Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-140/2024 10.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1982-ci ildə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 08 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya qanunvericliklə müəyyən edilmiş qaydada götürülməmiş, Masallı rayonu Mahmudavar kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə 27 mart 2024-cü il tarixdə gecə saat 03 radələrində həmkəndlisi, halhazırda Rusiya Federasiyasında yaşayan X3 məxsus Masallı rayonu Mahmudavar kəndində yerləşən yaşayış olmayan ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsinə pəncərəni açmaqla qanunsuz daxil olub, orada pilləkənin alt hissəsində yerləşən saxlanc yerində qoyulmuş, Vüsalə İbadovanm atası Zərərçəkmiş şəxs məxsus 02 ədəd, hər biri 140 manat qiymətində olmaqla, ümumi dəyəri 280 manat olan mis qazanı, 01 ədəd, çəkisi 10 kiloqram təşkil edən, 100 manat qiymətində mis ləyəni, 01 ədəd, çəkisi 4 kiloqram təşkil edən, 40 manat qiymətində mis kəfkiri, 04 ədəd, hər biri 100 manat qiymətində olmaqla ümumi dəyəri 400 manat olan, hər birində 36 parçadan ibarət çəngəl-bıçaq dəsti və 01 ədəd, həcmi 5 litr təşkil edən 180 manat qiymətində elektrikli samovarı gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Masallı RPŞ-nin Boradigah PBnin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Masallı rayonu Mahmudavar kəndində saxlanılaraq Masallı RPŞ-nin Boradigah PB-nin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qəhvəyi rəngli gödəkçəsinin sağ qoltuqaltı hissəsindən 1 ( bir) ədəd qara rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 95,929 (doxsan beş tam mində doqquz yüz iyirmi doqquz) qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək və CM-in 177.2.3 və 234.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə istifadəçisidir, son zamanlar əsasən narkotik vasitə marixuana qəbul edir. 2023-cü il tarixdə törətdiyi oğurluq əməlinə görə Lənkəran rayon Məhkəməsinin hökmü ilə 01 il 08 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, rəsmi olaraq heç bir yerdə işləmir və fəhlə işləyərək öz maddi ehtiyaclarını təmin edir. Son zamanlar işin olmaması və maddi ehtiyaclarının olması səbəbindən o, qonşuluqda yerləşən, hal-hazırda Rusiya Federasiyasında yaşayan X3 məxsus yaşayış olmayan evinə daxil olaraq qiymətli əşya oğurlayıb sataraq pul əldə etmək qərarına gəlmişdir. X12 uzun müddətdir ki, Rusiya Federasiyasında yaşadığından onun evində pulun olmamasını, lakin sataraq pul əldə edə biləcəyi əşyaların olmasını düşünmüşdür. Həmin evə nəzarəti Vüsalənin atası Zərərçəkmiş şəxs etmişdir. 27 mart 2024-cü il tarixdə gecə saat 03 radələrində o, yaşadığı evin həyətindən keçib bir qədər məsafədə yerləşən, Vüsalə İbadovaya məxsus yaşayış olmayan evinin həyətinə getmişdir. Hava qaranlıq olmuş və həmin vaxt orada heç kim olmamışdır. Evin sağ tərəfində yerləşən pəncərəni əli ilə itələmiş və pəncərənin açıldığını görmüşdür. O, pənəcərədən evə daxil olmuş və evdə qiymətli əşya olub-olmamasını müəyyən etmək üçün axtarmağa başlamışdır. Evin 1-ci mərtəbəsində pilləkənin yanında balaca otaq olmuşdur. O, həmin otağın qapısını açmış və orada 1 ədəd elektrikli samovar, 1 ədəd mis kəfkir, 2 ədəd mis qazan, 1 ədəd mis ləyən və 4 ədəd qutuda çəngəl-qaşıq dəstini götürüb həmin əşyaları evinin həyətinə aparmışdır ki, satıb pul əldə etsin və öz şəxsi ehtiyaclarını qarşılasın. O, həmin əşyaları evin həyətindən götürdüyü kisəyə yığıb aparmışdır. Həmin gün günorta saatlarında “Qazel” markalı avtomobil ilə tanımadığı şəxsin dəmir alması barədə ucadan qışqırmasını eşitmişdir. O, həmin şəxsə yaxınlaşmış və onda məişət əşyalarının olmasını bildirmişdir. Həmin şəxs də maşını onların evinin qarşısına sürmüş və o, oğurladığı əşyaları ümumilikdə 200 manata satmışdır. Daha sonra həmin Qazel markalı avtomobilin sürücüsü maşını sürüb kənd ərazisini tərk etmişdir. Oğurladığı əşyaları satdığı şəxsi əvvəllər tanımamış, onu ilk dəfə görmüş və şəxsiyyəti barədə heç bir məlumatı olmamışdır. 01 aprel 2024-cü il tarixdə günorta saatlarında özündə narkotik vasitə marixuana olmadığından Lənkəran rayonu Zövlə kəndinə getmək qərarına gəlmişdir. Yaşadığı Mahmudavar kəndindən çıxıb Lənkəran rayonu istiqamətinə gedən maşınlardan birinə əl etmiş və həmin avtomobilə əyləşib Lənkəran rayonu Zövlə kəndinə getmişdir. Həmin kənd ərazisində olarkən 1 nəfər tanımadığı şəxsin yolun kənarında dayanmasını görmüş və zahiri görünüşündən narkotik vasitə aludəçisinə oxşatmışdır. O, həmin şəxsə yaxınlaşmış, bədənində ağrıların olmasını və narkotik vasitə marixuanaya ehtiyacının olmasını, həmçinin uzun müddət istifadə etmək üçün xeyli miqdarda lazım olduğunu demişdir. Həmin şəxs ona onda yüz qramdan artıq narkotik vasitə marixuana olmasını demiş və əgər almaqda fikri ciddidirsə gedib gətirə biləcəyini bildirmişdir. O, həmin şəxsə fikrinin ciddi olmasını və üzərində pulun olmasını bildirmişdir. Həmin şəxs çıxıb getmiş və ondan həmin yerdə gözləməsini xahiş etmişdir. Təxminən 20 dəqiqə sonra həmin şəxs əlində qara rəngli bükümdə geri gəlmiş və həmin bükümü ona verərək qurudulmuş marixuana olduğunu demişdir. O, ondan həmin bükümü götürmüş və əvvəlcədən razılaşdığı kimi 60 manat pulu vermişdir. Narkotik vasitə qurudulmuş marixuananı aldıqdan sonra o, Masallı rayonu, Mahmudavar kəndinə tanımadığı taksi ilə gəlmişdir. O, həmin narkotik vasitəni ailə üzvləri bilməsin deyə kənd ərazisində əlverişli yerdə gizlətmiş və axşam çıxıb istifadə edəcəyi qərarına gəlmişdir. Bükümü gizlətdikdən sonra evinə getmiş və axşam saat 21 radələrində evdən çıxıb Mahmudavar kənd ərazisində gizlətdiyi bükümü götürüb gödəkçəsini sağ iç qoltuqaltı hissəsinə qoyub kəndin giriş hissəsinə getmək istəmişdir. Kənd ərazisində piyada hərəkət edərkən əvvəllər tanımadığı 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər xidməti vəsiqələrini göstərib Ramal, Fail və Baba adlı polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində qanunsuz olaraq narkotik vasitələrin gəzdirməkdə şübhəli olduğundan onu Masallı RPŞnin Boradigah PB-nə dəvət etmişlər. O, Polis əməkdaşları ilə razılaşmış, onu təhqiqatçı Nəsimi Ağayevin xidməti otağına aparmışlar və şübhəli şəxs qismində tutulmuşdur. Ona orada hüquq və vəzifələri izah edildikdən sonra Müdafiəçi iştirakı ilə videogörüntü aparılmaqla üzərinə baxış keçirilməzdən öncə qanunla qadağan olunmuş hər hansı bir predmet və ya əşyanın üzərində olub-olmaması barədə sual verilmişdir. Üzərinə şəxsi axtarış keçirələcəyini görüb əynində olan qəhvəyi rəngli gödəkçəsini sağ iç qoltuqaltı hissəsində gizlətdiyi narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Üzərinə və əynində olan paltarlara şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Təqdim etdiyi bükülüdəki narkotik vasitə olan qurudulmuş marixuana qara rəngli sellofan ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 109 (yüz doqquz) qram olması müəyyən edilmişdir. Daha sonra üzərindən aşkar olunan narkotik vasitə marixuana zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş və imzalanmışdır. Həmçinin zərərçəkmiş şəxsə dəymiş maddi ziyan tam şəkildə ödənildiyindən onunla barışıq əldə etmişdir. Törətdiyi cinayət əməllərindən peşmandır. Qeyd edilənlərə əsasən barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər sübutlarla aşağıdakı qaydada təsdiq olunur. Əvvəlki məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək ona dəymiş maddi ziyanın Azər Həşimobv tərəfindən ödənildiyini, hazırda ona qarşı şikayət və tələbinin olmadığını, xəstə olduğu üçün məhkəmə baxışı iclasında iştirak etmək imkanının olmadığını, məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, ərizəsinin nəzərə alınmaqla Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilərkən verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur və əvvəllər aralarında heç bir ədavəti olmamışdır. Hazırda Rusiya Federasiyasında yaşayan X11 məxsus yaşayış olmayan evi onun evinin həyətində yerləşir və həmin evə nəzarəti o, özü edir. Bəzi hallarda isə həmin evdə qalır. X13 artıq 25 ilə yaxındır ki, Rusiya Federasiyasında yaşayır və RF-nın vətəndaşıdır. Həmin evdə qızı Vüsaləyə məxsus bir sıra məişət və digər əşyalar vardır. Evin 1-ci mərtəbəsində isə o, öz şəxsi vəsaiti hesabına aldığı məişət əşyaları olmuşdur. Onun evində yer olmadığından o, həmin əşyaları qızı Vüsaləyə məxsus evinin 1-ci mərtəbəsində yerləşən yardımçı saxlanc otağına yığmışdır. xx.xx.2024-cü il tarixdə o, qızı Vüsalənin evinə nəzarət etmək üçün gəlmiş və evə daxil olan zaman görmüşdür ki, evin birinci mərtəbəsinin pəncərəsi açıqdır. Həmin pəncərə tərəfindən əvvəlcədən bağlandığı üçün o, evə naməlum şəxsin daxil olmasını ehtimal edib evə baxmağa başlamış və görmüşdür ki, evin birinci mərtəbəsində yerləşən yardımçı saxlanc otağının qapısı açıqdır. Həmin otağa o, öz əşyalarımı yığmışdır. Lakin o, həmin otağa baxdıqda görmüşdür ki, naməlum şəxs və ya şəxslər evin pənəcərəsindən daxil olaraq həmin saxlanc yerindən 2 ədəd mis qazanı, 1 ədəd mis ləyəni, 1 ədəd mis kəfkiri, 4 dəst çəngəlbıçaq dəstini və 1 ədəd elektrikli somavarı oğurlayıblar. Daha sonra o, dərhal Masallı RPŞnin Boradigah PB-nə gedərək, baş vermiş oğurluq hadisəsi barədə yazılı ərizə formasında məlumat vermişdir. X11 məxsus yaşayış olmayan evindən ona məxsus, ümumi dəyəri 280 manat təşkil edən, hər birinin çəkisi 14 kiloqram olan 2 ədəd mis qazan, dəyəri 100 manat təşkil edən, çəkisi 10 kiloqram olan 1 ədəd mis ləyən, dəyəri 40 manat təşkil edən çəkisi 4 kiloqram olan 1 ədəd mis kəfkir, hər birinin qiyməti 100 manat, ümumi dəyəri 400 manat təşkil edən, hər birinin içərisində 36 parça çəngəl-bıçaq dəstləri olan 4 ədəd qutu və dəyəri 180 manat təşkil edən, həcmi 5 litr olan 1 ədəd elektrikli samovar olmaqla ümumilikdə 1000 manat dəyərində məişət əşyaları oğurlanmışdır. Qızı Vüsalənin evindən oğurlanmış yuxarıda sadaladığı əşyalar onun özünə məxsusdur. O, həmin əşyaları öz vəsaiti hesabına alıb qızının evinə qoymuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində maddi ziyan onun özünə dəymişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Masallı RPŞ-nin Boradigah PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 aprel 2024-cü il tarixdə Masallı rayonu, Mahmudavar kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbulunda və istifadəsində şübhəli olması ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Masallı rayonu, Mahmudavar kəndində Təqsirləndirilən şəxs tək piyada gəzişərkən saxlanılmışdır. Həmin vaxt orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından Təqsirləndirilən şəxs Masallı RPŞ-nin Boradigah PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşmış və o, Masallı RPŞ-nin Boradigah PB-nin inzibati binasında təhqiqatçı Nəsimi Ağayevin xidməti otağına gətirilmişdir. Orada şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri ona izah olundu, dövlət hesabına öz istəyi əsasında vəkil Müdafiəçisi təyin edilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı predmet və ya əşya varsa, təqdim etməsini təhqiqatçı təklif etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini görüb əynində olan qəhvəyi rəngli gödəkçəsinin sağ iç qoltuqaltı nahiyəsindən 01 ədəd qara rəngli sellofan bükülünü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu Zövlə kəndi ərazisindən tanımadığı şəxsdən 60 manata almasını və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan geyim əşyalarına təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman üzərində qanunla qadağan edilmiş əlavə hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 109 (yüz doqquz) qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə zərfə qoyularaq qablaşdırılmış, üzəri imzalanmış və möhürlənmişdir. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Masallı RPŞ-nin Boradigah PB-nin inzibati binasına gətirilərkən və orada saxlanılarkən ona qarşı heç bir fiziki təsir və ya psixi təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs həmçinin xx.xx.2024-cü il tarixdə gecə saat 03 radələrində Masallı rayonu Mahmudavar kənd sakini Zərərçəkmiş şəxs Rusiya Federasiyasında yaşayan X11 məxsus yaşayış olmayan evindən ümumi dəyəri 1000 manat təşkil edən müxtəlif adda məişət əşyaları oğurlamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin Boradigah PB-nin əməliyyat müvəkkili Şahid2 və məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Masallı RPŞ-nin Boradigah PB-nin polis nəfəri, polis serjantı Şahid3 ifadələrindən görünür ki, onlar Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD diskə baxış keçirilərək müəyyən edildi ki, Təqsirləndirilən şəxs əynində olan olan qəhvəyi rəngli gödəkçəsinin sağ iç qoltuqaltı nahiyəsindən 01 ədəd qara rəngli sellofan bükülünü çıxarıb təqdim etmiş, həmin bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Zövlə kəndi ərazisindən tanımadığı şəxsdən 60 manata aldığını, istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsi tərəfindən təqdim edilmiş 02 aprel 2024-cü il tarixli, 19/307 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində üzərində “Vət: Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qurudulmuş marixuanaya bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -95,929 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixunananın təmiz çəkisi 95,929 qram, tədqiqata sərf olundu 0,1 qram, qalıq 95,829 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X2 X10 Yoxlamanın nəticələrinə dair xx.xx.2024-cü il tarixli 321 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 95,829 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Masallı RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair 1 ədəd CD disk sübut növü kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sorğu əsasında Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Masallı rayonu Mahmudavar kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi -95,929 qram narkotik vasitə marixuananı o, narkotik vasitə aludəçisi alüdəçisi olduğu üçün şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayaraq daşımışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir bükümdə narkotik vasitə marixuananı Lənkəran rayonu Zövlə kəndində tanımadığı şəxsdən 60 manat pulun qarşılığında alması faktı öz təsdiqini tapsa da, lakin narkotik vasitəni Təqsirləndirilən şəxs satan şəxsin kimliyini müəyyən etmək hələlik mümkün olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyataxtarış tədbirlərinin davamı olaraq onun həmçinin, xx.xx.2024-cü il tarixdə gecə saat 03 radələrində Masallı rayonu Mahmudavar kənd sakini Zərərçəkmiş şəxs Rusiya Federasiyasında yaşayan X11 məxsus yaşayış olmayan evinə qanunsuz olaraq daxil olub oradan ümumi dəyəri 1000 manat təşkil edən müxtəlif adda məişət əşyalarını oğurlaması da müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin oğurluq hadisəsini təklikdə törətmiş, oğurladığı əşyaları xx.xx.2024-cü il tarixdə günorta saatlarında yaşadığı kənd ərazisində dəmir alışı ilə məşğul olan tanımadığı şəxsə 200 manat müqabilində satmışdır. Təqsirləndirilən şəxs oğurladığı əşyaları satdığı şəxsin kimliyi və olduğu yer barədə hər hansı əməliyyat məlumatı əldə edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə Masallı rayonu, Mahmudavar kəndində qızı X3 məxsus olan iki mərətəbəli fərdi yaşayış evinə baxış keçirilmiş, Zərərçəkmiş şəxs oğurluq hadisəsi olan yerləri təqdim etmiş, fotoşəkillər çəkilməklə protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı rayon İHB-nın Mahmudavar kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X1 rayonu, Mahmudavar kəndindıə qeydiyyatda olmasına baxmayaraq uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə cinayət əməli CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilərək istintaqı davam etdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanmasına dair xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştiakı ilə Masallı rayonu, Mahmudavar kəndində yerəşən X3 məxsus iki mərtəbəli fərdi yaşayış evinin həyətində ifadənin alınması istintaq hərəkəti aparılmış, Təqsirləndirilən şəxs yerində ifadə verməklə oğurluq etdiyi yerləri təqdim etmiş, müvafiq fotoşəkillər çəkilməklə protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 01 iyun 2024-cü il tarixli "xxxx" MMC tərəfindən təqdim edilmiş rəyin nəticə hissəsindən görünür ki, 1 ədədinin çəkisi 14 kiloqram olan 2 ədəd mis qazanın bir ədədinin qiyməti 140 manat olmaqla, cəmi qiyməti 280 manat, çəkisi 10 kiloqram olan 1 ədəd mis ləyənin qiyməti 100 manat, çəkisi 4 kiloqram olan 1 ədəd mis kəfkirin qiyməti 40 manat, 4 dəst hər dəsti 36 parçadan ibarət olan çəngəl-bıçaq dəstinin bir dəstinin qiyməti 10 manat olmaqla, cəmi qiyməti 400 manat, həcmi 5 lit olan 1 ədəd elektrikli samovarın qiyməti 180 manat təşkil etmişdir. Qeyd olunan əşyaların qiymətləri tələb və təklifə uyğun olaraq orta bazarda müəyyənləşdiyindən qeyd olunmuş qiymətlər dəyişə bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı rayon Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Həşimov X8 rayonu, Mahmudavar kəndində qeydiyyatda olmaqla yaşayır, dörd nəfərdən ibarət ailə üzvü vardır və yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(049)-29/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq 01 il 08 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Həşimov X7 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(049)-29/2023 saylı hökmü ilə ona təyin edilmiş 01 il 08 ay 12 gün müddətə azadlığın məhudlaşdırılması növündə cəzasını çəkməmişdir. Məhkum cəzadan qərəzli olaraq boyun qaçırmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla gizli olaraq başqasının əmlakını talamağa görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Həmin maddənin Qeyd hissəsinin 1-ci bəndində əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 5 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmədə müəyyən edilir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 mart 2024-cü il tarixdə gecə saat 03 radələrində həmkəndlisi, halhazırda Rusiya Federasiyasında yaşayan X3 məxsus Masallı rayonu Mahmudavar kəndində yerləşən yaşayış olmayan ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsinə pəncərəni açmaqla qanunsuz daxil olub, orada pilləkənin alt hissəsində yerləşən saxlanc yerində qoyulmuş, Vüsalə İbadovanın atası Zərərçəkmiş şəxs məxsus 02 ədəd, hər biri 140 manat qiymətində olmaqla, ümumi dəyəri 280 manat olan mis qazanı, 01 ədəd, çəkisi 10 kiloqram təşkil edən, 100 manat qiymətində mis ləyəni, 01 ədəd, çəkisi 4 kiloqram təşkil edən, 40 manat qiymətində mis kəfkiri, 04 ədəd, hər biri 100 manat qiymətində olmaqla ümumi dəyəri 400 manat olan, hər birində 36 parçadan ibarət çəngəl-bıçaq dəsti və 01 ədəd, həcmi 5 litr təşkil edən 180 manat qiymətində elektrikli samovarı gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda 1 ( bir) ədəd qara rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 95,929 (doxsan beş tam mində doqquz yüz iyirmi doqquz) qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Göstərilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-in 59.1.13-cü maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(049)- 29/2023 saylı hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması halı isə hazırki iş üzrə Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə uyğun residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Lakin, məhkəmə Təqsirləndirilən şəxs hazırda məhkum olmasını onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır. “Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun qərarının 7-ci bəndinin axırıncı azasında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmasına yol verilməyən ödənilməyən və götürülməyən məhkumluqlar iş üzrə digər hüquqi məsələlərin həllində, məsələn Cinayət Məcəlləsinin 58.3 və yaxud 70-ci maddələrinin məqsədləri üçün təqsirləndirilənin şəxsiyyəti qiymətləndirilərkən nəzərə alına bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli üzrə zərərçəkmiş şəxslə barışıq əldə etdiyindən cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəyərək zərərçəkənə vurduğu ziyanı aradan qaldırdığınan və əməlindən səmimi peşman olmasını nəzərə alaraq hesab edir ki, qeyd edilən əmələ görə ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayətləri törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, onda cinayət törədilməsinin vərdişə çevrilməsini və əvvəlki cəzaların islah təsirinin yetərli olmamasını, həmçinin hal-hazırda ona əvvəllər təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə sanksiyada nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə, CM-nin 234.1-ci maddəsinin sanksiyasında isə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini, cinayətlərin məcmusu qaydasında cəza təyin edərkən onun cinayət törətməyə meyilliyi olduğundan təyin edilmiş cəzaların qismən toplanılmaqla qəti olaraq azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir (67.1-ci maddə); hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır (67.4-cü maddə); cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur (68.1.1-1-ci maddə). Azərbaycan Respublikasının CM-nin 66-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin ediləcək cəzalar qismən toplamaq yolu ilə qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs hazırki işlə bağlı cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı, eyni zamanda Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(049)- 29/2023 saylı hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 1 il 08 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə uyğun olaraq azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalı və bu cəza həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilərək onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki üzrə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmasını, Masallı Rayon Məhkəməsinin 4(050)-25/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçildiyindən həbsdə saxlanıldığı müddət ona qəti olaraq təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 01 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə alınmış müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından qeyd edir ki, hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan 95,829 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi görüntülərini özündə əks etdirən CD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 maddəsinə əsasən iş üzrə aparılmış qiymətləndirmənin dəyəri olan 20 (iyirmi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h; AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES******************** hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs narkoloji ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının hər iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş hazırda çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay 12 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq 10 (on) ay 6 (altı) gün müddətində azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və hazırkı hökmlə təyin edilən 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilsin, üzərində qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 01 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə mütəxəssis rəyinin dəyəri olan 20 (iyirmi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-nin Bank Respublika Lənkəran filialı, kod 504357, VÖEN **********, M\h; AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES003803944 0********** hesabına köçürülsün. Təqsirləndirilən şəxs narkoloji ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan 95,829 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi görüntülərini özündə əks etdirən CD disk iş materiallarında saxlanılsın. Müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi dövlət hesabına Təqsirləndirilən şəxs 07 saat 30 dəqiqə vaxt sərf edərək hüquqi yardım göstərdiyinə görə ona 45 (qırx beş) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №1(050)-140/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-140/2024
10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver