Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-141/2023 24.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Aslanzadə Ramin Sakit oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1994-cü ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, məhkumluğu olmayan, Masallı şəhəri, M.Füzuli küçəsi ev 34-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat–axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Masallı şəhəri M.Füzuli küçəsində saxlanılaraq Masallı RPŞ-yə gətirilmiş, orada üzərinə keçirilən şəxsi-axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli siqaret kağızına bükülmüş şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,210 qram təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək göstərdi ki, ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilir, bir neçə ildir narkotik vasitə istifadəçisidir, əsasəndə narkotik vasitə heroin qəbul edir. Heç bir yerdə işləmir, ailəsinin maddi köməkliyi ilə dolanışığını təmin etməklə yanaşı, narkotik vasitəyə olan tələbatını da ödəyir. Əvvəllər qanunsuz olaraq narkotik vasitə istifadə etdiyinə görə məhkum olunmuşdur. Təxminən bir ay əvvəl hazırda dəqiq tarixini xatırlamadığı vaxtda səhər saatlarında gəzinti məqsədi ilə tanımadığı şəxsə məxsus yol maşını ilə Bakı şəhərinə getmişdir. Həmin gün saat təxminən 17 radələrində Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi ərazisində yerləşən “Keşlə” məscidinin yaxınlığında olduğu zaman yanına əvvəllər tanımadığı bir nəfər şəxs yaxınlaşmışdır. Özü narkotik istifadəçisi olduğu üçün həmin şəxsin yaxınlaşma tərzindən onun narkotik istifadəçisi olduğunu və narkotik vasitə satdığını başa düşmüşdür. Həmin şəxs onunla salamlaşıb bir az söhbət etdikdən sonra ona narkotik istifadəçisinə oxşatdığını, bu səbəbdən yaxınlaşdığını və üzərində bir qədər narkotik vasitə heroin olduğunu, əgər istəsə münasib qiymətə sata biləcəyini bildirmişdir. O, əvvəlcə həmin şəxsə narkotik vasitə istifadə etmədiyini və ondan narkotik vasitə almaq istəmədiyini demiş, lakin həmin şəxs ona inanmağını, narkotik vasitə heroini ucuz qiymətə satacağını bildirmişdir. Həmin vaxt öz istifadəsi üçün narkotik vasitəsi qurtardığından həmin tanımadığı şəxsdən istifadə üçün bir qədər narkotik vasitə ala biləcəyini düşünüb ondan nə qədər narkotik vasitə heroinin olduğunu soruşmuşdur. Həmin şəxs ona üzərində bir neçə dəfə istifadə üçün kiçik bükümlərə ayırdığı 10 büküm heroin olduğunu, hər bir bükümün təxminən 1 qram olduğunu və bir bükümü 30 manata satdığını demişdir. Daha sonra həmin tanımadığı şəxs cibindən çıxardığı siqaret qutusunun qapağını açıb qutunun içərisində olan kiçik sellofanlara bükülmüş narkotik vasitə heroin bükümlərini ona göstərmişdir. O, üzərində pulunun az olduğunu, bu səbəbdən 1 büküm heroin almaq istədiyini həmin tanımadığı şəxsə bildirmişdir. Bundan sonra həmin şəxs siqaret qutusunun içərisindən bir büküm çıxarıb ona vermiş, o da üzərində olan puldan həmin şəxsə 30 manat vermişdir. Daha sonra həmin şəxs onunla sağollaşıb yanından uzaqlaşaraq getmişdir. Bundan sonra o, tanımadığı şəxsdən aldığı 1 büküm heroini əynində olan şalvarının cibinə qoymuş və Masallı rayonuna qayıtmaq üçün Bakı-Masallı arasında işləyən taksilərin dayandığı “20 Yanvar” dairəsi adlanan əraziyə getmişdir. Orada tanımadığı şəxsə məxsus avtomobillə Masallı rayonuna gəlmişdir. Ötən müddət ərzində o, Masallı şəhərində gözdən uzaq yerlərdə Bakı şəhərindən aldığı narkotik vasitə heroindən bir neçə dəfə istifadə etmişdir. Sonuncu dəfə narkotik vasitəni istifadə etdikdən sonra sellofan bükülünü ağ rəngli siqaret kağızına büküb əynində olan şalvarının sağ yan cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində yaşadığı evdə olduğu zaman bədənində ağrılar başladığı üçün üzərində olan narkotik vasitədən istifadə etmək məqsədi ilə yaşadığı evdən çıxmışdır. Həmin gün saat 18 radələrində yaşadığı küçədə piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin polis əməkdaşları olduqlarını və onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişdir. Polis əməkdaşları şifahi formada üzərində narkotik vasitə olub-olmadığını soruşmuşdur. O, həmin vaxt qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları onlarla birlikdə Masallı RPŞnə getməli olduğunu bildirmişdir. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə RPŞ-nə gəlmişdir. RPŞ-nə gəldikdən sonra xidməti otaqda polis geyimində olan bir nəfər ona özünü Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Əli Sadıqov kimi təqdim etmişdir. Təhqiqatçı qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq RPŞ-nə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş təqdim etmişdir. Daha sonra dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Təhqiqatçı onun üzərində şəxsi-axtarış həyata keçrəcəyini və bu zaman video çəkilişdən istifadə olunacağını bildirmişdir. Təhqiqatçı üzərində hər hansı bir əşya, o cümlədən qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyi barədə təklif etmişdir. Bundan sonra o, əynində olan mavi rəngli gödəkçənin sol yan cibindən özünə məxsus olan iki ədəd “Samsung” markalı mobil telefonlarını və əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli siqaret kağızı bükümünü çıxararaq təqdim etmiş və təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni təxminən 1 ay əvvəl Bakı şəhərində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 30 manata aldığını, aldıqdan sonra bir hissəsini özü istifadə etdiyini və qalan hissəsini də istifadə üçün üzərində saxladığını bildirmişdir. Sonradan təhqiqatçı tərəfindən üzərində şəxsi-axtarış davam etdirilsə də, üzərindən qanunla qadağan edilmiş başqa hər hansı maddə, predmet və ya əşya aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılıb polis şöbəsinə gətirilərkən və polis şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir fiziki güc və ya psixi təsir olunmamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Odur ki, əməlini səmimi olaraq etiraf etməsini, İİ qrup əlil olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə iclasında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, Masallı RPŞ-nin CAB-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Masallı şəhəri M.Füzuli küçəsi ev 34-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə edib üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla RPŞ-nin rəisinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası tədbirlərin davam etdirilməsi üçün rəis tərəfindən ona həvalə olunmuşdur və raport əsasında həmin günü tərəfindən qərar qəbul edilərək təsdiqlənmişdir. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat-təhqiqat qrupunun yaradılması barədə şöbə rəisi tərəfindən əmr imzalanmış və o, həmin qrupun rəhbəri, üzvləri isə RPŞ-nin TB-nin təhqiqatçısı Əli Sadıqov və NMQ-nun əməliyyat müvəkkili Şahid2 təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs yaşadığı Masallı şəhəri M.Füzuli küçəsində olması barədə məlumat əldə edib Şahid2lə birlikdə həmin yerə getmişlər. Həmin yerdə Təqsirləndirilən şəxs piyada hərəkətdə olmasını görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını və qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Sonra ondan şifahi formada üzərində narkotik vasitə olub-olmadığınıı soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir cavab vermədiyini görüb ona birlikdə Masallı rayon polis şöbəsinə getməli olduğunu demişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra onu təhqiqatçı Əli Sadıqovun xidməti otağına aparmış və bu barədə aidiyyəti üzrə raportla məruzə etmişdir. Bundan sonra təhqiqatçısı Ə.Sadıqov Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək ona şübhəli şəxs kimi hüquq və vəzifələrini izah edib bu barədə bildiriş vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Sonra istəyinə əsasən Masallı rayon Vəkil bürosundan müdafiəçi qismində Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra təhqiqatçısı Ə.Sadıqov Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını demişdir. Əvvəlcə təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməyi barədə təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əvvəlcə əynində olan mavi rəngli gödəkçəsinin sol yan cibindən iki ədəd “Samsung” markalı mobil telefonları, sonra isə əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli siqaret kağız bükümünü çıxardıb təqdim edərək, təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroinin olduğunu, həmin narkotik vasitə heroini təxminən 1 ay əvvəl Bakı şəhərində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 30 manata aldığını, aldıqdan sonra bir qismini özü istifadə etdiyini və qalanınıda istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqdim edilmiş ağ rəngli siqaret kağız bükümü təhqiqatçı tərəfindən açıldıqda kağızın içərisindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Həmin narkotik vasitə heroinə bənzər maddə bükülü halda təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,33 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin heroinə bənzər kütlə içərisi boş olan kağız zərfə qoyularaq üzəri RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd “Samsung” markalı mobil telefonlarda iş üçün əhmiyyətli olduğundan təhqiqatçı tərəfindən zərfə qoyulub qablaşdırılaraq götürülmüşdür. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş əlavə hər hansı maddə, predmet və ya əşya aşkar edilməmişdir. Şəxsi axtarışın keçirilməsi barədə təhqiqatçı Əli Sadıqov tərəfindən protokol tərtib edilmiş, həmin protokol iştirakçılara uca səslə oxunmuş və oda iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında hər hansı ədavəti və düşmənçiliyi olmamış, xx.xx.2023-cü il tarixdə saxlanılıb polis şöbəsinə gətirildikdə və orada üzərinə şəxsi axtarış aparıldıqda ona qarşı heç bir fiziki güc və ya psixi təsir göstərməmişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-ə baxış keçirilərək, narkotik vasitənin Təqsirləndirilən şəxs özü tərəfindən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən çıxararaq könüllü təqdim etdiyi müəyyən edildi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən təqdim edilmiş 11 may 2023-cü il tarixli, 19/532 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) büküm heroinə bənzər maddə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -0,210 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (heroinin təmiz çəkisi 0,210 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,160 qram). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X4 Yoxlamanın nəticələrinə dair 12 may 2023-cü il tarixli, 530 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-nın təqdim etdiyi arayışa əsasən İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstərişi vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Masallı RİHB-nin Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Rzayev X3 şəhəri, M.Füzuli küçəsi, ev 34-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, həmçinin işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar yoxdur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin ediləcəyi təqdirdə də, təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 may 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi nəzərə alınmaqla cəza təyin etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuni hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkünlüyü məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X4 Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 530 saylı rəyində Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunması və ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülmüşdür. Belə ki, “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il Qərarının 3.2-ci bəndində əlilliyi olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiq edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X4 Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 530 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlik üzrə İİ dərəcəli əlildir. Odur ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması nəzərə alınmaqla barəsində məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi subut kimi tanınaraq Masallı RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 0.160 qram tiryəkdən kutar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD iş materiallarında saxlanılmalıdır. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduğu 10 may 2023-cü il tarixdən 12 may 2023-cü il tarixədək olan 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,160 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-141/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-141/2023
24.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver