Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-146/2024 17.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X3 Ağabala oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi-Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx.xx.1995-ci ildə Lənkəran rayonu, Diryan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Lənkəran rayonu, Diryan kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs gəlir əldə etmək məqsədilə 29 mart 2024-cü il tarixdə saat 14 radələrində inzibatçı işlədiyi Masallı rayonu, İsi kəndi ərazisində yerləşən “Udman” istirahət mərkəzinə müştəri qismində gəlmiş və əvvəllər tanıdığı Şahid4 cinsi əlaqədə olmaq üçün yüngül həyat tərzi keçirən qadın təşkil edəcəyinə və həmin qadınla cinsi əlaqədə olması üçün otaq verəcəyi barədə əvvəlcədən vəd verib razılaşaraq kirayə olaraq verdiyi otağa görə 30 manat, cinsi əlaqədə olmaq üçün təşkil edəcəyi qadına görə isə 40 manat olmaqla ümumilikdə 70 manat pul aldıqdan sonra, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs ona müştəri olduğunu və həmin şəxslə cinsi əlaqədə olması barədə razılaşaraq, onu gəlir əldə etmək məqsədilə fahişəliyə cəlb etmiş və həmin gün saat 14 radələrində həmin istirahət mərkəzinin içərisində yataq dəsti və yuyunmaq üçün xüsusi şəraiti olan 4 nömrəli otağını, yəni mənzil sahəsini fahişəliklə məşğul olmaq məqsədi ilə Zərərçəkmiş şəxs ilə Şahid4 verib gəlir əldə etməklə Zərərçəkmiş şəxs Şahid4 ilə cinsi əlaqədə olması üçün əxlaqsızlıq yuvası təşkil etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.1 və 244.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, “Udman” istirahət mərkəzində aylıq 300 manat əmək haqqı müqabilində mühafizəşi-gözətçi işləmişdir. Həmin istirahət mərkəzinə onu əvvəllər tanıdığı Ruslan Bəşirli təyin etmişdir. Həmin istirahət mərkəzi Ruslan Bəşirlinin qohumuna məxsus olmuşdur. Lakin o, mərkəzin sahibini tanımamışdır. Çünki bildiyi qədəri ilə həmin Rusiya Federasiyasında yaşamışdır. Onun maddi cəhətdən vəziyyəti pis olduğundan, borclu olduğundan və ailə üzvləri xəstəlikdən əziyyət çəkdiyi üçün qazanc əldə etmək məqsədilə əlavə pul əldə etməyə qərar vermişdir. İstirahət mərkəzində 5 ədəd katec olmuş, həmin kateclərdən 2-si bərbad vəziyyət olmuş, digər 3-ü isə işlək vəziyyətdə olmuşdur. Həmin işlək vəziyyətdə olan kateclərin birində o, yaşamışdır. Bu səbəbdən işlədiyi məkanın əlverişli şəraitinin olmasını nəzərə alıb əvvəllər tanıdığı Zərərçəkmiş şəxs zəng vuraraq həmin məkana dəvət etmişdir. Zərərçəkmiş şəxs onun dəvətini qəbul edib gəlmişdir. Zərərçəkmiş şəxs iki ildirki tanıyır. Belə ki, iki il öncə Bakı şəhərində afisiant işləyən zaman toy şənliyində tanış olmuşdur. İstirahət mərkəzi əvvəllər yeməkxana kimi fəaliyyət göstərmiş olsada, hazırda heç bir fəaliyyət göstərməmişdir. 29 mart 2024-cü il tarixdə istirahət mərkəzində olduğu zaman əvvəllər tanıdığı Şahid4 istirahət mərkəzinə gəlmişdir. Rabil ondan cinsi əlaqədə olmaq üçün bir nəfər qadın və həmin qadınla əlaqədə olmaq üçün otaq təşkil etməsini xahiş etmişdir. O, Rabilin bu təklifini Zərərçəkmiş şəxs bildirmiş Zərərçəkmiş şəxs razılaşmışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs ilə Şahid4 cinsi əlaqədə olmaları üçün istirahət mərkəzində yerləşən 4 nömrəli kateci onlara vermişdir. Göstərilmiş xidmətə görə Şahid4 ümumilikdə 70 manat almışdır. Belə ki, 10 manat verdiyi çaya görə, 20 manat katecə görə, 40 manat isə Zərərçəkmiş şəxs xidmətinə görə almışdır. Həmin gün müdiriyyət orada olmamışdır. Ümumiyyətlə onun etmiş olduğu bu əməldən nə müdriyyətin, nədəki Ruslan Bəşirlinin məlumatı olmamışdır. Həmin vaxt orada o, Zərərçəkmiş şəxs və Şahid4 olmuşdur. Onlardan başqa heç kim olmamışdır. Bir qədər sonra o, paltarını dəyişib rayon mərkəzinə getmək istəmişdir. Bu zaman istirahət mərkəzinin həyətinə 6 nəfər şəxs daxil olmuş və ondan çay istəmişlər. O, həmin şəxslərə çay olmadığını bildirmişdir. Həmin şəxslər xidməti vəsiqələrini göstərmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan X2 Baş İdarəsinin əməkdaşları olduğunu bildirmişlər. Həmin şəxslər istirahət mərkəzinə baxış keçirilməsi üçün qərarın olduğunu və həmin qərarı göstərdikdən sonra onlar hal şahidlərinin iştirakı ilə istirahət mərkəzinə baxış keçirməyə başlamışlar. 4 nömrəli kotecinə baxış keçirən zaman Şahid4 Zərərçəkmiş şəxs ilə birlikdə aşkar etmişlər. Hazırda əməlindən peşmandır, məhkəmədən törətmiş olduğu əməli ehtiyacdan etdiyini, himayəsində xəstə anasının olduğunu, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmadığını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etiraf edici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2 ildir ki, tanıyır. Bakı şəhərində tanış olmuşlar. Elvara iş olacağı təqdirdə ona xəbər verməsini bildirmişdir. Elvarda ona Masallı zonasında tanıdıqlarının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onu ofisiant olaraq Masallı rayonunda yerləşən “Udman” istirahət mərkəzinə dəvət etmişdir. O, tutulmazdan 4 gün öncə həmin istirahət mərkəzinə gəlmişdir. İstirahət mərkəzinə gəldiyi 4-cü gün istirahət mərkəzində koteclərin birində yatdığı zaman Təqsirləndirilən şəxs onu yuxudan oyatmışdır. Həmin vaxt o, həyətdə bir nəfər oğlanın dayandığını görmüşdür. Elvar cinsi əlaqədə olmaq üçün 1 nəfər müştərinin olduğunu demişdir. Oda razılaşmışdır. Pul təklifi olmuş o, isə pulu götürməmişdir. Pul Elvara verilmişdir. Çünki Elvar anasının vəziyyətinin pis olduğunu ona kömək lazım olduğunu dediyi üçün, oda Elvara ona kömək edəcəyini demişdir. Bundan sonra o, Şahid4 ilə cinsi əlaqədə olmaq üçün 4 nömrəli katecə girmişdir. Girdikdən təxminən 10 dəqiqə sonra otağın qapısı döyülmüş və polis əməkdaşları otağa daxil olmuşlar. Polis əməkdaşları onları tutub aparmışlar. Ruslan Bəşirlini və Leyla Hüseynova adlı xanımı tanımır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi olmadığını, onunla barışdığını, təqsirləndirilən şəxsin tutulmasını istəmədiyini qeyd edib, məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, daxil olmuş əməliyyat məlumatlarında məlum olmuşdur ki, Masallı rayonu, İsi kəndi, İstisu sağlamlıq mərkəzi yolu üzərində fəaliyyət göstərən “Udman” adlı istirahət mərkəzində qadınlara zor tətbiq etməklə, hədə-qorxu və digər məcbur etmə vasitələri ilə nəzarətində saxlayaraq həmin qadınların kişi müştərilərinə pul müqabilində təklif olunur. Daxil olmuş məlumatı barədə dərhal raportla rəhbərliyinə məruzə edilmiş, əməliyyat tədbirinin keçirilməsi barədə onun tərəfindən əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupu ilə birlikdə Masallı rayonu, İsi kəndində yerləşən “Udman” istirahət mərkəzinə gəlmişlər. İstirahət mərkəzinin həyətinə daxil olarkən onları qarşılayaraq özünü oranın inzibatçısı kimi təqdim edən Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərərək və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarı təqdim etməklə həmin ünvana gəlməklərinin səbəbini bildirib, daxil olmuş əməliyyat məlumatlarının yoxlanılması məqsədi ilə obyektə baxış keçirmək üçün icazə istəmişlər. Təqsirləndirilən şəxs onların təklifinə etiraz etməmişdir. İstirahət mərkəzinə baxış keçirilən zaman həmin istirahət mərkəzində iki qadın və bir kişi olması aşkar olunmuşdur. Qadınlardan biri bir otaqda, digər qadınla kişi isə başqa bir otaqda yarıçılpaq vəziyyətdə aşkar olunmuşdur. Bir qədər sonra aparılmış şifahi sorğu-sual zamanı qadının və kişinin şəxsiyyətləri şifahi şəkildə müəyyən etdikdən sonra həmin şəxslər Bakı şəhəri Azadlıq prospektində yerləşən DİN-nin İnsan X2 Baş idarəsinin inzibati binasına dəvət etmişlər. Həmin şəxslər onların dəvətini qəbul etdikdən sonra Bakı şəhəri Azadlıq prospektində yerləşən DİN-nin İnsan X2 Baş idarəsinə getmişlər və orada şəxsiyyətləri müəyyən edildikdən sonra ifadələri alınmış, hal şahidlərinin iştirakı ilə protokol tərtib olunmuş və həmin protokol hal şahidlərinin iştirakı ilə imzalanmışdır. Sonradan toplanmış materiallar DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərilmişdir. Maddi sübut olaraq 70 manat pul, biri istifadə olunmuş, digər isə istifadə olunmamış iki ədəd rezin qoruyucu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs maddi sübut olan 70 manat pulun təqdim olunması təklif olunmuş, Təqsirləndirilən şəxs həmin pul əskinazlarını təqdim etmiş və maddi sübut zərfə qoyularaq qablaşdırılmışdır. Həmin zərfdə baş idarədə möhürlənərək protokola əlavə olunmuşdur. Şahid2 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan edilmiş ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Bakı şəhəri, Azadlıq prospektində dayanacaqda dayanarkən bir nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqəsini göstərərək İnsan X2 Baş İdarəsinin əməkdaşı olduğunu bildirərək, keçiriləcək əməliyyat tədbirində iştirak etməyi üçün hal şahid qismində dəvət etmişdir. O, razılıq vermişdir. Daha sonra həmin polis əməkdaşları ilə birlikdə Masallı rayonu, İsi kəndi, İstisu sağlamlıq mərkəzi yolu üzərində fəaliyyət göstərən “Udman” adlı istirahət mərkəzinin həyətinə daxil olmuşdur. İstirahət mərkəzinin həyətinə daxil olarkən onları qarşılayaraq özünü oranın inzibatçısı kimi təqdim edən Təqsirləndirilən şəxs polis əməkdaşları xidməti vəsiqələrini göstərərək DİN-in İnsan X2 Baş İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarı təqdim etməklə həmin ünvana gəlməklərinin səbəbini bildirmişlər. Daha sonra polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbiri başlamışdır. Baxış zamanı istirahət mərkəzinin həyətində olan tikililərin birində bir nəfər kişi və bir nəfər qadının yarıçılpaq vəziyyətdə olması aşkar edilmişdir. Həmin istirahət mərkəzinin həyətində olan digər tikilinin otağında isə başqa bir qadın aşkar olunmuşdur. Daha sonra həmin şəxslərlə birlikdə Bakı şəhərində yerləşən DİN-nin İnsan X2 Baş idarəsinin inzibati binasına getmişlər və orada ifadələri alındıqdan sonra inzibati binanı tərk etmişdir. Şahid5 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi və məhkəmə iclası zamanı elan edilmiş ifadəsindən görünür ki, o, Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Masallı rayonu, İsi kəndi, İstisu sağlamlıq mərkəzi yolu üzərində fəaliyyət göstərən “Udman” adlı istirahət mərkəzini Ruslan adlı şəxs işlətmişdir. Oda istirahət etmək üçün həmişə həmin istirahət mərkəzinə getmişdir. Bu dəfədə həmin istirahət mərkəzinə getmişdir. Orada Təqsirləndirilən şəxs ilə görüşüb qadınla cinsi əlaqə barədə danışmışdır. Elvarda ona “problem yoxdur qız var, gəl yuxarıda danışaq” demişdir. Elvarla birlikdə yuxarı çıxıb çay içib danışmışlar və cinsi əlaqədə olmaq üçün qız və otaq ümumilikdə 70 manata razılaşmışlar. Pulu qıza vermiş, lakin qız Elvarın onu görüşdürdüyünü, pulunuda Elvarın yığdığını və pulu Elvara verməsini demişdir. Oda pulu Elvara vermişdir. Elvardan otaqda hər bir şəraitin olub-olmamasını soruşmuş, Elvarda hər şeyin olduğunu demişdir. Daha sonra qızla birlikdə Təqsirləndirilən şəxs istirahət mərkəzinin həyətində yerləşən yataq dəsti ilə tə təchiz edilmiş otaqda Zərərçəkmiş şəxs ilə bir dəfə cinsi əlaqədə olmuşdur. İkinci dəfə əlaqədə olan zaman mülki geyimli şəxslər otağa daxil olmuşlar. O, həmin şəxslərin kim olduqlarını, otağa nə səbəb girdiklərini vəsiqələrini təqdim etmələrini bildirmişdir. Həmin şəxs xidməti vəsiqəsini təqdim etmişdir. Daha sonra fotoşəkillər çəkilmişdir. Bundan sonra polis əməkdaşları onları özləri ilə Bakı şəhərində yerləşən Baş idarəyə aparmışlar. Baş İdarədə baş verənlər barədə sənədləşmə işləri olduqdan sonra oranı tərk etmişdir. Elvarı Ruslan vasitəsi ilə tanımışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin 1(050)-35/2018 saylı, 18 aprel 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 243.1 və 244.1-ci maddələri ilə təsqirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə 350 (üç yüz əlli) saat ictimai işlər cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə 400 (dörd yüz) saat ictimai işlər cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 480 (dörd yüz səksən) saat ictimai işlər cəzası təyin edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasını tam çəkib qurtarmışdır İş materiallarında olan Masallı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 03 iyun 2024-cü il tarixli məktubun surətindən görünür ki, Təqsirləndirilən şəxs 480 (dörd yüz səksən) saat ictimai işlər cəzasını tam çəkib qurtarmış və xx.xx.2018-ci il tarixdə Masallı rayon icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Gəgiran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Cəfərli X1 rayonu Diryan kəndində ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 25 may 2024-cü il tarixli maddi sübut hesab edilməsi barədə qərardan görünür ki, Şahid4 cinsi əlaqədə olmaq üçün təşkil etdiyi kotecə və cinsi əlaqədə olmaq üçün təşkil etdiyi qadına görə Təqsirləndirilən şəxs verdiyi 1 ədəd A46251542 seriyalı 50 manatlıq pul əskinası və 1 ədəd A80456023 seriyalı 20 manatlıq pul əskinası, ümumilikdə 70 manat pul cinayət işi üzrə maddi sübut kimi tanınmış, qeyd olunan pul əskinasları məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanmasından ötrü Masallı rayon polis şöbəsinin depozit hesabına verilmişdir. İş materiallarında olan 05 iyun 2024-cü il tarixli maddi sübut hesab edilməsi barədə qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Şahid4 Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduğu zaman istifadə etdiyi 1 ədəd qoruyucu maddi sübut kimi tanınmış və saxlanılması üçün Masallı RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək, o cümlədən təqsirləndirilən şəxsin etirafları, zərərçəkmiş şəsin və şahidlərin ifadələri eləcə də işin faktiki halları ilə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 243.1 və 244.1-ci maddələri ilə düzgün tövsif edilmiş və ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndində qeyd edilir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin ondan heç bir tələb və şikayətinin olmamasını, əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllərdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə cinayət əməli törətməklə məhkum olunması, cinayət törətməyə meyilli şəxs olması, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Həmçinin Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən cəza təyin edərkən Təqsirləndirilən şəxs şəxsiyyətini pis səciyyələndirməklə təyin olunacaq cəzanın şəxsin islah olunması yönümündə yetərli olmasını nəzərə alaraq daha sərt cəza yolu ilə azadlıqdan məhrumetmə cəzası təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 66-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin ediləcək cəzalar qismən birləşdirilmək yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 66.1-ci maddəsində qeyd edilmişdir ki, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 17 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis şöbəsində saxlanılan cinsi əlaqə zaman istifadə edilmiş 1 ədəd qoruyucu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1.2-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan Masallı Rayon Polis Şöbəsinin depozitində saxlanılan 1 ədəd A46251542 seriyalı 50 manatlıq pul əskinası və 1 ədəd A80456023 seriyalı 20 manatlıq pul əskinası əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.2-ci maddəsində qeyd edilmişdir ki, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). İş üzrə mülki iddianın və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli 17 iyul 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan Masallı Rayon Polis Şöbəsinin depozitində saxlanılan 1 ədəd A46251542 seriyalı 50 manatlıq pul əskinası və 1 ədəd A80456023 seriyalı 20 manatlıq pul əskinası əvəzsiz olaraq dövlət nəfinə alınsın və cinsi əlaqə zaman istifadə edilmiş 1 ədəd qoruyucu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-146/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-146/2024
17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver