Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-138/2025 30.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 2002-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Masallı Rayon Məhkəməsinin 1(050)- 138/2025 nömrəli, 15 iyul 2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər edərək onunla təbii yolla cinsi əlaqədə olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2002-ci il tarixdə anadan olmaqla yetkinlik yaşına çatmış şəxs olduğu halda, 14 fevral 2025-ci il tarixdə saat 22 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında nişanlısı, onun üçün aşkar surətdə on iki yaşına çatmış, lakin on dörd yaşına çatmadığını bildiyi xx xxxxx 2011ci il təvəllüdlü Zərərçəkmiş şəxs dodağından öpərək və digər seksual xarakterli hərəkətlər etdikdən sonra Zərərçəkmiş şəxs razılığı əsasında öz kişi cinsiyyət orqanını sonuncunun qadın cinsiyyət orqanına yerləşdirməklə təbii yolla bir dəfə cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2024-cü ilin dekabr ayının biri ya da, ikisi Heydər Əliyev adına olan parkda Fatiməni görüb bəyənmişdir. Ona görə də, ona yaxınlaşaraq xoşuna gəldiyini bildirmişdir. Həmin vaxt Fatimə may ayında 18 yaşının olacağını demişdir. Tanış olmağa cəhd etmiş, Fatimə etiraz etdiyinə görə uzaqlaşaraq çıxıb getmişdir. Evə gedəndən sonra Fatimə ona əlavə səhifədən Tiktokda yazmış və Fatimə olduğunu görmüşdür. Tiktokda yazışmağa başlamışlar, daha sonra whatsapp vasitəsilə danışmışlar. Bir müddət sonra sevgili olduqları üçün bu haqda ailələrinə bildirmişlər. 01 yanvar 2025-ci ildə anası və bibisi Fatiməni istəmək üçün elçiliyə getmişlər və razılıq olduğu üçün yaş həddinə görə aralarında nişan keçirilib üzük taxılmışdır. Lakin həmin vaxt Fatimənin yaşını bilməmişdir. Elçilikdən sonra həmin günü Fatimə ilə görüşmüş və Fatimə hamilə olduğunu demişdir. Fatiməni istədiyi üçün uşağı üzərinə götürmüş, bu barədə heç kimə, həmçinin ailəsinə belə bildirməmişdir. Sonra ailələr arasında narazılıq yaranmasın deyə Fatimənin uşağının onların uşağı olduğunu demişlər. Fatimə ilə axşam danışıb razılaşdıqdan 1-2 gün sonra məcbur qalıb Fatiməni Bakı şəhərinə qaçırtmışdır. Həmin vaxt Fatimənin uşağının kimdən olmasını bilməmiş, yalnız 19 fevral 2025-ci il tarixdə istintaqa çağırılandan sonra Fatimənin uşağının kimdən olmasını bilmişdir. Bakı şəhərində bibisi evində 2-3 gün qaldıqdan sonra ailələrin razılığı olduğu üçün evə qayıtmışlar və ayrı-ayrı otaqlarda yatmışlar. Fatiməni qaçırdıqdan sonra 28-29 yanvar 2025-ci il tarixdə onun geyim əşyaları və şəxsiyyət vəsiqəsi onların evinə gəldiyindən onun yaşını bilmişdir. Fatimənin yaşını bildikdən sonra onu istədiyi üçün evlərinə geri aparmamış və 14 fevral 2025-ci ildə Fatimənin 13 yaşı olduğunu bildiyi halda onunla cinsi əlaqədə olmuşdur. Fatiməyə zor tətbiq etməmiş, bir dəfə cinsi əlaqədə olmuş və bir dəfə cinsi istəyini təmin etmişdir. Ondan sonra Fatimə ilə heç biri bir-biri ilə cinsi əlaqədə olmağı təklif etməmişlər. Hal-hazırda ailələr arasında razılıq var və 15 iyul 2025-ci il tarixdə həbs olunana kimi Fatimə onların evində yaşamışdır. Fatimə ilə bir-birlərini istədiklərini, onun və özünün bədbəxt olmağını istəmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin, şahidin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Fərid tanış olmaq üçün Heydər Əliyev adına olan parkda ona yaxınlaşmış, lakin o, razı olmamışdır. Sonra Tiktokda videolara baxarkən Fəridin videoları və şəkilləri qarşısına çıxmış və o, onları bəyənmişdir. Fəriddən xoşu gəldiyi üçün ona Tiktokda yazmış və oradan tanış olaraq sevgili olmuş, whatsappla danışmağa başlamışlar. Bir müddət sonra Fəridin ailəsi elçi gəlmiş və o, razılıq vermişdir. Fərid onu istədiyi üçün könüllü olaraq onunla qaçmış və 15 iyul 2025-ci il tarixə kimi birlikdə yaşamışlar. Fəridlə onun evində bir dəfə 14 fevral 2025-ci il tarixdə cinsi əlaqədə olmuşdur. Fəridlə tanış olarkən Daşqından hamilə olduğunu bilməmiş və xarici görünüşündən hamilə olduğu bilinməmişdir. Daşqınla da, Tiktokda tanış olmuş və xoşu gəlmişdir. Daşqınla ümumilikdə 3-4 dəfə cinsi əlaqədə olmuşdur. Daşqın hamilə olduğunu biləndən sonra onu bloka atmış və uşağın onun olmadığını demişdir. Hazırda anası ilə birlikdə yaşadığını, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi olmadığını bildirərək Təqsirləndirilən şəxs həbs olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid ifadəsində bildirmişdir ki, oğlu Fərid və Fatimənin münasibətləri olduğu barədə məlumatı olmamışdır. Oğlu gəlib qız istədiyini dediyi üçün baldızı ilə Fatiməni istəməyə getmişlər. Fatimənin yaşını bilməsə də, görünüşcə uşaq olduğunu görmüşdür. Ona görə də, Fatimənin anası ilə razılaşa bilməmiş, lakin aralarında bir sözlü olsalar, qızın yaşı tamam olanda qızı alacaqlarını demişdir. Sonra oğlu Fatiməni baldızıgilə qaçırmışdır. Ona görə də, əri toy etməyi təklif etmişdir, lakin sonra Fatimənin yaşının çatmadığını bilmişlər. Oğlu Fatimənin ondan hamilə olduğunu bildirsə də, hiss etmişdir ki, uşaq oğlunun deyildir. Lakin oğlu uşağı qəbul etdiyini bildirdiyi üçün əri oğlunun birinci taleyi olduğundan Fatimənin evdə qalmasını təklif etmişdir. Fatimə onların evində olduğu müddətdə onunla birlikdə qalmış, bir dəfə 14 fevral 2025-ci ildə ondan xəbərsiz oğlu ilə birlikdə qalmışdır. Sonradan Fatiməgilnən uzaq qohum olduqlarını bilmişlər, o da ola bilər ki, qohumluqlarını bilib dərinə getməmişlər. Həm də, oğlu Fatiməni istədiyi üçün xoşbəxt olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyi” Publik hüquqi şəxsin Masallı Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya şöbəsinin 24 fevral 2025-ci il tarixli, 127 nömrəli rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs hər hansı bir xəsarət aşkar olunmamışdır. Vət. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı çoxdan pozulmuşdur, daha doğrusu pozulma müddəti 2-3 həftədən artıqdır. Vət. Zərərçəkmiş şəxs hal-hazırda 26-27 həftəlik hamilədir. Vət. Zərərçəkmiş şəxs qeyri-təbii yolla, yəni düz bağırsaqdan cinsi əlaqədə olmağa dair əlamətlər (şüavari büküşlərin bir qədər hamarlaşması, düz bağırsaq girəcəyinin büzücü əzələrinin boşalması və s.bunu sübut edir) vardır. Düz bağırsaq nahiyəsində hər hasnı xəsarət olmadığından qeyri-təbii yolla, yəni düz bağırsaqdan cinsi əlaqənin müddətini müəyyən etmək mümkün deyildir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyi” Publik hüquqi şəxsin Masallı Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya şöbəsinin 25 fevral 2025-ci il tarixli, 130 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi əlaqədə ola bilməsinə mane ola biləcək hər hansı bir dəyişiklik aşkar olunmadı. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyi” Publik hüquqi şəxsin Masallı Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya şöbəsinin 25 fevral 2025-ci il tarixli, 131 nömrəli rəyindən görünür ki, X2 cinsi əlaqədə ola bilməsinə mane ola biləcək hər hansı bir dəyişiklik aşkar olunmadı. - “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 18 may 2025-ci il tarixli məktubdan görünür ki, xx xxxxx 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 18 may 2025-ci il tarixdə “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin Doğum və Ginekologiya şöbəsində çəkisi 2700 qr,boyu 47 sm olan diri oğlan uşağı dünyaya gətirmişdir. - AZ-V seriyalı 139556 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 18 may 2025-ci il tarixdə Masallı rayonunda anadan olmuşdur. Bu barədə 01 iyul 2025-ci il tarixdə Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində 892 №-li doğum haqqından akt qeydi tərtib olunmuşdur. X4, anası Zərərçəkmiş şəxs kimi qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-psixoloji ekspertizasının 25 aprel 2025-ci il tarixli 11/192 nömrəli rəyindən görünür ki, yetkinlik yaşına çatamayan Zərərçəkmiş şəxs hadisə zamanı emosional halında iş ümün əhəmiyyətli dəyişikliklər baş verməmiş, Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərində özündə uydurmağa meyillilik əlamətləri müəyyən olunmamış, Zərərçəkmiş şəxs hal-hazırda əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ona qarşı edilmiş hərəkətlərin xarakterini və mənasını dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malikdir. - Masallı rayon Polis şöbəsindən daxil olmuş əməliyyat tapşırığına cavab olaraq tərtib olunmuş 22 aprel 2025-ci il tarixli raportdan görünür ki, Masallı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, xx xxxxx 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında münasibətlər 2024-cü ilin dekabr ayından Masallı şəhəri Heydər Əliyev adına olan parkda ilk dəfə görüşərkən yaranmış, sonradan daha da, yaxın münasibətlərə çevrilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx xxxxx 2011-ci il təvəllüdlü olmasını, yəni 14 yaşına çatmadığını bildiyi halda 14 fevral 2025-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs yaşadığı Masalı şəhəri Hakimiyyət Prospekti 5 ünvanında yerləşən fərdi yaşayış evinin sonuncuya məxsus yataq otağında Zərərçəkmiş şəxs ilə onun öz razılığı əsasında ilk dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə təkrar təbii və ya qeyri təbii yolla cinsi əlaqədə olması faktı müəyyən olunmamışdır. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X3 Zərərçəkmiş şəxs xx xxxxx 2011-ci il təvəllüdlü olmasını, yəni 14 yaşına çatmadığını bildiyi halda 2024-cü ilin iyul ayında dəqiq müəyyən olunmayan gündə Masallı şəhəri Dadva küçəsində yerləşən meşəlik ərazidə Zərərçəkmiş şəxs öz razılığı əsasında sonuncu ilə ilk dəfə təbii yolla cinsi əlaqədə olması və sonradan 2024-cü ilin avqust ayında da, bir dəfə təbii yolla cinsi əlaqədə olması müəyyən olunmuşdur. Qeyd olunan hallardan sonra X6 Nuriyeva ilə təkrar təbii və ya qeyri təbii yolla cinsi əlaqədə olması faktı müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs və Daşqın Xankişiyevin ayrı-ayrı tarixlərdə Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olmasını görən hər hansı bir şəxsi müəyyən etmək mümkün olmadığından həmin şəxs və ya şəxslərin istintaqa təqdim edilməsi təmin edilməmişdir. - “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 07 mart 2025-ci il tarixli məktubdan görünür ki, xx xxxxxx 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatında durmur. - “Lənkəran şəhər Psixatriya xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 10 mart 2025-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Eyvazov X5 şəhər Psixatriya xəstəxanasında qeydiyyatda deyil. - Masallı RİHB-nın Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 07 mart 2025-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatdadır və aşağıdakı ailə üzvləri vardır: atası X9 və anası Şahid. - Masallı RİHB-nın Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Eyvazov X8 şəhərində yaşadığı müddətdə özünü səmimi və intizamlı aparmış, yaşadığı ərazidə və cəmiyyət arasında davranış qaydalarına daim əməl etmişdir. Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 18 aprel 2025-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 2002-ci ildə Masallı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin, şahidin məhkəmə iclasında verdikləri ifadələri, əməliyyat tapşırığının cavabı və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 152.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 152.2-ci maddəsinə əsasən eyni əməllər on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də, göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, ilk dəfə az ağır cinayət törətməsini, yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halları müəyyən etmədi. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də, təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, maddədə müəyyən edilmiş aşağı həddən də, az cəza təyin edilə bilməsi və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilməsinin müzakirə olunması üçün əsaslar da, yoxdur. Çünki Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 152.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzasından başqa alternativ cəza nəzərdə tutulmamışdır. Buna görə də, ona Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məhkəmə qanunauyğun hesab edir. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də, nəzərə almışdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə, CPM-in 346.1.13-cü maddəsinin tələbinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 15 iyul 2025-cil il tarixdən hesab olunmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 110 (yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasının əvvəli 15 iyul 2025-cil il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 110 (yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün verildiyi andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №1(050)-138/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-138/2025
30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver