Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-136/2024 03.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədirliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında videoçəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi daxil olmuş və iş üzrə məhkəmə hazırlıq iclası təyin edilmişdir. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı məhkəməyə vəsatət verərək göstərdi ki, cinayət işinin başlanmasına əsas və səbəb Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edərək 2023-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs onu aldadaraq Masallı rayonu Təzəkənd kəndi ərazisində "xxxx" MMC-nin balansında olan 11 ha torpaq sahəsini müqavilə əsasında 3 il müddətində icarəyə verilməsini təmin edəcəyinə vəd verib, həmin adla 3240 manat pul vəsaitini alıb ələ keçirməsini bildirməsi və xx.xx.2024-cü il tarixdə Masallı rayonu Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs2 ərizə ilə Masallı RPŞ-nə müraciət edərək özünü "xxxx" MMC-nin əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs Masallı rayonu Sərçuvar kəndi ərazisində yerləşən 11 hektar torpaq sahəsini həmkəndliləri Şahid3 adına 3 illik icarə müqaviləsi ilə sənədləşdirəcəyi vədi ilə aldadaraq 1200 manat pulunu dələduzluqla ələ keçirdiyini bildirməsi ilə əlaqədar toplanmış material olmuşdur. İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə sonradan tanıdığı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 “G Co 5" MMC-nin mülkiyyətində olan Masallı rayonu, Sərçuvar kəndi ərazisində yerləşən 11 ha əkinə yararlı torpaq sahəsini tanışları Masallı rayonu, Təzəkənd kənd sakini Şahid3 adına 3 illik icarə müqaviləsinin bağİanılacağına köməklik göstərəcəyi vədi ilə aldadaraq Zərərçəkmiş şəxs1 oğİunun və Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə xx.xx.2024-cü iİ tarixdə Masallı rayonu, Sərçuvar kəndi ərazisində yerləşən "Cənnət bağı" kafesində Zərərçəkmiş şəxs2 oğİunun 1200 manat pulunu, xx.xx.2024-cü il tarixdə isə Zərərçəkmiş şəxs1 Masallı rayonu, Təzəkənd kəndində yerləşən "Təzəkənd market"ə quraşdırılmış "Pasha pay" ödəmə terminalı vasitəsi liə göndərdiyi 2040 Azərbaycan manatı nisbətində 1200 ABŞ dollarını alıb ələ keçirərək vahid niyyətlə ümumilikdə zərərçəkmiş şəxslərə 3240 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Cinayət işi məhkəmənin hazırlıq iclasınadək öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kimi kobud pozuntulara yol verildikdə çıxarılır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2024-cü il tarixli qərarda Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə onun xx.xx.2024-cü iİ tarixdə Masallı rayonu, Sərçuvar kəndi ərazisində yerləşən "Cənnət bağı" kafesində Zərərçəkmiş şəxs2 oğİunun 1200 manat pulunu, xx.xx.2024-cü il tarixdə isə Zərərçəkmiş şəxs1 Masallı rayonu, Təzəkənd kəndində yerləşən "Təzəkənd market"ə quraşdırılmış "Pasha pay" ödəmə terminalı vasitəsi liə göndərdiyi 2040 Azərbaycan manatı nisbətində 1200 ABŞ dollarını alib ələ kecirərək vahid niyyətlə ümumilikdə zərərçəkmiş şəxslərə 3240 manat maddi ziyan vurmaqla dələduzluq etməsi göstərilmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə tərtib edilmiş, xx.xx.2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq olunmuş ittiham aktında CPM-nin 289.2.3, 289.3.1 və 289.4-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, barəsində ittiham aktı tərtib edilmiş cinayət işi haqqında ümumi məlumat hissəsində həmin cinayət işi Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə müraciət edərək 2024-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs onu aldadaraq Masallı rayonu Təzəkənd kəndi ərazisində "xxxx" MMC-nin balansında olan 11 ha torpaq sahəsini müqavilə əsasında 3 il müddətində icarəyə verilməsini təmin ədəcəyinə vəd verib, həmin adla 3240 manat pul vəsaitini alıb ələ keçirməsini bildirməsi qeyd edilmişdir. İttiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə vaxtı xx.xx.2024cü iİ və xx.xx.2024-cü il kimi qeyd edilmişdir. İttiham aktının nəticəvi hissəsində, verilmiş ittihamın təsvirində Təqsirləndirilən şəxs xx.xx.2024-cü iİ tarixdə Masallı rayonu, Sərçuvar kəndi ərazisində yerləşən "Cənnət bağı" kafesində Zərərçəkmiş şəxs2 oğİunun 1200 manat pulunu, xx.xx.2024-cü il tarixdə isə Zərərçəkmiş şəxs1 Masallı rayonu, Təzəkənd kəndində yerləşən "Təzəkənd market"ə quraşdırılmış "Pasha pay" ödəmə terminalı vasitəsi liə göndərdiyi 2040 Azərbaycan manatı nisbətində 1200 ABŞ dollarını alıb ələ kecirərək vahid niyyətlə ümumilikdə zərərçəkmiş şəxslərə 3240 manat maddi ziyan vurmaqla dələduzluq etməsi göstərilmişdir. Göründüyü kimi, cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının tam aydın olmaması və ya tam dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə müdafiə hüququnun pozulmasına səbəb olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. CPM-in 91.5.1ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il, “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mattoçia İtaliyaya qarşı” işi üzrə 25 iyul 2000-ci il tarixli qərarının 59-cu paraqrafına əsasən, 6-cı maddənin 3 (a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın “əsasları”, yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın “xarakteri”, yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat təmin edir. Məlumatın “ətraflılıq” dərəcəsi hər işin xüsusi hallarından asılıdır, lakin təqsirləndirilən şəxs adekvat müdafiə hazırlamaq üçün ən azı özünə qarşı yönəldilmiş ittihamları başa düşmək üçün yetərli məlumatla təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan başqa, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs kimi tanınmaları haqqında xx.xx.2024-cü il tarixli qərarların təsviri-əsaslandırıcı hissələrində cinayətin törədilmə vaxtı xx.xx.2024-cü iİ və xx.xx.2024-cü il kimi qeyd edilmişdir. İş üzrə “Ambulator məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarda cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs dələduzluq əməllərini xx.xx.2024-cü iİ və xx.xx.2024-cü il tarixlərdə törətməsi göstərilmişdir. İş üzrə “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarın 29cu vərəqində cinayətin törədilmə vaxtı xx.xx.2023-cü iİ və xx.xx.2023-cü il əvəzinə, xx.xx.2024-cü iİ və xx.xx.2024-cü il kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən “təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün)” və cinayət işi üzrə ittiham aktının CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud qanun pozuntularıdır və bu qanun pozuntularına yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Masallı Rayon Polis X3 baş müstəntiqi, polis kapitanı X2 barəsində xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclası zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dövlət ittihamçısının vəsatətinin təmin edilməməsi və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi dövlət ittihamçısının vəsatətinin təmin edilməklə, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə dövlət ittihamçısının vəsatətini və proses iştirakçılarını dinləyib, cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, həmçinin məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Masallı Rayon Polis X3 baş müstəntiqi, polis kapitanı X2 barəsində xüsusi qərar çıxarılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərarların təsviri-əsaslandırıcı hissələrində, iş üzrə “Ambulator məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarda, “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarın 29cu vərəqində, ittiham aktının təsviri-əsaslandırıcı və nəticəvi hissəsində, eyni zamanda verilmiş ittihamın təsvirində cinayətin törədilmə vaxtı xx.xx.2024-cü iİ və xx.xx.2024-cü il kimi qeyd edilmişdir. Bu da onu göstərir ki, 2024-cü ilin 01 sentyabr və 26 oktyabr tarixləri olmadığından Təqsirləndirilən şəxs həmin tarixlərdə cinayət əməlini törətməsi mümkün deyil. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Repsublikası Cinayət Prosessual Məcəlləsinin 299, 300, 303 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməsin. Qərarın surətinin 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-136/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-136/2024
03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver