Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-143/2024 15.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili Nümayəndə, Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Masallı rayonu, Gəyəçöl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Gəyəçöl kəndində qeydiyyatda olmaqla yaşayan, Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində, saat 21 radələrində yaşadığı Masallı rayon Gəyəçöl kəndində tanışı Zərərçəkmiş şəxs ilə sonuncunun onu işdən çıxarmasına görə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı daşla Zərərçəkmiş şəxs başına qəsdən bir zərbə vurub sonuncuya “başın təpə nahiyəsinin əzilmiş yarası” diaqnozlu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Həmin əməlinə görə cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, əvvəllər Masallı rayon Gəyəçöl kəndində yaşamışdır. Lakin, o, sonra özünə məxsus olan fərdi yaşayış evini qızı Nazənimə bağışlamışdır. Hazırda Bakı şəhərində yaşamaqla, Masallı rayonuna gələndə qızı Nazənimin evində qalır. Təqsirləndirilən şəxs həmkəndlisi, həm də qohumudur. Belə ki, cavadın bacısı onun gəlinidir. Onunla Cavad arasında əvvəllər heç bir ədavət və düşmənçilik olmamışdır. 2014-cü ildə oğlu Nazim ilə Cavadın bacısı Azadə ailə həyatı qurmuşlar. Nazim ilə Azadə hazırda Bakı şəhərində yaşayırlar. xx.xx.2022-ci ildə Cavad hərbi xidmətdən gələndən sonra Bakı şəhərində onlara məxsus mağazada günəmuzd satıcı işləməyə başlamışdır. Cavad işlədiyi müddət ərzində mütəmadi olaraq işdə nöqsanlara yol vermişdir. Cavadı işdə yol verdiyi nöqsanlara görə dəfələrlə işdən uzaqlaşdırmaq istəmişlər. Lakin, valideyinlərinin xahişi ilə Cavad işinə davam etmişdir. Cavad valideyinlərinin xahiş ilə işində qalsa da, sonra bu mümkün olmamışdır. xx.xx.2024cü il tarixdə Cavad işdə yol verdiyi nöqsanlara görə işdən çıxarılmışdır. Sonra da Bakı şəhərini tərk edərək Masallı rayonu, Gəyəçöl kəndində yaşayan valideyinlərinin evinə qayıtmışdır. Cavad işdən çıxarılmasında onu günahlandırıb ona telefonda hədə-qorxu gəlib təhqir etmişdir. O, bu barədə Cavadın RF-da yaşayan atası Azada demişdir. Azad bildirmişdir ki, Cavadın sənə dediyi təhqir edici sözlər mənə gəlsin. O, sakitləşib bundan sonra Cavadın onu telefonda təhqir etməsinə bir söz deməmişdir. Həm də ki, Nazimin ailəsinə söz-söhbət salmaq istəməmişdir. xx.xx.2024-cü il tarixdə, Masallı rayon Gəyəçöl kəndinə hüzr yerinə gəlmişdir. Həmin tarixdə, saat 21 radələrində Nazənimin evində olarkən Cavadın onu çağırmasını eşitmişdir. O, Cavadın yanına gəlmək üçün həmin evin həyətinin giriş qapısından çıxanda Cavadın qəfil üzərinə gəlib əlində olan daşla başına bir zərbə vurmuşdur. Həmin zərbənin təsirindən huşu yarı itmiş vəziyyətdə olmuş və dizi üstə yerə çökmüşdür. Cavad hətta həyətdəki maşına da daşla vurub ziyan yetirmişdir. Sonra ora qızı Nazənim gəlib onları ayırmışdır. Həmin vaxt onların arasında 5 dəqiqə mübahisə olmuş, qızı Nazənimdən başqa yanlarında heç kim olmamışdır. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını, ona qanuna müvafiq cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun atasıdır. O, ailəsindən ayrılıb övladları ilə birlikdə Masallı rayonu, Gəyəçöl kəndindəki Muğbilə məxsus evdə məskunlaşandan sonra Muğbil yaşadığı fərdi yaşayış evini ona bağışlayıb özü isə Bakı şəhərinə köçmüşdür. Buna baxmayaraq Muğbil Masallı rayonuna gələndə həmin evdə qalır. Təqsirləndirilən şəxs bacısı Azadə qardaşı Nazim Abıyevin arvadıdır. Onlar Bakı şəhərində yaşayırlar. xx.xx.2024-cü il tarixdə atası Muğbil Masallı rayon Gəyəçöl kəndində olan hüzrə gəlmişdir. Saat 21 radələrində Muğbil evdə namaz qılarkən Cavadın onu səsləməsini eşitmişdir. Özü isə inək sağmaqla məşğul olmuşdur. Bir qədər sonra səs-küy eşidib cəld atası Muğbilin arxasınca getmişdir. Bu zaman Muğbilin başından qan axmasını görmüşdür. Cavadı sakitləşdirib həyətdən çıxardıqdan sonra atası Muğbili müalicə olmaq üçün Masallı RMX-na yola salmışdır. Həmin vaxt orada ondan savayı şəxs olmamışdır. Sonradan atası Muğbil ona Cavadın daşla başına xəsarət yetirdiyini demişdir. Məhkəmə iclasına Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, 2014-cü ildə Muğbilin oğlu Nazim ilə bacısı Azadə ailə həyatı qurmuşlar. Onlar hazırda Bakı şəhərində yaşayırlar. Onunla Muğbil arasında əvvəllər heç bir ədavət və düşmənçilik olmamışdır. O, xx.xx.2022-ci ildə hərbi xidmətdən gələndən sonra Bakı şəhərində Muğbil və ailə üzvlərinə məxsus mağazada günəmuzd satıcı işləməyə başlamışdır. O, həmin mağazada işlədiyi müddət ərzində Muğbil mütəmadi ona problem yaratmışdır. O, başqa iş bacarmadığından məcbur olub işləmişdir. Hətta bir neçə dəfə onu müxtəlif bəhanələrlə işdən çıxartmışlar. Lakin, o, yenə işinə qayıtmışdır. Buna baxmayaraq xx.xx.2024-cü il tarixdə onu işdən çıxartmışlar. O, Masallı rayon Gəyəçöl kəndində valideyinlərinə məxsus evə gəlmişdir. Həmin vaxtdan Muğbil ilə aralarında olan narazılıqlar daha da genişlənmişdir. Onlar biri-birilərini telefondə təhqir etmişlər. Hətta Müğbil ona telefonda bir neçə dəfə mesajlar yazaraq anasını söyüb təhqir etmişdir. xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində yaşadığı Masallı rayonu, Gəyəçöl kəndində olan mağazaya çörək almağa gedərkən Zərərçəkmiş şəxs idarə etdiyi avtomaşınla yanından keçərkən avtomaşının pəncərəsini aşağı salıb ona “hambal, nökər” kimi ifadələr işlədərək təhqir etmişdir. O, Muğbildən avtomaşını saxlamasını istəmişdir. Muğbil avtomaşını saxlamayıb getmişdir. O, çörəyi evə verib qayıtmış, Müğbilin onun təhqir etməsinin səbəbini aydınlaşdırmaq qərarına gəlmiş, əsəbləşib Muğbilin yaşadığı evə gedib Muğbili çağırmışdır. Muğbil darvazadan çölə çıxan kimi üzərinə gəlməklə ona əl qol atmış, Müğbili özündən kənara itələmişdir. Bundan sonra Müğbil özünü qəsdən yerə çırpmış, özü öz başına xəsarət yetirmiş, başına oyun açacağı ilə onu hədələmişdir. Bundan sonra yanlarına Muğbilin qızı Nazənim yaxınlaşmış, Nazənim də onu söyüb təhqir etməklə həyətdən çıxarmışdır. Mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Mübahisə vaxtı yerdən daş parçası götürməmiş, Müğbilin başına daşla heç bir xəsarət yetirməmişdir. Müğbil özü özünə xəsarət yetirmişdir. Polis şöbəsinə çağırıldıqdan sonra ona məlum olmuşdur ki, Müğbil barəsində əsassız şikayət etmişdir. Sonda C.A. Əzizov heç bir cinayət əməli törətmədiyini, Müğbil Abıyevə qarşı zor tətbiq etmədiyini, onu daşla vurub xəsarət yetirmədiyini, barəsində əsassız şikayət oldunduğunu bildirib barəsində bəraət hökm çıxarılmasını xahiş etdi. Cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqında ziddiyyətli ifadələr verdiyindən təhqiqat zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. O, təhqiqat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2014-cü ildə Muğbilin oğlu Nazim ilə bacısı Azadə ailə həyatı qurmuşlar. Onlar hazırda Bakı şəhərində yaşayırlar. Onunla Muğbil arasında əvvəllər heç bir ədavət və düşmənçilik olmamışdır. O, xx.xx.2022-ci ildə hərbi xidmətdən gələndən sonra Bakı şəhərində Muğbil və ailə üzvlərinə məxsus mağazada günəmuzd satıcı işləməyə başlamışdır. O, həmin mağazada işlədiyi müddət ərzində Muğbil mütəmadi ona problem yaratmışdır. O, başqa iş bacarmadığından məcbur olub işləmişdir. Hətta bir neçə dəfə onu müxtəlif bəhanələrlə işdən çıxartmışlar. Lakin, o, yenə işimə qayıtmışdır. Buna baxmayaraq xx.xx.2024-cü il tarixdə onu işdən çıxartmışlar. O, Masallı rayon Gəyəçöl kəndində valideyinlərinə məxsus evə gəlmişdir. Həmin vaxtdan Muğbil ilə aralarında olan narazılıqlar daha da genişlənmişdir. Onlar biri-birilərini telefondə təhqir etmişlər. xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində yaşadığı Masallı rayon Gəyəçöl kəndində olan mağazaya çörək almağa gedəndə Zərərçəkmiş şəxs idarə etdiyi avtomaşınla yanından keçərkən avtomaşının pəncərəsini aşağı salıb onu təhqir etmişdir. O, Muğbildən avtomaşını saxlamasını istəmişdir. Muğbil avtomaşını saxlamayıb getmişdir. O, çörəyi evə verib qayıdanda Muğbil yenidən gəlib onu təhqir etmişdir. O, da əsəbləşib Muğbilin yaşadığı evə gedib Muğbili çağırmışdır. Muğbil bayıra çıxmışdır O, həmin vaxt daşı yerdən əlinə götürüb Muğbilin başına əlindəki daşı qəsdən vurmuş və həmin daşı kənara atmışdır. Sonra oraya gəlmiş Muğbilin qızı Nazənim onları ayırmışdır. Həmin vaxt onların arasında 5 dəqiqə mübahisə olmuş, orada Muğbilin qızı Nazənimdən savayı şəxs olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin 31 may 2024-cü il tarixli, 470 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın təpə nahiyəsinin əzilmiş yarası müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 30 may 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş hadisə yerinə baxış keçirmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, aparılmış təhqiqat zamanı Zərərçəkmiş şəxs Masallı rayonu, Gəyəçöl kəndində yaşayan Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət aldığı hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, mübahisə Masallı rayonu, Gəyəçöl kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin giriş darvazının yanında baş vermişmişdir. Muğbil Ağayev hadisə yerini təqdim etmişdir. Həmin yerə baxış keçirilərək protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək materiala əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrini İdarəetmə X7 şəxs Masallı Rayon Mərkəzi Xəstəxanasının 05 iyun 2024-cü il tarixli, 18-1-60/2-933/2024 saylı məktubundan görünür ki, Masallı rayonu, Gəyəçöl kəndində qeydiyyatda olan və yaşayan Əzizov X2 Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin psixo nevroloji cə narkoloji kabinetində dispanser qeydiyyatında durmurlar; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı rayonu, Gəyəçöl kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əzizov X2 rayonu, Gəyəçöl kəndində qeydiyyatda olmaqla atası xx.xx.1967-ci il təvəllüdlü X4 və anası X1 ibarət ailə tərkibində yaşayır. Təqsirləndirilən şəxs kənd ərazisində yaşadığı müddətdə özünü nizam-intizamlı və zəhmətkeş aparmışdır. Təqsirləndirilən şəxs barəsində Masallı rayon İHB-nın Gəyəçöl kənd İƏDÜ nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onlara qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət tərkibi sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurulduğu hallarda yaranır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi və digər iş materialları ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurması tam sübuta yetirilir. Beləliklə, cinayət törətmiş şəxs məhkəmə istintaqı zamanı ittiham olunduğu cinayəti törətməsində özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin, şahidin ifadələri, özünün təhqiqat zamanı verdiyi ifadəsi ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd edilən əməli törətməməsi ilə bağlı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qəbul edir və sübut kimi qiymətləndirmir. Əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3.-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 59.2-ci maddəsinə əsasən onun yaşayış yeri üzrə müsbət xarakteriz olunmasını, “Vətən Müharibəsi” iştirakçısı olmasını, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdiran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etməklə ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə həmçinin Cinayət Məcəlləsinin 52-1.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuni və məqsədə müvafiq hesab edir. Cəzaçəkmə müddətinin əvvəli Masallı Rayon Probasiya və İcra Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbi baxımından qətimkan tədbirinin seçilməsi məsələsinə baxaraq bu nəticəyə gəlir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilməli və o, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilsin, hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №1(050)-143/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-143/2024
15.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver