Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-143/2023 04.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Masallı rayonu, Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu Şıxlar kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Masallı rayonu, Yeddioymaq kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətində Zərərçəkmiş şəxs bacısını təhqir etməsi ilə bağlı iradını bildirərkən aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı, Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə qəsdən yumruqla və təpiklə vurmaqla sonuncuya burun sümüyünün yerini dəyişən sınığı, burun və sol göz nahiyəsinin yumuşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı, sol gözaltı nahiyənin əzilmiş yarası, sağ dirsək və bel nahiyəsinin sıyrığı kimi vahid kompleks təşkil etməklə zərərəçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa AZ AĞİR zərərvurmaya aid olan xəsarətlər yetirmişdir. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində qeyd etdi ki, Zərərçəkmiş şəxs onun qohumudur. Belə ki, Zərərçəkmiş şəxs onun bacısı Şahid2 qaynıdır. Onunla arasında heç bir ədavət və düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs yaşadığı evdə ailə üzvlərini narahat edir. Sonuncu dəfə bacısı Aynurə xx.xx.2023-cü il tarixdə yaşadığları evə gələrək Zərərçəkmiş şəxs onları narahat etməsini, söyməsini və vurmasını bildirmişdir. Bacısından bunun səbəbini öyrəndiyi zaman bacısı ona Şirəlinin anası Ağanənəni vurduğunu o, isə onları ayırdığı zaman Şirəlinin onuda vurduğunu bildirmişdir. Bundan sonra Şirəlinin evinə gedərək Şirəliyə niyə belə etdiyini soruşmuşdur. Həyətə girib Şirəlidən münaqişə yaratmasının səbəbini soruşduqda Şirəli onu nalayiq ifadələrələ təhqir etmişdir. Daha sonra Şirəli onun üzərinə gəlib onu vurmaq istəyərkən oda Şirəliyə qarşılıq göstərərək onu yumruq və təpiklə vurmuşdur. Həmin vaxt yanlarına gələn əmisi oğlu Şahid1 onu tutaraq onların həyətindən çıxarmış yəni onları ayırmışdır. Aralarına olan dava-dalaş təxminən 5- 10 dəqiqə davam etmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiz ziyanı tamamilə ödədiyindən və onunla barışdığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə işdən evə gəlmiş evdə mübahisə baş vermişdir. Oda mübahisə ilə bağlı iradını bildirmişdir. Bu zaman Aynur ilə də arasında sözlə mübahisə düşmüşdür. Mübahisə zamanı Aynurə küsərək evdən çıxıb getmişdir. Aynurədən sonra anası və arvadı da evdən getmişlər. Həmin gün evdə olduğu zaman həyətdən kiminsə səsini eşitmişdir. Evdən çıxıb həyətə düşərkən həyətlərindəki şəxsin Aynurənin qardaşı Təqsirləndirilən şəxs olmasını görmüş və Cavidə yaxınlaşmaq istəyərkən Cavid qəfildən onun sol göz nahiyəsinə iki dəfə yumruğla zərbə vurmuşdur. O, zərbədən yerə yıxılmış və ayağa qalxmaq istəyərkən Cavid onun yenədə sol göz nahiyəsindən təpiklə zərbə vurmuşdur. Həmin zaman yanlarına gələn Cavidin əmisi oğlu Şahid1 onları ayırmışdır. Bundan sonra ayağa qalxaraq yaşadığı fərdi yaşayış evinə girmiş və DİN-in 102 zəng xidmətinə müraciət etmişdir. Aralarında olan dava-dalaş təxminən 5-10 dəqiqə davam etmişdir. Cinayət əməli törətmiş şəxs ona dəymiş maddi ziyanı ödədiyindən onunla barışmışdır. Bu səbəbdən məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun qaynıdır. Onlar bir həyətdə ayrı fərdi yaşayış evində yaşayırlar. Zərərçəkmiş şəxs evdə olarkən daima mübahisə yaratmış və onu narahat etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə evdə olarkən Zərərçəkmiş şəxs anası Ağanənə ilə mübahisə edərək onu vurmaq istəmiş bu zaman o, onları ayırarkən Zərərçəkmiş şəxs onu vurmuşdur. Bundan sonra o, Masallı rayonu Şıxlar kəndində yerləşən qardaşı Təqsirləndirilən şəxs evinə getmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə aralarında olan mübahisəni və Şirəlinin onu söyüb təhqir edərək vurduğunu bildirmişdir. Cavid bundan sonra evdən çıxaraq Şirəlinin hansı səbəbə evdə narahatçılıq yaratmasını və bacısını niyə söyməsini öyrənmək üçün Şirəlinin yaşadığı ünvana getmişdir. Cavid Zərərçəkmiş şəxs evində olarkən aralarında dava-dalaş olmuş və Cavid Şirəlini vurmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun uzaq qohumudur. Təqsirləndirilən şəxs isə onun əmisi oğludur. Onlarla arasında heç bir ədavət və düşmənçilik yoxdur. xx.xx.2023-cü il tarixdə evdə olarkən eşitmişdir ki, Cavid mübahisə etmək üçün Şirəlinin evinə getmişdir. Hər hansı bir xoşa gəlməz hadisə olmasın deyə Cavidin arxası ilə Şirəlinin evinə getmişdir. Evə çatanda görmüşdür ki, Cavidlə Şirəli əlbəyaxadılar. Tez Cavidi tutaraq Şirəlinin həyətindən çıxarmış və Cavidi sakitləşdirərək evlərinə aparmışdır. Cavidin Şirəlini necə vurmasını görməmiş və sadəcə onların əlbəyaxa olduqlarını görüb Cavidi ayıraraq evlərinə aparmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsinin 31 may 2023cü il tarixli, 491 saylı ekspert rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs burun sümüyünün yerini dəyişən sınığı, burun və sol göz nahiyəsinin yumuşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı, sol gözaltı nahiyənin əzilmiş yarası, sağ dirsək və bel nahiyəsinin sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yumruqla və təpiklə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 30 may 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Şıxlar kəndində qeydiyyatda olmaqla arvadı X2, uşaqları xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 ibarət ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (cinayət əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin, şahidin) ifadələrini, təhqiqat, məhkəmə hərəkətlərini, dindirmə protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur və bunları nəzərə alıb cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, zərərçəkmiş şəxsin cinayət əməli törətmiş şəxs ilə barışmasını və tərəflərin məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi barədə müraciətlərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Мəcəlləsinin 43, 321, 346, 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və о, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-143/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-143/2023
04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver