Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-138/2023 14.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, yetkinlik yaşına çatamamış Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, Lənkəran MX-da və "xxxx" Tibb Mərkəzində travmatoloq-ortoped kimi fəaliyyət göstərən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, ev 24A, mənzil 69-da qeydiyyatda olmaqla Lənkəran şəhərində faktiki yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Masallı şəhəri, F.Hüseynov küçəsində yerləşən Masallı “Bioloji Təbabət” Klinikasında həkim travmotoloq-ortoped vəzifəsində işləyərkən vəzifəli şəxs olmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim-travmatoloq-ortopedin nümunəvi vəzifə” Təlimatının 7-ci bəndinin müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasının (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması və diaqnozunu müəyyən edir) tələblərini kobud surətdə pozaraq, yəni xx.xx.2022-ci il tarixdə “sağ said sümüklərinin qapalı yerdəyişmiş sınıqları” diaqnozu ilə Masallı “Bioloji Təbabət” Klinikasına daxil olmuş xx.xx.2013-cü il təvllüdlü Zərərçəkmiş şəxs üzərində “sag said sümüklərinin osteosintezi” cərrahiyyə əməliyyatını icra edərək sınıq fraqmentlərini osteosintez etsə də, sinir tamlığının pozulub-pozulmaması haqqında hər hansı bir qeydiyyat aparmamış, o cümlədən sinir tamlığının pozulub-pozulmamasını müəyyən etmək üçün əməliyyatdan əvvəl və əməliyyatdan qısa müddət sonra elektroneyromioqrafiya müayinəsinin aparılmasını təmin etməmiş, nəticədə əməliyyat onun tərəfindən tam olaraq yerinə yetirilməmiş, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs müəyyən edilən “nevrus radialis” in said nahiyəsində qismən zədələnməsini vaxtında aşkar etməyərək tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə edərək öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli olduğu halda bunları etməmiş, habelə mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edərək nəzarət etməmiş, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etməmiş və ya müstəqil surətdə aparmamış, bununla da öz işinə vicdansız və laqeyd münasibət göstərməsi və müvafiq əmrlə üzərinə düşən xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi bu sahədə qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər xidməti sənədlərin və keyfiyyətli rəsimləşdirməməsi, həkim-travmatoloq-ortopedin qanunvericilik və normativ hüquqi aktların pozulmasında ifadə olunan fiziki şəxsin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla Zərərçəkmiş şəxs ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsi ilə əlaqədar sağlamlığa az ağır zərərvurmaya səbəb olan səhlənkarlıq etmişdir. Məhkəmə istintaqında Qanuni nümayəndə iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə Masallı rayonu, Güllütəpə kəndində yaşayır. Babası, nənəsi və əmisi də eyni həyətdə yerləşən digər iki mərtəbəli evdə yaşamışlar. Evlərində internet modem aparatı işləmədiyindən 05 iyul 2022-ci il tarixdə gecə saat 12 radələrində modemi elektrik cərəyanına taxmağı xahiş etmək üçün babasıgilin evinə getmişdir. Həmin evin ikinci mərtəbəsinə qalxmaq üçün istifadə edilən taxta pilləkənlə yuxarı qalxarkən əyninə yekə olan şortik onun ayağına ilişmiş, nəticədə o, həmin pilləkəndən üzü-üstə yerə düşmüşdür. Yerə düşərkən sağ əli bədəninin altında qaldığı üçün dirsəyindən aşağı, biləyində yuxarı olan nahiyəsi qırılmışdır. Atası yanına gəlib onu qucağına alaraq qohumlarından birinin maşını ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Həmin xəstəxanada olarkən adının Azad olduğunu bildiyi həkim onun qolunu rentgen müayinəsindən keçirtmiş, daha sonra “sağ qolunun sınığı” diaqnozu qoymuş, qolunu gipsə saldıqdan sonra atasına onun bir neçə günə əməliyyat olunmalı olduğunu demişdir. Azad həkim atasına onun Masallı şəhərində əməliyyat olunmasını daha məqsədəmüvafiq olduğunu qeyd etmişdir. X14 rayonunda hansı xəstəxanada oğlunun əməliyyat olunmasının məsləhət gördüyünü soruşduqda Azad atasına “Bioloji Təbabət” Klinikasının Masallı rayon filialında Təqsirləndirilən şəxs adlı travmatoloqun olduğunu və adıçəkilən xəstəxanada əməliyyat oluna biləcəyini bildirmişdir. O, xx.xx.2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə “X10”-nın Masallı rayon filialına getmiş və həmin gün Təqsirləndirilən şəxs tərəfindən “Bioloji Təbabət” Klinikasının Masallı rayon filialında əməliyyat olunmuşdur. Əməliyyat nəticəsində onun sağ qoluna mil və platin materiallar əlavə edilmişdir. Əməliyyatdan sonra atası onu iki dəfə Təqsirləndirilən şəxs yanına apararaq müayinə etdirmişdir. Əməliyyatdan təxminən 55 gün sonra Təqsirləndirilən şəxs iş yerini dəyişərək işlədiyi yeni iş yeri olan "xxxx" MMC-də (X15) onun qolundakı mili çıxartmış və gipsləri sökmüşdür. 55 gün müddətində o, 2 dəfə BT Klinkasında, 4 dəfə Masmedical Centerdə olmaqla ümumilikdə 6 dəfə Təqsirləndirilən şəxs müayinəsində olmuşdur. Onun qolundan mil və gips çıxarıldıqdan bir müddət sonra qolunu hərəkət etdirə bilmədiyi üçün atası bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş və təkrar onu Elşad həkimin işlədiyi "xxxx" klinikasında sonuncunun müayinəsinə aparmışdır. Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayında onu müayinə edərək fizioterapiya lazım olduğunu, bunun üçün də "xxxx" klinikasında Ülya adlı həkim tərəfindən ona fizoterapiya müalicəsi almasını demişdir. O, 12-13 gün adıçəkilən klinikada Ülya həkim tərəfindən fizioterapiya müalicəsi almışdır. Fizioterapiya müalicəsinin də onun sağ qolunun işləkliyinə kömək etmədiyini gördükdən sonra atası onu bir daha həmin klinikaya aparmamışdır. Atası onu “Bioloji Təbabət” klinikasına Türkiyədən gəlmiş Hasan adlı Türkiyə Respublikası vətəndaşı olan mütəxəssis-həkimin gəldiyini eşidib onun müayinəsinə aparmışdır. Hasan adlı həkim onu Orxan adlı həkim-nevropataloq vasitəsilə EMQ müayinəsindən keçirdikdən sonra keçirmiş olduğu əməliyyat zamanı sinir hüceyrələrinin və damarlarının zədələndiyini atasına demişdir. Elşad həkimin onu səhv əməliyyat etdiyi üçün bu gün də əlini sərbəst hərəkət etdimək iqtidarında deyildir. Əməliyyatdan əvvəl ancaq sağ əli ilə yazı yaza bilmiş, lakin hal-hazırda sağ əlini əməliyyatın düzgün aparılmaması nəticəsində hərəkət etdirə bilmir. Ona fizioterapiya müalicəsi çərçivəsində ancaq Ülya adlı fizioterapevt tərəfindən masaj xidməti göstərilmiş, 10-12 günlük prosedur çərçivəsində sağ əlində hər hansı irəliləyiş olmamışdır. Atası bu barədə Ülya həkimə və Elşad həkimə məlumat vermişdir. Sağ əli qırılmamışdan öncə onun əllərinin hərəkətində hər hansı məhdudiyyət olmamışdır. Hər iki əlini sərbəst hərəkət etdirmək iqtidarında olmuşdur. Sonda zərərçəkmiş şəxs İ.S.Müətllimov qanuni nümayəndəsi X2 tərəfindən yazılmaqla imzası ilə təsdiq edilmiş ərizəni məhkəməyə təqdim edərək, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib ona ən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Qanuni nümayəndə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin may ayının əvvəllərindən "xxxx" MMC (referans) Klinikasının Masallı fililaında fizioterapevt kimi fəaliyyət göstərir. Vəzifəsi pasientlərə masaj xidmətlərinin və elekturfaris xidmətlərinin göstərilməsindən ibarətdir. Təqsirləndirilən şəxs adlı travmatoloqorteped 2022-ci ilin avqust ayında etibarən "xxxx" MMC-nin Masallı filialında işə başlamışdır. Təqsirləndirilən şəxs qeyd olunan klinikada işə başlamamışdan əvvəl “Bioloji Təbabət” Klinikasının Masallı filialında işləmişdir. Təqsirləndirilən şəxs bir çox passsienti olduğundan həmin xəstələri "xxxx" MMC-nin Masallı filialında qəbul etmiş, həmin pasientlərdən biri də Qanuni nümayəndə oğlu Zərərçəkmiş şəxs olmuşdur. Elşad həkim 2022-ci ilin oktyabr ayında ona xx.xx.2022-ci il tarixdə üzərində BT Klinikasında “Sağ said sümüklərinin “osteosintezi” cərrahiyyə əməliyyatı apardığı Zərərçəkmiş şəxs fizioterapiya proseduru tətbiq etməyini tapşırmışdır. O, da bir fizioterapevt kimi Zərərçəkmiş şəxs sağ qolunun əməliyyat olunmuş nahiyyəsini 8-10 gün müddətində fizoterapiya müalicəsi, yəni masaj proseduru tətbiq etmişdir. Lakin daha sonra Zərərçəkmiş şəxs valideyini uşağının "xxxx" klinikasında müalicə olunmasından imtina etmişdir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən BT Klinikasının Masallı filialında “sağ said sümüklərinin osteosintezi” cərrahiyyə əməliyyatı olunmuş, əməliyyatdan bir qədər sonra E.Ağamlıyev BT Klinikasındakı işindən ayrılaraq "xxxx" klinikasında işə başlamış və Zərərçəkmiş şəxs sonuncu klinkada müayinə etməyə başlamışdır. Hətta Zərərçəkmiş şəxs sağ qolu gibs sarğısından məhz "xxxx" klinikasında çıxarılmışdır. 2022-ci ilin oktyabr ayında isə Elşad həkim ona Zərərçəkmiş şəxs üzərində fizioterapiya proseduru tətbiq etməyini tapşırmışdı. O, da təxminən 8-10 gün müddətində Zərərçəkmiş şəxs üzərində müəyyən prosedurlar tətbiq etmişdir. Həmin prosedurlar əsnasında o, İsanın sağ qolunu tərpədə bilmədiyini, bilək nahiyyəsində hər hansı aktivliyinin olmadığını və barmaqlarını hərəkət etdirə bilmədiyini müşahidə etmiş və tətbiq olunan prosedurların Zərərçəkmiş şəxs hər hansı təsir göstərmədiyinə əmin olmuşdur. Zərərçəkmiş şəxs qolu, bilək və barmaqları görülən tətbirlərə baxmayaraq, işləmədiyi üçün o, bu barədə Elşad həkimə məlumat versə də, Elşad həkim müəyyən müddət sonra passientin vəziyyətinin əvvəlki vəziyyətə qayıdacağını ona demişdir. X19 Mütəllimov oğlu İsanın sağ qolunun düzəlmədiyini görüb Təqsirləndirilən şəxslə klinikada mübahisə etmiş və Təqsirləndirilən şəxs tətbiq etdiyi müalicə və müayinədən imtina edərək uşağını bir daha fizioterapiya proseduruna gətirməmişdir. "xxxx" klinikasında EMQ müayinəsi olmasa da, BT Klinkasında EMQ müayinəsi təxminən 2020-ci il tarixdən etibarən mövcud olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 01 dekabr 2018-ci ildən Masallı şəhərində yerləşən “X10”nda direktor vəzifəsində işləyir. Vəzifəsi Səhiyyə Nazirliyi tərəfindən verilmiş müvafiq lisenziya əsasında vətəndaşlara tibbi və səyyar tibbi yardım göstərməkdən ibarətdir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə yıxılaraq sağ said nahiyyəsinin sınığı diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəsəxanasına müraciət etmiş, orada əməliyyat blokunda şərait olmadığı üçün sığorta göndərişi əsasında xx.xx.2022-ci il tarixdə BT Klinikasının Masallı filialına göndərilmiş, adıçəkilən klinikanın sabiq travmatoloq-ortopedi Təqsirləndirilən şəxs şəxsi müayinə edərək müvafiq rentgen müayinəsindən keçirib əməliyyat olunmalı olduğunu şəxsə bildirmişdir. X6 operatorluğu ilə icra olunmuşdur. Həmin əməliyyatda Rühəngiz İsrafilova əməliyyat tibb bacısı, Şahid5 anestezioloq, Şahid6 isə anestezioloji tibb qardaşı kimi iştirak etmişlər. Əməliyyatdan bir qədər sonra, yəni xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs BT klinkasında fəaliyyətinə son verilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin vaxtdan bir xeyli sonra, yəni 2022-ci ilin oktyabr ayında Qanuni nümayəndə BT Klinikasına müraciət edərək oğlunun Elşad Ağmalıyev tərəfindən yanlış əməliyyat olunması ilə əlaqədar şikayətçi olduğunu demişdir. O, Samiri şəxsən qəbul edib problemin nədən irəli gəldiyini soruşduqda Samir ona xx.xx.2022-ci il tarixdə əməliyyatdan sonra oğlunun müalicə həkimi Təqsirləndirilən şəxs olduğunu, onun “Masmedica Center (Referans) MMC-də işləyərək həmin klinikada İsanın qolundakı gibsi sökdüyünü və fizioterapiya müalicələri olunmasına baxmayaraq, qolunun düzəlmədiyini bildirmişdir. O, Samirdən oğlu Zərərçəkmiş şəxs sinir tamlığının pozulub-pozulmaması ilə əlaqədar Elşad Ağamlıyev tərəfindən EMQ müayinəsinin aparılıb-aparılmadığını soruşduqda Samir ona Elşad həkimin oğlunun əməliyyatdan sonrakı tibbi prosedurlarına biganə yanaşdığını, sadəcə fizioterapiya proseduru ilə kifayətləndiyini, EMQ müayinəsi aparmadığını demişdir. O, da Samirə oğlunun təmənnasız olaraq direktoru olduğu klinikaya gəlmiş nevroloq Şahid7 adlı həkim tərəfindən EMQ müayinəsi etdirə biləcəyini demişdir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə EMQ müayinəsindən keçdikdən sonra klinikaya dəvət olunan Türkiyə Respublikasından gəlmiş travmatoloq-ortoped Hasan Dermesin tərəfindən Zərərçəkmiş şəxs təkrar müayinə olunmuş və müəyyən edilmişdir ki, əməliyyat düzgün aparılmamışdır. Belə ki, klinikada aparılan müayinə porseduru nəticəsində əməliyyatın dügün aparılmadığını, əməliyyat nəticəsində N.Radialisin said nahiyyəsində qismən zədələndiyi aşkar olunmuşdur. Bundan sonra o, Qanuni nümayəndə Təqsirləndirilən şəxs tərəfindən əməliyyatın düzgün aparılmadığını təsdiq etdikdən sonra xəbəri olmuşdur ki, Qanuni nümayəndə bu barədə rayon prokurorluğuna müraciət etmiş və rayon prokuroluğunda araşdırma aparılmışdır. Masallı BT-Klinikasında 2020-ci il tarixdən EMQ müayinələrinin həyata keçirilməsi reallaşdırılırmış. Elşad cənub bölgəsində EMQ müayinəsinin olmadığını deməklə öz səhlənkarlığını pərdələyərək məsuliyyətdən yayınmağa çalışmış, habelə tibbi protokollara əsasən həkim-travmatoloq-ortoped tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktikada, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli olmuşdur. Bu həkimin vəzifə borcudur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdən etibarən “Bioloji Təbabət” Klinikasının Masallı filialında tibb qardaşı kimi fəaliyyət göstərir. Əməliyyatın operatoru BT Klinikasının sabiq həkim travmatoloq-ortopedi X9 olmuşdur. Əməliyyat onun tərəfindən icra edilmiş, əməliyyatın taktikası və texnikasına məsul şəxs birbaşa Təqsirləndirilən şəxs olmuşdur. Əməliyyatda o, da anestiozoloq köməkçisi kimi iştirak etmişdir. Onun ali tibbi savadı olmadığı üçün əməliyyata taktiki və texniki gedişi ilə əlaqədar hər hansı xüsusatı qeyd edə bilməz. Lakin məsələ ilə əlaqədar bildiyi odur ki, əməliyyatdan bir müddət sonra passient Zərərçəkmiş şəxs atası təkrar BT Klinikasına müraciət edərək oğlunun E.Ağamlıyev tərəfindən səhv əməliyyat olunduğu üçün sağ əlinin hərəkət məhdudiyyətli qaldığını, sonuncunun oğlunun əməliyyatdan sonrakı müalicə prosesinə biganə yanaşdığını bildirərək BT Klinikasının mütəxəsisslərindən kömək istəmişdir. Şahid qismində dindirilmiş Şahid1 Dövət oğlunun ibtidai istintaq zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki,19 aprel 2022-ci il tarixdən Masallı RMX-da travmatoloq-ortoped kimi fəaliyyət göstərir. xx.xx.2022-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs sağ qolunun said nahiyəsinin sınığı ilə Masallı RMX-ya daxil olmuş, o, xəstəni müayinə edib, rentgen müayinəsindən sonra sağ qolunun said sümüklərinin qapalı yerdəyişən sınığının olduğunu müəyyən edib uşağın təcili olaraq əməliyyat olunmalı olduğu qeyd edib, sağ qolunu gibsə qoymuşdur. xx.xx.2022-ci il tarixdə İsanın atası Samir onun yanına gələrək oğlunun əməliyyatını Masallı şəhərində həyata keçirilməsini istədiyini, bunun üçün hansı xəstəxananın məsləhətli olduğunu ondan soruşmuş, o, Samirə qeyd olunan xəsarətlə əlaqədar “sağ said sümüklərinin osteosintezi” əməliyyatı olunmalı olduğunu, əməliyyatın “X10nda Təqsirləndirilən şəxs adlı həkimin olduğunu, orda oğlunun əməliyyatının məqəsədəmüvafiq olacağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə o, Zərərçəkmiş şəxs “sağ said sümüklərinin osteosintezi” əməliyyatı olunması, həmin əməliyyat üçün Masallı RMX-nın əməliyyat blokunda şərait olmadığı üçün sığorta göndərişi ilə xəstənin “BT” Klinikasına göndərmişdir. Həmin tarixdə o, “BT” Klinikasının Masallı rayon filialında Təqsirləndirilən şəxslə birlikdə Zərərçəkmiş şəxs əməliyyatına girmişdir. Əməliyyat sağ said nahiyəsindən lateral kəsiklə aparılaraq mil siniri və orta sinir revizya olunub kənarə çəkilib dirsək sümüyünün açıq üsulla repozisiya edilərək kişner mili vasitəsilə ostiosintez əməliyyatı icra olunmuşdur. Daha sonra medial kəsiklə mil sümüyünün açıq üsulla repozisiya edib metal lövhə ilə ostiosintez əməliyyat aparılmışdır. Daha sonra Zərərçəkmiş şəxs sağ qolu gibs sarğısı ilə immobilizə edilmişdir. Əməliyyatdan sonra Zərərçəkmiş şəxs tez-tez Təqsirləndirilən şəxs müayinəsində olmuşdur. Əməliyyatdan təxminən 50-55 gün sonra Zərərçəkmiş şəxs sağ qolu Təqsirləndirilən şəxs “Bioloji Təbabət” Klinikasında işdən çıxdıqdan sonra yeni işə düzəldiyi “Masmedical Center (Referans)” klinikasında gibs sarğısından çıxarılmışdır. Uşağın sağ qolunun işləməməsi səbəbindən Elşad Ağamlıyevin məsləhəti ilə Zərərçəkmiş şəxs "xxxx" Klinikasında Ülya adlı fizioterapevt tərəfindən müalicə olunmasına baxmayaraq, qolu düzəlmədiyi üçün Samir oğlu İsanı onun müayinəsinə gətirmişdir. O, uşağı təkrar müayinə edib sinirin N radialisin said nahiyəsində qismən zədələnmə olduğunu, bunun da yıxılma və sınma nəticəsində yarandığını, əməliyyatın qaydasında getdiyini, bir müddət sonra sinirlərin bərpa olunacağını bildirmişdir və əməliyyatı birlikdə icra etdiyi Elşad Ağamlıyevlə mütamadi məsləhətlər aparmalı olduğunu, müalicə həkiminin Təqsirləndirilən şəxs olduğunu Samirə demişdir. Əməliyyatdan 2 aydan çox müddət keçməsindən sonra o, yalnız bir dəfə Zərərçəkmiş şəxs müayinə etmişdir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə ona müraciət etdikdə İsanın sağ qolunun said nahiyəsi sınmış vəziyyətdə idi və “Düşmüş əl” sindormu ilə Masallı RMX-ya daxil olmuşdur. İzahatı alınarkən o, həyəcanlı olduğu üçün Zərərçəkmiş şəxs EMQ müayinəsindən keçirdiyini izahatında qeyd etmişdir. Nə əməliyyatdan əvvəl, nədə ki, əməliyyatdan sonra o, Zərərçəkmiş şəxs EMQ müayinəsindən keçirməmişdir. Tibbi göstərişlərə əsasən sınıq xəsarətləri ilə xəstəxanaya daxil olmuş şəxslərə EMQ müayinəsi mütləq deyildir. Lakin əməliyyatdan sonra EMQ müayinəsi mütləqdir. Əks təqdirdə sinirlərin zədələnməsi vaxtında aşkar olunmaya, bununla bağlı zəruri tədbirlər görülmədiyi təqdirdə pasiientdə hərəkət məhdudiyyəti yarana və bu hal qalıcı ola bilərmiş. O, Zərərçəkmiş şəxs əməliyyatında assistent olmuşdur. Operator isə Elşad Ağamlıyev olmuşdur. Əməliyyatın operatoru Təqsirləndirilən şəxs olmuş, əməliyyatdan sonra isə müalicə həkimi funksiyasını icra etmişdir. Məhz sinir tamlığının pozulub-pozulmaması haqqında qeydlərin aparılmasına da mükəlləf şəxs Təqsirləndirilən şəxs olmuşdur. Şahid qismində ifadə vermiş Şahid5 ibtidai istintaq zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, 2021-ci il tarixdən “Bioloji Təbabət” Klinikasının Masallı filialında anestezioloq kimi fəaliyyət göstərir. Vəzifəsi əməliyyat olunacaq şəxlərə tibbi göstəriş və protokollara uyğun olaraq ümumi, regional və lokal anesteziya tətbiq etməkdən ibarətdir. Zərərçəkmiş şəxs “sağ said sümüklərinin osteosintezi” cərrahiyyə əməliyyatının tam həcmdə aparılmaması ilə əlaqədar bildirmişdir ki, həmin əməliyyat xx.xx.2022-ci il tarixdə icra edilmişdir. Əməliyyatın operatoru BT Klinikasının sabiq həkim travmatoloq-ortopedi X9 olmuşdur. Əməliyyat E.Ağamlıyev tərəfindən icra edilmiş, əməliyyatın taktikası və texnikasına məsul şəxs birbaşa Təqsirləndirilən şəxs olmuşdur. O, isə bir həkim kimi sadəcə anesteziya tətbiq etməklə mükəlləf olmuş və əməliyyatın taktiki və texniki gedişində hər hansı müdaxiləsi olmamışdır. Əməliyyatdan bir müddət sonra passient Zərərçəkmiş şəxs atası Samir adlı şəxs təkrar BT Klinikasına müraciət edərək oğlunun E. Ağamlıyev tərəfindən səhv əməliyyat olunduğu üçün sağ əlinin hərəkət məhdudiyyətli qaldığını, sonuncunun oğlunun əməliyyatdan sonrakı müalicə prosesinə biganə yanaşdığını və BT Klinikasının mütəxəsisslərindən kömək istəmişdir. BT klinikasında keçirilən müayinələr zamanı isə aşkar olunmuşdur ki, Zərərçəkmiş şəxs əməliyyatdan sonaki mərhələ üçün müalicə həkimi olmuş Elşad Ağamlıyev tərəfindən EMQ müayinəsindən keçirilmədiyi üçün sağ said nahiyyəsində əməliyyat nəticəsində sinir tamlığının pozulub-pozulmaması vaxtında aşkar edilməmiş və şəxsin sağ qolu hərəkət məhdudiyyətli qalmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş “Bioloji Təbabət” Klinkasının Masallı filialının əməkdaşları, X1 məhkəmə iclasında tədqiq edilməklə elan olunmuş ifadəsindən görünür ki, o, Şahid5 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid qismində ifadə vermiş Şahid7 ibtidai istintaq zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, 2021-ci il tarixdən müxtəlif tibb müəssisələrində həkim-nevroloq kimi fəaliyyət göstərmişdir. Zərərçəkmiş şəxs BT Klinikasının sabiq travmatoloq-ortopedi Təqsirləndirilən şəxs tərəfindən yanlış əməliyyat olunması nəticəsində sağ əlin hərəkət məhdudiyyətli qalması ilə əlaqdər bildirmişdir ki, xx.xx.2022- il tarixdə Zərərçəkmiş şəxs EMQ müayinəsindən keçmək üçün ona müraciət etmişdir. O, da Zərərçəkmiş şəxs EMQ (elektroneyromiqorafiya) müayinəsindən keçirib müəyən etmişdir ki, Zərərçəkmiş şəxs sağ əlinin N.radialisin (mil siniri) said nahiyyəsi qismən zədələnmişdir. Bundan sonra o Zərərçəkmiş şəxs bir daha görməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, 08 iyul 2022ci il tarixdə Qanuni nümayəndə oğlu Zərərçəkmiş şəxs sağ qolunun said nahiyəsinin sınığı ilə “Bioloji Təbabət” Klinikasına daxil olmuş, xəstə klinikaya daxil olmamışdan əvvəl Masallı RMX-nın travmatoloq-ortopedi olan Şahid1 müayinəsində olmuş və Masallı RMXda həmin əməliyatın həyata keçirilməsi üçün şərait olmadığından İcbari Tibbi Sığortanın göndərişi əsasında 08 iyul 2022-ci i tarixdə “Bioloji Təbabət” kinikasına daxil olmuşdur. O, Zərərçəkmiş şəxs rentgen müayinəsindən sonra şəxsin sağ qolunun said sümüklərinin qapalı yerdəyişən sınığının olduğunu müəyyən edib kinikada Şahid1la birlikdə Zərərçəkmiş şəxs əməliyyatına girmişdir. Azada həmin əməliyyatda hər hansı funksiya təhkim edilməmiş, əməliyyatda onun hər hansı öhdəliyi olmamış, sadəcə gənc kadr olduğu üçün əməliyyat taktikasını öyrənmək üçün onun yanında olmuşdur. Əməliyyat taktikasına əsasən cərrahi əməliyyat sağ said nahiyəsindən lateral kəsiklə aparılmaqla mil siniri revizya olunaraq və sinirin qopmamasının tamlığına əmin olunmuş, daha sonra sümük fraqmentləri repozisiya olunaraq metal lövhə ilə ostiosintez olunmaqla dirsək sümüyü repozisya edilib kişner mili ilə intramedulyar buraxılmışdır. Sonra Zərərçəkmiş şəxs sağ qolu tərəfindən gips sarğısı ilə immobilizə edilmişdir. Əməliyyatdan sonra Zərərçəkmiş şəxs müalicə həkimi ondan şikayət olunanadək özü olmuş, Zərərçəkmiş şəxs 6 dəfə onun müayinəsində olmuş və tərəfindən BT Klinikasında əl və barmaq tikişləri sökülən zaman əl və barmaq hərəkətlərinin tam olmasını müşahidə etmişdir. Əməliyyatdan təxminən 40-45 gün sonra Zərərçəkmiş şəxs sağ qolu “Bioloji Təbabət” klinikasında işdən çıxdığı üçün yeni işə düzəldiyi “Masmedical Center (Referans)” klinikasında gips sarğısından çıxarılmışdır. Zərərçəkmiş şəxs əməliyyatdan sonrakı dövrdə əzələ atrafiası, mil-bilək oynağının kantrakturası və baş barmağının tam hərəkət etdirə bilməməsi səbəbi ilə onun tövsiyəsi əsasında "xxxx" Klinikasında Ülya adlı fizioterapevt tərəfindən reabilitasiya prosedurları tətbiq edilmişdir. Fizioterapiya bir müddət davam etdikdən sonra tərəfindən uşağın səhhəti ilə əlaqədar valideyni Qanuni nümayəndəla əlaqə saxladıqda Samir “Masmedical Center (Referans)” klinkasında həyata keçirilən fizioterapiyanı bəyənmədiyini, buna görə də BT klinkasında fizioterapiya müalicəsinə davam edəcəyini ona bildirmişdir. O, əlavə olaraq göstərmişdir ki, travma zamanı klinik yoxlanışdan sonra, yəni barmaq hərəkətləri tam olduğu üçün və əməliyyat öncəsi protokolda EMQ (elektroneyromioqrafiya) müayinəsi mütləq göstəriş olmadığı üçün o, həmin müayinəni həyata keçirməmişdir. Çünki Cənub regionunda EMQ müayinəsi mövcud olmamışdır. Əməliyyatdan sonra da o, şəxsi EMQ müayinəsindən keçirməsə də, şəxs öz iradəsi əsasında BT Klinikasının Masallı rayon filialına yeni gəlmiş Hasan adlı Türk həkim tərəfindən EMQ (elektroneyromioqrafiya) müayinəsindən keçirilmişdir. Həmin müayinəyə əsasən də radial sinir şaxəsinin zədələnməsi qeyd olunmuşdur. BT Klinikasının Masallı filalında həftədə bir dəfə Bakıdan gələn adını bilmədiyi müxtəlif həkimlər tərəfindən EMQ müayinəsi keçirilmişdir. Həmin həkimin gəliş vaxtını bilmədiyi və xəstə ortalıqda olmadığı üçün o, Zərərçəkmiş şəxs EMQ müayinəsindən keçirə bilməmişdir. O, sinir tamlığının pozulub-pozulmaması haqqında hər hansı qeydiyyat aparıb-aparmadığını xatırlamır. Zərərçəkmiş şəxs üzərində icra edilmiş əməliyyat nəticəsində "nevrus radialis"in said nahiyəsinin zədələnib-zədələnməməsi ilə əlaqədar tərəfindən sağ said nahiyyəsində olan dirsək və mil sümüklərinin rentgenoloji müayinəsindən sonra bitişməsinə əmin olunmuş, kantraktura və sinir zədəsi aradan qaldırmaq üçün fizaterapiya və reabilitasiya tətbirləri görülmüş, lakin bu tədbirlərdən sonra xəstə yoxa çıxdığından onunla bağlı EMQ müayinəsi həyata keçirilməmişdir. Cinayət əməli törətməsə də, lakin Zərərçəkmiş şəxs azyaşlı olduğundan onun təşəbbüsü ilə ikinci dəfə əməliyyat olunmaq üçün Bakı şəhərində yerləşən “Olmp” klinikasına göndərilməklə əməliyyat olunmuş, bundan sonra əməliyyata ehtiyacı olduğu təqdirdə yaxından köməklik göstərəcəkdir. Lakin bu o, demək deyil ki, o həmin cinayət əməlini qəbul edir. Hesab edir ki, Zərərçəkmiş şəxs əməliyyat olunmasında heç bir səhlənkarlığa yol verməmişdir. Sonda E.V. Ağamalıyev qeyd etdikərini nəzərə alıb barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsində özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünümüdafiə xarakterli ifadə və törətdiyi əmələ görə cəzalanmaqdan yaxa qurtarmaq cəhdi kimi qəbul edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X8» publik hüquqi şəxsin Lənkəran rayonlararası mərkəzinin xx.xx.2023-cü il tarixli, 503 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində- sağ said sümüklərinin qapalı yerdəyişmiş sınıqları, sağ said sinirinin zədələnməsi aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2022-ci ilə uyğun gəlir və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsi ilə əlaqədar sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X8» publik hüquqi şəxsin komissyon ekspertizalar şöbəsinin xx.xx.2023-ci il tarixli, KEŞ-49 nömrəli ekspert rəyindən görünür ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasə, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə “Bioloji Təbabət” Klinikasına daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “sağ said sümüklərinin qapalı yerdəyişmiş sınıqları” diaqnozu qismən düzgün təyin edilmişdir. Belə ki, obyektiv müayinədə sümüklərin sınığının olması ilə yanaşı sinir tamlığının pozulub-pozulmamasi üçün elektroneyromioqrafiya müayinəsi aparılmalı idi. Zərərçəkmiş şəxs təyin edilmiş diaqnoza uyğun olaraq ona “sağ said sümüklərinin osteosintezi” cərrahiyyə əməliyyatının aparılması planlaşdırılmiş və xx.xx.2022-ci il tarixdə əməliyyat icra edilmişdir. Əməliyyatin texniki icrasi zamanı həkim Təqsirləndirilən şəxs tərəfindən sınıq fraqmentləri osteosintez edilsə də, sinir tamlığının pozulub-pozulmaması haqqında hər hansı bir qeydiyyat aparılmamışdır. Bu baxımdan əməliyyat tam olaraq yerinə yetirilməmiş və sonradan xx.xx.2022-ci il tarixdə müəyyən edilən “nevrus radialis”in said nahiyəsində qismən zədələnməsi vaxtında askar edilməmişdir. Zərərçəkmiş şəxs aparılmış müayinələr tam həcmdə olmamışdır. Belə ki, zəruri olan elektroneyromioqrafiya müayinəsinin həm əməliyyatdan qabaq, həmdə əməliyyatdan qısa müddət sonra müalicə həkimi tərəfindən aparılmasi təmin edilməmisdir. Zərərçəkmiş şəxs üzərində icra edilmiş əməliyyat tam həcmdə olmamış, yəni "nevrus radialis”in said nahiyəsində qismən zədələnməsi (əməliyyatdan qabaq, əməliyyatın gedişi və əməliyyatdan qısa müddət sonra) vaxtında aşkar edilməmişdir. “Nevrus radialis”in said nahiyəsində qismən zədələnməsi almış olduğu travma ilə əlaqədar olsa da, bu patoloji vəziyyət vaxtında aşkar olunaraq aradan qaldırılmalı idi. Buna məsul şəxs müalicə həkimi E.Ağamaliyevdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X8» publik hüquqi şəxsin əlavə komissyon ekspertizalar şöbəsinin xx.xx.2023-cü il tarixli, KEŞ- 176 saylı ekspert rəyindən görünür ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə “Bioloji Təbabət” Klinikasına daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “sağ said sümüklərinin qapalı yerdəyişmiş sınıqları” diaqnozu qismən düzgün təyin edilmişdir. Belə ki, obyektiv müayinədə sümüklərin sınığının olması ilə yanaşı sinir tamlığının pozulub-pozulmamasi üçün elektroneyromioqrafiya müayinəsi aparılmalı idi. Zərərçəkmiş şəxs aparılmış müayinələr tam həcmdə olmamışdır. Belə ki, zəruri olan elektroneyromioqrafiya müayinəsinin həm əməliyyatdan qabaq, həmdə əməliyyatdan qısa müddət sonra müalicə həkimi tərəfindən aparılması təmin edilməmişdir. Zərərçəkmiş şəxs təyin edilmiş diaqnoza uyğun olaraq ona “sag said sümüklərinin osteosintezi” cərrahiyyə əməliyyatının aparılması planlaşdırılmış və xx.xx.2022-ci il tarixdə əməliyyat icra edilmişdir. Əməliyyatın texniki icrası zamanı həkim Təqsirləndirilən şəxs tərəfindən sınıq fraqmentləri osteosintez edilsə də,sinir tamlığının pozulub-pozulmaması haqqında hər hansı bir qeydiyyat aparılmamışdır. Bu baxımdan əməliyyat tam olaraq yerinə yetirilməmiş və sonradan xx.xx.2022-ci il tarixdə müəyyən edilən “nevrus radialis”in said nahiyəsində qismən zədələnməsi vaxtında aşkar edilməmişdir. Bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli, 70 saylı əmrin vəzifə öhdəliklərinin 7-ci bəndi (müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını və diaqnozunu müəyyən edir) pozulmuşdur. Buna məsul şəxs müalicə həkimi E.Ağamaliyevdir. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır. Zərərçəkmiş şəxs üzərində icra edilmiş əməliyyat tam həcmdə olmamış, yəni "nevrus radialis"in said nahiyəsində qismən zədələnməsi (əməliyyatdan qabaq, əməliyyatın gedişi və əməliyyatdan qısa müddət sonra) vaxtında aşkar edilməmişdir. “Nevrus radialis”in said nahiyəsində qismən zədələnməsi almış olduğu travma ilə əlaqədar olsa da, bu patoloji vəziyyət vaxtında aşkar olunaraq aradan qaldırılmalı idi. 22 fevral 2022-ci il tarixli AH №044084 nömrəli sertifikasiya şəhadətnaməsindən görünür ki, X4 travmatologiya-ortopediya ixtisası üzrə praktiki fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş həkim-travmatoloq-ortopedin nümunəvi vəzifə təlimatına görə həkim- travmatoloq-ortoped tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir. 7. Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasınını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir. 8. Mövcüd qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır. 9. Stasionarda xəstəyə gündəlik baxış keçirir. Pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik edir və əlavə müayinə metodlarının zəruriliyini müəyyən edir. 10. Müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə məsləhət yardımı göstərir. 11. Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir. 12. Diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir. 13. Orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak edir. 14. Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir. 15. Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir. 16. Sanitar-maarifləndirmə işini aparır. Etik davranış qaydalarına riayət edir. 17. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının aparılmasında iştirak edir və tibbi-sosial ekspertiza üçün zəruri sənədləri hazırlayır. 18. Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra edir. 19. Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.
20. Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir. 21. Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına, sanitariya-epidemioloji rejimə riayət edir. Tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına 3 qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görür. 24.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə; 24.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ hüquqi aktların vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə; 24.3. daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə; 24.4. qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə; 24.5. öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş qaydada təqdim edilməsinə; 24.6. ona tabe olan işçilərin nizam-intizam qaydalarına və vəzifə öhdəliklərinin yerinə yetirilməsinə; 24.7. tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər həyata keçirilməsinə. 25. Həkim-travmatoloq-ortoped əmək intizamının, qanunvericilik və normativ-hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər. xx.xx.2022-ci il tarixli İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi özəl tibb müəssisələrində tibbi xidmətin göstərilməsi üçün göndəriş vərəqəsindən görünür ki, Zərərçəkmiş şəxs 08 iyul 2022-ci il tarixdə Masallı RMX tərəfindən tibbi göndəriş əsasında Bioloji Təbabət MMC-nin Masallı filialına göndərilmişdir. X3 Masallı filialının 04 may 2023-cü il tarixli məktubundan görünür ki, adıçəkilən klinikada EMQ xidməti 2020-ci il tarixdən fəaliyyət göstərir (Markası:Neuro-Mep-mikro Neurosoft. Seriya № ********) Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 19 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri, 3 saylı XTMKTB-nin 151 saylı Mənzil-Kommunal İstismar Sahəsinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, ev 24 A, mənzil 69-da qeydiyyatda olmaqla yaşayır, qeydiyyatda olduğu müddətdə qonşular tərəfindən 3 saylı XTMKTB-nin 151 saylı Mənzil-Kommunal İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxs X5 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsə dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir tələbi yoxdur, ərizənin nərəzə alıb Təqsirləndirilən şəxs ən yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən zərəçəkmiş şəxsin, qanuni nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də işin faktiki halları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs verilmiş Azərbaycan Respublikası CM-nin 314.1.-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2.-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 314.1.ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 2, 3 və 4-cü bəndlərində tövsiyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3.-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşağının olması, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi kimi yüngülləşdirici hallar var. Təqsirləndirilən şəxs əməlində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsində əsasənsəhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsifiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda-min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsində göstərilmişdir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. İş materiallarından görünür ki, tərqirləndirilən şəxsin 2 azyaşlı övladı var, zərərçəkmiş şəxslə barışıq əldə etmiş, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəmişdir. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxsnın şəxsiyyəti, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri ona əsas verir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də islah işlər növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Məhkəmə məhkum olunmuş şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, onun ailə vəziyyətini, himayəsində 2 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin etməyə lüzum yoxdur. Təqsirləndirilən şəxs təyin olanacaq islah işləri cəzasını iş yerində çəkməklə cəzasının başlanğıcı qazancından dövlət nəfinə pul tutulduğu gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır): 346.1.20. qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi; Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbi baxımından qətimkan tədbirinin seçilməsi məsələsinə baxaraq bu nəticəyə gəlir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinsin və aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş islah işləri cəzasını iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxsnın cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə pul tutulduğu gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Ceyhun Quliyev