Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-139/2023 23.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafıəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiç şəxs-Zərərçəkmiş şəxs1 nümayəndəsi X1, Müdafiəçilər-Masallı rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs2 və qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxx 2007-ci ildə Masallı rayonu, Şərəfə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Şərəfə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində valideynin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, xx xxxx 2007-ci ildə Masallı rayonu, Ağakişibəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ağakişibəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində valideynin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə özgə əmlakını gizli yolla talayıb ələ keçirməklə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəldikdən sonra xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 məxsus Masallı rayonu, Ağakişibəyli kəndi ərazisində yerləşən fərdi yaşayış evinə pəncərənin açılması üsulu ilə qanunsuz daxil olaraq oradan bir ədədinin qiyməti 30 manat olmaqla cəmi qiyməti 60 manat təşkil edən bir ədədinin çəkisi 2 kiloqram olan ümumilikdə 2 ədəd alüminium qazanı, bir ədəd qiyməti 50 manat olan 5 kiloqramlıq alüminium qazanı, bir ədəd qiyməti 15 manat olan 2 kiloqramlı dür alüminium qazanı, bir ədəd qiyməti 35 manat olan 5 kiloqramlı dür alüminium qazanı, bir ədəd qiyməti 80 manat olan “LC” markalı DVD aparatı, bir ədəd qiyməti 35 manat olan “Supermax” markalı siqnal qəbuledicini, bir ədədinin qiyməti 60 manat olmaqla cəmi qiyməti 240 manat təşkil edən 4 ədəd “Marqius” markalı su mühərrikini, qiyməti 50 manat olan rabitə dirəyinə çıxmaq üçün istifadə edilən remen və kokti dəstini, bir ədədinin qiyməti 10 manat olmaqla cəmi qiyməti 20 manat təşkil edən iki ədəd meyvə qabını, bir ədədinin qiyməti 5 manat olmaqla cəmi qiyməti 20 manat təşkil edən 4 ədəd qənd qabını, bir ədəd qiyməti 70 manat olan nehrə aparatı, bir ədəd qiyməti 10 manat olan banka örtüyünü bağlamaq üçün istifadə edilən aparatı, bir ədəd qiyməti 10 manat olan sapı taxtadan hazırlanmış baltanı, bir ədəd qiyməti 2 manat olan sapı taxtadan hazırlanmış çəkici, bir ədəd qiyməti 60 manat olan ətçəkən maşınını, bir ədəd qiyməti 50 manat olan şirə çəkən aparatı, bir ədəd qiyməti 50 manat olan “TP LİNK” markalı Wifi modemini, bir metrinin qiyməti 60 qəpik olmaqla cəmi qiyməti 300 manat təşkil edən 500 metr uzunluğunda mis elektrik naqilini gizli yolla talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 1157 manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə özgə əmlakını gizli yolla talayıb ələ keçirməklə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəldikdən sonra xx.xx.2023-cü il tarixdə, saat 03 radələrində Masallı şəhəri, Seybətin küçəsində yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi ərzaq mağazasına tavanın örtüyünün açılması üsulu ilə qanunsuz daxil olaraq oradan bir ədədinin qiyməti 4 manat, cəmi qiyməti 344 manat olan ümumilikdə 86 ədəd “Sobranie” markalı siqaret qutularını, bir ədədinin qiyməti 3,80 manat cəmi qiyməti 117,80 manat olan ümumilikdə 31 ədəd “Kent” markalı siqaret qutularını, bir ədədinin qiyməti 3 manat cəmi qiyməti 45 manat olan ümumilikdə 15 ədəd “LD” markalı siqaret qutularını, bir ədədinin qiyməti 3,60 manat cəmi qiyməti 82,80 manat olan ümumilikdə 23 ədəd “Winston” markalı siqaret qutularını, bir ədədinin qiyməti 2,40 manat cəmi qiyməti 19,20 manat olan ümumilikdə 8 ədəd “Winchester” markalı siqaret qutularını,hər biri 1 manat dəyərində ümumi dəyəri 80 manat təşkil edən 80 ədəd “Azercell” mobil operatoruna məxsus danışıq kartlarını, hər biri 2 manat dəyərində ümumi dəyəri 48 manat təşkil edən 24 ədəd “Azercell” mobil operatoruna məxsus danışıq kartlarını, hər biri 3 manat dəyərində ümumi dəyəri 60 manat təşkil edən 20 ədəd “Azercell” mobil operatoruna məxsus danışıq kartlarını, hər biri 5 manat dəyərində ümumi dəyəri 100 manat təşkil edən 20 ədəd “Azercell” mobil operatoruna məxsus danışıq kartlarını,430 manat nağd pulu və ümumi dəyəri 73,20 manat təşkil edən dəmir pulları gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 1400 manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli yolla talayıb ələ keçirmək məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 03 radələrində Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs3 məxsus “Şərq” Market” adlı ərzaq mağazasına pəncərənin açılması üsulu ilə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 73 manat təşkil edən dəmir pulları, 80 manat nağd pulu, bir ədəd qiyməti 500 manat olan “Samsung” markalı mobil telefonu, bir ədəd qiyməti 80 manat olan “Nokia” markalı mobil telefonu, bir blokunun qiyməti 22 manat olmaqla cəmi qiyməti 110 manat təşkil edən hər birinin içərisində 10 ədəd qutuda ümumilikdə 5 blok “Viceroy” markalı siqareti, qiyməti 22 manat olan içərisində ümumilikdə 10 ədəd qutuda 1 blok “Magna” markalı siqareti, qiyməti 30 manat olan içərisində ümumilikdə 10 ədəd qutuda 1 blok “LD” markalı siqareti və qiyməti 3,60 manat olan 1 ədəd “Winston” markalı siqaret qutusunu gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 898,60 manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə özgə əmlakını gizli yolla talayıb ələ keçirməklə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəldikdən sonra xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 məxsus Masallı rayonu, Ağakişibəyli kəndi ərazisində yerləşən fərdi yaşayış evinə pəncərənin açılması üsulu ilə qanunsuz daxil olaraq oradan bir ədədinin qiyməti 30 manat olmaqla cəmi qiyməti 60 manat təşkil edən bir ədədinin çəkisi 2 kiloqram olan ümumilikdə 2 ədəd alüminium qazanı, bir ədəd qiyməti 50 manat olan 5 kiloqramlıq alüminium qazanı, bir ədəd qiyməti 15 manat olan 2 kiloqramlı dür alüminium qazanı, bir ədəd qiyməti 35 manat olan 5 kiloqramlı dür alüminium qazanı, bir ədəd qiyməti 80 manat olan “LC” markalı DVD aparatı, bir ədəd qiyməti 35 manat olan “Supermax” markalı siqnal qəbuledicini, bir ədədinin qiyməti 60 manat olmaqla cəmi qiyməti 240 manat təşkil edən 4 ədəd “Marqius” markalı su mühərrikini, qiyməti 50 manat olan rabitə dirəyinə çıxmaq üçün istifadə edilən remen və kokti dəstini, bir ədədinin qiyməti 10 manat olmaqla cəmi qiyməti 20 manat təşkil edən iki ədəd meyvə qabını, bir ədədinin qiyməti 5 manat olmaqla cəmi qiyməti 20 manat təşkil edən 4 ədəd qənd qabını, bir ədəd qiyməti 70 manat olan nehrə aparatı, bir ədəd qiyməti 10 manat olan banka örtüyünü bağlamaq üçün istifadə edilən aparatı, bir ədəd qiyməti 10 manat olan sapı taxtadan hazırlanmış baltanı, bir ədəd qiyməti 2 manat olan sapı taxtadan hazırlanmış çəkici, bir ədəd qiyməti 60 manat olan ətçəkən maşınını, bir ədəd qiyməti 50 manat olan şirə çəkən aparatı, bir ədəd qiyməti 50 manat olan “TP LİNK” markalı Wifi modemini, bir metrinin qiyməti 60 qəpik olmaqla cəmi qiyməti 300 manat təşkil edən 500 metr uzunluğunda mis elektrik naqilini gizli yolla talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 1157 manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə özgə əmlakını gizli yolla talayıb ələ keçirməklə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəldikdən sonra xx.xx.2023-cü il tarixdə, saat 03 radələrində Masallı şəhəri, Seybətin küçəsində yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi ərzaq mağazasına tavanın örtüyünün açılması üsulu ilə qanunsuz daxil olaraq oradan bir ədədinin qiyməti 4 manat cəmi qiyməti 344 manat olan ümumilikdə 86 ədəd “Sobranie” markalı siqaret qutularını, bir ədədinin qiyməti 3,80 manat cəmi qiyməti 117,80 manat olan ümumilikdə 31 ədəd “Kent” markalı siqaret qutularını, bir ədədinin qiyməti 3 manat cəmi qiyməti 45 manat olan ümumilikdə 15 ədəd “LD” markalı siqaret qutularını, bir ədədinin qiyməti 3,60 manat cəmi qiyməti 82,80 manat olan ümumilikdə 23 ədəd “Winston” markalı siqaret qutularını, bir ədədinin qiyməti 2,40 manat cəmi qiyməti 19,20 manat olan ümumilikdə 8 ədəd “Winchester” markalı siqaret qutularını,hər biri 1 manat dəyərində ümumi dəyəri 80 manat təşkil edən 80 ədəd “Azercell” mobil operatoruna məxsus danışıq kartlarını, hər biri 2 manat dəyərində ümumi dəyəri 48 manat təşkil edən 24 ədəd “Azercell” mobil operatoruna məxsus danışıq kartlarını, hər biri 3 manat dəyərində ümumi dəyəri 60 manat təşkil edən 20 ədəd “Azercell” mobil operatoruna məxsus danışıq kartlarını, hər biri 5 manat dəyərində ümumi dəyəri 100 manat təşkil edən 20 ədəd “Azercell” mobil operatoruna məxsus danışıq kartlarını,430 manat nağd pulu və ümumi dəyəri 73,20 manat təşkil edən dəmir pulları gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 1400 manat maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Məhkəmə iclası zamanı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə dindirilərkən ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun həmkəndlisi, həm də yaxın dostudur. xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs2 ilə yaşadıqları kənddə yerləşən söhbət edərkən, Elnur ona Turalın hazırda Masallı rayonu, Ağakişibəyli kəndində yaşamadığını və ona məxsus evin nəzarətsiz vəziyyətdə olduğunu, həmin evdən oğurluq edib qazanc əldə edə biləcəklərini bildirmişdir. Onun da maddi imkanı zəif olduğundan oğurluq edib qazanc əldə etmək istəmişdir. Buna görə də o, Elnurun təklifi ilə razılaşmış və piyada hərəkət edərək Turalın evinin yerləşdiyi yerə getmişlər. Saat 23 radələrində evin həyətinə daxil olaraq evin arxa hissəsində yerləşən yerdən götürdüyü dəmir parçası ilə evin arxa hissəsindəki pəncərəni açaraq içəriyə daxil olmuşlar. Həmin vaxt evin bir otağına daxil olduqda, orada su nasosu, alüminium qazanlar və bir neçə əşyalar olduğunu görüb həmin əşyalardan bir hissəsini oğurlayıb Elnurla birlikdə yaşadığı evin həyətinə aparıb heç kimin görmədiyi yerdə gizlətmişdir. Sonra Elnurla həmin əşyaları sataraq pul əldə etmişlər. Turalın evindən oğurladıqları əşyaların satışından ümumilikdə 248 manat pul əldə etmiş və həmin pulun 24 manatını Elnura vermiş, qalanını isə öz şəxsi ehtiyacları üçün ayrı-ayrı tarixlərdə xərcləmişdir. Bundan başqa, Elnurla birlikdə yenidən oğurluq etmək qərarına gəlib Masallı şəhəri, Seybətin küçəsində yerləşən adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 məxsus ərzaq mağazasına daxil olub oradan oğurluq etmək qərarına gəlmişlər. xx.xx.2023-cü il tarixdə, saat 01 radələrində Elnurla Masallı rayonu, Şərəfə kəndinin girişində görüşüb Seybətin küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus ərzaq mağazasının yanına getmişlər. Mağazanın arxa tərəfinə keçib dəmir materialından olan giriş qapısının kilidini əli ilə açıb içəriyə keçmişdir. Həmin vaxt Elnura ətrafı müşahidə etməsini mağazaya tək daxil olacağını demişdir. Bundan sonra o, mağazanın tavanından içəri daxil olmaq üçün mağazanın arxa hissəsində yerləşən sanitar qovuşağının üzərinə çıxıb oradan mağazanın banına keçmiş və ayağı ilə mağazanın tavanını, yəni lambiri vurub sındıraraq oradan içəri daxil olmuşdur. İçəriyə daxil olduqdan sonra özü ilə apardığı özünə məxsus qara rəngli idman çantası ilə birlikdə kassaya yaxınlaşmışdır. Həmin vaxt kağız qutunun içərisindən müxtəlif miqdarda olan kağız pul əskinazları, dəmir pulları və bir neçə ədəd danışıq kartları götürüb çantanın içərisinə yığmış, daha sonra geri dönüb vitrində olan müxtəlif markalı siqaret qutularını götürüb çantanın içinə qoymuşdur. Sonra çantanı çiyninə keçirib mağazaya daxil olduğu yerdən çölə çıxdıqda, Elnurun onu orada gözlədiyini və ətrafı müşahidə etdiyini görüb ona yaxınlaşaraq mağazadan siqaret qutuları, kontur və pul oğurladığını bildirmişdir. Bundan sonra onlar oradan uzaqlaşıb piyada hərəkət edərək Şərəfə kəndi ərazisinə getmişlər. Şərəfə kəndinin girişində qəbristanlığın həyətində Elnurla birlikdə heç kimin onları görmədiyi yerdə əyləşib çiynində olan çantanı çıxarmış və içərisində olan oğurluq yolu ilə əldə etdiyi siqaret qutularını, kontur və pulları yerə yığmışdır. Pulları Elnurla böldükdən sonra tütün məmulatlarını və danışıq kartlarını bir neçə gün ərzində satacaqları barədə razılaşmışlar. Oğurladıqları tütün məmulatlarını və danışıq kartlarını Elnurla birlikdə “Köhnə Bazar” adlanan ərazidə yerləşən “Bazar Store” mağazasının yaxınlığında tanımadığı şəxslərə satmışlar. Zərərçəkmiş şəxs2 işlətdiyi mağazadan oğurluq etməsi nəticəsində əldə etdiyi pulları öz şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə, saat 03 radələrində Masallı şəhəri Heydər Əliyev prospektində yerləşən “Şərq Market” ərzaq mağazasının yaxınlığından piyada hərəkət edən zaman həmin ərzaq mağazasından oğurluq edib qazanc əldə etmək niyyətinə düşmüş və həmin mağazaya yaxınlaşıb mağazanın arxa hissəsində yerləşən pəncərədən içəriyə daxil olmuşdur. Sonra həmin mağazanın kassasından ümumi dəyəri 73 manat təşkil edən dəmir pulları, 80 manat nağd pulu, iki ədəd mobil telefon və siqaretləri oğurlayıb oradan götürdüyü sellofanın içərisinə yerləşdirib həmin mağazaya daxil olduğu yerdən çölə çıxarmışdır. Həmin gün saat 15 radələrində oğurluq yolu ilə əldə etdiyi əşyaları satmaq məqsədilə Masallı şəhəri ərazisinə gəldiyi zaman yolda iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını, onun oğurluq cinayət əməlini törətməkdə şübhəli olduğunu bildirərək Masallı RPŞ-yə dəvət etmişlər. Masallı RPŞ-yə gəldikdən sonra o, etdiyi cinayət əməllərini etiraf etmişdir. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən ilk dəfə olaraq az ağır cinayət əməli törətdiyini, yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 vurulmuş ziyanı tam ödəyərək onunla barışdığını, sonuncunun ondan heç bir şikayəti və tələbi olmadığını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə dindirilərkən ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun həmkəndlisi və qohumudur. Təqsirləndirilən şəxs1 da onun həm həmkəndlisi, həm də yaxın dostudur. Maddi imkanı zəif olduğundan oğurluq edib qazanc əldə etmək istəmişdir. Zərərçəkmiş şəxs1 yaşadıqları kənddə olmadığından və Bakı şəhərində yaşadığından məlumatı olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs1 ilə yaşadıqları kənddə yerləşən Taleh adlı şəxsə məxsus ehtiyyat hissələri mağazasının yaxınlığında söhbət edərkən, o, Məhəmmədə Turalın hazırda Masallı rayonu, Ağakişibəyli kəndində yaşamadığını və ona məxsus evin nəzarətsiz vəziyyətdə olduğunu, həmin evdən oğurluq edib qazanc əldə edə biləcəklərini bildirmişdir. Məhəmməd də maddi imkanı zəif olduğunu və pula ehtiyacı olduğunu deyərək onunla razılaşmış və piyada hərəkət edib Turalın evinin yerləşdiyi yerə getmişlər. Saat 23 radələrində evin həyətinə daxil olaraq evin arxa hissəsində yerləşən yerdən götürdüyü dəmir parçası ilə evin arxa hissəsindəki pəncərəni açaraq içəriyə daxil olmuşlar. Həmin vaxt evin bir otağına daxil olduqda, orada su nasosu, alüminium qazanlar və bir neçə əşyalar olduğunu görüb həmin əşyalardan bir hissəsini oğurlayıb Məhəmmədlə birlikdə onun yaşadığı evin həyətinə aparıb heç kimin görmədiyi yerdə gizlətmişlər. Sonra Məhəmmədlə həmin əşyaları sataraq pul əldə etmişlər. Turalın evindən oğurladıqları əşyaların satışından Məhəmməd ümumilikdə 248 manat pul əldə etmiş və həmin pulun 24 manatını ona vermiş, o da həmin pulu öz şəxsi ehtiyacları üçün ayrı-ayrı tarixlərdə xərcləmişdir. Bundan başqa, o, Məhəmmədlə birlikdə yenidən oğurluq etmək qərarına gəlib Masallı şəhəri Seybətin küçəsində yerləşən dəmir yolu xətlərinin yaxınlığında yerləşən adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 məxsus ərzaq mağazasına daxil olub oradan oğurluq etmək qərarına gəlmişlər. Onlar niyyətlərini yerinə yetirmək üçün xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Məhəmmədlə Masallı rayonu, Şərəfə kəndinin girişində yerləşən Taleh adlı şəxsə məxsus avtomobil ehtiyyat hissələri mağazasının yanında görüşüb birbaşa piyada hərəkət edərək Seybətin küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus ərzaq mağazasının yanına getmişlər. Orada mağazanın arxa hissəsinə keçmək üçün dəmir materialından olan giriş qapısının kilidini Məhəmməd əli ilə açıb içəriyə keçmiş, ona həmin yerdə gözləməsini və ətrafı müşahidə etməyini deyərək mağazaya tək daxil olacağını, oradan hər hansı bir əşya oğurlayacağı təqdirdə satdıqdan sonra pulu iki yerə böləcəyini demişdir. Sonra Məhəmməd mağazanın arxa hissəsində yerləşən sanitar qovuşağının üzərinə çıxıb oradan mağazanın banına keçmiş, o isə həmin yerdə dayanıb ətrafı müşahidə etməyə başlamışdır. Təxminən 10-15 dəqiqə sonra Məhəmmədin çiynində çanta ilə birlikdə mağazaya daxil olduğu yerdən çölə çıxdığını görmüşdür. Həmin vaxt Məhəmməd ona yaxınlaşıb mağazadan siqaret qutuları, kontur və pul oğurladığını bildirmişdir. Bundan sonra onlar oradan uzaqlaşıb piyada hərəkət edərək Şərəfə kəndi ərazisinə getmişlər. Şərəfə kəndinin girişində qəbristanlığın həyətində Məhəmmədlə birlikdə heç kimin onları görmədiyi yerdə əyləşib çiynində olan çantanı çıxarmış və içərisində olan oğurluq yolu ilə əldə etdiyi siqaret qutularını, kontur və pulları yerə yığmışdır. Pulları Məhəmməd onunla böldükdən sonra tütün məmulatlarını və danışıq kartlarını bir neçə gün ərzində satacaqları barədə razılaşmışlar. Oğurladıqları tütün məmulatlarını və danışıq kartlarını Məhəmmədlə birlikdə “Köhnə Bazar” adlanan ərazidə yerləşən “Bazar Store” mağazasının yaxınlığında tanımadığı şəxslərə satmışlar. Zərərçəkmiş şəxs2 işlətdiyi mağazadan oğurluq etməsi nəticəsində əldə etdiyi pulları öz şəxsi istifadəsi üçün xərcləmişdir. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən ilk dəfə olaraq az ağır cinayət əməli törətdiyini, yetkinlik yaşına çatmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli özlərinin ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla onlara aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs1 nümayəndəsi qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun oğludur. Oğluna məxsus Masallı rayonu, Ağakişibəyli kəndi ərazisində yerləşən kürsülü fərdi yaşayış evi vardır. Həmin evdə 2022-ci ilin avqust ayından hazıradək yaşayış yoxdur. Evə o, nəzarət etmişdir. xx.xx.2023-ci il tarixdə, saat 11 radələrində oğlu Turala mobil telefon vasitəsilə zəng edərək fərdi yaşayış evindən təkrar oğurluq hadisəsinin baş verdiyini və ona məxsus əşyaların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını, oğurluq hadisəsinin baş verməsi ilə əlaqədar DİN-nin 102 zəng xidməti mərkəzinə müraciət etdiyini bildirmişdir. Oğlu həmin gün axşam saatlarında Bakı şəhərindən Masallı rayonuna gəlmişdir. Fərdi yaşayış evinə baxdığı zaman evinin otaqlarından bir ədədinin qiyməti 30 manat olmaqla cəmi qiyməti 60 manat təşkil edən bir ədədinin çəkisi 2 kiloqram olan ümumilikdə 2 ədəd alüminium qazan, bir ədəd qiyməti 50 manat olan 5 kiloqramlıq alüminium qazan, bir ədəd qiyməti 15 manat olan 2 kiloqramlı dür alüminium qazan, bir ədəd qiyməti 35 manat olan 5 kiloqramlı dür alüminium qazan, bir ədəd qiyməti 80 manat olan “LC” markalı DVD aparat, bir ədəd qiyməti 35 manat olan “Supermax” markalı siqnal qəbuledici, bir ədədinin qiyməti 60 manat olmaqla cəmi qiyməti 240 manat təşkil edən 4 ədəd “Marqius” markalı su mühərriki, qiyməti 50 manat olan rabitə dirəyinə çıxmaq üçün istifadə edilən remen və kokti dəsti, bir ədədinin qiyməti 10 manat olmaqla cəmi qiyməti 20 manat təşkil edən iki ədəd meyvə qabı, bir ədədinin qiyməti 5 manat olmaqla cəmi qiyməti 20 manat təşkil edən 4 ədəd qənd qabı, bir ədəd qiyməti 70 manat olan nehrə aparatı, bir ədəd qiyməti 10 manat olan banka örtüyü bağlamaq üçün istifadə edilən aparat, bir ədəd qiyməti 10 manat olan sapı taxtadan hazırlanmış balta, bir ədəd qiyməti 2 manat olan sapı taxtadan hazırlanmış çəkic, bir ədəd qiyməti 60 manat olan ətçəkən maşını, bir ədəd qiyməti 50 manat olan şirə çəkən aparat, bir ədəd qiyməti 50 manat olan “TP LİNK” markalı Wifi modemi, bir metrinin qiyməti 60 qəpik olmaqla cəmi qiyməti 300 manat təşkil edən 500 metr uzunluğunda mis elektrik naqili oğurlanmışdır. Həmin vaxt baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1157 manat maddi ziyan dəymişdir. Oğlu Zərərçəkmiş şəxs1 vurulmuş ziyan hal-hazıradək ödənilməmişdir. Halhazırda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmamış, onlara qarşı şikayətçidir, bu səbəbdən də barələrində qanuni cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Masallı şəhəri Seybətin küçəsində yerləşən ərzaq mağazasını işlədir. Maddi ehtiyacını həmin mağazada ərzaq satışı, müxtəlif növ əşyalar və tütün məmulatlarının satışından əldə etdiyi gəlirlə təmin edir. xx.xx.2023-cü il tarixdə, saat 07 radələrində mağazaya getdiyi zaman mağazanın tavanına çəkilmiş lambir örtüyün sındırılmış vəziyyətdə olduğunu görmüş və mağazaya kiminsə daxil olub oğurluq etdiyini zənn edərək mağzada olan əşyalara nəzər yetirmişdir. Həmin vaxt mağazadan 20 manatlıq mobil operatorlara məxsus danışıq kartlarının və 30 manat dəyərində tütün məmulatlarının oğurlanmasını aşkar etmişdir. Buna görə də Masallı RPŞ-yə yaxınlaşıb ərizə ilə müraciət etmiş, daha sonra yenidən mağazaya geri qayıtmış və tam diqqətlə baxdıqda mağazadan bir ədədinin qiyməti 4 manat cəmi qiyməti 344 manat olan ümumilikdə 86 ədəd “Sobranie” markalı siqaret qutularının, bir ədədinin qiyməti 3,80 manat cəmi qiyməti 117,80 manat olan ümumilikdə 31 ədəd “Kent” markalı siqaret qutularının, bir ədədinin qiyməti 3 manat cəmi qiyməti 45 manat olan ümumilikdə 15 ədəd “LD” markalı siqaret qutularının, bir ədədinin qiyməti 3,60 manat cəmi qiyməti 82,80 manat olan ümumilikdə 23 ədəd “Winston” markalı siqaret qutularının, bir ədədinin qiyməti 2,40 manat cəmi qiyməti 19,20 manat olan ümumilikdə 8 ədəd “Winchester” markalı siqaret qutularının,hər biri 1 manat dəyərində ümumi dəyəri 80 manat təşkil edən 80 ədəd “Azercell” mobil operatoruna məxsus danışıq kartlarının, hər biri 2 manat dəyərində ümumi dəyəri 48 manat təşkil edən 24 ədəd “Azercell” mobil operatoruna məxsus danışıq kartlarının, hər biri 3 manat dəyərində ümumi dəyəri 60 manat təşkil edən 20 ədəd “Azercell” mobil operatoruna məxsus danışıq kartlarının, hər biri 5 manat dəyərində ümumi dəyəri 100 manat təşkil edən 20 ədəd “Azercell” mobil operatoruna məxsus danışıq kartlarının, 430 manat nağd pulun və ümumi dəyəri 73,20 manat təşkil edən dəmir pulların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Buna görə də xx.xx.2023-cü il tarixdə o, Masallı RPŞ-yə dəvət edildikdən sonra təkrar ərizə ilə müraciət edərək qeyd olunan oğurlanmış əşyaları ərizəsində göstərmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1400 manat maddi ziyan dəymişdir. Hal-hazıradək ona vurulmuş ziyan ödənilməmişdir. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona vurulmuş ziyanı tələb edir, lakin onların həbs olunmasını istəmir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, Masallı şəhəri H.Əliyev prospektində yerləşən ərzaq mağazasını işlədir. Maddi ehtiyacını həmin mağazada ərzaq satışı, müxtəlif növ əşyalar və tütün məmulatlarının satışından əldə etdiyi gəlirlə təmin edir. xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində mağazaya getdiyi zaman mağazanın arxa hissəsində yerləşən pəncərənin açıq vəziyyətdə olduğunu görmüş və mağazaya kiminsə daxil olub oğurluq etdiyini zənn edərək mağzada olan əşyalara nəzər yetirmişdir. Həmin vaxt mağazadan ümumi dəyəri 73 manat təşkil edən dəmir pulların, 80 manat nağd pulun, bir ədəd qiyməti 500 manat olan “Samsung” markalı mobil telefonun, bir ədəd qiyməti 80 manat olan “Nokia” markalı mobil telefonun, bir blokunun qiyməti 22 manat olmaqla cəmi qiyməti 110 manat təşkil edən hər birinin içərisində 10 ədəd qutuda ümumilikdə 5 blok “Viceroy” markalı siqaretin, qiyməti 22 manat olan hər birinin içərisində 10 ədəd qutuda ümumilikdə 1 blok “Magna” markalı siqaretin, qiyməti 30 manat olan hər birinin içərisində 10 ədəd qutuda ümumilikdə 1 blok “LD” markalı siqaretin və qiyməti 3,60 manat olan 1 ədəd qutuda “Winston” markalı siqaretin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Buna görə də Masallı RPŞ-yə yaxınlaşıb ərizə ilə müraciət etmişdir. Sonradan məlum olmuşdur ki, onun mağazasından oğurluq edən şəxs Təqsirləndirilən şəxs1 olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 898,60 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə verərək ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs1la barışdığını, ona qarşı şikayət və tələbi olmadığını qeyd edərək, barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Şahid1 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, uzun müddətdir dəmir və əlvan metalların alq-satqısı ilə məşğul olur və özünə məxsus Masallı şəhəri, Seybətin küçəsində yerləşən 0,08 ha torpaq sahəsində tikdiyi dəmir və əlvan metalların alqı-satqısı ilə məşğul olduğu yarım tikili məntəqə vardır. Həmin yarımtikili məntəqənin içərisində 8 kvadrat metr ölçüsündə istirahət etmək üçün və əlvan metalları yığıb saxladığı dəmir konstruksiyadan tikilmiş otaq vardır. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində işlədiyi məntəqədə olarkən əvvəllər tanıdığı Masallı rayonu, Şərəfə kəndində yaşadığını bildiyi Məhəmməd adlı yetkinlik yaşına çatmayan şəxs məntəqəyə gələrək əlində olan kisəni göstərib, kisənin içərisində 5 ədəd alüminium qazanın, 4 ədəd su mühərrikinin və əyilmiş vəziyyətdə olan mis elektrik naqillərinin olmasını və həmin əşyaları satmaq istədiyini demişdir. O da əvvəllər Məhəmməd adlı şəxsdən bir neçə dəfə dəmir, alüminium və mis əşyalar aldığı üçün onun oğru ola biləcəyinə ehtimal etməmiş və həmin əşyalara baxdıqdan sonra tərəzidə çəkməyə ehtiyac olmadığını düşünüb Məhəmmədə baxıb ümumilikdə 200 manat pul verə biləcəyini bildirmişdir. Məhəmməd adlı şəxs də onunla razılaşmış və 200 manat pulu alaraq getmişdir. Həmin vaxt Məhəmməd adlı şəxs ona satdığı əşyaların oğurluq yolu ilə əldə etməsi barədə heç bir məlumat verməmiş və o, Məhəmmədin oğurluqla məşğul olmasından şübhələnməmişdir. Məhəmməddən aldığı alüminum, mis və dəmir əşyalarını əridərək metal halına gətirib Bakı şəhərinə əlvan metalların alqı-satqısı ilə məşğul olan müəssisəyə göndərmişdir. Şahid2 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, Masallı rayonu, Həsənli kəndi ərazisində yerləşən çay evini işlədir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış və onlarla arasında heç bir münasibət olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində o, işlətdiyi çay evinə çay məhsulları, tütün məmulatları, şokalad və danışıq kartları almaq üçün “Köhnə Bazar” adlanan əraziyə getmişdir. Masallı şəhəri “Köhnə Bazar” adlanan ərazidə yerləşən “Bazar Store” mağazasının yaxınlığında piyada hərəkətdə olarkən bir nəfər şəxsin “siqaret və kontur satıram” sözlərini deyə-deyə uca səslə qışqırdığını görüb ona yaxınlaşmışdır. Həmin vaxt həmin şəxsin dayandığı yerdə parça örtük üzərində siqaret qutuları və danışıq kartları olmasını görmüşdür. Həmin şəxsin yanında bir nəfər şəxs də olmuşdur. Onların simalarından təqribən 15-16 yaşda olmalarını təxmin etmişdir. O, həmin şəxsdən siqaret qutularını hansı qiymətə satdığını soruşduğu zaman həmin şəxs ona “Sobranie” markalı siqaret qutusunu 3,40 manata, “Kent” markalı siqaret qutusunu 2,80 manata, “LD” markalı siqaret qutusunu 1,70 manata, “Winston” markalı siqaret qutusunu 2,70 manata, “Winchester” markalı siqaret qutusunu 2 manata satdığını bildirmişdir. Danışıq kartlarını isə öz qiymətlərinə satdığını demişdir. O da həmin şəxsdən 40 qutu “Sobranie” markalı, 10 qutu “LD” markalı, 13 qutu “Winston” markalı, 16 qutu “Kent” markalı, 8 qutu “Winchester” markalı siqaret, həmçinin 12 ədəd “Azercell” mobil operatoruna aid 1 manat dəyərində danışıq kartlarını alıb ona ümumilikdə 261 manat pul vermiş və onun yanından uzaqlaşıb getmişdir. Daha sonra həmin siqaret qutularını və danışıq kartlarını işlətdiyi çay evinə aparıb orada vitrinə düzmüş və bazar qiyməti ilə satışa çıxarmışdır. xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-yə dəvət edildikdən sonra ona məlum olmuşdur ki, həmin şəxslər, yəni yektinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona satdıqları siqaret qutuları və danışıq kartlarını Masallı şəhəri Seybətin küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus ərzaq mağazasından oğurlamışlar. Həmin siqaret qutularının sadəcə 30 qutusu və 12 ədəd hər biri bir manat dəyərində olan Azercell operatoruna məxsus danışıq kartları onda qalmışdır. Digər siqaret qutularını isə işlətdiyi çay evində müxtəlif şəxslərə satmış və həmçinin bir qismini də özü istifadə etmişdir. Onun əvvəlcədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə arasında oğurluq cinayət əməlinin törədilməsi ilə bağlı heç bir razılaşması və sövdələşməsi olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Cənub Qiymətləndirici MMC-nin 22 aprel 2023-cü il tarixli rəyindən görünür ki, qeyd olunmuş bir ədəd “Samsung” markalı mobil telefonun qiyməti 350 manat, bir ədəd “Nokia” markalı mobil telefonun qiyməti 80 manat, 5 blok hər blokda 10 qutu “Viceroy” markalı siqaretlərin 1 qutusunun qiyməti 2.20 manat olmaqla cəmi qiyməti 110 manat, 10 qutu “Magna” markalı siqaretin 1 qutusunun qiyməti 2.2 manat olmaqla cəmi qiyməti 22 manat, 10 qutu “LD” markalı siqaretlərin 1 qutusunun qiyməti 3.0 manat olmaqla qiyməti 30 manat, 1 qutu “Winston” markalı siqaretin qiyməti 3,60 manat, 86 ədəd “Sobranie” markalı siqaret qutularının bir qutusunun qiyməti 4 manat olmaqla cəmi qiyməti 344 manat, 31 ədəd “Kent” markalı siqaret qutularınır bir qutusunun qiyməti 3.80 manat olmaqla cəmi qiyməti 117,80 manat, 15 ədəd “LD” markalı siqaret qutularının bir qutusunun qiyməti 3 manat olmaqla cəmi qiyməti 45 manat, 23 ədəd “Winston” markalı siqaret qutularının bir qutusunun 3,60 manat olmaqla cəmi qiyməti 82,80 manat, 8 ədəd “Winchester” markalı siqaret qutularının bir qutusunun qiyməti 2,40 manat olmaqla cəmi qiyməti 19,20 manat, bir ədədinin çəkisi 2 kiloqram olan ümumilikdə 2 ədəd alüminium qazanın bir ədədinin qiyməti 20 manat olmaqla cəmi qiyməti 40 manat, bir ədəd 5 kiloqramlıq alüminium qazanın qiyməti 40 manat, bir ədəd 2 kiloqramlıq dür alüminium qazanın qiyməti 15 manat, bir ədəd 5 kiloqramlıq dür alüminium qazanın qiyməti 28 manat, bir ədəd “LC” markalı DVD aparatın qiyməti 55 manat, bir ədəd “Supermax” markalı siqnal qəbuledicinin qiyməti 30 manat, 4 ədəd “Marqius” markalı su mühərrikinin bir ədədinin qiyməti 60 manat olmaqla cəmi qiyməti 240 manat, rabitə dirəyinə çıxmaq üçün istifadə edilən remen və kokti dəstinin qiyməti 35 manat, iki ədəd meyvə qabının bir ədədinin qiyməti 5 manat olmaqla cəmi qiyməti 10 manat, 4 ədəd qənd qabının bir ədədinin qiyməti 5 manat olmaqla cəmi qiyməti 20 manat, bir ədəd elektrik nehrə aparatının qiyməti 60 manat, bir ədəd banka örtüyünü bağlamaq üçün istifadə edilən mexaniki aparatın qiyməti 10 manat, bir ədəd sapı taxtadan hazırlanmış baltanın qiyməti 10 manat, bir ədəd sapı taxtadan hazırlanmış çəkicin qiyməti 7 manat, bir ədəd ətçəkən mexaniki maşınının qiyməti 50 manat, bir ədəd elektrik şirə çəkən aparatın qiyməti 50 manat, bir ədəd “TP LİNK” markalı Wifi moderninin qiyməti 35 manat, 500 metr uzunluğunda mis elektrik naqilinin bir metrinin qiyməti 0,60 manat olmaqla cəmi qiyməti 300 manatdır. Qeyd olunan əşyaların və tütün məmulatlarının qiymətləri tələb və təklifə uyğun olaraq orta bazarda müəyyənləşdiyindən qeyd olunan qiymətlər dəyişə bilər. İş materiallarında olan maddi sübutun tanınması və qaytarılması haqqında 25 may 2023-cü il tarixli qərardan və qəbzdən görünür ki, 73 manat təşkil edən dəmir pullar, 80 manat nağd pul, bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd “Nokia” markalı mobil telefon, hər birinin içərisində 10 ədəd qutudan ibarət “Viceroy” markalı ümumilikdə 5 ədəd siqaret bloku, içərisində 10 ədəd qutudan ibarət “Magna” markalı bir ədəd siqaret bloku, içərisində 10 ədəd qutudan ibarət “LD” markalı bir ədəd siqaret bloku və 1 ədəd “Winston” markalı siqaret qutusu maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs3 qaytarılmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də, onlar həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayəti yetkinlik yaşına çatmayan vaxtda törətməsini Azərbaycan Respublikası CM-in 59.1.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3la razılıq əldə edərək barışmasını Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəyiş ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən, Zərərçəkmiş şəxs3 ondan heç bir tələb və şikayətinin olmamasını, əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini və ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cinayəti yetkinlik yaşına çatmayan vaxtda törətməsini Azərbaycan Respublikası CM-in 59.1.2-ci maddəsinə əsasən, əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini və ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin yetkinlik yaşına çatmamasını, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də qazanc yerinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddənin sanksiyasında müəyyən edilən azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddindən də az cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Həmçinin, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Eyni zamanda ekspertiza tədqiqatının dəyəri olan 25 (iyirmi beş) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Cənub Qiymətləndirici MMC-nin hesabına köçürülməli, iş üzrə maddi sübut olan 73 manat təşkil edən dəmir pulların, 80 manat nağd pulun, bir ədəd “Samsung” markalı mobil telefonun, bir ədəd “Nokia” markalı mobil telefonun, hər birinin içərisində 10 ədəd qutudan ibarət “Viceroy” markalı ümumilikdə 5 ədəd siqaret blokunun, içərisində 10 ədəd qutudan ibarət “Magna” markalı bir ədəd siqaret blokunun, içərisində 10 ədəd qutudan ibarət “LD” markalı bir ədəd siqaret blokunun və 1 ədəd “Winston” markalı siqaret qutusunun Zərərçəkmiş şəxs3 qaytarılması və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrası yaşadığı yer üzrə Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş valideynin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrası yaşadığı yer üzrə Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş valideynin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-139/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-139/2023
23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver