Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-133/2024 30.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Masallı rayon Vəkil bürosunun vəkili X1 iştirakları ilə. xx xxxxxx 1967-ci il tarixdə Masallı rayonu, Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, İİİ dərəcəli əlil, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Şıxlar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsi ilə baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanıdığı Cəlilabad rayonu Komanlı kənd sakini Zərərçəkmiş şəxs bronxial astma xəstəsi olan oğlu X4 6000 manat pulun müqabilində pensiya düzəldəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla Zərərçəkmiş şəxs aldadıb, özünə inandırdıqdan sonra 2023cü ilin yanvar ayının ortalarında sonuncudan Masallı şəhəri Xətai parkında əvvəlcə 3000 manat və həmin ilin yanvar ayının sonlarında yenə Masallı şəhəri Xətai parkında 3000 manat pulu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni, ümumilikdə 6000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətlərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4cü maddəsində nəzərdə tutulmuş ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qardaşı Şahid vasitəsi ilə tanımış və aralarında yaxşı münasibət olmuşdur. 2023-cü ilin yanvar ayının ortalarında Zərərçəkmiş şəxs aralarında söhbət zamanı o, oğlu Sarvan Şahaliyevin əvvəllər bronxial astma xəstəsi kimi aldığı pensiyanın dayandırıldığını, ona yenidən pensiya düzəltmək istədiyini və bunun üçün köməklik etməsini xahiş etmişdir. O da Zərərçəkmiş şəxslə razılaşmış və oğluna 6000 manat müqabilində pensiya düzəldəcəyinə vəd vermişdir. Zərərçəkmiş şəxs cibindən 3000 manat pul çıxardaraq ona vermişdir. Daha sonra Zərərçəkmiş şəxs bir neçə günə qalan 3000 manat pulu verəcəyini bildirsə də, Eyvaza oğlunun pensiya işini düzəldib tamamladıqdan sonra həmin 3000 manat pulu ondan alacağını bildirmişdir. Bir neçə gün keçdikdən sonra Zərərçəkmiş şəxs yenidən ona zəng edərək, Rusiya Federasiyasına gedəcəyi üçün 3000 manat pulu almasını xahiş etmişdir. O, da Eyvazla razılaşaraq 3000 manat pulu almışdır. Beləliklə Zərərçəkmiş şəxs ümümilikdə oğlu Sarvana pensiya düzəltmək vədi ilə 6000 manat pul almışdır. O, pensiya düzəltməyə başlamışdır. Pensiya düzəltmək üçün müəyyən işləri görüb tibbi sənədləri toplasa da, lakin özündən asılı olmayan səbəblərə görə pensiya düzəldə bilməmişdir. Eyvaz oğlunun pensiya işinin düzəlmədiyini görüb, dəfələrlə onunla əlaqə saxlayıb, səbəbini öyrənməyə başlamışdır. O, hər dəfə Eyvaza pensiya düzəltmək üçün çox çalışdığını, lakin hələki düzəldə bilmədiyini, bir müddət də gözləməyini desə də, Eyvaz onu aldatdığını düşünərək, ondan pulunu qaytarmağını istəmişdir. O, Eyvaza aldığı 6000 manat pulun bir qismini tibbi sənədlərin toplanmasına, digər bir qismini isə şəxsi ehtiyaclarına xərclədiyini bildirmiş və pulu olanda geri qaytaracağını demişdir. Zərərçəkmiş şəxs bir neçə ay gözləsə də, o pensiya düzəltmək üçün aldığı pulu geri qaytara bilməmişdir. Buna görə də Zərərçəkmiş şəxs onun barəsində polisə şikayət etmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır. Barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, oğlu X5 astma bronxit xəstəsi olduğu üçün əvvəllər uzun müddət pensiya almışdır. Lakin 2021-ci ildən aldığı pensiya ona məlum olmayan səbəblərdən dayandırılmışdır. Buna görə də o, həmin vaxtdan Sarvan üçün yenidən pensiya düzəltmək istəmiş, lakin düzəldə bilməmişdir. 2023-cü ilin yanvar ayının ortalarında o, bu barədə qardaşı Şahid deyib, ondan pensiya düzəltməyində köməklik etməsini xahiş etmişdir. Qardaşı Nadir ona Masallı rayonu Şıxlar kənd sakini olan ortaq tanışları Təqsirləndirilən şəxs pensiya və sosial yardım düzəltmə işi ilə məşğul olduğunu və onunla bu barədə danışmağını demişdir. Bundan sonra o, qardaşından Təqsirləndirilən şəxs mobil telefon nömrəsini alıb onunla bu barədə danışmışdır. Nadir ona Masallı şəhərinə gəlməyini və üzbəüz görüşüb ətraflı söhbət etməklərini təklif etmişdir. Bundan sonra o, 2023-cü ilin yanvar ayının ortalarında dəqiq xatırlamadığı gündən qardaşı Şahid ilə birlikdə yaşadığı Cəlilabad rayonu Komanlı kəndindən çıxıb Masallı şəhərinə gəlmiş və Masallı şəhəri Xətai parkında Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Söhbət zamanı o, qardaşının yanında Təqsirləndirilən şəxs oğlu Sarvan Şahaliyevin astma bronxit xəstəsi olduğu üçün ona pensiya düzəltmək istədiyini və bu işdə ona köməklik edib-etməyəcəyini demişdir. Həmin vaxt Nadir ona pensiya və sosial yardım düzəltmə işlərinə baxdığını, buna görə də xəstə oğlu Sarvana 3 ay müddətində pensiya düzəldə biləcəyini bildirmişdir. Daha sonra ona pensiya düzəltmək üçün müəyyən tibbi sənədlərin toplanmasında və zəhmət haqqı üçün ümumilikdə 6000 manat pulun lazım olduğunu və həmin pulun hamısını əvvəlcədən ona verdikdən sonra işə başlayacağını demişdir. O Təqsirləndirilən şəxs həmin vaxtı inanıb etibar etdiyi üçün 6000 manat pulun müqabilində oğluna pensiya düzəltməsinə razılaşmışdır. Lakin hazırda üzərində 3000 manat pulunun olduğunu, həmin pulu indi verə biləcəyini, qalan miqdarda pulu da bir neçə günə düzəldib verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmışdır. O həmin vaxtı üzərində olan 3000 manat pulu çıxardıb qardaşının yanında Nadirə vermişdir. Nadir pulu ondan alaraq narahat olmamağını, qalan məbləği də verdikdən sonra ən uzağı 3 aya oğluna pensiya düzəldəcəyini vəd etmişdir. Bundan bir neçə gün sonra, yəni 2023-cü ilin yanvar ayının sonlarında dəqiq xatırlamadığı gündə o, qalan 3000 manat pulu da düzəldib yenə qardaşı Şahidlə birlikdə Masallı şəhərinə gəlib oradakı Xətai parkında Təqsirləndirilən şəxs ilə görüşüb ona vermişdir. Təqsirləndirilən şəxs iki dəfəyə hər dəfə 3000 manat olmaqla ümumilikdə ondan 6000 manat pulu oğlu Sarvan Şahaliyevə pensiya düzəltmək məqsədilə alsa da, lakin verdiyi vədi yerinə yetirməmişdir. O, Nadirin vədinə əməl etmədiyini görüb hər dəfə ondan bunun səbəni soruşmuş, Nadir də ona pensiyanı özündən asılı olmayan səbəblərə görə düzəldə bilmədiyini, bir azda gözləməyini demişdir. O, bir neçə ay gözləsə də, Nadirin pensiya düzəltmədiyini və onu aldatdığını bilmişdir. Buna görə də Təqsirləndirilən şəxs pulunu qaytarmasını tələb etməyə başlamışdır. Nadirdən hər dəfə pulunu istəyən zaman ona pulu olmadığını, aldığı pulları tibbi sənədlərin toplanmasına və şəxsi ehtiyaclarına xərclədiyini, pulu olan zaman geri qaytaracağını bildirmişdir. O bir müddət gözləsə də, Nadir pulunu qaytarmamışdır. O da məcbur olub xx.xx.2024-cü il tarixdə polis şöbəsinə gedib Nadir barəsində şikayət etmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımış, ona qarşı heç bir ədavəti və düşmənçiliyi olmamış, verdiyi pullar özünə məxsus olmuş və pulu verən zaman yanında qardaşı Şahid olmuşdur. Hazırda ona dəymiş ümumilikdə 6000 manat pul tam şəkildə ödənilmişdir. Təqsirləndirlən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid oxşar məzmunlu ifadə verərək, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: Cinayət işinin materiallarında olan 24 may 2024-cü il tarixli üzləşdirmədə-dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs X3 Şahaliyevə 6000 manat pulun müqabilində 3 ay müddətində pensiya düzəldəcəyi barədə yalan vəd verib onu aldadaraq, ayrı-ayrı vaxtda ümümilikdə 6000 manat pulunu aldığını, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs bəzi şeyləri düz danışmadığını, xəstə oğlu Sarvan Şahəliyevə 6000 manat pulun müqabilində 6 ay müddətində pensiya düzəldəcəyini vəd verdiyini, lakin həmin müddət ərzində çox çalışsa da verdiyi vədə əməl edə bilmədiyini bir-birilərinin üzünə demişlər. Sorğu əsasında Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Masallı rayonu Şıxlar kənd sakini Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayında Cəlilabad rayon sakini Zərərçəkmiş şəxs, oğlu Sarvan Şahaliyevə xəstəliyi ilə əlaqədar pensiya düzəldəcəyi barədə yalan vəd vermiş və həmin vaxtı ondan Masallı şəhəri Xətai parkında ayrı-ayrı vaxtlarda ümumilikdə 6000 manat pul almışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pul verən zaman orada qardaşı Şahid olmuşdur. Təqsirləndirilən şəxs digər şəxslərə qarşı analoji cinayət əməlləri törətməsi barədə hər hansı əməliyyat məlumatı daxil olmamışdır. Masallı rayon İcra Hakimiyyəti Başçısının Şıxlar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Şıxlar kəndində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Masallı Rayon Mərkəzi X7 Şəxs tərəfindən verilmiş 11 may 2024-cü il tarixli, 18-1- 60/2-803/2024 saylı məktubdan görünür ki, Masallı rayonu Şıxlar kəndində qeydiyyatda olan xx.xx.1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Masallı Rayon Mərkəzi Xəstəxanası” X10 narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatında durmur. Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1551 saylı arayışdan görünür ki, Məmmədzadə X2 Xəstəxanasında qeydiyyatda deyildir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 3-cü dərəcəli əliliyə görə 150 manat müavinət alır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdiyi ifadələri, üzləşdirmə dindirmə protokolu, əməliyyat tapşırığının cavabı və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək, belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. Məhkəmə, bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 178.2.4cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin qeydinə əsasən, bu məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə CM-in 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. CM-in 8.1-ci maddəsinin tələbinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə həmçinin həmin Məcəllənin 59.2-ci maddəsini əsas götürərək onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və İİİ dərəcəli əlil olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək, hesab edir ki, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, yaşını, həyat tərzini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan əlavə həmin Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə 6000 manat maddi ziyanın zərərçəkmiş Zərərçəkmiş şəxs ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək, müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə maddi sübüt, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-356 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. İş üzrə 6000 manat maddi ziyanın zərərçəkmiş Zərərçəkmiş şəxs ödənilməsi nəzərə alınsın. Hökm elan olunduqdan sonra 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ellara Abbasova.
Məhkəmə qərarları › İş №1(050)-133/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-133/2024
30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver