Məhkəmə qərarları › İş №1(050)-144/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-144/2023

05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-144/2023 05.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Masallı rayonu, Qızılavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə gecə saat 02 radələrində Masallı rayonu, Qızılavar kəndində yaşadığı evin həyət qapısının qarşısında əri Şahid ilə həmkəndlisi Zərərçəkmiş şəxs mübahisə etməsini görüb Zərərçəkmiş şəxs oradan qovmaq üçün yaşadığı evin həyətindən götürdüyü araşdırmaya dəqiq məlum olmayan plastik su borusu ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə vurub Zərərçəkmiş şəxs sağ ayağın 2-ci daraq sümüyünün yerini dəyişən sınığı və sağ ayaqüstü nahiyəsinin qançırı kimi zərəçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli, həmçinin döş qəfəsinin sol yan hissəsinin sıyrığı, gövdənin sol yan hissəsinin, sağ bazu və qarnın ön divarının qançırı kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Həmin əməlinə görə cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid və arvadı Təqsirləndirilən şəxs onun həmkədliləridir. Şahid ilə birlikdə birdəfə “Masallı” otelin yeməkxanasına çörək yeməyə getmişdir. Həmin zaman Şahid onunla mübahisə və münaqişə yaratmışdır. Həmin gündən sonra Şahidla arasında soyuq münasibət yaranmışdır. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Masalı rayonu, Kolatan kəndində yerləşən Eminağa adlı şəxsin kafesində Taleh Mirzəyev və Abdulla Bəşirovla birlikdə oturub pivə içmişdir. Həmin zaman onların əyləşdiyi stolla Şahid gəlmişdir. O, Şahid atası Mehdinin onunla oturmamasını bildirdiyini demişdir. O, Əlidən niyə əyləşdiyi stolla əyləşdiyini soruşmuşdur. Həmin zaman Şahidla arasında mübahisə və münaqişə yaranmışdır. Şahid stoldan durub çıxıb getmişdir. O, İslamla birlikdə əyləşib pivə içmişdir. Daha sonra İslamla birlikdə kəndə gətmiş və İsmayılın avtomaşınından yanacaq doldurma məntəqəsində düşmüşdür. xx.xx.2023-cü il tarixdə gecə saat 2 radələrində Masallı rayonu, Qızılavar kəndində yerləşən Şahid evinə tərəf getmişdir. Şahid darvazasına çatmiş və Əlini çölə çağırmışdir. Şahid evdən çölə çıxıb darvayaza onun yanına gəlmişdir. O, Şahidla söhbət etməyə başlamışdır. Həmin zaman onların arasında mübahisə baş vermişdir. Şahid onu itələmiş və qapısından qovmağa çalışmışdır. O, əsəbləşmiş onunla münaqişə etməyə başlamışdır. Onlar bir-birinin paltarının yaxasından tutub dava-dalaş etmək istəmişdir. Həmin zaman Əli ona şillə vurmuşdur. O, da Əlinin sinəsinə yumruq vurmuşdur. Əliyə yumruq vurduqdan sonra arxa tərəfdən baş və bel nahiyəsinə möhkəm bir əşyanın dəydiyini hiss etmişdir. O, zərbənin təsirindən yerə yıxılmışdır. O, tez yerdən qalxmış və onu vuran şəxsin Əlinin aravadı Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Təqsirləndirilən şəxs qəsdən əlindəki ölçüsü təxminən 1.5 metrdən uzun olan plastik su borusu ilə dayanmadan onun müxtəlif nahiyələrinə vurmuşdur. Onu çox döyməsinlər deyə onlardan uzaqlaşmağa çalışmışdır. O, sərxoş olduğundan onlardan uzaqlaşıb Təqsirləndirilən şəxs və Şahid söymüşdür. Onlar yenidən onu döymək istəsələrdə oradan uzaqlaşmış və evinə getmişdir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmadığını bildirərək, təqsirləndirilən şəxsə qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 2008-ci ildə Masallı rayonu, Qızılavar kənd sakini Təqsirləndirilən şəxs Qəfər qızı ilə ailə həyatı qurmuşdur. Onlar ailə qurduqdan sonra Təqsirləndirilən şəxs ilə birlikdə Masallı rayonu, Qızılavar kəndində fərdi yaşayış evi tikmiş və orada yaşamışdır. Zərərçəkmiş şəxs onun həmkədlisidir. Onunla arasında əvvəllər heç bir münaqişə və düşmənçilik olmamışdır. Bir dəfə Zərərçəkmiş şəxs ilə birlikdə “Masallı” hotelin yeməkxanasına çörək yeməyə getmişdir. Həmin zaman Peyman onunla mübahisə və münaqişə etmişdir. Həmin gündən sonra Peymanla arasında soyuq münasibət yaranmışdır. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Masalı rayonu, Qızlavar kəndində yerləşən Eminağa adlı şəxsin kafesində Valeh Tərlan oğlu, Eldar Nizami oğlu və Külşad, Qurbanəli oğlu ilə birlikdə oturub pivə içmişdir. Onunla pivə içən şəxslər getdikdən sonra onu başqa stolda əyləşən X5 öz əyləşdiyi stola dəvət etmişdir. O, da onların stolunda əyləşmişdir. Həmin stolda ondan başqa Taleh və adını bilmədiyi bir şəxs də əyləşmişdir. Onlar əyləşib pivə içməyə başlamışdır. Həmin zaman onların əyləşdiyi stola Peyman gəlmişdir. Onun Peymanla soyuq münasibəti olduğundan çıxıb getmək istəmişdir. Lakin stolda olan şəxslər xüsusən İslam ona təkidlə qalmasını xahiş etmişdir. O, da onların sözünü yerə salmayıb əyləşmişdir. Daha sonra Peyman stolda onunla mübahsə və münaqişə etməyə başlamışdır. O, Peymanın onunla dava etmək istədiyini başa düşmüşdür. Buna görə də İslamla birlikdə stoldan durmuş və İslama məxsus avtomaşınla evinə gəlmişdir. O, evə gəldikdən sonra yorğun olduğu üçün yatmışdır. xx.xx.2023-cü il tarixdə saat 03 radələrində arvadı Təqsirləndirilən şəxs onu oyatmış və həyətin qapısının döyüldüyünü bildirmidir. O, ayağa durmuş, həyətə düşüb, darvazanın ağzına çıxmış və çağıranın Peyman olduğunu görmüşdür. O, Peymandan niyə bu vaxt narahat etdiyini soruşmuşdur. Peyman ona evindən bir az aralıda söhbət etmək istədiyini demişdir. Peyman bu sözləri deyən zaman əlini arxa cibinə salmışdır. O, Peymanın cibindən bıçaq çıxarmasından qorxub əlindən tutmuşdur. Həmin zaman Peyman onu yerə yıxmağa çalışmışdır. Sonra isə onun köynəyindən yapışıb köynəyinin yaxasını cırmışdır. Həmin zaman arvadı Günay onların səsinə gəlmişdir. Günay ora gələn zaman əlində plastik su borusu olmuşdur. Günay əlindəki plastik su borusu ilə qəsdən Peymanı ayağına iki dəfə zərbə vurmuşdur. Peyman döyüldüyünü görüb oradan qaçımış, uzaqlaşıb onu və arvadı Günayı söyməyə başlamışdır. O, Peymanın arxası ilə gedib onu döymək istəsə də arvadı Günayın təkidi ilə Peymanın arxasınca getməmişdir. Peyman onlardan uzaqlaşan zaman onları uca səslə nalayiq ifadələrlə söymüş və öldürməklə hədələmişdir. Peyman öz həyətinə getdikdən sonra orada da qışqırıq və mübahisə səslərini eşitmişlər. Peymanın bədəni üzərində qeyd edilən xəsarətlər Günay tərəfindən yetirilməmişdir. Buna görə də Günaya verilən ittiham düzgün deyildir. Günay su borusu ilə iki dəfə Peymanın ayağına zərbə vurmuşdur. Peyman qaçıb getdikdən sonra da öz həyətində qışqırıb söyüşlər söyməyə başlamış, ola bilsin ki, həyətində mübahisə edən zaman Peymanın atası tərəfindən həmin xəsarətlər ona yetirilmişdir. Şahid qismində ifadə vermiş Şahid təhqiqat zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, 2008-ci ildə Masallı rayonu, Qızılavar kənd sakini Təqsirləndirilən şəxs Qəfər qızı ilə ailə həyatı qurmuşdur. Onlar ailə qurduqdan sonra Təqsirləndirilən şəxsyla birlikdə Masallı rayonu, Qızılavar kəndində fərdi yaşayış evi tikmiş və orada yaşamışdır. Zərərçəkmiş şəxs onun həmkədlisidir. Onunla arasında əvvəllər heç bir münaqişə və düşmənçilik olmamışdır. Bir dəfə Zərərçəkmiş şəxs ilə birlikdə “Masallı” hotelin yeməkxanasına çörək yeməyə getmişdir. Həmin zaman Peyman onunla mübahisə və münaqişə etmişdir. Həmin gündən sonra Peymanla arasında soyuq münasibət yaranmışdır. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Masalı rayonu, Qızlavar kəndində yerləşən Eminağa adlı şəxsin kafesində Valeh Tərlan oğlu, Eldar Nizami oğlu və Külşad Qurbanəli oğlu ilə birlikdə oturub pivə içmişdir. Onunla pivə içən şəxslər getdikdən sonra onu başqa stolda əyləşən X5 öz əyləşdiyi stola dəvət etmişdir. Oda onların stolunda əyləşmişdir. Həmin stolda ondan başqa Taleh və üzlə tanıdığı adını bilmədiym bir şəxsdə əyləşmişdir. Onlar əyləşib pivə içməyə başlamışdır. Həmin zaman onların əyləşdiyi stola Peyman gəlmişdir. Onun Peymanla soyuq münasibəti olduğundan çıxıb getmək istəmişdir. Lakin stolda olan şəxslər qalmasını xahiş etmişdir. Oda onların sözünü yerə salmayıb əyləşmişdir. Daha sonra Peyman stolda onunla mübahsə və münaqişə etməyə başlamışdır. O, Peymanın onunla dava etmək istədiyini başa düşmüşdür. Buna görə də İslamla birlikdə stoldan durmuş və İslama məxsus avtomaşınla evinə gəlmişdir. O, evə gəldikdən sonra yorğun olduğu üçün yatmışdır. xx.xx.2023-cü il tarixdə saat 02 radələrində arvadı Təqsirləndirilən şəxs onu oyatmış və həyətin qapısını döyüldüyünü bildirmidir. O ayağa durmuş, həyətə düşüb, darvazanın ağzına çıxmış və çağıranın Peyman olduğunu görmüşdür. O, Peymandan niyə bu vaxt narahat etdiyini soruşmuşdur. Peyman ona evindən bir az aralıda söhbət etmək istədiyini demişdir. Peyman bu sözləri deyən zaman əlini arxa cibinə salmışdır. O, Peymanın cibindən bıçaq çıxarmasından qorxub əlindən tutmuşdur. Həmin zaman Peyman onu yerə yıxmağa çalışmışdır. Sonra isə onun köynəyindən yapışıb köynəyinin yaxasını cırmışdır. Həmin zaman arvadı Günay onların səsinə gəlmişdir. Günay ora gələn zaman əlində plastik su borusu olmuşdur. Günay əlindəki plastik su borusu ilə qəsdən Peymanı başına, belinə və qıçına vurmağa başlamışdır. Peyman döyüldüyünü görüb onlardan ayrılmışdır. Peyman uzaqlaşıb onu və arvadı Günayı söyməyə başlamışdır. O, Peymanın arxası ilə gedib onu döymək istəsədə, arvadı Günayın təkidi ilə Peymanın arxasıca getməmişdir. Peyman onlardan uzaqlaşan zaman onları uca səslə nalayiq ifadələrlə söymüş və öldürməklə hədələmişdir. Arvadı Günayda qorxudan polisə şikayət etdimişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, 2008-ci ildə Şahid ilə ailə həyatı qurmuşdur. Onlar ailə qurduqdan sonra əri Şahid ilə birlikdə Masallı rayonu, Qızılavar kəndində fərdi yaşayış evi tikmiş və orada yaşamışdılar. Zərərçəkmiş şəxs onun həmkədlisidir. Onunla arasında əvvəllər heç bir münaqişə və döşmənçilik olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində əri Əli ona pivə içməyə getdiyini demişdir. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində evə qayıtmışdır. Əli evə gəldikdən sonra yatağına gedib uzanıb yatmışdır. Təxminə 2 saat sonra qapının döyüldüyünü və kiminsə Əlini çağırdığını eşitmişdir. O, Əlini oyatmış və ona darvazada kiminsə onu çağırdığını bildirmişdir. Əli pəncərədən baxmış və onu çağıranın Zərərçəkmiş şəxs olduğunu demişdir. Əli Peymana yatdığını və çıxıb getməsini bildirmişdir. Lakin, Zərərçəkmiş şəxs təkidlə əri Əlinin gəlməsini istəmişdir. Əli evdən çölə çıxıb Zərərçəkmiş şəxs yanına getmişdir. Zərərçəkmiş şəxs Əli ilə ucadan söhbət etməyə başlamışdır. Onların yaşadıqları ev darvazaya yaxın olduğu üçün pəncərədən onlara qulaq asmışdır. Onlar bir-birləri ilə təxminən 2-3 dəqiqə danışdıqdan sonra dava-dalaş etməyə başlamışdılar. O, da Peymanın əri Əlini döyməsin deyə evin ikinci mətəbəsindən aşağı düşmüş həyətdə olan 1.5 metr uzunluğunda plastik su borusunu götürüb darvazaya çıxmışdır. Həmin zaman əri Əli ilə dava edən Zərərçəkmiş şəxs sağ qıçına plastik su borusu ilə iki dəfə vurmuşdur. Zərərçəkmiş şəxs onlara gücü çatmayacağını görüb qaçmışdır. Zərərçəkmiş şəxs əri Əlidən ayrılsa da 10-15 metr uzaqlaşdıqdan sonra onları nalayiq sözlərlə söymüş və öldürməklə hədələmişdir. Həmin zaman Əli Zərərçəkmiş şəxs üzərinə gedib onunla dava etmək istəmişdir. Lakin, o, Əliyə Peymanı döyməsinə imkan verməmişdir. Zərərçəkmiş şəxs oradan uzaqlaşdıqdan sonra o, polisə zəng edib şikayət etmişdir. Ona verilən iithamla razı deyil. Ona görə ki, əlindəki plastik boru ilə həmin xəsarətlər Peymana yetirilə bilməzdi. Peyman onlara gələrkən sərxoş olmuşdur. Mübahisədən sonra Peyman onların evindən qaçıb öz evinə getdikdən az sonra onun mübahisə və qışqırıq səslərini eşitmiş, həmin vaxt görməsə də, Peymanın atası Mehdi ilə evində mübahisə etdiyini düşünmüşdür. Hesab edir ki, ola bilsin həmin xəsarətləri Peymana evində gecə vaxtı mübahisə edən zaman atası Mehdi yetirmişdir. Sonda Təqsirləndirilən şəxs qeyd etdikərini nəzərə alıb barəsində ədalətli hökm çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs qismində qismində ifadə vermiş Təqsirləndirilən şəxs təhqiqat zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, 2008-ci ildə Şahid ilə ailə həyatı qurmuş və ondan iki övladı var. Onlar ailə qurduqdan sonra əri Şahidla birlikdə Masallı rayonu, Qızılavar kəndində fərdi yaşayış evi tikmiş və orada yaşamışdır. Zərərçəkmiş şəxs onun həmkədlisidir. Onunla arasında əvvəllər heç bir münaqişə və döşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində əri Əli pivə içməyə getdiyini demişdir. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində evə qayıtmışdır. Əli evə gəldikdən sonra yatağına gedib uzanıb yatmışdır. Təxminə 1 saat sonra qapının döyüldüyünü və kiminsə Əlini çağırdığını eşitmişdir. O, Əlini oyatmış və ona darvazada kiminsə onu çağırdığını bildirmişdir. Əli pəncərədən baxmış və ona çağıranın Zərərçəkmiş şəxs olduğunu demişdir. Əli Peymana yatdığını və çıxıb getməsini bildirmişdir. Lakin, Zərərçəkmiş şəxs təkidlə əri Əlinin gəlməsini istəmişdir. Əli evdən çölə çıxıb Zərərçəkmiş şəxs yanına getmişdir. Zərərçəkmiş şəxs Əli ilə ucadan söhbət etməyə başlamışdır. Onların yaşadıqları ev darvazaya yaxın olduğu üçün pəncərədən onlara qulaq asmışdır. Onlar bir-birləri ilə təxminən 2-3 dəqiqə danışdıqdan sonra dava-dalaş etməyə başlamışdır. O, da Peyman əri Əlini döyməsin deyə evin ikinci mətəbəsindən aşağı düşmüş, həyətdə olan 1.5 metr uzunluğunda plastik su borusunu götürüb darvazaya çıxmışdır. Həmin zaman əri Əli ilə dava edən Zərərçəkmiş şəxs sağ qıç, sağ əl və bədənini müxtəlif nahiyələrinə plastik su borusu ilə qəsdən vurmuşdur. Zərərçəkmiş şəxs onlara gücü çatmayacağını görmüşdür. Ona görə də əri Əlidən ayrılmışdır. Zərərçəkmiş şəxs əri Əlidən ayrılsa da 10-15 metr uzaqlaşdıqdan sonra onları nalayiq sözlərlə söymüş və öldürməklə hədələmişdir. Həmin zaman Əli Zərərçəkmiş şəxs üzərinə gedib onunla dava etmək istəmişdir. Lakin o, Əliyə Peymanı döyməsinə imkan verməmişdir. Zərərçəkmiş şəxs oradan uzaqlaşdıqdan sonra o, polisə zəng edib şikayət etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsində özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünümüdafiə xarakterli ifadə və törətdiyi əmələ görə cəzalanmaqdan yaxa qurtarmaq cəhdi kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X6 30 may 2023-cü il tarixli, 478 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ ayağın İİ daraq sümüyünün yerini dəyişən sınığı, döş qəfəsinin sol yan hissəsinin sıyrığı, gövdənin sol yan hisssəsinin, sağ ayaqüstü, sağ bazu və qarnın ön divarının qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 26 may 2023-cü il tarixə uyğun gəlir. Sağ ayağın İİ daraq sümüyünün yerini dəyişən sınığı və sağ ayaqüstü nahiyyənin qançırı, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Digər xəsarətlət sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Baxış keçirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, aparılmış təhqiqat zamanı Zərərçəkmiş şəxs Masallı rayonu, Qızılavar kəndində yaşayan Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət aldığı hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, baş vermiş hadisə Masallı rayonu, Qızılavar kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətidir. Təqsirləndirilən şəxs hadisə yerini təqdim etmişdir. Həmin yerə baxış keçirilərək protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək materiala əlavə edilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyəti başçısının Qızılavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olmaqla əri xx.xx.1980-cı il təvəllüdlü Şahid, oğlu-xx.xx.2010-cu il təvəllüdlü X3, qızı xx.xx.2012-ci il təvəllüdlü X1 ibarət ailə tərkibində yaşayır. Təqsirləndirilən şəxs özünü intizamlı, səmimi, işgüzar bir insan kimi göstərmiş, yaşıdları arasında hörmətə malikdir. Onun barəsində Qızılavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərərvurması zərər çəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 2, 3 və 4-cü bəndlərində tövsiyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3.-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri ona əsas verir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də islah işlər növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Təqsirləndirilən şəxs təyin olanacaq islah işləri cəzasını iş yerində çəkməklə cəzasının başlanğıcı qazancından dövlət nəfinə pul tutulduğu gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır): 346.1.20. qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi; Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbi baxımından qətimkan tədbirinin seçilməsi məsələsinə baxaraq bu nəticəyə gəlir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və o, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinsin və aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş islah işləri cəzasını iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə pul tutulduğu gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar