Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-133/2023 21.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1994-cü ildə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər Masallı Rayon Məhkəməsinin 1(050)-145/2022 saylı, 20 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1 və 67.5-ci maddələri tətbiq edilməklə 04 (dörd) ay 18 (on səkkiz) gün müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Şabran şəhəri, O.Bəşirov küçəsi ev 25-də daimi qeydiyyatda olmaqla Masallı şəhəri, Seybətin küçəsi ev 11də yaşayan, 10 aprel 2023-cü il tarixdən şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 4(050)- 50/2023 saylı, 12 aprel 2023-cü il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 2 bükümdə narkotik vasitə heroini qanunsuz əldə etməklə üzərində saxlayaraq daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan 10 aprel 2023-cü il tarixdə saat 20 radələrində Masallı şəhər Seybətin küçəsi ərazisində saxlanılaraq RPŞ-nin inzibati binasına gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri:-0,272 qram və 0,115 qram olmaqla ümumi təmiz çəkiləri-0,387 qram təşkil edən, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəlidir, 1 övladı var, fərdi əməklə məşğuldur. Təxminən 2 aydır ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında yaşadığı evdə olduğu zaman bədənində kəskin ağrılar olduğundan narkotik vasitə almaq qərarına gəlmişdir. Bu səbəbdən də evdən çıxmış və narkotik vasitəçilərin toplaşdıqları Masallı şəhərində yerləşən Məscidin yanında olan Xətai parkına getmiş. Orada adının Xalid olduğunu bildiyi, xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı lakin əvvəllər tanımadığı şəxsdən 10 manat müqabilində 2 bükümdə narkotik vasitə olan heroin almışdır. Lakin aldığı narkotik vasitədən istifadə edə bilməmişdir. Belə ki, narkotik vasitəni əldə etdikdən təxminən 15 dəqiqə sonra Masallı şəhəri, Seybətin küçəsində Masallı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Masallı RPŞ-nə gətirilmişdir. Polis əməkdaşlarına heç bir etiraz etmədən onlarla birlikdə getmişdir. Polis şöbəsində üzərinə baxış keçirilən zaman onun üzərində olan iki bükün narkotik vasitə olan heroini özü könüllü olaraq təqdim etmişdir. Saxlanıldığı zaman və üzərində şəxsi axtarış aparılarkən polis əməkdaşları ona heç bir fiziki və psixi təsir göstərməmişdir. Törətdiyi cinayət əməlindən peşmançılıq hissi keçirir. Həyat yoldaşı birinci qrup gözdən əlil olmaqla onun himayəsindədir və həyat yoldaşı kənar şəxsin köməyinə möhtacdır. Məhkəmədən təqsirini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı və xəstə uşağının olmasını, ailəsinin yeganə qazanc gətirəni olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq etdiyini bildirdiyi üçün ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsində şübhəli olması qeyd olunmuşdur. Həmin məlumat üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və Masallı RPŞ-nə gətirilməsi ilə əlaqədar onun tərəfindən “təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs onun və PPXB-nün polis nəfəri Şahid2 iştirakı ilə Masallı şəhəri, Seybətin küçəsi ərazisində saxlanılmışdır. Həmin vaxt orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından onu Masallı RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşmış və o, Masallı RPŞ-nin inzibati binasında təhqiqatçı Əli Sadıqovun xidməti otağına gətirilmişdir. Həmin vaxt axtarış aparılmasında iştirak etməkdən ötrü Masallı rayon Hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 müdafiəçi qismində təhqiqatçı Əli Sadıqovun xidməti otağına dəvət olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri ona izah olunmuşdur. Daha sonra onun, müdafiəçinin və Şahid2 iştirakı ilə təhqiqatçı Əli Sadıqov RPŞ-nin Kriminalistik TQ-nun baş inspektor kriminalisti, polis leytenantı Ramal Şükürovun video çəkiliş aparması ilə onun üzərində axtarış aparmağa başlamışdır. Axtarış aparmağa başlamamışdan əvvəl təhqiqatçı X10 Ələkbərova üzərində olan əşyaları təqdim etməsini təklif etmişdir, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd ağ rəngli kağız bükümü çıxararaq təqdim etmişdir. Sonradan Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, predmet və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, xx.xx.2023-cü il tarixdə Masallı şəhəri, H.Səmədov küçəsi ərazisində birinci dəfə gördüyü Xalid adlı şəxsdən 10 manata aldığını, xəstə olduğunu və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Təhqiqatçı tərəfindən 02 ədəd ağ rəngli kağız bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər kütlələr elektron tərəzidə çəkildi. 1-ci bükümün çəkisinin 0,16 qram, 2-ci bükümün çəkisinin 0,34 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra hər iki büküm birlikdə elektron tərəzidə çəkilmiş və ümumi təmiz çəkilərinin 0,50 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər kütlələr təhqiqatçı tərəfindən zərfə qoyularaq RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Təqsirləndirilən şəxs üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-ə baxış keçirilərək, narkotik vasitənin Təqsirləndirilən şəxs özü tərəfindən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən çıxararaq könüllü təqdim etdiyi müəyyən edildi. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin materialların məhkəmə ekspertizası, məhkəmə fiziki-kimyəvi eskpertizasının 11 aprel 2023-cü il tarixli 19/448 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2 ədəd heroinə bənzər maddə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri:-0,272 qr, -0,115 qram: ümumi təmiz çəkisi:-0,387 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər (heroinin təmiz çəkisi-0.387 qr., tədqiqata sərf edildi-0,01 qr (hər ob.-0.05 qr), qalıq-0,287 qr). Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X2 X8 Yoxlamanın 12 aprel 2023-cü il tarixli 419 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs YUSİF oğlunda OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və işə əlavə olunmuş hökmdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin 1(050)-145/2022 saylı, 20 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1, 67.5-ci maddələrinə əsasən yeni hökm üzrə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına Masallı Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 1(050)-62/2021 saylı hökmü ilə əlavə cəza növü kimi təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə nəqliyat vasitələrini idarəetmə hüququndan məhrumetmə cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 18 (on səkkiz) gün hissəsi tam birləşdirilmiş və ona qəti olaraq 04 (dörd) ay 18 (on səkkiz) gün müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan Masallı Rayon İcra və Probasiya Şöbəsinin 17 aprel 2023-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 1(050)-145/2022 saylı, 20 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddət azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2023-cü il tarixə çəkilməmiş hissəsi 09 ay 07 gün təşkil edir. İş materiallarında olan iltizamın surətindən görünür ki, məhkum Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixində Masallı Rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata düşmüş və həmin tarixdən cəzasının icrasına başlamışdır. İş materiallarında olan Masallı RİHB-nin Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonunda qeydiyyatda olmaqla Masallı şəhəri, Seybətin küçəsi, ev 11-də arvadı X3 və övladı xx.xx.2013-cü il təvəllüdlü X1 ibarət ailə tərkibində yaşyır və onun barəsində ərazi nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatin verilməsi haqqında portal çıxarışında qeyd edilmişdir ki, X3 OD-Vitreoektomiya c/ə sonrakı vəziyyət, afaksiya, buynuz qişasının distrofiyası. OS-Fəsadlı katarakta, torlu qişanın qopması. Visus OD=işıq duyğusu. Visus OS=0 (sıfır) diaqnozu ilə birinci qrup gözdən əlildir, əlillik müddətsizdir, əmək qabiliyyətsizdir və kənar şəxslərin qulluğuna ehtiyacı vardır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü, əməlindən səmimi peşman olmasını, törətdiyi cinayət əməlini etiraf etməsini, himayəsində birinci qrup gözdən əlil və kənar şəxslərin qulluğuna ehtiyacı olan arvadının olmasını, ailəsinin yeganə təminatçısı olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Masallı Rayon Məhkəməsinin 1(050)- 145/2022 saylı, 20 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 67.5-ci maddələrinə əsasən ona qəti olaraq təyin edilmiş 04 (dörd) ay 18 (on səkkiz) gün müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə törətmişdir. Lakin onun əməlində cinayətlərin residivi mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən peşman olmaqla, cinayət əməlindən sonrakı müddətdə olan davranışları ilə islah yolundadır. Onun yaşı, ailə vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah oluna bilər. Bu səbəbdən də, azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan yüngülləşdirici halları, onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun və ailəsinin həyat şəratinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəza siyasətinin məqsədlərini təmin edir. İş materiallarında olan Masallı Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş məktubdan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 1(050)-145/2022 saylı, 20 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsi ilə əlaqədar 19 iyul 2022-ci il tarixdə icra şöbəsi tərəfindən qeydiyyata götürülmüş və qanunvericiliyə əsasən onun həmin hökm üzrə cəza çəkməsinin əvvəli 19 iyul 2022-ci il tarixdən hesablanmağa başlamış, 10 aprel 2023-cü il tarixədək cəzasını çəkmiş və həmin tarixdə Masallı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs ona təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 8 ay 21 gününü çəkmiş, cəzanın 9 ay 9 gün hissəsi çəkilməmiş qalmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırıması cəzasına Masallı Rayon Məhkəməsinin 1(050)-145/2022 saylı, 20 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çəkilməmiş qalan 9 ay 9 gün hissəsi qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsində qeyd edilmişdir ki, Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Masallı Rayon Məhkəməsinin 4(050)-50/2023 saylı, 12 aprel 2023-cü il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə olduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 10 aprel 2023-cü il tarixdən 21 iyun 2023-cü il tarixədək olan müddət cəza müddətinə daxil edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə isə müvafiq ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxsin polinarkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkoloji ekspertizanın dəyəri olan 60 (altımış) manat məbləğində pul vəsaiti tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Masallı Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,287 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına Masallı Rayon Məhkəməsinin 1(050)-145/2022 saylı, 20 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 9 (doqquz) ay 9 (doqquz) gün azadlığın məhdudlaşdırılması cəzası qismən birləşdirilsin və üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 10 aprel 2023-cü il tarixdən 21 iyun 2023-cü il tarixədək olan 02 (iki) ay 11 (on bir) gün müddətin hər 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 8 (səkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzaçəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,287 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-133/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-133/2023
21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver