qara rəngli sellofan bükülüdə təmiz çəkisi-85,108 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər müxtəlif cinayətlərə görə bir neçə dəfə məhkum olunmuşdur. Bədənində ağrılar olduğundan narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 21 noyabr 2024-cü il tarixdə səhər saatlarında narkotik vasitə almaq üçün yaşadığı Boradigah qəsəbəsindən Lənkəran rayonu, Qumbaşı kəndinə piyada getmiş, orada məscidin yaxınlığında yerləşən çayxananın qarşısında tanımadığı şəxslə rastlaşmış, onunla söhbət zamanı sonuncu ona narkotik vasitə qurudulmuş marixuana təşkil edə biləcəyini demiş, razılaşdıqdan sonra həmin şəxsə 100 manat pul vermiş, sonuncu da ona 1 ədəd qara rəngli sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuananı vermişdir. O, marixuananı əynində olan qısaqol gödəkçəsinin sağ iç cibinə qoyub yaşadığı qəsəbə istiqamətində piyada hərəkət etmişdir. Həmin gün saat 14 radələrində piyada asfalt yolun kənarında hərəkətdə olarkən tanımadığı 3 nəfər mülki geyimli şəxs video çəkilişlə ona yaxınlaşmış, həmin şəxslərdən 1 nəfər xidməti vəsiqəsini göstərib Masallı RPŞ-nin X8 əməkdaşı Şahid1 olduğunu, yanında olan şəxslərin də X8 əməkdaşları Şahid2 və Şahid3 olmalarını bildirmişdir. Şahid1 ona qanunsuz olaraq narkotik vasitə üzərində gəzdirməkdə şübhəli olduğunu, üzərində videoçəkiliş aparılmaqla yoxlama və götürmə aparılacağını bildirmiş və üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsini təklif etmişdir. O da əynində olan göy rəngli qısaqol gödəkçəsinin sağ iç cibində saxladığı 1 ədəd sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuananı çıxardıb təqdim etmiş, sellofan bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və narkotik vasitəni Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqdim etdiyi 1 ədəd qara rəngli sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuananı elektron tərəzidə çəkilərək 91 qram olması müəyyən olunmuş, həmin marixuana zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri imzalanaraq möhürlənmiş, daha sonra üstünə və əynində olan paltarlara baxış keçirilmiş, lakin qanunla qadağan olunmuş başqa maddə aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları tərəfindən X13 aparılmışdır. Masallı RPŞ-nin X9 ilk öncə üstündə keçirilən yoxlama və götürmə haqqında protokol tərtib olunmuş, tərəfindən imzalanmış, daha sonra özünü təhqiqatçı Vasif Ağazadə kimi təqdim edən polis əməkdaşının xidməti otağına aparılmış, orada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, bu barədə yazılı bildiriş verilmiş, öz istəyi əsasında dövlət hesabına Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçisi qismində təyin edilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki zor və ya hər hansı təzyiq göstərilməmişdir. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində bir nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində mümkün qədər yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadəsi, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Masallı RPŞ-nin Boradigah PB-nin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 noyabr 2024-cü il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsi N.Nərimanov küçəsi ev 31-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbulunda, üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs saxlanılıb üstünün yoxlanılması ilə əlaqədar tərəfindən “Əməliyyat-axtarış tədbirinin keçirilməsi” haqqında qərar qəbul olunmuş, qərar bölmə rəisi tərəfindən təsdiq edilərək əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o, üzvləri isə Boradigah PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid2 və bölmənin polis nəfəri Şahid3 təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 14:06-da Masallı rayonu, Boradigah qəsəbəsi ərazisində asfalt yolun kənarında piyada hərəkətdə olan Təqsirləndirilən şəxs əməliyyat qrupunun digər üzvləri ilə birlikdə video çəkilişlə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs xidməti vəsiqəsini göstərib özünü təqdim etdikdən sonra narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar şübhəli olduğundan saxlanıldığını və üstündə yoxlama aparılacağını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa könüllü olaraq təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli qısaqol gödəkçəsinin sağ iç cibində saxladığı 1 ədəd sellofan bükülü çıxardıb təqdim etmiş, sellofan bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və narkotik vasitəni Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd qara rəngli sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni elektron tərəzidə çəkmiş, çəkisi 91 qram təşkil etmiş, sonra marixuanaya bənzər kütləni zərfə qoyub qablaşdırmış və zərfin üzərisini imzalatdırıb möhürləmişdir. Təqsirləndirilən şəxs üstünə və əynində olan paltarlara yoxlama keçirilən zaman üzərindən qanunla qadağan olunmuş başqa maddə aşkar olunmamış, saxlanıldığı yerdə üstünün yoxlanılmasına dair protokolun yazılmasına şərait olmadığından aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə ilə birlikdə X8 inzibati binasına dəvət etmişlər. X9 Təqsirləndirilən şəxs üstündə keçirilən yoxlama və götürmə haqqında tərəfindən protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və üstü yoxlanılan zaman çəkilmiş video görüntünün əks olunduğu 01 ədəd video diski RPŞnin Təhqiqat Bölməsində xidmətdə olan təhqiqatçısı Vasif Ağazadəyə təqdim etmiş, təhqiqatçı Vasif Ağazadə tərəfindən həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləyə videoçəkiliş vasitəsilə baxış keçirilərək götürülmüş və götürmə aparılması ilə əlaqədar yazılmış protokolu imzalamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin Boradigah PBnin CA üzrə əməliyyat müvəkkili Şahid2 və Boradigah PB-nin sahə polis nəfəri Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan şübhəli şəxsin saxlanılaraq yerində üzərinə baxış keçirilməsinin video görüntülərini özündə əks etdirən diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin Boradigah PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1, X8 CA üzrə əməliyyat müvəkkili Şahid2 və sahə polis nəfəri Şahid3 tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçrilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 14:06-da Masallı rayonu, Boradigah qəsəbəsində saxlanılaraq üzəri yoxlanılan zaman əynində olan qısaqol gödəkçənin sağ iç cibində 1 ədəd qara rəngli sellefon bükülüdə təmiz çəkisi 91 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş mariuxana aşkar edilərək götrülmüşdür. İş materiallarında olan Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Vasif Ağazadə tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən əməliyyat-axtarış tədbiri zamanı aşkar edilmiş əşyalara keçirilən baxışın video görüntülərini əks etdirən diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin Boradigah CAB-nin baş əməliyyat müvəkkili Şahid1, X8 CA üzrə əməliyyat müvəkkili Şahid2 və sahə polis nəfəri Şahid3 tərəfindən əməliyyat-axtarış tədbiri zamanı saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış narkotik vasitə olan zərf və baxış keçirilməsi barədə video görüntünü əks etdirən disk təhqiqatçıya təqdim edilmişdir. Təqdim edilmiş zərfdəki bükümə təhqiqatçı baxış keçirən zaman bir bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuş və həmin büküm elektron tərzidə çəkilərkən 91 qram olmuş, daha sonra təhqiqatçı tərəfindən iştirakçılarla bərabər Təqsirləndirilən şəxs yerində saxlanılmaqla üzərinə baxış keçirilməsini əks etdirən video diskə baxış keçirilmişdir. İş materiallarında olan Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Miramil Baxışov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən video diskə baxış zamanı müəyyən edilmişdir ki, müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona verilən sualları tam şəkildə cavablandıraraq xx.xx.2024-cü il tarixdə şəxsi istifadəsi üçün narkotik vasitə olan qurudulmuş marixuana almaq məqsədilə Lənkəran rayonu, Qumbaşı kəndinə getdiyini, orada tanımadığı şəxsdən 100 manat pul müqabilində bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana alaraq əynində olan qısaqol gödəkçənin sağ iç cibinə qoyub həmin günü saat 14:00 radələrində Masallı rayonu, Boradigah qəsəbəsində saxlanıldığını səmimi etiraf etmişdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Boradigah Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1262 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs X5 ilə birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X11 adlı iki uşaqları vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 Bölməsinin 22 noyabr 2024-cü il tarixli 19/739 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə.....” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bükülüdə təmiz çəkisi -85,108 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş mariuxanadır. (Mariuxananın təmiz çəkisi-85,108 qram, tədqiqata sərf edildi-0,01 qram, qalıq-85,008 qram). İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X2 dair 22 noyabr 2024-cü il tarixli 801 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(050)-101/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 14:06-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1 (008)-65/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri təqsirli bilinib 02 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 67.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu 02 il müddətinə nəqliyyat vasitələrini idaretmə hüququndan məhrum edilmə cəzasının çəkilməmiş qalan 01 il 02 ay 28 gün hissəsi yeni cəza ilə tam birləşdirilmiş və ona qəti cəza 01 il 02 ay 28 gün müddətə nəqliyyat vasitələrini idaretmə hüququndan məhrum edilməklə 2 il 9 ay müddətə azadlıqdan məhkum etmə cəzası təyin edilmiş, xx.xx.2024-cü ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götrülməmişdir. İş materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 1(008)-65/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 09 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və çəkilməmiş qalan 01 il 02 ay 28 gün müddətə nəqliyyat vasitlərini idarəetmə hüququndan məhrum edilmə cəzası ilə tam birləşdirilərək üzərində 01 il 02 ay 28 gün müddətə nəqliyyat vasitələrini idaretmə hüququndan məhrum edilmə və 02 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə cəza müddəti sona çatdığı üçün azad olunmuş və Sabunçu Rayon Məhkəməsinin 1 (008)-65/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməsi hissəsində xx.xx.2024-cü il tarixdə Bakı şəhər probasiya idarəsinin icraatına daxil olmuş və məhkum Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək Sabunçu Rayon Məhkəməsinin 1 (008)-65/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 02 ay 28 gün müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilmə cəzasının 09 ay 08 gününü çəkmiş, çəkilməmiş hissəsi 05 ay 20 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Həmin Məcəllənin 61.1 və 61.1.1-ci maddələrinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Eyni Məcəllənin 65-ci maddəsinə görə residivə, təlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Qeyd olunan Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, təyin olunmuş cəzadan bir nəticə çıxarmayıb məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən hazırkı cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətin residivi yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, əməlindən peşman olmasını və təqsirini səmimi etiraf etməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, əvvələr məhkum olunmasını, məhkumluğunun ödənilməməsini və ya götürülməməsini, habelə narkotik vasitələrin aludəçisi olduğunu və narkomaniya xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş nəqliyyat vasitələrini idaretmə hüququndan məhrum edilmə cəzasının çəkilməmiş qalan hissəsini yeni hökm üzrə təyin edilmiş cəzaya tamamilə birləşdirməklə ona qəti cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin: 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 85,008 qram narkotik vasitə olan qurudulmuş mariuxana məhv edilməli, 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.4, 67.1 və 67.5-ci maddələrinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idaretmə hüququndan məhrum edilmə cəzasının çəkilməmiş qalan 5 (beş) ay 20 (iyirmi) gün hissəsi yeni hökm üzrə təyin edilmiş cəzaya tamamilə birləşdirilsin və ona qəti olaraq 5 (beş) ay 20 (iyirmi) gün müddətə nəqliyyat vasitələrini idaretmə hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 21 noyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 85, 008 qram narkotik vasitə qurudulmuş mariuxana məhv edilsin. İş üzrə maddi sübut 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar