Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-141/2024 23.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədirliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1975-ci ildə Qazaxıstan Respublikası Taldı- Kurqan vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, dul, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qasımov küçəsi ev 14, mənzil 1-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, ev 11 A, mənzil 5-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Masallı rayonu, Mişkəmi kənd sakini Zərərçəkmiş şəxs əvvəllər İİ qrup əlilliyi ilə əlaqədar almış olduğu pensiyasının bərpa olunması üçün əsas olacaq tibbi diaqnozu 10000 manat pul müqabilində təyin etdirəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 27 mart 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən 8 saylı poliklinikanın həyətində Zərərçəkmiş şəxs 1000 manat pulunu, 01 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən “Bizim Market” adlanan supermarketin daxilindəki “Million” ödəmə terminalı vasitəsi ilə adına olan “Kapital bank” kart hesabına göndərdiyi 500 manat pulunu, 14 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən “Bizim Market” adlanan supermarketin daxilindəki “Milliön” ödəmə terminalı vasitəsi ilə adına olan “Kapital bank” kart hesabına göndərdiyi 500 manat pulunu, 29 aprel 2022-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən marketin daxilindəki “Milliön” ödəmə terminalı vasitəsi ilə adına olan “Kapital bank” kart hesabına göndərdiyi 1200 manat pulunu, 03 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən “Bizim Market” adlanan supermarketin daxilindəki “Millön” ödəmə terminalı vasitəsilə adına olan “Kapital bank” kart hesabına göndərdiyi 5800 manat pulunu, 26 iyun 2022-ci il tarixdə Masallı rayonu, Mişkəmi kəndində yerləşən “Oba” marketin daxilində “Millön” ödəmə terminalı vasitəsilə adına olan “Kapital bank” kart hesabına göndərdiyi 500 manat pulunu, 10 iyul 2022-ci il tarixdə Masallı rayonu, Türkoba kəndi ərazisində yerləşən “Yağmur” marketin daxilindəki ”Millön” ödəmə terminalı vasitəsilə adına olan “Kapital bank” kart hesabına göndərdiyi 500 manat pulunu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 10000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər bir neçə dəfə dələduzluq cinayət əməlini törətdiyi üçün məhkum olunmuşdur. Zərərçəkmiş şəxs 2022-ci ilin mart ayından tanımış, əvvəllər hər hansı bir düşmənçiliyi və ya ədavəti olmamış, özü şəkər xəstəsi olduğu üçün Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən 8 saylı poliklinikaya tez-tez gedib gəlmiş, həmin vaxt orada Zərərçəkmiş şəxs ilə tanışlığı yaranmışdır. Tanışlıq zamanı Zərərçəkmiş şəxs birinci Qarabağ müharibəsinin iştirakçısı olmasını, müharibədə xəsarət aldığı üçün 2ci qrup əlilliklə əlaqədar təqaüd aldığını, lakin 2020-ci ilin yanvar ayından əlilliyə görə pensiyasının kəsilməsini bildirmişdir. Rasifə əlillik pensiyasını alması üçün tibbi diaqnoz təyin etdirə biləcəyini və bu işin pul müqabilində həll olunacağını demişdir. Rasif istifadə etdiyi mobil telefon nömrəsini götürmüş, bir neçə gün ərzində Zərərçəkmiş şəxslaə mobil telefonda “Whatsapp” mobil tətbiqi vasitəsilə əlillik pensiyası ilə əlaqədar danışıqları olmuş, Rasifdən əlillik dərəcəsinin bərpa olunması üçün xəstəlik sənədlərini istəmiş, Rasifə sənədlərin həkim komissiyalarından müsbət rəy alınması üçün guya ümumilikdə 10000 manat pul lazım olacağını və həmin məbləğdə pulu hissə-hissə alacağını demiş, Rasif də razılaşmışdır. 27 mart 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən 8 saylı poliklinikanın həyətində Zərərçəkmiş şəxs ilə görüşmüş, Rasif xəstəlik sənədlərini vermiş və sonuncudan ilkin olaraq əlillik pensiyasının alınması üçün əsas olacaq tibbi diaqnozu təyin etdiriləcəyi adı ilə 1000 manat pul almışdır. Bir neçə gün sonra Rasif mobil telefon vasitəsilə zəng edərək əlavə olaraq 500 manat pul göndərmiş, Rasifə əlavə olaraq 500 manat pul lazım olduğunu demiş, 01 aprel 2022-ci il tarixdə Rasif “Whatsapp” mobil tətbiqi vasitəsilə fotoşəklini atdığı “Kapital bank” kartının hesabına 500 manat pul göndərmiş, Rasifə həmin kartın foto-şəklini özündə saxlamasını və bundan sonra atacağı pulları həmin kart hesabına yükləməsini demişdir. Rasifə əvvəllcədən dediyi kimi guya əlillik pensiyasının bərpa olunması üçün əsas olacaq tibbi diaqnoz təyin etdirmək üçün 10000 manat məbləğində pulu hissə-hissə almağa davam etmiş, Zərərçəkmiş şəxs 14 aprel 2022-ci il tarixdə “Kapital bank” kartı hesabına 500 manat, 29 aprel 2022-ci il tarixdə həmin kart hesabına 1200 manat, 03 iyul 2022-ci il tarixdə 5800 manat, 26 iyun 2022-ci il tarixdə 500 manat, sonuncu dəfə isə 10 iyul 2022-ci il tarixdə 500 manat pul göndərmişdir. Lakin Zərərçəkmiş şəxs verdiyi pulları xərclədiyindən pulu qaytara bilməmiş, hər dəfəsində Zərərçəkmiş şəxs yalan deyərək guya əlillik pensiyasının təyin olunması üçün əsas olan tibbi diaqnozun tezliklə təyin olunacağı ilə aldatmış, Rasifin işini düzəldə bilməmiş, aldığı pulu xərcləmiş, bu səbəbdən Rasif onun barəsində polisə şikayət etmişdir. O, bundan sonra Zərərçəkmiş şəxs aldadaraq aldığı 10.000 manat pulu hissə-hissə olmaqla tamamilə ödəyib qurtarmışdır. Zərərçəkmiş şəxs aldığı puldan kiməsə verməmiş, əlillik pensiyası alması üçün əsas olacaq tibbi diaqnoz təyin etmək səlahiyyəti olmamışdır. Hazırda etdiyi əməldən səmimi peşmandır. Məhkəmədən zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tamamilə ödəyərək barışmasını, sonuncunun ona qarşı şikayəti və tələbi olmamasını, eyni zamanda himayəsində olan bir nəfər yetkinlik yaşına çatmayan uşağını təkbaşına böyütməsini, özünün də xəstə və yaşlı olmasını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəmiş şəxsin ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, birinci Qarabağ müharibəsində xəsarət aldığı üçün 2-ci qrup əlilliklə bağlı pensiya almış, 2020-ci ilin yanvar ayında əlilliyə görə pensiyası kəsilmişdir. Əlilliyə görə pensiyasının yenidən bərpa olunması məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən 8 saylı poliklinikada 2022-ci ilin mart ayında olduğu zaman orada əvvələr tanımadığı, Bakı şəhər sakini Təqsirləndirilən şəxs ilə tanışlıq münasibətləri yaranmış, tanışlıq zamanı Təqsirləndirilən şəxs ona əlillik dərəcəsinin yenidən bərpa olunmasında köməklik göstərəcəyini bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs özünün çoxşaxəli əlaqələrə malik olduğunu, əlillik dərəcəsinin bərpa olunması işinə baxan həkimləri tanıdığını demiş, həmin vaxtı Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefon nömrəsini götürmüş və özünün də istifadə etdiyi öz mobil telefon nömrəsini sonuncuya vermişdir. Təqsirləndirilən şəxs ilə bir neçə dəfə mobil telefon vasitəsi ilə əlaqə saxladıqdan sonra sonuncu əlillik dərəcəsinin bərpa olunması üçün xəstəlik sənədlərini istəmiş, ona sənədlərin həkim komissiyalarından müsbət rəy alınması üçün ümumilikdə 10000 manat pul lazım olacağını, həmin məbləğdə pulu hissə-hissə verəcəyini demiş və o da Aybənizlə razılaşmışdır. 27 mart 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən 8 saylı poliklinikanın həyətində Təqsirləndirilən şəxs xəstəlik sənədlərini və ilkin olaraq 1000 manat pul vermiş, Təqsirləndirilən şəxs pulu aldıqdan sonra əlillik xəstəliyinə görə pensiyanın verilməsinə əsas olacaq tibbi diaqnoz təyin etdirəcəyinə söz vermiş, bir neçə gün sonra Təqsirləndirilən şəxs zəng edərək gördüyü işin müqabilində əlavə olaraq 500 manat pul lazım olacağını bildirmiş, 01 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən “Bizim market” adlanan supermarketin daxilindəki “Milliön” ödəmə terminalı vasitəsi ilə Aybənizin “Whatsapp” mobil tətbiqi vasitəsi ilə fotoşəkilini atdığı nömrəsini xatırlamadığı bank kartına 500 manat pul göndərmişdir. 13 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən əlavə olaraq 500 manat pul lazım olacağını mobil telefon vasitəsi ilə demiş, 14 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən “Bizim market” adlanan supermarketin daxilindəki “Milliön” ödəmə terminalı vasitəsi ilə Aybənizin dediyi nömrəsini xatırlamadığı bank kartı hesabına 500 manat pul göndərmiş, 29 aprel 2022-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində adını xatırlamadığı marketdə olarkən orada olan “Milliön” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs atdığı bank kartı hesabına yenidən əlavə olaraq 1200 manat pul göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bir müddət onunla əlaqə saxlamamış, 31 may 2022-ci il tarixdə Aybəniz istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək işlərinin son mərhələdə olduğunu, əvvəlcədən bildirdiyi kimi təxminən 10000 manat məbləğində pul çıxacağını və təcili olaraq 2 gün ərzində 6000 manat pul verməsini demişdir. Aybənizə iradını bildirmiş, sonuncu əlavə olaraq yenidən pula ehtiyac yaranacağını, bu barədə qabaqcadan xəbərdar etdiyini, əlillik dərəcəsi almaq işinin çətinləşdiyini və pul verməsə əvvəl verdiyi pulun batacağını bildirmişdir. 03 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən “Bizim market” adlanan supermarketin daxilindəki “Milliön” ödəmə terminalı vasitəsi ilə Aybənizin dediyi bank kartına 5800 manat pul göndərmiş, daha sonra Aybəniz ilə hər gün əlaqə saxlamış, Aybəniz əlillik dərəcəsinin təsdiq olunma mərhələsində olduğunu bildirmişdir. 26 iyun 2022-ci il tarixdə doğulduğu Masallı rayonu, Mişkəmi kəndi ərazisində olarkən Aybəniz istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək əlavə olaraq 500 manat pul lazım olduğunu demiş, həmin günü yaşadığı kənddə yerləşən “Oba” marketdəki “Milliön” ödəmə terminalı vasitəsi ilə Aybənizin dediyi bank kartı hesabına 500 manat pul göndərmiş, sonuncu dəfə isə 10 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən zəng edərək qalan 500 manat pulu atmasını və 20 gün ərzində əlillik dərəcəsinin təsdiq olunacağını bildirmişdir. Həmin günü Masallı rayonu ərazisində olmuş, Masallı rayonu, Türkoba kəndi ərazisində yerləşən “Yağmur” adlanan ərzaq mağazasının daxilindəki “Milliön” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs atdığı bank kartı hesabına 500 manat pul göndərmiş, bundan sonra Təqsirləndirilən şəxs bir daha pul verməyəcəyini, əlilliyə görə pensiyasının bərpa edilməsi üçün tibbi diaqnozu təyin etdirməsini demişdir. Lakin, Təqsirləndirilən şəxs əllik dərəcəsi almasını həll etmədiyindən pulunu tələb etməyə başlamış, sonuncu aldadıb etibarından sui-istifadə etməklə ələ keçirdiyi 10000 manat pulun 8000 manatını ibtidai istintaq zamanı qaytarmışdır. Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edib aldadaraq aldığı ümumilikdə 10000 manat pulu həkimlərə verdiyini bildirsə də, onun heç bir həkimlə bu barədə əlaqəsi olmamış, yalnız Təqsirləndirilən şəxs tanımış və həmin pulu onun özünə vermişdir. Hazırda isə Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tamamilə ödənilmişdir. Zərərçəkmiş şəxs Nəzəzrəli oğlu məhkəməyə ərizə təqdim edərək ona dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyini, onunla barışdığını və sonuncuya qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-in 178.2.2, 178.2.4, 69.4-cü maddələri ilə təqsirli bilinərək, 5.000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə cərimə cəzası 280 saat ictimai işlər cəzası ilə əvəz edilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə ictimai işlər cəzası 2 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Respublika Psixiatriya Xəstəxanası X5 xx.xx.2024-cü il tarixli, 7036 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 10 nömrəli Mənzil İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 231 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, ev 11a, mənzil 5-də 2010-cu il təvəllüdlü qızı X2 ilə birlikdə qeydiyyatsız kirayəşin yaşayır və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində saxlanılaraq Masallı RPŞ-yə gətirilmişdir. İş materiallarında olan tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində seçilmiş qətimkan tədbiri məsələsinin həll edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:40-da Masallı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hər tərəfli, tam və obyektiv hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CMin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-in 59.1.13-cü maddəsinə əsasən, əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, yaşını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 31 may 2024-cü il tarixdən 02 iyun 2024-cü il tarixə kimi tutularaq həbsdə saxlanıldığı iki gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki iddianın, məhkəmə xərclərinin və maddi sübutun olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 may 2024-cü il tarixdən 02 iyun 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Bakı şəhəri üzrə İcra və Probasiya idarəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-141/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-141/2024
23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver