Məhkəmə qərarları › İş №1(050)-134/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-134/2025

05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-134/2025 05.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1993-cü ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Masallı Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 2 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Masallı Rayon Məhkəməsinin 7(050)-112/2023 nömrəli 25 dekabr 2023-cü il tarixli qərarına əsasən Masallı Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 il 2 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 9 ay 17 gün hissəsi 10 ay 23 gün müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmiş, 16 noyabr 2024-cü ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində Masallı Rayon Məhkəməsinin 4(050)- 29/2025 nömrəli, 16 may 2025-ci il tarixli qərarı ilə 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İrəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi ilə 04 ədəd bükümdə xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. 14 may 2025-ci il tarixdə saat 23:02-də Masallı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən təxirə salınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib üzərində saxlamasında və daşımasında şübhəli olduğundan Masallı şəhəri H.Əliyev prospekti ərazisində saxlanılmışdır. Həmin yerdə onun üstü yoxlanılan zamanı əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindəki “Winston” sözləri yazılmış siqaret qutusunun içərisindən 04 ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,284 qr, 0,066 qr, 0,148 qr və 0,085 qram olmaqla ümumi təmiz çəkisi 0,583 qram olan xeyli miqdarda xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə özünü təqsirli bilməsə də, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, polis kapitanı Nüsrət və polis leytenantı Elvin onu saat 16 radələrində məhəllənin qabağında, Məzahim aptekin yanında, Qarabağ küçəsi ev 37 qarşısında yolda tutaraq polis şöbəsinə aparmışlar. Rayon adamları olduqları üçün onları tanıyır. Elvin onlarla böyüyüb, indi əməliyyatçı keçmişdir. Saat 23:00-a qədər təzyiq altında qalmışdır. Əvvəl onu Elvin ilə Nüsrət təziq göstərmişdir, ayağını boynuna qoyub sıxaraq döymüşlər. Sonra Cahangir, Zamir, Nəsimi, Taleh, Şahmar, Aqil, təxminən 11-12 nəfər adam onu döymüşdür. Onu bir bükümlə çəkiliş üçün Digah tərəfdə yerləşən 2 nömrəli məktəbə aparmışlar, lakin o, öz üzərinə götürməmiş, demişdir ki, onluq deyil. Razı olmadığı üçün onu şöbəyə aparıb orada əzmişlər. Nəsimi Cabbarov həmin bir büküm dörd büküm etmiş və demişdir ki, əgər götürməsə 234.2 tətbiq edəcəkdir. Təbabət klinikasının yanında eləmiş, lakin o, üstünə götürməmiş, ona görə də, yarım kilonu yazacağını demişdir. Bir bükümü sübüt edə bilmir, yarım kilonu necə etsin. Dörd bükümü üstünə götürmüşdür. Saat 23:00-da onu rəsmiləşdirmişlər. Bu düzgün istintaqdır ki, satış aşkar olunmayıb demişdir, ona da, əgər xəsarətlərdən danışsa 234.2 ilə cəlb edəcəyini bildirmişlər. Cəzaçəkmə müəssisəndə xəsarətlər qeyd olunmuşdur, tibbi ekspertizaya getmək istəyir. Düzgün istintaq aparmırlar, yetim adamdır, 234.1 ilə tuturlar, 234.2-yə firladırlar. Metamfetamini əldə etməkdə onun məqsədinin satış olmasını hardan bilirlər? Onun üzərində Redmi markalı telefon, metro kartı və 20 qəpik pul olmuşdur. Siqaret çəksə də, həmin vaxt üzərində siqaret olmamışdır. Əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsüf olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsiri məhkəmədə tədqiq edilmiş, onun öz ifadəsi, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, Masallı rayon Polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində saxlaması və gəzdirməsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında NMQ-nun əməliyyat müvəkkili Şahid2, CAB-nin əməliyyat müvəkkili Şahid3 və KTQ-nin baş inspektoru Ramal Şükürovla birlikdə onu 14 may 2025-ci il tarixdə, saat 23:02-də Masallı şəhəri H.Əliyev prospektinin “Bioloji Təbabət” klinikasının yaxınlığından keçən hissəsində piyada hərəkətdə olakən videoçəkilişlə saxlamışlar. Təqsirləndirilən şəxs özünü təqdim edərək üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sağ yan cibindən üzərində “Winston” sözləri yazılmış 1 ədəd siqaret qutusunu, sol yan cibindən isə bir ədəd “Redmi” markalı mobil telefonu təqdim etmişdir. Siqaret qutusunun içində 04 ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu və saat 15 radələrində Masallı şəhəri Dadva küçəsində tanımadığı şəxsdən 30 manata şəxsi istifadə üçün alaraq üzərində gəzdirdiyini demişdir. 04 ədəd bükümdə olan metamfetamin elektron tərəzidə çəkildikdən sonra metamfetamin və “Redmi” markalı telefonu zərflərə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs Masallı rayon Polis şöbəsinə gətirərək metamfetamini, mobil telefonu və yoxlama zamanı çəkilmiş videogörüntü olan 01 ədəd video diski təhqiqatçı Şahin Mehrabova təqdim etmişlər. Təhqiqatçı tərəfindən həmin əşyalara videoçəkiliş vasitəsilə baxış keçirilərək götürülmüş və bu barədə protokol tərtib olunaraq imzalanmışdır. Suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı fiziki zor və psixi təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat olmamış və əməliyyat tədbirləri zamanı müəyyən edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı rayon Polis şöbəsinin X4 əməliyyat müvəkkili Şahid2 və Masallı rayon Polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişlər. Əlavə olaraq bildirmişlər ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Masallı rayon Polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Şahid1 tərəfindən Masallı rayon Polis şöbəsinin rəisi Azay Ağayevə ünvanlanmış 14 may 2025-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr istifadə etməsi, saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik maddələrin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması və təxirə salınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi xahiş olunmuşdur. - Masallı rayon Polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Şahid1 tərəfindən qəbul edilmiş Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 14 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi və saxlaması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. - “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi barədə” 14 may 2025-ci il tarixli protokoldan görünür ki, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üstündə qanunla qadağan olunmuş əşyalar varsa təqdim olunması təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli üzərində “Winston” sözləri yazılmış siqaret qutusunun içərisində olan 04 ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlələri təqdim etdi. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanıldı. Yoxlama zamanı sonuncunun əynində olan açıq göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefon aşkar olundu. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar kütlələri həmin gün Masallı şəhəri Dadva küçəsində tanımadığı şəxsdən 30 manat qarşılığında aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. - Şübhəli şəxs qismində tutma barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 may 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. - Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 15 may 2025-ci il tarixdə, saat 00:26-da şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, 14 may 2025-cil il tarixdən, saat 23:02-dən hesab edilmişdir. - Masallı Rayon Məhkəməsinin 4(050)-29/2025 nömrəli, 16 may 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 14 may 2025-cil il tarixdən hesab edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının Lənkəran Regional bölməsinin 15 may 2025-ci il tarixli, 19/194 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlələr....” sözlər və imzalar olan zərfdəki, siqaret qutusunda olan 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,284 qr, 0,066 qr, 0,148 qr və 0,085 qram; ümumi təmiz çəkisi -0,583 qram olan ağ rəngli kristallardan ibarət olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə birbiriləri ilə eynidirlər. Ekspertiza tədqiqatına cəmi 0,15 qram sərf edildikdən sonra 0,433 qram qalıq qalmışdır”. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizası və X9 Publik hüquqi şəxsin Masallı şöbəsinin məhkəmə-tibb ekspertizasının 16 may 2025-ci il tarixli, 363 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmadı. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin 16 may 2025-ci il tarixli, 265 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs metamfetaminin qəbulundan yaranan asılılıq sindromu (Toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində 2023-cü ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi X15 keçirilməsi barədə 19 may 2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus işdə olan “Redmi Note 8” markalı mobil telefon cihazına baxış keçirildi. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir xüsusat aşkar edilmədi. - 19 may 2025-ci il tarixli qəbzdən görünür ki, X7 oğlu Təqsirləndirilən şəxs məxsus “Redmi Note 8” markalı mobil telefonu saz vəziyyətdə təhvil almışdır. - Masallı rayon Polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Şahid1 tərəfindən Masallı rayon Polis şöbəsinin rəisi Azay Ağayevə ünvanlanmış 07 iyun 2025-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs 14 may 2025-ci il tarixdə üzərindən aşkar edilərək götürülmüş 04 ədəd gümüşü rəngli kağız bükümdə ümumi təmiz çəkisi 0,583 qram təşkil edən psixotrop maddə metamfetamini o, həmin tarixdə saat 15 radələrində Masallı şəhəri Dadva küçəsində şəxsiyyəti hələki müəyyən edilməyən kişi cinsli tanımadığı şəxsdən gizli olaraq heç kimin görmədiyi şəraitdə ümumilikdə 30 manat pulun müqabilində satış məqsədi ilə alıb üzərində saxlamaqla daşımış və həmin günü saat 23 radələrində H.Əliyev prospektinə gedib orada satışını həyata keçirmək istəmişdir. Həmçinin keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs əvvəllər rayon ərazisində narkotik vasitələrin və ya psixotrop maddələrin satışını təşkil etdiyi, narkotik maddələri qanunsuz üzərində gəzdirdiyinə görə məhkum edildiyi, narkotik alüdəçisi (xəstəsi) olan şəxslərin ətrafında tez-tez görünüb həmin şəxslərlə təmasda olduğu və heç bir yerdə işləmədiyinə baxmayaraq kafe, rostoran və əyləncə mərkəzlərində kifayət qədər pullar xərclədiyi məlum olmuşdur. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamin əldə etmək üçün Masallı şəhəri Dadva küçəsinə gedib-gələn zaman və oradan psixotrop maddə əldə edən vaxtı onu görən şəxslərin dairəsini, eyni zamanda psixotrop maddə metamfetamin aldığı şəxsin kimliyini müəyyən etmək hələ ki mümkün olmamışdır. Bu istiqamətdə və əməliyyat tapşırığında göstərilən digər xüsusatlarla bağlı əməliyyat tədbirləri davam etdirilir, gələcəkdə müsbət nəticə əldə olunarsa əlavə olaraq sizə bildiriləcəkdir. - Masallı Rayon Məhkəməsinin 5(050)-46/2025 nömrəli, 19 may 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4 ədəd bükümlərdə ümumi təmiz çəkisi 0,583 qram olan xeyli miqdarda psixotrop maddə metamfetaminin mənbəyini müəyyən etmək məqsədilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən 01 mart 2025-ci il tarixdən 15 may 2025-ci il tarixədək olan müddət ərzində gizli və açıq nömrələrdən daxil olan və çıxan zənglərin, eləcə də, cavab verilməmiş zənglərin siyahısı, həmin nömrənin göstərilən müddət ərzində hansı antena şəbəkələrində olması, daxil olan və çıxan sms-lərin yazılı formaları, eləcə də, abonentlərin şəxsiyyətləri və yaşadıqları ünvanlar barədə məlumatların "xxxx" MMCdən götürülməsi qərara alınmışdır. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi Ramal Nuriyevin "xxxx" MMC-nin 03 iyun 2025-ci il tarixli 11793 nömrəli telefon danışıqları diskinə baxış keçirilməsi barədə” 11 iyun 2025-ci il tarixli protokolundan görünür ki, "xxxx" MMC-nin 03 iyun 2025-ci il tarixli 11793 nömrəli telefon danışıqları diskinə baxış keçirildi. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir xüsusat aşkar edilmədi. - “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 21 may 2025-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin ruhi-əsəb kabinetində dispanser qeydiyyatında durmur, lakin narkoloji kabinetində dispanser qeydiyyatında durur. - “Lənkəran şəhər Psixatriya xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 17 may 2025-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Əliyev X10 şəhər Psixatriya xəstəxanasında qeydiyyatda deyil. - Masallı rayon Mənzil istismar sahəsi tərəfindən verilmiş 20 may 2025-ci il tarixli, 180 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı ailə üzvləri vardır: atası X13, anası X7, qardaşı X11. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 22 may 2025-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1993-cü ildə Masallı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs – - Masallı Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 2 il 2 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Masallı Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli qərarına əsasən təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsi 10 ay 23 gün müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmiş, 16 noyabr 2024-cü ildə cəzasının sonu ilə azad edilmişdir. - Masallı Rayon Məhkəməsinin 7(050)-112/2023 nömrəli 25 dekabr 2023-cü il tarixli qərarından görünür ki, təqdimat təmin edilərək Masallı Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 2 il 2 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının şəkilməmiş qalan 1 il 9 ay 17 gün hissəsi Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 10 ay 23 gün müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, məhkəmə iclas zalından həbsə alınması, cəzaçəkmə müddətinin əvvəlinin 25 dekabr 2023-cü il tarixdən hesab edilməsi qərara alınmışdır. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi Ramal Nuriyevin 19 may 2025-ci il tarixli maddi sübutun tanınması və təhvil verilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş dörd ədəd bükümdə psixotrop maddə metamfetaminin ekpertizadan sonrakı qalığı 0,433 qram maddi sübut kimi tanınmış və Masallı rayon Polis şöbəsinin saxlanc yerinə təhvil verilmişdir. Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsini özündə əks etdirən 1 ədəd DVD disk, əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsini özündə əks etdirən 1 ədəd DVD disk, ümumilikdə 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi Ramal Nuriyevin 14 iyun 2025-ci il tarixli Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsüf edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsüf edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş dörd ədəd bükümdə psixotrop maddə metamfetaminin ekpertizadan sonrakı qalığı 0,433 qram maddi sübut kimi tanınaraq Masallı rayon Polis şöbəsinin saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs məxsus “Redmi Note 8” markalı mobil telefonun anası X5 qaytarılması nəzərə alınmışdır. Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsini özündə əks etdirən 1 ədəd DVD disk, əməliyyataxtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsini özündə əks etdirən 1 ədəd DVD disk, ümumilikdə 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 noyabr 2023-cü il tarixli 19 №-li Qərarı ilə təsdiq edilmiş Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi qaydalarının 1.2-ci bəndinə əsasən bu Qaydaların tətbiqində əsas məqsəd Azərbaycan Respublikasında vahid məhkəmə təcrübəsinin formalaşdırılması baxımından əhəmiyyətli olan məhkəmə aktlarının müəyyənləşdirilməsi və onlara əlçatanlığın təmin edilməsidir. Qaydaların 3.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Ali Məhkəməsi baxdığı iş üzrə həll edilən hüquqi məsələnin məhkəmə təcrübəsinin müəyyən edilməsi və ya inkişaf etdirilməsi baxımından əhəmiyyətliliyi ilə bağlı birinci və / və ya apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşdıqda və ya özünün bununla bağlı mövqeyi olduqda, qəbul etdiyi məhkəmə aktına ★★★ nişanını təyin edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən, həmçinin ★★★ (üç ulduz) fərqləndirici nişanı təyin edilən 1(102)- 371/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olmaqla ağ rəngli kristallardan ibarət, ümumi miqdarı 0,583 qram olan psixotrop maddə olan metamfetaminin ona məxsus olmasına dair təqsiri əldə edilmiş sübutlarla yəni, şahidlərin ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi barədə” 14 may 2025-ci il tarixli protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2025-ci il tarixli, 19/194 nömrəli materialların məhkəmə ekspertizasının rəyi, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 16 may 2025-ci il tarixli, 265 nömrəli rəyi, habelə iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin tövsifi məsələsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır”, “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır», «Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür». Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifi zamanı səhvə yol verilmişdir. Belə ki, təqsirləndirilən şəxs ittiham olunmuşdur ona görə ki, o, satış məqsədilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr”in siyahısına daxil edilmiş psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Masallı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirə salınmaz əməliyyat-axtarış tədbiri nəticəsində 14 may 2025-ci il tarixdə, saat 23:02-də Masallı şəhəri H.Əliyev prospektinin “Bioloji Təbabət” klinikasının yaxınlığından keçən hissəsində videoçəkilişlə saxlanılaraq həmin yerdə üzərində şəxsi axtarış aparılan zaman əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olmaqla üzərində “Winston” sözləri yazılmış siqaret qutusunun içərisindən dörd ədəd bükümdə ümumi təmiz çəkisi 0,583 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həm ibtidai araşdırma zamanı, həm də, məhkəmə iclasında təqsirləndirilən şəxs verdiyi ifadələrində göstərmişdir ki, üstündən aşkar edilmiş dörd ədəd bükümdə psixotrop maddə metamfetamini həmin günü saat 15 radələrində tanımadığı şəxsdən 30 manat müqabilində şəxsi istifadəsi üçün əldə etmişdir. Metamfetamini hər hansı bir şəxsə satmaq, hədiyyə və ya pay vermək kimi bir məqsədi olmamışdır, metamfetamini yalnız şəxsi istifadəsi üçün üstündə daşımışdır. 14 may 2025-ci il tarixdə 23 radələrində “Bioloji Təbabət” klinikasının yaxınlığında dörd bükümdən birini istifadə etmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə videoçəkilişlə axtarış keçirilmiş, axtarış zamanı o, üzərində gəzdirdiyi 4 ədəd bükümdə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Heç zaman narkotik və ya psixotrop maddə satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar olunmuş metamfetamini öz şəxsi istifadəsi üçün əldə etmişdir. Eyni zamanda həm ibtidai araşdırma zamanı, həm də, məhkəmə iclasında şahidlər verdikləri ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr istifadə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat olmamış və əməliyyat zamanı müəyyən olunmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur: “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il 8 №-li Qərarının 8-ci bəndində qeyd edilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində şərh verilmişdir. Belə ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Qərarın 9-cu bəndində isə qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən Şəxsi maraq dedikdə - şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs psixotrop maddəni satmaq niyyətində olub-olmaması müəyyən edilərkən nəzərə almaq lazımdır ki, istehlakçı ilə əvvəlcədən razılıq əldə etməmiş, narkotik vasitəni aldıqdan sonra onu çəkib xırda bağlamalara özü bükməmiş, bükümlərin hazırlanması üçün avadanlığı olmamış, ümumiyyətlə psixotrop maddəni satmaq niyyəti olmamışdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixotrop maddə metamfetaminin satışını həyata keçirərkən, yaxud bilavasitə realizə edərkən saxlanılmamış, polis əməkdaşları Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr istifadə etməsi, saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 may 2025-ci il tarixdə, saat 23:02-də Masallı şəhəri H.Əliyev prospektinin “Bioloji Təbabət” klinikasının yaxınlığından keçən hissəsində videoçəkilişlə saxlanılıb həmin yerdə üzərinə şəxsi axtarış aparılarkən onun üzərindən ittihamda qeyd edilən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin “satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə etmə, daşıma və saxlama”ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-in 234.2-ci maddəsi ittiham olunması nəticəsinə gələrkən kifayət qədər mötəbər sübutlara əsaslanmamışdır. Təqsirləndirilən şəxsin tutulmasında iştirak etmiş və iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları da, təqsirləndirilən şəxsin üzərində aşkar edilmiş psixotrop maddələri satış məqsədi ilə əldə etdiyini təsdiq edən ifadə verməmiş, göstərmişlər ki, təqsirləndirilən şəxs tutularkən üzərində aşkar olunmuş psixotrop maddələri şəxsi istifadəsi üçün üstündə daşımaqla gəzdirdiyini bildirmişdir. Eyni zamanda əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr istifadə etməsi, saxlaması və daşıması barədə olmuş və həmin məlumatın yoxlanması məqsədilə əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. İbtidai araşdırma orqanı təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsüf edərkən yalnız Masallı rayon Polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Şahid1 tərəfindən Masallı rayon Polis şöbəsinin rəisi Azay Ağayevə ünvanlanmış əməliyyat-axtarış tədbirlərinin nəticəsi olaraq tərtib edilmiş 07 iyun 2025-ci il tarixli raporta istinad etmişdir. Azərbaycan Respublikası CPM-nin 32-ci maddəsində təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir, müdafiə tərəfi isə cinayət təqibi ilə bağlı irəli sürümüş ittihamı təkzib edir və ya cinayət prosesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yüngülləşdirən halların mövcudluğuna cəlb edir və təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir, məhkəmə cinayət prosesi tərəflərindən hər birinin vəsatəti ilə əlavə olaraq zəruri materialların əldə edilməsinə kömək göstərir. Qanunun tələbindən də göründüyü kimi, ittiham tərəfi təqsirləndirilən şəxsin psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı əlaqələrinin olub-olmamasını müəyyən etmək məqsədilə zəruri istintaq hərəkətlərini yerinə yetirməli, nəticəsindən asılı olaraq bu və ya digər qərar qəbul etməli idi. İş materiallarından görünür ki, təqsirləndirilən şəxsin psixotrop maddənin satışını həyata keçirmək istədiyi şəxslər müəyyən edilib dindirilməmişdir. Bundan başqa təqsirləndirilən şəxsin istifadəsində olan mobil telefona müstəntiq tərəfindən baxış keçirilsə də, baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir xüsusat aşkar edilməmişdir. Həmçinin Masallı Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrədən 01 mart 2025-ci il tarixdən 15 may 2025-ci il tarixədək olan müddət ərzində gizli və açıq nömrələrdən daxil olan və çıxan zənglərin, eləcə də, cavab verilməmiş zənglərin siyahısı, həmin nömrənin göstərilən müddət ərzində hansı antena şəbəkələrində olması, daxil olan və çıxan sms-lərin yazılı formaları, eləcə də, abonentlərin şəxsiyyətləri və yaşadıqları ünvanlar barədə məlumatların "xxxx" MMC-dən götürülməsinə dair 19 may 2025-ci il tarixli qərarı əsasında "xxxx" MMC-nin 03 iyun 2025-ci il tarixli 11793 nömrəli telefon danışıqları diskinə müstəntiq tərəfindən keçirilmiş baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir xüsusat aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanının gəldiyi nəticəyə görə təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini həmin günü əldə etmişdir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanının təqsirləndirilən şəxsin mobil telefonunda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir xüsusat aşkar edilmədiyi halda həmin günü əldə etdiyi psixotrop maddəni satış məqsədi ilə əldə etməsini təsdiq edən sübut kimi qəbul etməsi əsassız olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 139-cu maddəsinə əsasən bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olubolmamasının, təqsirliliyinin) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. İnsan Hüquqlarının və X6 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında xatırlatmışdır ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə toplanmış sübutlarla təqsirləndirilən şəxsin “satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak məqsədilə xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” cinayəti törətməsi kifayət qədər sübuta yetirilir. Ona görə də, Təqsirləndirilən şəxs əməli “satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma”ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-in 234.2-ci maddəsindən, “Satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-nin 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs polis şöbəsində polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması barədə dəlili ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmənin sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 məktubundan görünür ki, Təqsirləndirilən şəxs X3 21 may 2025-ci il tarixdə Masallı RPŞ-nin əməkdaşları tərəfindən gətirilərək təhvil verilmişdir. Təqsirləndirilən şəxs kompleksə daxil olarkən tibb-sanitar hissəsində müayinədən keçdiyi zaman bədəninin müxtəlif nahiyyələrində: sol çiynin üst nahiyyəsində qərtməkli yara və sarımtıl qançır izi, sağ çiyninin arxa nahiyyəsində üzəri qərtməkli yara izi və qırmızımtıl izlər, sağ baldırın yuxarı 1/3 nahiyyəsində üzəri qərtməkli yara izləri aşkarlanmış və bu barədə istintaqa nəzarəti həyata keçirən orqana, Masallı rayon prokurorluğuna və digər aidiyyəti orqanlara xüsusi məlumat göndərilmişdir. Təqsirləndirilən şəxs yazılı izahatında bildirmişdir ki, həmin xəsarətləri həbs olunmamışdan öncə almışdır. Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru, ədliyyə müşaviri X8 Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 iyun 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə aparılmış araşdırmanın nəticəsi olaraq toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Masallı rayon Polis şöbəsinin 18 iyul 2025-ci il tarixli məktubundan görünür ki, MSYdə saxlanılan şəxslərin uçotu kitabından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 14 may 2025-ci il tarixdə saat 23:02-də saxlanılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs polis şöbəsində polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması barədə dəlili həqiqəti əks etdirmir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə edilməsin. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də, göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə əməlini etiraf etməsini və səmimi peşmançılığını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də, təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması növündə alternativ cəza nəzərdə tutulmasına baxmayaraq məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab etmir. Məhkəmə qeyd edir ki, daha yüngül cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da, yoxdur. Çünki Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olmasa da, əvvəllər CM-nin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın icrasından qərəzli boyun qaçırdığından ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmiş, məhkumluğu ödənilmədən yenidən analoji cinayət törətmişdir. Ona görə də, məhkəmə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də, nəzərə almışdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müəssisəsində cəza çəksə də, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməmişdir. Masallı Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın icrasından qərəzli boyun qaçırdığından ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkum olunduğundan onun hazırki əməli cinayətin residivini yaratmır. Lakin Əliyev X12 Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası əvəz edilərək ona təyin edilmiş 10 ay 23 gün müddətə azadlıqdan məhrum etmə cəzasından 16 noyabr 2024-cü ildə cəzasının sonu ilə azad edildiyindən və həmin müddətdən 1 ildən çox vaxt keçmədiyindən məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə, CPM-in 346.1.13-cü maddəsinin tələbinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, 14 may 2025-cil il tarixdən hesab olunmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, CPM-nin 132.1.4-cü maddəsinə əsasən Masallı rayon Polis şöbəsinin saxlanc yerində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş dörd ədəd bükümdə psixotrop maddə metamfetaminin ekpertizadan sonrakı qalığı 0,433 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsini özündə əks etdirən 1 ədəd DVD disk, əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsini özündə əks etdirən 1 ədəd DVD disk, ümumilikdə 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilməsini əks etdirən 1 ədəd DVD disk cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut qismində tanınmasa da, məhkəmə hesab edir ki, həmin DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halın müəyyən edilməsinə kömək edən əşya olduğiundan maddi sübut hesab edilməli və cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut 1 ədəd “Redmi Note 8” markalı mobil telefonun Təqsirləndirilən şəxs anası X5 qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və onun Narkoloji xəstəxanasında 2023-cü ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınmalıdır. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 7 (yeddi) saat 30 (otuz) dəqiqə vaxt sərf etmişdir. Ona görə də, 82 (səksən iki) manat 50 (əlli) qəpik məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 1 (bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasının əvvəli 14 may 2025-cil il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və onun Narkoloji xəstəxanasında 2023-cü ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınsın. Masallı rayon Polis şöbəsinin saxlanc yerində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş dörd ədəd bükümdə psixotrop maddə metamfetaminin ekpertizadan sonrakı qalığı 0,433 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsini özündə əks etdirən 1 ədəd DVD disk, əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsini özündə əks etdirən 1 ədəd DVD disk və Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilməsini əks etdirən 1 ədəd DVD disk, ümumilikdə 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut 1 ədəd “Redmi Note 8” markalı mobil telefonun Təqsirləndirilən şəxs anası X5 qaytarılması nəzərə alınsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 82 (səksən iki) manat 50 (əlli) qəpik məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün verildiyi andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar