Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-146/2025 23.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Masallı rayonu Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən “Şahin” adlı mağazanın qarşısından keçən avtomobil yolunun kənarında olarkən həmin vaxt orada olan əvvəllər tanıdığı, həmkəndlisi Zərərçəkmiş şəxs onun fərdi yaşayış evinə usta kimi çağırmasına baxmayaraq gəlməməsini özünə qarşı saymazlıq və qərəzli münasibət hesab edərək yolun kənarında Zərərçəkmiş şəxsla sözlə mübahisə edib ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edərək, ətrafında toplaşmış şəxslərin gözləri qarşısında sonuncunun ünvanına söyüşlər söyməklə təhqir etmiş, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub hər hansı bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək yumruqla sonuncunun burun nahiyəsinə qəsdən bir dəfə zərbə vurub yerə yıxaraq ona burun sümüyünün yerini dəyişməyən sınığı, burnun və alnın tüksüz hissəsinin sıyrığı ilə nəticələnən sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarətlər yetirməklə 30 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatlığına səbəb olan, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ona məxsus fərdi yaşayış evində santexnik işləri gördüyünə aralarında mübahisə yaranmışdır. Onun Qəribəli ilə şəxsi-qərəzliyi və düşmənçiliyi yoxdur. Belə ki, Qəribəli ona məxsus iki mərtəbəli fərdi yaşayış evində santexnik işlərini qüsurlu gördüyü üçün evin birinci mərtəbəsində su axır. Oda Qəribəliyə bir neçə dəfə zəng vurmuş və hətta bir dəfə onu gördüyü zaman evində görmüş olduğu qüsurlu işi gəlib bərpa etməsini tələb etmişdir. Qəribəli isə gördüyü işləri qüsursuz gördüyünü və gəlib başqa iş görməyəcəyini demişdir. Sonuncu dəfə isə Qəribəli ilə mübahisə etmişdir. Hətta Qəribəli ilə rastlaşdığı zaman ona “nə edim bu barədə polisə şikayət edim, məhkəməyə müraciət edim, sənlə necə danışaq” demişdir. Qəribəli isə cavabında “nə məni polislə qorxud nə məhkəmə ilə” demişdir. Hadisə zamanı onlar əvvəl “Şahin” marketin yaxınlığında kameraların çəkmədiyi yerdə mübahisələri olmuş, həmin vaxt o, Qəribəlinin yaxasından tutub “bəsdidə adamı hövsələdən çıxarma” demişdir. Bu zaman Qəribəli qəflətən onun sol gözünün üstündən yumruqla vurmuş, göz qapağı göyərmişdir. Sonra onları ayırmışlar. Daha sonra o, yolun əks istiqamətinə keçmişdir, kameraların altına. Artıq həmin yerdə marketin kameraları çəkirlər, mübahisələri yolun kənarında olmuşdur. Eləcədə nəlayiq sözləri Qəribəli onun üzərinə gələ-gələ ünvanına demişdir. Oda əsəbləşib əsəblərini cilovlaya bilməyib bir dəfə yumruqla Qəribəlini vurmuşdur. Ondan əvvəl birinci o, ona yumruq vurmuş və onları ayırmışlar. Yolun kənarındakı kameraya düşüb ki, o, ictimai yerdə tərbiyəsiz hərəkətlər edib. O, ondan işini tələb edib. Bu şəxs artıq dördüncü ildir ki, onları uşaq kimi ələ salmışdır. Məhkəmədən ədalətli hökm çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs, şahidlərin ifadələri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, 2022-ci il aprel-may aylarında oğlu X2 ilə bərabər Cəmilə xanımın dəvəti ilə onun evində birinci və ikinci mərtəbədə, bütün həyət bacada ümumilikdə iki ay 20 gün işləmişdir. Onun onların evində işlədiyi vaxtı nə yeməyini nədə çayını əksiltməmişlər. Sadəcə iş zamanı xırda mübahisələri olmuşdur ki, “mən hər dəfə deyirdim ki, Cəmilə xanım mənə 200 manat ver, imza edim götürüm, oda verirdi imza edib alırdım, axırda 3700 mənim haqqım elədi, lakin mənə hissə-hissə pul vermişdi, 300 manat yada 400 manat qalmışdı Cəmilə xanımla 200 manat 300 manat söhbətimiz oldu, Sonra Ramin sağ olsun ki, anasına dedi və mənim pulum tam verildi”. O, işini bitirmiş ev sahiblərindən ona aid bir iş olub-olmadığını soruşmuş iş olmadığından sağollaşıb getmişdir. 2022-ci ilin mart aprel ayı hara 2025-ci ilin fevral ayı hara ona müraciət olunub ki, “sənin bağladığın krandan evə su axır”. Oda bildirmişdir ki, artıq üç il keçib əgər su kranı sınıbsa ona aid deyildir. 2025-ci ilin mart ayının 11-i qəsəbə ərazisində yerləşən çayxanaya getdiyi zaman yolda getdiyi zaman Ramin başqa bir şəxsə məxsus avtomobillə yol ilə getdiyi zaman avtomobili saxlayıb ona yaxınlaşmışdır. Həmin vaxt Ramindən spirtli içki qoxusu gəlmişdir. Ramin onu nalayiq ifadələrlə söymüş və ona “mənim evimi su aparır niyə gəlib təmir etmirsən” demişdir. Oda Raminə “kişisən qeyrətin, namusun olsun bir söyüşünə fikir ver, sən bilirəm hara gedirsən istəmirəm səni ordan bu dəqiqə içəri basdıraram” bu sözü o demişdir. Sonra Raminə qardaşı Nazimə zəng vuracağını demişdir. Ramin qardaşınında ünvanına nalayiq ifadələr işlətmişdir. Sonra Nazimə zəng vurub olanlar barədə bildirmiş, Nazim isə cavabında qardaşı ilə danışmadığını “o Ramin oda sən mən qarışmıram” demişdir. Daha sonra o, yoluna davam etmiş Ramin isə avtomobili sahibinə verib onun ardıca gəlmişdir və o, pilləkənləri qalxan zaman onu nalayiq ifadələrlə söyərək təhqir etmişdir. O, qayıdaraq cavabında Ramini söymüşdür. Ramin ona yaxınlaşan zaman o, pilləkənlərdən düşürmüş Ramin onu yumruqla burnundan vurmuşdur. Zərbənin təsirindən o, özünü itirmiş və Ramin onu yerə yıxmışdır. Hadisə “Şahin” marketin böyründə olmuşdur, hansıki oranı kamera çəkmir. Həmin vaxt orada insanlar olmuş, hətta tanıdığı şəxslər belə olmuşdur, lakin həmin şəxslərin adlarını deməmişdir. Təqribən 25-30 dəqiqə ərzində Ramin onu vurmuş, hətta iki qabırğası belə əzilmişdir. Yolu keçəndə isə Ramin onun ardıncan qaçmış və onu söyərək təhqir etmişdir. Ramin onu orada yerə çırpmaq istəyən zaman qaynının yeznəsi olan Rafil orda keçən zaman onları görüb onu Raminin əlindən almışdır. Sonra o, üzü qan içində taksiyə oturub polis şöbəsinə gəlmişdir. Polis şöbəsindən onu xəstəxanaya göndərmişlər. Hətta müstəntiq onun burnunun sınığını qeyd etmədiyi üçün, şəkillərini çəkmədiyi üçün şikayət etmiş və özəl xəstəxanaların birinə gedərək aldığı xəsarətlərlə bağlı sənəd almışdır. Haqqının yerdə qalmamasını istəyir. Onun Raminlə düşmənçiliyi yoxdur, əvvəllərdə olmayıb. Hörmətsizlikdə etmək istəmir. Sadəcə işləmədiyi müddət zamanı ona dəymiş maddi ziyanın və mənəvi ziyanın ödənilməsini tələb edir. Şikayətçidir. Tələbi yerinə yetirilməyənədək qüvvədə qalsın. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, bərbər işləyir. Həmin vaxt müştərisi olmuş və şəxsin saçını kəsən zaman çöldən səs gəlmiş, lakin o, çölə çıxmamışdır. Sonradan səs bərk gəldiyinə görə çölə çıxıb baxmışdır. Görmüşdür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs öz aralarında mübahisə edirlər. Lakin mübahisənin nə olduğunu bilməmişdir. Sonra gəlib həmin şəxsləri ayırdıqlarını görmüşdür. Bundan sonra o, içəri girib işinə davam etmişdir. O, həmin vaxt onlara yaxın getməmişdir, sadəcə bərbər dükanın çölə açılan qapısından bir iki addım çölə çıxıb kənardan baxmış, sonra ayırdıqlarını görmüş və müştərisi olduğuna görə içəri girmişdir. Başqa heç bir şey görməmişdir. Dalaşdıqlarınıda görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, özünə məxsus “Şahin” market adlı mağazası vardır. Qeyd olunan hadisə zamanı o, mağazada kassa arxasında oturub müştərilərə xidmət etmişdir. Marketə daxil olan müştərilərdən çöldə karqaşa (qarşıqlıq, mübahisə) olduğunu eşitmişdir. Lakin mağazada müştəri olduğundan və mağazada onu evəz edə biləcək işçi olmadığından o, kassa arxasından qalxıb küçədə olan mübahisəyə baxa bilməmişdir. Lakin sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında narazılıq olmuş, mübahisə etmişlər, itələşmə olmuşdur. Amma bu dərəcəyə gəlib çıxacağı ağlına belə gəlməzdi. Başqa bir şey görməmiş eşitməmişdir. Lakin müstəntiq onu ifadə verməyə çağırdığı zaman müstəntiqdən onların dalaşdıqları, biri birlərinə əl-qol atdıqlarını eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, yaşadığı Masallı rayonu Ərkivan qəsəbəsində yol kənarı ilə gəldiyi zaman “Şahin” marketə yaxınlaşanda “Şahin” marketin qarşısında yolun qarşı tərəfində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs mübahisə etdiyini görmüşdür. O, həmin şəxslərə yaxınlaşıb onları ayırmışdır. Lakin onların dalaşdıqlarını, Raminin Qəribəlini vurmasını görməmişdir. Cinayət işi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Eksperiza və X4 publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 175 nömrəli rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs burun sümüyünün yerini dəyişməyən sınığı, burnun və alnın tüksüz hissəsinin sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yumruq və təpiklə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 11 mart 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işində olan Masall Rayon İcra Hakimiyyəti başçısının Masallı rayon Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əkbərov X1 rayonu, Ərkivan qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş hadisənin görüntülərini özündə əks etdirən video CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olundu ki, Masallı-Boradigah avtomobil yolunun Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən “Şahin” marketin qarşısından keçən hissəsində Təqsirləndirilən şəxs avtomobil yolunu bir tərəfindən digər tərəfinə keçərək yolun kənarında dayanmış X3 yaxınlaşaraq qəsdən sonuncunun üz nahiyyəsinə vuraraq xəsarət yetirir. Eləcədə qeyd olunan ərazidə yolun kənarında təkcə “Şahin” marketin deyil başqa obyektlərin, avtomobillərin olduğu müşahidə olunur. Həmçinin həmin vaxt ətrafda təxminən 10 nəfər kənar şəxsin olduğu görünür və mübahisə zamanı isə həmin şəxslər mübahisə edənləri ayırmaq üçün toplaşırlar. Eyni zamanda Təqsirləndirilən şəxs ətrafda olan şəxslərlə mübahisə edərək narahatçılıq yaradır. Bununlada Təqsirləndirilən şəxs ictimai yerdə xuliqanlıq hərəkətləri etməsi təsdiq olunmuşdur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, cinayət işinə əlavə edilmiş hadisənin görüntülərini özündə əks etdirən video CD diski sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində isə göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; - törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirinin yetərli olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etməklə ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, cinayət hadisəsini özündə əks etdirən 1 ədəd video CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cinayət hadisəsinin görüntülərini özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduqdan sonra 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-146/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-146/2025
23.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver