Məhkəmə qərarları › İş №1(050)-140/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-140/2025

03.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-140/2025 03.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1960-cı il tarixdə Masallı rayonu İskəndərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu 1-ci Səmidxan kəndində qeydiyyatda olan, Masallı şəhəri Həzi Aslanov küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video çəkiliş vasitəsi açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 26 yanvar 2025-ci il tarixdə saat 18 radələrində “B1, B, C1, C” kateqoriyalı BC350661 saylı sürücülük hüququnu təsdiq sənədi əsasında idarə etdiyi özünə məxsus “VAZ 2101 minik” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı-Yardımlı avtomobil yolunun Masallı rayonu Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində Yardımlı rayon istiqamətində yolun hərəkət hissəsinin mərkəzi ilə saatda 30 kilometr sürətlə hərəkətdə olduğu zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etmədən, yəni dönmə zamanı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, həmçinin həmin maddənin 6-cı hissəsinin tələblərinə, yəni dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalı olduğu halda bu hallara riayət etmədən Masallı şəhəri istiqamətində geriyə dönmək məqsədilə yolun soluna doğru manevr etmişdir. Bu zaman hadisənin qarşısını almağa texniki imkanı olsa da, buna əməl etməyərək Yardımlı rayonu istiqamətdə sol zolaqla saatda 70 kilometr sürətlə hərəkətdə olan Masallı rayonu Ərkivan qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olan Şahid2 “B1, B, C1, C, D1, D” kateqoriyalı BC № 377427 saylı sürücülük hüququnu təsdiq sənədi əsasında idarə etdiyi özünə məxsus “VAZ 21154 minik” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi zolağa daxil olduğundan həmin avtomobil və eyni istiqamətdə sol zolaqla saatda 70 kilometr sürətlə hərəkətdə olan Masallı rayonu Bədəlan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Şahid1 “B1, B, C1, C” kateqoriyalı BC № 424007 saylı sürücülük hüququnu təsdiq sənədi və etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz E 270 CDİ minik” markalı **- BD-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında toqquşma baş vermiş və nəticə də, ehtiyatsızlıqdan avtomobilində sərnişin qismində olan Zərərçəkmiş şəxs1 L1,L2,L3,L4 və L5 fəqərələrin sol köndələn çıxıntılarının sınığı, Th7, Th8,Th9 döş fəqərənin tin çıxıntılarının yerdəyişməyən sınığı, sağ qalça sümüyünün cisminin arxa hissəsinin iliosakral birləşməyə keçən yerdəyişməmiş iri qəlpəli sınığı, oma sümüyünün sağ qanadının iliosakral birləşməyə keçən sınığı, sol sirkə kasasının oynaq boşluğuna keçməyən sınığı, simfizin aralanması və sol Xİİ qabırğanın sınığı kimi müəyyən olunan sağlamlığa az ağır zərərvurmaya aid dərəcəli bədən xəsarətləri və Zərərçəkmiş şəxs2 döş qəfəsinin küt travması, sol Vİİ və İX qabırğanın yerini dəyişməmiş sınığı kimi müəyyən olunan sağlamlığa az ağır zərərvurmaya aid dərəcəli bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsini törətmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, axşam vaxtı saat 18:00 radələrində evə gedərkən hadisə baş vermişdir. Yardımlı yolunda yanacaq doldurma məntəqəsinin qabağında dönmə işığını yandırmış, güzgü ilə baxanda maşınların çox uzaqda, çörək bişirən zavodun yanında olduqlarını görmüşdür. Elə fırlanmağı ilə arxa qapıdan yolun solunda idarət etdiyi avtomobili başqa avtomobil vurmuş, ikinci avtomobil isə avtomobilini yanacaq doldurma məntəqəsinin səkisinə qədər sürümüşdür. Səki olmasaydı məntəqənin yoluna qədər çıxacaqdır. Sonra maşın alışmış, lakin heç kim nə olması ilə gəlib maraqlanmamışdır. Hazırda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmış, onlara dəymiş ziyan tamamilə ödənilmişdir. Zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Buna görə də, barəsində cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, hər gün getdikləri yoldur, Mislim dönmək istəyərkən maşın vurulmuşdur, həmin an artıq huşunu itirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Buna görə də, ərizə təqdim edərək Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, Masallı rayon Mərkəzi xəstəxanasında Mühafizə xidmətində növbəlik işləyir. Axşam vaxtı evə gedərkən Mislimlə gedir. Əvvəl digər şəxsləri aparıb evə qoyurlar, sonra onu xəstəxananın yanında Rəşid Behbudov küçəsində evə aparır. 26 yanvar 2025-ci il tarixdə hadisə baş verən yerə çatanda nəsə səs gəlmiş, o nə idi, deyəndə maşın ikinci dəfə vurulmuşdur. Mislim Faiqə nə olduğunu soruşmuş, o, dönüb baxanda Faiqin başını aşağıya qoyduğunu görmüşdür. Amma ondan səs çıxmamış və sağ tərəfdə oturmuşdur, o isə ortada oturmuşdur. Maşının yandığını görüb qışqırmışdır ki, “qapıları açın”, səsə vətəndaşlar yığılmışdır. Faiq tərəfdən və Firuz tərəfdən də, qapı açılmışdır. Faiqi çıxardıqdan sonra yerə uzanmışdır. Orda polis əməkdaşları olmuşdur. Sahə rəisinin köməkçisi Ramil ondan nə olduğunu soruşmuş, o isə nəfəs ala bilmədiyini demişdir. İşıq dirəyinin yanında əyləşmiş, bu barədə telefonunda video görüntü vardır. Əvvəl öz xəsarətlərinə baxmış, sonra Faiqə nə olduğunu soruşmu və ona öldüyünü demişlər. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Buna görə də, ərizə təqdim edərək Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında Şahid3 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs avtomobili idarə etmiş, onlar isə bir yerdə oturmuşlar. Həmin vaxtı Ərkivan zapravkası deyilən yerdə dönmək istəyəndə arxadan gələn avtomobil onlar olan avtomobili vurmuşdur. Biri vurmuş, sonra o biri vurmuşdur, hələ 30 metr onlar olan avtomobili aparmışdır. Sonra maşın yanmağa başlamışdır. Faiq və İlqar xəsarət almışdır, onlar çıx əzilmişlər, sonra camaat kömək etməyə başlamışdır. Faiqi və İlqarı maşından çıxarıb yola uzatmışlar, o isə axırda çıxmışdır. Belə bir hadisə baş verdiyi üçün ağıllarını itirmişlər. Təcili yardım gələrək onları xəstəxanaya aparmışla. Orda olan digər insanlardan xəbərləri olmamışdır. Məhkəmə baxışı iclasında Şahid4 ifadə verərək göstərmişdir ki, bir yerdə getmişlər. Hadisə Ərkivan yolu olan yerdə olmuşdur. O, Mislimlə maşında olmuşdur. Maşın vuruldu, sonra onları təxminən 10 metr qabağa aparmışdır. Hadisə zamanı yüngül xəsarət almış və sonra evə getmişdir. Məhkəmə baxışı iclasında Şahid2 ifadə verərək göstərmişdir ki, səhv etmirsə hadisə martın 26-sı baş vermişdir. Masallı yolunu Ərkivana tərəf gedəndə orda geri dönmə işarəsi olan yerdə 011 markalı avtomobil yolun düz ortasında olmuşdur. Dönmə işıqları yanmamış, arxa işıqları isə çox zəif yanmışdır və bununla bağlı kamera görüntüləri də, var. 011 markalı avtomobil sağa keçərək yanacaqdoldurma məntəqəsi tərəfə dönmüş, yaxın işıqları ilə işarə etmişdir, yəni sol tərəf boşdur, qarşıdan gələn maşın yoxdu deməkdir, o, da soldan keçmişdir. Sən demə bu geri dönmək istəmişdir. 011 markalı avtomobil yanacaqdoldurma məntəqəsinin qabağından ani onun qarşısına keşmiş və aralarında təxminən 5 metr məsafə olmuşdur. Əyləci sıxmış, lakin onun bir əhəmiyyəti olmamışır. Həmin vaxt yer su olmuş, yağış yağmış və o, da 60-70 km/saat sürətlə getmişdir. Qabağ tərəfdən 011 markalı avtomobilin qapısına dəymişdir İlk dəfə başına belə hadisə gəlmişdir, heç olmamışdır, cərimələri belə olmamış, artıq özündə olmamış, şoka düşmüşdür. Bir necə saniyə ya dəqiqə keçəndən sonra onun avtomobilini arxadan maşın vurmuş və onun avtomobili üzü Masallı tərəfə fırlanıb dayanmışdır. Maşından enəndən sonra başının əzildiyini və bədənində xəsarətlər olduğunu hiss etmişdir. O, maşından düşəndə əvvəl sürücünün öldüyünü demişlər. Belə böyük sürət olmamışdır, ona görə necə ölməsini düşünmüşdür. Sonra bilinmişdir ki. sürücü sağdır, digər şəxslərə isə heçnə olmamışdır. Xəstəxanaya gedəndə ondan necə olmasını soruşan olmamış, heç sürücü də, maraqlanmamışdır. Məhkəmə baxışı iclasında Şahid1 ifadə verərək göstərmişdir ki, Masallı rayonundan 70 km/saat sürətlə Ərkivana getmişdir. 011 markalı maşın yolun orta hissəsindən sağ tərəfə çıxaraq, birdəki sola zolağ dəyişərək qəza vəziyyətini yaratmışdır. 015 markalı avtomobil anidən 011 markalı avtomobilə dəmiş, o, da, 015 markalı avtomobilin arxası ilə gəlmiş və ona dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizası və X1 Publik hüquqi şəxsin Masallı rayon şöbəsinin məhkəmə-tibb ekspertizasının 06 mart 2025ci il tarixli, 155 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 döş qəfəsinin küt travması, sol Vİİ və İX qabırğanın yerini dəyişməmiş sınığı, müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 26 yanvar 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərərvurmaya aiddir - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizası və X1 Publik hüquqi şəxsin Masallı rayon şöbəsinin məhkəmə-tibb ekspertizasının 06 mart 2025ci il tarixli, 156 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 L1,L2,L3,L4 və L5 fəqərələrin sol köndələn çıxıntılarının sınığı, Th7, Th8,Th9 döş fəqərənin tin çıxıntılarının yerdəyişməyən sınığı, sağ qalça sümüyünün cisminin arxa hissəsinin iliosakral birləşməyə keçən yerdəyişməmiş iri qəlpəli sınığı, oma sümüyünün sağ qanadının iliosakral birləşməyə keçən sınığı, sol sirkə kasasının oynaq boşluğuna keçməyən sınığı, simfizin aralanması və sol Xİİ qabırğanın sınığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 26 yanvar 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərərvurmaya aiddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yоl-nəqliyyаt hаdisələri ekspertizasının 10 aprel 2025-ci il tarixli 8/622 nömrəli rəyindən görünür ki, 1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ 2101” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci və 6-cı hissələrinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2. İstintaq tərəfindən göstərilən şəraitdə “VAZ 21154” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü Qasımov avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda, 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. 3. İstintaq tərəfindən göstərilən şəraitdə “Mercedes Benz E 270” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü Məmmədov avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda, 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. - Masallı rayon Polis şöbəsindən daxil olmuş əməliyyat tapşırığına cavab olaraq tərtib olunmuş 14 iyun 2025-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, 26 yanvar 2025-ci il tarixdə saat 18 radələrində Masallı-Yardımlı avtomobil yolunun Masallı rayonu Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2101 minik” **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yardımlı rayon istiqamətində yolun hərəkət hissəsinin mərkəzi ilə saatda 30 kilometr surətlə hərəkətdə olduğu zaman dayanmadan geriyə dönmək məqsədilə yolun soluna doğru manevr etmiş, bu zaman Yardımlı rayonu istiqamətdə sol zolaqla saatda 70 kilometr surətlə hərəkətdə olan Şahid2 idarə etdiyi “VAZ 21154 minik” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, daha sonra arxadan eyni istiqamətdə sol zolaqla saatda 70 kilometr surətlə hərəkətdə olan Şahid1 idarə etdiyi “Mercedes Benz E 270 CDİ minik” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq hissəsi sonuncu avtomobilin arxa hissəsinə çırpılmış, nəticə də, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 , Şahid3, Şahid4 və Şahid2 müxtəlif dərəcəli bədən xəsarətləri almışlar, baş vermiş yol-nəqliyyat hadisəsini görə biləcək şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Bu istiqamətdə tədbirlərimiz davam etdirilir. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Saday Mehrabovun 15 may 2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərarından görünür ki, Şahid1 idarə etdiyi “Mercedes Benz E 270 CDİ minik” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut hesab edilmiş və Şahid1 geri qaytarılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2101 minik” **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil və Şahid2 idarə etdiyi “VAZ 21154 minik” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut hesab edilərək məhkəmənin qanuni qüvvəyə minmiş hökmü həll edilənədək Masallı RPŞ-nin müvəqqəti dayanacaq yerində saxlanılmışdır. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Saday Mehrabovun 15 may 2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərarından görünür ki, 26 yanvar 2025-ci il tarixdə Masallı-Yardımlı avtomobil yolunun Masallı rayonu Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd CD disk maddi sübut qismində tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Saday Mehrabovun 18 iyun 2025-ci il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Şahid1 idarə etdiyi “Mercedes Benz E 270 CDİ minik” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut hesab edilməsi və Şahid1 geri qaytarılması, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2101 minik” **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Şahid2 idarə etdiyi “VAZ 21154 minik” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut hesab edilərək məhkəmənin qanuni qüvvəyə minmiş hökmü həll edilənədək Masallı RPŞ-nin müvəqqəti dayanacaq yerində saxlanılması, 26 yanvar 2025-ci il tarixdə Masallı-Yardımlı avtomobil yolunun Masallı rayonu Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd CD diskin maddi sübut qismində tanınaraq cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 26 may 2025-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1960-cı il tarixdə Masallı rayonu İskəndərli kəndində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. - Zərərçəkmiş şəxs1 məhkəmə baxışı iclasında təqdim etdiyi 03 sentyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməsini xahiş edir. - Zərərçəkmiş şəxs2 məhkəmə baxışı iclasında təqdim etdiyi 03 sentyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun təqsirini boynuna alması ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə əməli törətmiş şəxsin zərərçəkmiş şəxslərlə barışması və onlara dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələbinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxs barəsində cinayət təqibinə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 263.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilərək o, cinayət məsuliyyətindən azad edildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut Şahid1 idarə etdiyi “Mercedes Benz E 270 CDİ minik” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid1 geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut Masallı RPŞ-nin müvəqqəti dayanacaq yerində saxlanılan “VAZ 2101 minik” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs, “VAZ 21154 minik” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid2 geri qaytarılmalıdır. İş üzrə maddi sübut 26 yanvar 2025-ci il tarixdə Masallı-Yardımlı avtomobil yolunun Masallı rayonu Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də, 132 (yüz otuz iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərərçəkmiş şəxslərlə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut Şahid1 idarə etdiyi “Mercedes Benz E 270 CDİ minik” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid1 geri qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut Masallı RPŞ-nin müvəqqəti dayanacaq yerində saxlanılan “VAZ 2101 minik” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs, “VAZ 21154 minik” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid2 geri qaytarılsın. İş üzrə maddi sübut 26 yanvar 2025-ci il tarixdə Masallı-Yardımlı avtomobil yolunun Masallı rayonu Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə zamanı göstərdiyi hüquqi xidmətə görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 132 (yüz otuz iki) manat məbləğində vəsait ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar