Məhkəmə qərarları › İş №1(050)-142/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-142/2024

02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-142/2024 02.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X15 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X8 Mərkəzinin mütəxəssis-hüquqşünası Nümayəndə, Müdafiəçi-Masallı Rayon Vəkil Brosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Masallı rayonu Yelağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu Yelağac kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bəşirov X2 və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin 11 saylı X8 Mərkəzinin Yeyənkənd meşəbəyliyinin 15 saylı meşə dolayından 2023-cü ilin oktyabr ayının əvvəllərindən xx.xx.2024-cü il tarixədək olan müddətdə, ayrı-ayrı vaxtlarda Azat (nil) cinsdən olan 8 sm diametrində 1 ədəd, 12 sm diametrində 6 ədəd, 16 sm diametrində 13 ədəd, 20 sm diametrində 14 ədəd, 24 sm diametrində 6 ədəd, 28 sm diametrində 3 ədəd, 36 sm diametrində 3 ədəd, 40 sm diametrində 1 ədəd, palıd cinsdən olan 12 sm diametrində 3 ədəd, 16 sm diametrində 12 ədəd, 20 sm diametrində 15 ədəd, 24 sm diametrində 8 ədəd, 28 sm diametrində 5 ədəd, 32 sm diametrində 2 ədəd, 36 sm diametrində 2 ədəd, 40 sm diametrdə 2 ədəd, Ağcaqayın cinsdən olan 16 sm diametrində 1 ədəd, 32 sm diametrində 1 ədəd, Göyruş cinsdən 16 sm diametrində 1 ədəd, 20 sm diametrində 2 ədəd, Vələs cinsdən 16 sm diametrində 1 ədəd, 20 sm diametrində 1 ədəd köküstə, yaş ağacları özünəməxsus ağackəsən mişarla vahid niyyətlə qanunusuz kəsməklə təbiətə ümumilikdə 2455,95 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, yaşadığı kənd təbii qazla təmin olunmamışdır. Himayəsində üç körpə uşağı vardır. Meşəyə getməsinə səbəbdə qış fəsli olduğundan balalarının qızınmaları üçün oduncaq tədarük etmək olmuşdur. 103 ağac qeyd edilmişdir. Əslində meşədə 7 ədəd ağac kəsmişdir. Lakin onu orada gördükləri üçün kəsilmiş qalan ağacları onun kəsdiyini qeyd etmişdir. Meşəyə iki dəfə getmişdir. Öz mişarı ilə kəsmişdir, hazırda mişar xarab olmuşdur. Həmin ərazidə quru və fəlakət nəticəsində yararsız hala düşmüş ağaclar olmadığı üçün yaş ağacları kəsmək məcburiyyətində olmuşdur. Meşə idarəsinə orderin verilməsi ilə bağlı müraciət etmişdir həmin vaxt qar yağdığından soyuq olduğu üçün ehtiyac üzündən belə bir addım atmışdır. Kənd camaatı meşədə özləri üçün müəyyən ərazini zəbt etdikləri üçün o, hər yerdə ağac kəsə bilmir, bu səbəbdən açıq sahədən kəsmişdir. Dəymiş ziyanı tam şəkildə ödəmişdir. Etdiyi əməldən peşmandır. Himayəsində azyaşlı uşağı vardır. Məhkəmədən tutulmamasını xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün qismən səmimi etirafı ilə yanaşı, iş üzrə dindirilmiş digər şəxslərin ifadələri və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X8 Mərkəzinin mütəxəssis-hüquqşünası Nümayəndə ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Masallı rayonu Yelağac kənd sakini Bəşirov X3 meşəbəyliyinin 15 saylı meşə dolayından 103 ədəd müxtəlif diametrdə və cinsdə olan köküstə yaş ağacları qanunsuz kəsilməsi nəticəsində təbiətə 2455,95 manat məbləğində maddi ziyan vurulduğu müəyyən olunmuşdur. Həmin ziyan hal-hazırda təqsirləndirilən şəxs tərəfindən təbiətə dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Bu səbəbdən ona qarşı hər hansı şikayət və tələbləri yoxdur. Şəxsi əvvəllər tanımamış, onunla aralarında heç bir düşmənçilik və ədavəti yoxdur. Əvvəllər həmin şəxsin meşə təsərrüfatında ağac kəsməsi ilə bağlı məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, 11 saylı X8 mərkəzinin Masallı Meşəbəylikləri üzrə meşə mühəndisi vəzifəsində işləyir. Vəzifəsi üzrə rayon ərazisində olan Meşə qanunvericiliyin pozulması ilə bağlı olan qanunsuzluqlarla bağlı mərkəzə daxil olmuş məlumatları o, araşdırır, yerində tədbirlər görür, lazımış sənədləri aktlar, protokollar tərtib edir. Hazırkı işə bağlıda mərkəzə xx.xx.2024-cü il tarixdə məlumat daxil olmuş və mərkəz tərəfindən ona verilmiş tapşırıq əsasında həmin əraziyə getmiş baxış keçirmişlər. Vətəndaşlarla telefon vasitəsi ilə əlaqə saxlasada vətandaşlar orada iştirak etmək istəməmişlər. Odur ki, şikayətçinin iştirakı ilə həmin əraziyə baxış keçirmişlər. Ərazinin meşəbəyisidə onlarla getmiş, lakin həmin vaxt meşəbəyinin ürəyinə stent qoyulduğu üçün meşəyə tam girə bilməmiş, müəyyən məsafədən sonra dayandığı üçün vətəndaş Şahid4 şikayətində qeyd etmiş olduğu ərazini onlara göstərmiş, hətta Şahid4 orada onun çəkilişlərini aparmışdır. Eyni zamanda oda orada yerində müəyyən çəkilişlər aparmış fotoşəkillər vardır və protokola əlavə etmişdir. Həmin vaxt şikayətçi 103 ədəd ağac göstərmişdir. Həmin vaxt o, şikayətçinin izahatını almış, şikayətçi izahatında həmin ağacları Sədrəddin, həmkəndlisi Aqil və Sürət birlikdə kəsmişlər. Həmin ağacların qeydiyyatını aparmış, fotoşəkillərini çəkmiş, yerində ölçülərini götürmüş, sənəd tərtib etmiş və Nazirlər Kabinetinin 30 saylı qərarına əsasən dəymiş ziyanı hesablayaraq akta əlavə etmişdir. Dəymiş ziyan 2455.95 manat olmuşdur, 35 kub. Ümumilikdə 103 ədəd ağac olmuşdur. Sonradan Sədrəddinlə əlaqə saxlamışlar, onu dəvət etmişlər, o, etiraz etməyərək gəlmiş və izahat verərək 7 ədəd ağacı kəsdiyini etiraf etdi, qalan ağacların kəsilməsinin isə ona aid olmadığını bildirdi. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X10 ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır onunla hər hansı ədavəti, düşmənçiliyi və qohumluğu yoxdur. Həmin vaxt ürəyinə yenicə stent qoyulduğundan və həmin ərazi dik yerdə yerləşdiyindən o, yarı yola kimi getmiş, həmin əraziyə çıxa bilməmişdir. Həmin əraziyə mühafizə mühəndisi və başqa şəxslər getmişlər və qayıtdıqdan sonra ona hadisə ilə bağlı məlumat vermişlər. Akt tərtib etmişlər. Dediklərinə görə həmin ağacları Təqsirləndirilən şəxs kəsmişdir. Vətəndaşın şikayəti əsasında araşdırma aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs həmkəndlisi və dayısı oğludur. Kənd sakinləri kimi onunda meşə sahəsində özünün örüş yeri vardır. Həmin sahəni 50 ilə yaxındır ki, atası tutub saxlamışdır. Həmin vaxt atası xəstə olmuş və eyni zamanda övladıda yataq xəstəsidir. Bu səbəbdən mütəmadi olaraq övladını müalicə ilə bağlı Bakı şəhərinə aparmışdır. Eləcədə atasında xəstə olduğu üçün iki dəfə Bakı şəhərinə aparmışdır. Ona görə də 4 aya yaxın olardıkı meşədə olan özüş sahəsinə baxa bilməmişdir. Vaxtı olduğu üçün həmin əraziyə baxmaq qərarına gəlmiş və qonşusu Rəvana zəng vurmuş ki, UAZ markalı maşını ilə onu meşəyə aparmasını xahiş etmişdir. Rəvanda onu aparmışdır. Oraya çatdığı zaman 3 nəfər şəxs Sədrəddin, Aqil və Sürətin sarı rəngli UAZ markalı qeydiyyat nömrəsi olmayan maşınla onun sahəsində ağac kəsdiklərini görmüşdür. Təxminin yanvar ayının 7-8 olardı. Maşında olan oduncağı onlara boşaltdırmışdır. Həmin vaxt onlar üç nəfər olmuşlar. Yanvar ayının 9da isə Meşə təsərrüfatına məlumat vermişdir. Polis şöbəsində o, şikayət etmişdir. O, onları gördükləri vaxt onlar kəsdikləri ağacları maşına yığırmışlar. Orada 127 ağac kəslimişdir o, həmin ağacların şəkillərini çəkmişdir. Ağacların diametri 15, 20, 30 və 40 sm olardı. Ağacları həmin üç şəxs kəsmişdir. Orada bir ədəd mişar olmuşdur. Baxışda oda iştirak etmişdir. baxışda onunla yanaşı Elməddin və İsmayıl iştirak etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadə verərək bildirdi ki, evdə olduğu zaman həmkəndlisi Əkbər ona zəng vuraraq onu meşəyə aparmasını xahiş etmişdir. Oda Əkbəri maşını ilə meşəyə aparmış, yolda Nurlan Rufullayevdə idarə etdiyi maşına minərək onlarla birlikdə getmişdir və Şahid4 meşəyə aparıb orada düşürmüş və ona zəng olunduğu üçün geri qayıtmışdır. Orada nə olduğunu bilməmişdir. Həmin vaxt kolların arasında maşın olduğunu görmüşdür. Lakin kimə məxsus olduğunu bilməmişdir. Başqa heç kimsəni görməmişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Şahid4, X12 və Təqsirləndirilən şəxs onun həmkəndlisidir, onlarla münasibəti hər zaman yaxşı olmuşdur, əvvəllər aralarında heç vaxt narazılıq və ya düşmənçilik ədavəti olmamışdır. Özünə məxsus UAZ markalı avtomobili vardır, Həmin avtomobilin mülkiyyətçisi o, özüdür. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil telefona zəng edərək, Masallı rayonu, Yeyənkənd meçəbəyliyinin ərazisində ağaclar kəsdiyini həmin ağacları öz evinə gətirəcəyininə köməklik etməsini xahiş etmişdir. O, Sədrəddin ilə razılaşdığı üçün Sədrəddin onun yaşadığı evin həyətinə gəlmişdir. Bundan sonra kömək məqsədi ilə həmkəndlisi Şahid6 istifadəsində olan mobil telefona zəng edib meşə ərazisindən kəsilmiş ağacların gətirilməsini xahiş etmişdir. Həmin vaxtdan 10 dəqiqə sonra Abid onun yaşadığı evin yaxınlığına gəlmişdir. Özünə məxsus “UAZ” markalı avtomobilibə Sədrəddin və Abid əyləşmiş və avtomobili ilə Yeyənkənd meşəbəylinin 15 saylı meşə dolayına getmişdir. Sədrəddin isə ona yolu təqdim etmişdir. Meşə ərazisinə çatdıqdan sonra orada bir neçə ədəd ağacların kəsilərək doğranmış halda olduqlarını görmüşdür. Bundan sonra Abid və Sədrəddin həmin doğranmış ağac parçalarını avtomobilinin yük hissəsinə yığdığı zaman həmkəndlisi Şahid4 onlara yaxınlaşaraq irad bildirmişdir. O, Əkbərə ağacları onun deyil, Sədrəddinin kəsdiyini demişdir. Bundan sonra Sədrəddin ilə Əkbərin arasında sözlə mübahisə yaranmış. Mübahisə zamanı Sədrəddin və Əkbər bir-birilərini nalayiq ifadələrlə söyüb təhqir etmişlər. Əkbər əlindəki bel ilə Sədrəddini vurmaq istəyərkən o, sol əlini belin qarşısına vermişdir. Bu zaman bel onun sol əl nahiyəsinə dəymiş və o, xəsarət almışdır. Bundan sonra onlar avtomobilinin yük yerində olan ağacları boşaldıb, Abid və Sədrəddin ilə birlikdə avtomobilinə əyləşib həmin yeri tərk etmişdir. Avtomobilinin dövlət qeydiyyat nişanı meşə ağaclarına dəyərək korlanmasın deyə avtomobilin üzərindən açmışdır. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid6 ifadəsindən görünür ki, o, Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 11 yanvar 2024-cü il tarixli, 001951 saylı aktdan görünür ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, Yeyənkənd meşəbəyliyinin 15 saylı meşə dolayında Azat (nil) ağacı cinsində 8 sm diametrində 1 ədəd, 12 sm diametrində 6 ədəd, 16 sm diametrində 13 ədəd, 20 sm diametrində 14 ədəd, 24 sm diametrində 6 ədəd, 28 sm diametrində 3 ədəd, 36 sm diametrində 3 ədəd, 40 sm diametrində 1 ədəd, Palıd ağacı cinsində 12 sm diametrində 3 ədəd, 16 sm diametrində 12 ədəd, 20 sm diametrində 15 ədəd, 24 sm diametrində 8 ədəd, 28 sm diametrində 5 ədəd, 32 sm diametrində 2 ədəd, 36 sm diametrində 2 ədəd, 40 sm diametrdə 2 ədəd, Ağcaqayın ağacı cinsində 16 sm diametrində 1 ədəd, 32 sm diametrində 1 ədəd, Göyruş ağacı cinsində 16 sm diametrində 1 ədəd, 20 sm diametrində 2 ədəd, Vələs ağacı cinsində 16 sm diametrində 1 ədəd, 20 sm diametrində 1 ədəd olmaqla ümumilikdə 103 ədəd kök üstə yaş ağacların kəsilərək dolay ərazisindən aparılmışdır. Araşdırma zaman sözügedən ağaclardan 0.5 m3 həcmində hazırlanmış oduncaq dolay ərazisində aşkar olunmuş və qoruyub mühafizə etmək məqsədi ilə 15 saylı meşə dolayı gözətçisi Şahid2 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 11 saylı X8 Mərkəzinin Yeyənkənd meşəbəyliyinin 15 saylı meşə dolayında xx.xx.2024-cü il tarixdə aparılmış araşdırma zamanı aşkar edilmiş təqsirkarı məlum olan və olmayan qırmaların həmc-qiymət cədvəlindən görünür ki, cəmi 103 ədəd ağacların kəsilməsi nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 saylı qərarına əsasən təbiətə ümumilikdə 2455,95 manat ziyan dəymişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən verilmiş ödəniş tapşırığından görünür ki, 2455.95 manat məbləğində dəymiş ziyan məbləği tam şəkildə ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Güllütəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Bəşirov X4 rayon Yelağac kəndində yaşayır, arvadı 1994-cü il təvəllüdlü X6, oğlulları 2019-cu il təvəllüdlü X7, 2020-ci il təvəllüdlü X5 və 2023-cü il təvəllüdlü X1 ibarət ailə üzvləri vardır və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 02 may 2024-cü il tarixli 365 nömrəli məktubunda qeyd edilmişdir ki, Masallı rayonu, Yelağac kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs xx.xx.2008-ci ildən Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 1371 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs primitiv şəxsdə astenik cizgilər müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, dəymiş ziyanı tam olaraq ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunacağı təqdirdə də, təmin edilə bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübutun, mülki iddianın olmaması və dəymiş ziyanın tam şəkildə ödənilməsi nəzərə alınmalıdır. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-c1 maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar